NəSİMİNİN İraq divani



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə59/65
tarix14.06.2018
ölçüsü0,54 Mb.
#48875
1   ...   55   56   57   58   59   60   61   62   ...   65

 
 
Bistü həşt (f) - iyirmi səkkiz və otuz iki. Ərəblərin 28, farsların 32 hərfi. 
Bihəmta (f) - tayı və bərabəri, bənzəri olmayan. 
Bica (f) - yersiz, nahaq yerə, əbəs, yaramaz; məc. boş, mə'nasız. 
Bişümar  (f) - saysız, hesabsız. 
Büka (ə) - ağlama. 
Bülənd (f) - uca, ali. 
Büləcəb  (ə) - təəccüblü, qəribə. 
Bünyad (f) - taməl, özül. 
Bürqə (ə) - üz örtüyü, rübənd, niqab. 
Büryan (f) - yanmış. 
Bürhan (ə)  - sübut, dəlil, isbat. 
Büti-əyyar (ə) - hiyləgər gözəl. 
 

Ca (f) - yer, məkan, məhəl. 
Cavidan (f) - əbədi, daimi. 
Cadu (f) - sehr, sehrbazlıq; məc. göz. 
Cam (f) - şüşə, qədəh, piyalə, kasa, cami-Cəm, Cəmşidin camı (əfsanəyə görə İran 
şahı Cəmşidin dünyadakı bütün şey və hadisələri göstərən qədəhi). 
Canfəza (f) - ləzzət verən, zövqləndirən. 
Cahandar (f) - hökmdar. 
Cə'd (ə) - qıvrım saç, qıvırcıq saç. 
Cə'l (ə) - saxta, düzəltmə. 
Cəlis (ə) - birlikdə oturan, yoldaş. 
Cim (ə) - ərəb əlifbasında “c” hərfinin adı, məc. camal, gözəllik; zülf. 
Cəng (f) - vuruş, döyüş, dava. Cəngi-məğlubə - böyük müharibə, qanlı döyüş. 
Cəngi  (f)  - bir neçə adam tərəfindən çox iti şəkildə oynanılan Azərbaycan xalq oyun 
havası, əsgər, döyüşçü, hərbi, döyüşə zidd olan. 
Cərəs (ə) - zəng, zınqırov. 
Cəhim (ə) - cəhənnəm. 
Cinan (ə) - cənnətlər, behiştlər. 
Cifə (ə) - leş, qoxumuş cəmdək; məc. sərvət, var-dövlət; cifeyi-murdar - murdar, 
qoxumuş, cəmdək, dünya.  
Cud (ə) - comərd, əliaçıqlıq.  
Cuş (f) - qaynama, coşma.  
Cüda (f) - ayrı, ayrılmış, uzaq düşmüş.  
Cüz' (ə) - qisim, parça, hissə, Qur'anın otuzda bir hissəsi.  
Cüllab (ə) - gülab, gül suyu, işlətmə dərmanı.  
Cürm (ə) - günah, təqsir, qəbahət, yazıq, fağır; planet. 
 
Ç 
Çun (f) - necə ki, elə ki. 
Çü - indi ki, kimi, tək, təki. 
Çakər (f) - nökər, qulluqçu, kölə. 
Çapuk (f-Az.) - cəld, iti, yeyin. 


 
 
Çeşm (f) - göz; məc. ən sevimli; çeşmi-giryan - ağlar göz. 
Çəndan (f) - nə qədər, o dərəcədə. 
Çəri (t) - qoşun. 
Çərəs (ə) - zəng, zınqırov. 
 

Dam  (f) - tər, tələ, cələ, həbsxana, məc. hiylə, kələk. Dami-bəla - bəla toru. 
Dar (ə) - böyük ev, yer, məkan. 
Darüssəlam (ə) - dinclik evi (şiələrin Nəcəf şəhərinə verdikləri ad, vaxtı ilə 
Bağdada verilən ad, dindarlara görə cənnət.) 
Deyr - monastr, kilsə, məc. şərab satılan yer. 
Dəğa (f) - hiylə, xəbislik, hiyləgər, xəbis. 
Dəvazdeh - on iki. 
Dəvat (ə) - mürəkkəbqabı. 
Də'vi (dəva) (ə) - dava, tələb, iddia. 
Dəm (f) - nəfəs, nəfəs çəkmə, zaman, an, ləhzə; 
Dəm (ə) - söhbət; göz yaşı. 
Dəmidə - böyümüş, yetişmiş (nəbatət haqqında). 
Dəmsaz (f) - uyuşma, uydurma, yoldaş. 
Dəndan  (f) - diş. 
Dər (f) - qapı. 
Dərban (f) - qapıçı. 
Dərbədər (f) - avara, sərsəri, sərgərdan. 
Dərdmənd (f) - dərdli, dərd çəkən, dərd sahibi, məc. aşiq, vurğun. 
Dərgah (f) - qapı önü, qapı, saray. 
Dəstar (f) - köməkçi, yardımçı. 
Dəhan (f) - ağız. 
Dəhr (ə) - zaman, dövr, dünya, aləm, təbiət, məc. tale, fələk. 
Dəhri-fəna (ə) - puç, fani, dünya (dini). 
Dəccal (ə) - islamiyyətdə qiyamət günü, eşşəyə tərsinə minərək zühur edəcək 
əfsanəvi şəxs, 12-ci imam Mehdinin əvəzində zühur edən yalançı Mehdi; məc. 
yalançı, fırıldaqçı. 
Divan (f) - böyük məclis, rəsmi məclis. 
Didə (f) - göz. 
Dideyi-giryan (f) - ağlar göz, ağlayan göz. 
Dilbər (f) -“Ürək aparan”, məc. gözəl, sevgili. 
Dilkeş (f) - ürək çəkən, könül cəlb edən. 
Dilpəzir (f) - ürək istəyən, könül tutan, ürəyəyatan, istəkli, sevimli. 
Dildar (f) - könül alan gözəl, sevgili, ürəkli, cəsur. 
Dindar (ə) - ərəb xəlifələrində köhnə qızıl pul, sonralar qəpiyə bərabər pul 
vahidinin ən kiçik hissəsi. 
Dirmğ (f) - əsirgəmə, qıymama, əfsus, heyf. 
Dud (f) - tüstü. Dudi-dil “ürək tüstüsü”, məc. kədər, dərin kədər, ah-nalə. 
Duz (f) - yandırma, yandırıcı. 
Duzəx (f) - cəhənnəm. 


 
 
Dun (ə) - alçaq, razil, aşağı. 
Duş (f) - dünən gecə, keçən gecə. 
Dürc (ə) - kiçik qutu, sandıqça. 
Düca (ə) - qaranlıq. 
Düşvar (f) - çətin. 
Dürr (ə) - inci. Dürri-nasüftə. “deşilməmiş dürr”; məc. kilsə tərəfdən söylənməmiş  
söz; dürri-yetim - bir sədəf içərisində tək bir dənə çox iri mirvari; dürri şahvar - iri 
mirvari. 
Dürri-şahvar  iri mirvari. 
Dürd  (f) - qədəh, və ya piyalənin dibində qalan şərab, torta, xırt. 
 
Ə 
Əbd (ə) - qul, kö'lə. 
Əbir - xoş qoxu, xoş iy. 
Əbkəm (ə) - dilsiz, lal. 
Əbr (f) - bulud, Əbri-neysan - neysan buludu, əbri-tirə, əbri-siyah - qara bulud. 
Ərdu (f) - qaş. 
Əbsar (ə) - gözlər. 
Əbsəm (ə) - dilsiz, lal. 
Əbhər (ə) - nərgiz çiçəyi, məc. göz, gözəl göz, gözəl adam. 
Əbcəd (ə) - qədim ərəb əlifbasında ilk dörd hərf, əlifba, müəyyən bir tarixi və ya 
rəqəmi ərəb hərfləri vasitəsilə ifadə etmək üsulu, məc. ibtidai bilik, az savad. 
Əqiq (ə) - qiymətli qırmızı daş. 
Əğyar (ə) - yadlar, özgələr (Azərbaycan dilində tək kimi də işlədilir), yad, özgə, 
tanış olmayan. 
Ədvar (ə) - dövrlər (dövrün cəmi). 
Ədəm (ə) - yoxluq, ölüm. 
Ədn (ə) - məc. cənnət, behişt. 
Ədu (ə) - düşmən. 
Ə'zəm (d) - ən böyük, ən görkəmli. 
Əzim (ə) - böyük, ulu, ali, yüksək; əhəmiyyətli, çox mühüm. 
Əzimət (ə) - yola düşmə, məram, niyyət, əzm. 
Əzrəq (ə) - göy rəngi, mavi. 
Əzhar (ə) - çiçəklər, güllər. 
Əyyam (ə) - günlər, zaman, zəmanə, dövr. 
Əyyar (ə) - hiyləgər, hiyləbaz, kələkbaz, dolandırıcı, avara. 
Ələm (ə) - ağrı, acı sancı, kədər, qəm, qüssə, dərd; əlamət, nişan, işarə, bayraq. 
Əlif (ə) - ülfət edən, aşna, dost; ərəb əlifbasında işarəsi ilə yazılan hərfin adı, məc. 
düz bədən, qədd-qamət. 
Ələst - guya allahın insanları yaratdığı gün “ələst buyurduğu zaman, bəşərin ilk 
yaranışı”, “ələst günü”, “ruzi-ələst”. 
Əlfaz (ə) - sözlər, ləfzlər, ifadə. 
Ə'ma (ə) - kor, nadan, məc. korluq, məc. nadanlıq. 
Əmin (ə) - qorxusuz, qorxmaz, şubhə etməyən, xatircəm olan, təhlükəsiz (yer), 
əmanət saxlayan, inanılmış, sakit, nadinc olmayan (uşaq). 


Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə