NəSİMİNİN İraq divani



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə58/65
tarix14.06.2018
ölçüsü0,54 Mb.
#48875
1   ...   54   55   56   57   58   59   60   61   ...   65

 
 
idim. İstədim ki, özümü tanıdım, özümü tanıtmaq üçün xalqı, insanları yaratdım”. Bu 
“gizli xəzinə” sözü allaha şamil edilir. Nəsimi isə bunu “Lövhi-məhfuz”da yazılmış, 
insanın dünya yaranmamışdan qabaq mövcud olmasını, bir ruh kimi yaşamağını 
təsdiq etmək üçün təlmih şəklində işlədir. Bu “Küntü kənzin” sirrini isə həmin 
qeybdən, yoxluq aləmindən gələn hər hansı peyğəmbər, imam deyil, məhz Fəzlüllah 
açmışdır: 
 
Gəldi Fəzlü'llah imami qeybdən, 
“Küntə kənz”in sirrini qıldı əyan. 
 
Həcci-əkbər - Məkkəyə getmə, Məkkə ziyarəti. 
Nəsiminin şe'rlərində “həcci-əkbər”ə tez-tez tasadüf edirik: 
 
Adinə həcci-əkbər hüccacə həqdən endi, 
Ol bibəsər nə bilsin bu sirri kim ə'madır. 
 
Məkkəni ziyarət etmək müsəlman üçün başlıca vəzifədir. Guya belə bir əmr cümə 
günü (adinə) allah tərəfindən göndərilmişdir. Bu ziyarət Kə'bənin ətrafında 7 dəfə 
dövrə vurmaqdan başlanır. Bir sıra ayinlərdən sonra kütləvi surətdə namaz qılırlar. 
Mina vadisində iblisi yad edərək, ziyarətçilər 3 dəfə 7 daş atırlar. 
Nəsimi deyir ki, bu, işin zahiri cəhətidir. Mə'nəvi, qəlb gözü olmayan, iki gözdən də 
kor olan (ə'ma) kimsə bu ayinlərin, ziyarətin sirrini bilə bilməz. Ziyarətin özü insan 
şərəfinədir. 
 
Şə'n-lüğəvi mə'nası şan-şöhrət; əzəmət, mərtəbə, rütbə. 
Bu söz Qur'andan alınıb(55, 29). Nəsimi şe'rlərində çox işlənmişdir; 
 
Təaləllah şə'n hüsnün sifati kim müəlladır... 
 
deyən şair hürufiliyi, onun rəhbəri Fəzlüllahın şəxsiyyətini tərənnüm etmişdir. 
Bu surə “Rəhməni-izzü cəll”-izzət, hörmət və cəlal sahibi allah adlanır. Bə'zi 
nüsxələrdə “Rəhman” surəsi adlanır. Bunun mə'nası isə “mehriban allah”-deməkdir. 
Nəsimi həmin sifətləri Fəzlüllahda axtarır və ona şamil edir. 
Bu surənin 17-ci ayəsində deyilir ki, allah iki məşriqin və iki məğribin (iki şərqin və 
iki qərbin) allahıdır. Şair bu sifəti də öz mürşidinə (rəhbərinə) aid edir və onun 
əzəmətini, rütbəsini və şöhrətini təqdir edir. 
 Bu 
surənin 26-cı ayəsində deyilir ki, “hər gün allah bir şə'ndədir”. Şair göstərir 
ki, hürufilik gündən-günə yayılır, onun cəmiyyəti artır, Fəzlüllah hər gün yeni-yeni 
şöhrət qazanır. Qur'andakı bu ayədə onun bugünkü və gələcək şöhrətindən xəbər 
verilmişdr. 
 
Nəsiminin fikrincə, Qur'anın “Rəhmən” surəsi mehriban Fəzlüllahın şə'ninə 
deyilmiş sözlərdir. Hər bir kamil hürufi belə bir mərtəbəyə çatə bilər. Dünyada 
insandan əşrəfi məxluq yoxdur. 
 
 
 


 
 
 
LÜĞƏT 
 
İxtisarlar: 
 
(Az.)-azərbaycanca 
(ə)- ərəbcə 
(t)- türkcə 
(f)- farsca 
(ə-f)- ərəbcə farsca 
(f-ə)- farsca ərəbcə 
 

Ab (f) - su 
Abdal (t.) - abdal; yurdsuz-yuvasız dərviş; Əfqanıstanda xalq (qəbilələr); 
Anadoluda yaşayan köçəri qəbilələr; küt (adam); elmsiz, tərbiyəsiz, avara. 
Abid (ə) - ibadətlə məşğul olan. 
Abi kövsər - dini əfsanəyə görə guya behiştdə olan bir çayın suyu; məc. şərab, içki. 
Abi-həyat - dirilik suyu. 
Ağu (ağı) - zəhər; məc. çox açı şey. 
Aydırmaq (Az.) - demək, başa salmaq. 
Ayət (ə) - əlamət, simvol, mö'cüzə, nişanə; qur'an surələrindəki ayrı-ayrı cümlələr. 
Ayəti-kərim-qur'an. 
Ayruq (ayrıq) (Az.) - başqa, xüsusi, ayrıca.  
Al  (Az.) - parlaq, qırmızı rəng.  
Al (ə) - nəsil ailə, övlad, oğul-uşaq; hiylə; məkr.  
Altun (t) - qızıl. 
Arzumənd (Arizumənd) (f) - arzulayan, istəyən. 
Ari  (Az.) - təmiz, saf, büllur. 
Ariz (ə) - üz, yanaq; təbii və əsli olmayan, sonradan əmələ gələn.  
Am (Amm) - ümumi; kütlə; xalq, kütləvi, avam, qara camaat; Məhəmmədin 
nəslindən olmayan. 
Asar (ə) - əsərlər. 
Asi - itaət etməyən; üsyançı, günahkar; özündən çıxan, coşan.  
Afaq (ə) - üfüqlər; aləm, dünya; görüş, bilik dairəsi; məc. mənzərə, görünüş. 
Aftab (f) - günəş. 
Aşüftə (f) - dağınıq, qarmaqarışıq, həyəcanlı; məc. dəlicəsinə aşiq, vurğun. 
Axər (ə) - başqa, özgə; nəhayət, son, axır. 
Axirüzzəman (Axırzaman) (ə) - dünyanın sonu, qiyamət günü (dini) şiələrin 12-
ci imamı Mehdinin ləqəblərindən biri. 
 

Bab (ə) - qapı, kitab və ya hər hansı əsərin bölünmüş olduğu hissələr, fəsil, məsələ, 
mövzu və s. 
Bad (f) - külək, yel; boş yer; yox olma, məhv olma, Badi səba - sabah yeli, meh. 


 
 
Bazu (f) - qolun çiyindən dirsəyə qədər hissəsi; məç. qüdrət, qüvvə, əzəmət. 
Bandırmaq (t) - sulu şeyin içinə buraxaraq isladıb yumşaltmaq, batırmaq, salmaq. 
Batin (ə) - iç, iç tərəf; gizli. 
Bahir (ə) - gözəl, üstün; açıq, aşkar. 
Başəd  (f)  - ola bilər, olsun ki, ehtimal və s. 
Beyt (ə) - ev, iki misradan ibarət şe'r. 
Beytül-Müəzzəm (ə) - əzəmətli ev (Kə'bəyə verilən ad). 
Beytül-həram (ə) - Məkkədə müqəddəs ad, Kə'bəyə verilən ad, müqəddəs mə'bəd. 
Besyar (bisyar) (f) - çox, çoxlu, bol. 
Bəqa (ə) - daimlik, əbədilik; davam etmə; varlıq (fəlsəfədə).  
Bəqəm (ə) - kampeşağa. Mərkəzi və Cənubi Amerikada bitən ağac.  
Bəğayət (f) - olduqca, son dərəcə, çox.  
Bə'd (f) - sonra. 
Bədgu  (f) - tökmək, yamanlayan, dalca danışıq, qeybətçi, qeybət, dedi-qodu. 
Bədr (ə) - on dörd gecəlik ay, bütöv ay, məc. gözəl üz, sima.  
Bəid (ə) - uzaq; yad; qəribə. 
Bədri-müəmməm (ə) - əmmaməli; on dörd gecəlik pisliyə danışan, hər kəs 
haqqında pis sözlər söyləyən. 
Bəzl (ə) - bol-bol sərf etmə; əsirgəməmə; bağışlama. 
Bəzm (f) - məclis, yığıncaq, kef məclisi. 
Bəyan (ə)  - anlatma, söyləmə; nağıl etmə (təhkiyə); gözəl. 
Bəg (bəy) (t) - boyun, varlı; irəli gələn adam, hakim, əmir vali. 
Bəlakeş (ə-f) - bəla çəkən, başıbəlalı. 
Bən (t) - xal. 
Bərq (ə) - ildırım; parıltı, parlama. 
Bərdar (f) - dara çəkilmiş, dar ağacından asılmış; bar verən, meyvə verən, xeyir 
verən, mənfəət verən. 
Bəriyyə (a) - çal, səhra, biyaban. 
Bərkəmal (f-ə) - tamamilə, büsbütün; tam mükəmməl; nöqsansız, qüsursuz. 
Bərk (f) - yarpaq; bərki nəsrin-nəstərən çiçəyinin yarpağı; itburnu.  
Bəlaş (f) - alim, elmi, şəhər və hökmdar adı. 
Bəsir (ə) -yaxşı görən, mə'nəvi gözlə (qəlb gözü ilə) görə bilən; gözü-açıq, fərasətli. 
Bəstə (f) - bağlı. Bəstehi-neş cəhət (ə-f) dünyaya bağlı (şəxs).  
Bəhr (ə) - dəniz, böyük çay, göl, Bəhri - mühit-okean. Bəhri-fəna-sufizmdə mə'nəvi 
təkamülün yeddinci mərtəbəsinin vüs'ətli və dərin aləmi.  
Bəşarət (ə) - şad xəbər, gözaydınlığı, muştuluq.  
Bibədəl (f-ə) - əvəzsiz, misilsiz, məc.- son dərəcə gözəl. 
Bibər (f) - meyvəsiz, barsız. 
Bidad (f) - ədalətsizlik, zülm.  
Bidayət (ə) - başlanğıclar. 
Bidar (f) - oynaq; ayıq, sayıq; məc. xəbərdar (adam)  
Bilxatimə (ə) - axırda, sonda; nəticədə.  
Bimar (f) - xəstə. 
Bina (ə) - tikili, təməl, əsas niyyət, başlama, ilk mərhələ.  
Bina (f) - görən, məc. gözüaçıq, ayıq-sayıq. 


Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə