NəSİMİNİN İraq divani



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə64/65
tarix14.06.2018
ölçüsü0,54 Mb.
#48875
1   ...   57   58   59   60   61   62   63   64   65

 
 
Nihan (ə) - gizli saxlanmış, gizli, məxfi, qaib. 
Noh (f) - doqquz, qədim astranomlara görə, göyün doqquz qatı (fələyin sferası). 
Nun (ə) - ərəb əlifbasında hərfin adı; məc. əyilmiş bel, qaşın təşbihi. 
Nüquş (ə) - naxışlar. 
Nüktə (ə) - incə mə'na, bir söz və ya ibarədən çıxarılan dərin  mə'na.  
Nükteyi-əsrar (ə) - sirlərin incə mə'nası. 
Nüsxə (ə) - yazılı bir şeydən çıxarılan surətlərdən hər biri, yazılı bir şeyin müxtəlif 
əlyazmaları, həkimin yazdığı dərman kağızı, resept, tilsim duası (dini). 
 

Ovla (ə) - birinci, ilk, daha yaxşı, ən münasib, ən əlverişli, hamıdan artıq, bəyənilən, 
başqalarından üstün tutulan.  
Ovi (ə) - kömək, yardım, köməkçi, yardımçı.  
Ovnəkallah (ə) — allah köməyin olsun! 
 
Ö 
Övliya (ə) - ata və ananın uşaqları, nəsil, “və'li”nin cəmi. 
 

Payan (f) - son axır, nəhayət, uc, kənar. 
Payəndə  (f) - daimi, həmişəlik; sürəkli; uzun zaman davam edən. 
Payi-bəst (f) - ayağı bağlı. 
Paymal //Pamal (f) - ayaq altında qalan, təpikaltı, ayaqaltı; məc. məhv olan. 
Peyvəstə (f) - həmişə, daimi, birləşmiş, birləşdirilmiş, bitişik, bir-birinə geydirilmiş, 
çatma (qaş).  
Peyğam  (f) - xəbər, sifariş. 
Peykər (f) - bədən, cüssə, əndam, surət, cöhrə, üz, rəsm edilmiş, nəqş edilmiş. 
Peykəri-məhparə (f) - ay parçası kimi gözəl çöhrəli, gözəl üzlü, simalı. 
Peymanə (f) - əhd, iqrar, söz vermə, ölçü qabı, şərab piyaləsi, qədəh; məc. qafa tası. 
Pəyam (peyam) (f) - xəbər, mə'lumat, müraciət, xitab.  
Pənd (f) - öyüd, nəsihət. 
Pənc (f) - beş, beş duyğu (görmə, eşitmə, iybilmə, dadma, toxunma).  
Pərva (f) - qorxu, xətər, rəğbət, meyl, taqət, səbr, ehtiyat.  
Pərgar  (f) - dairə çəkmək üçün işlənən alət, sirkul, yığıncaq, cəmiyyət, bacarıqlı; 
məc. kainat, dünya. 
Pərçin (f) - taxtalardan düzəldilmiş barı, hasar.  
Pəs (f) - indi, bu halda, buna görə; arxa, geri, ard.  
Pəsəndidə (f) - bəyənilmiş, qəbula keçən, xoşa gələn.  
Pəşminəpuş (f) - yun parçadan paltar geyən zahid, sufi.  
Pişva (f) - rəis, başçı, rəhbər.  
Pust (f) - dəri, qabıq, cild. 
Pül (f) - körpü, püli-sirat - sirat körpüsü (dini əfsanəyə görə, guya qiyamətdə 
imtahan gunü hamının keçəcəyi qıl körpü).  
Pür (f) - dolu, dolğun, çox. 
Pürcəfa (f) - çox əziyyət verən, çox zülmkar, çox incidən.  


 
 
Pürsəfa (f-ə) - çox səfalı.  
Püstə (f) - püstə (meyvə); 
Püsteyi-xəndan - yetişmiş püstə, gülər, dodaqlar, təbəssümlü dodaqlar.  
Pürxun (f) - qanla dolu, yaralama, yaralı; məc. çox kədərli, iztirablı. 
Pürşər (f-ə) - şərli, şər ilə dolu, fitnə-fəsadlı.  
Pürşur (ə) - çox coşğun, həyəcanlı.  
Püşt (f) - arxa, dal, bel. 
 

Raz (f) - sirr, gizli şey; razi-dar - evin sirri. Ev sirri, razi-muğan - muğların, arif 
adamların, burada hürufilərin sirri, rahi-həq - allah yolu, Həqiqət yolu, burada 
Fəzlüllahın təriqəti, hürufilərin məsləki. 
Rayigan (f) - müftə, havayı. 
Rah (f) - yol, məslək, üsul, hava, mahnı, rahi-din - din yolu; rahi-həqq - allah yolu. 
Rahib (ə) - monastrda yaşayan tərki-dünya. 
Rəbb (ə) - allah, yiyə, sahib; rəbbülaləmin - hər iki dünyanın yaradıcısı, allah. 
Rəqq (ə) - qədimdə üzərində yazı yazılan incə dəri, bağa, tısbağa. 
Rəmim (ə) - çürük, çürümüş. 
Rənc (f) - zəhmət, əziyyət, narahatlıq. 
Rəxt (f) - qoşqu ləvazimatı, ev avadanlığı (yataq, döşənəcək və s), səfər ləvazimatı, 
paltar. 
Rəhiq (ə) - çox saxlanılmış şərab.  
Riqq (ə) - qul, qulluq. 
Rizvan (ə) - islam əsatirinə görə, cənnətin gözətçisi və qapıçısı olan mələyin adı; 
məc. behişt, cənnət.  
Riya (ə) - ikiüzlülük.  
Riyah (ə) - (“rih”in cəmi) yellər. 
Rind (ə) - hiyləgər, zirək, qorxusuz, heç şeydən çəkinməyən, hər şeyi danan, 
qeydsiz və laübalı adam, rindi-xərabati - (xərabi) xərabata mənsub olan xərabati. 
Rövzə (rövzə) (ə) - bağça, axar suyu və çəməni olan bağça; məc. behişt, cənnət; 
rovzeyi-rizvan - cənnət gözətçisi və qapıçısı olan məlaikə; rovzeyi-xüld - cənnət bağı, 
behişt, 
Rövşən (Rovşan) (f) - işıqlı, aşkar, aşkar; rövşən qılmaq - aydınlaşdırmaq, 
çatdırmaq. 
Rö'yət (ə) - görmə, görüş, yetirmə, nəzarət, bir işə baxma, müzakirə edib həll 
etmə. 
Ru (rux) (f) - üz, çöhrə, səth; məc. abır-həya. 
Ruz (f) - gün, gündüz, ruzi-şənbə - şənbə günü; ruzi-həşr - qiyamət 
Ruhəfza (ruhfəza) (ə-f) - ruhlandıran, canlandıran, könül açan. 
Rükn (ə) - bir şeyin ən möhkəm və ən sağlam tərəfi, özül, dirək, söykənəcak, sütun, 
istinadgah; məc. bir cəmiyyətin, təriqətin və s. ən e'tibarlı dayağı olan görkəmli şəxs. 
Rümuz (ə) - rəmzlər (“rəmz”in cəmi). 
Rüxsar (f) - üz-çöhrə. 
 



 
 
Saqi (z) - su verən, su paylayan və satan, içki məclisində içki paylayan; saqiyi-
dövran - zəmanənin saqisi, zəmanə; saqiyi-vəhdət - vəhdət, vücud, birlik təriqətinin 
başçısı. 
Sağər (ə) - şərab piyaləsi, qədəh. 
Sail (ə) - soruşan, sual edən, dilənən, dilənçi. 
Sayə (f) - kölgə; məc. himayə, vasitə. 
Sayru (Az. arx.) - xəstə. 
Saleh (ə) - yaxşı, yararlı, səlahiyyəti olan, ixtiyarı olan, dinin əmrlərinə uyğun 
hərəkət edən. 
Same' (ə) - eşidən, qulaq asan, dinləyən. 
Sane' (ə) - düzəldən, qayıran, sənətkar, usta; məc. allah. 
Sara  (f)  - xalis, saf. 
Sahibnəzər (ə) - fərasətli, zəkalı, mə'rifətli, düşüncəli.  
Səcid (ə) - səcdə edən. 
Seylab (ə) - sel suyu, sel halında şiddətlə axar su. 
Seyf (ə) - qılınc. 
Səbqət (ə) - keçmə, irəliləmə, önə keçmə. 
Səb'əxan (ə-f) - Qur'anın yeddi hissəyə bölünmüş hissələrindən birini oxuyan. 
Səbukbar (f) - yüngül yüklü, çox yükü olmayan; məc. yüngül (adam). 
Səvad (savad) (ə) - ölkə, vilayət; səvadi-ə'zəm - ən böyük ölkə, ən böyük vilayət. 
Səqim (ə) - xəstə, naxoş, düzgün olmayan, qəlp (qəlb), saxta.  
Səd (f) - yüz. 
Sə'd (ə) - bəxtiyarlıq, xoşbəxtlik, uğurluluq, astrologiyaya görə, uğurlu, xoşbəxtlik 
ulduzu. 
Sədy (ə) - əmcək, məmə, döş. 
Səyyar (ə) - gəzən, dolaşan, seyr edən, hərəkət edən, bir yerdən başqa yerə 
köçürülə bilən, daşına bilən. 
Səlat (ə)  -  namaz, dua, dəfn günü vəfat edənin evinin üstündə uca səslə oxunan 
minacat. 
Səlah (ə) - yaxşılıq, bir şeyin bəyəniləcək bir surətdə olması, sülh və asayiş. 
Sələf (ə)  -  1. bir işdə o birindən qabaq olmuş adam, köhnə adam, ata-baba: 2. 
öyünmə, özünü tə'rifləmə.  
Səlib (ə) - xaç. 
Səlib (ə) - sağlam, eyibsiz, nöqsansız, doğru, dürüst.  
Səlsəbil (ə) - yüngül və ləzzətli su (guya cənnətdə olan əfsanəvi bir çeşmənin adı). 
Səmən (f) - yasəmən ağacı və gülü. 
Səmənbər (f) - sinəsi yasəmən kimi ağ. 
Səmənsa (f) - yasəmən kimi ətirli və gözəl. 
Səng (f) - daş. 
Səngxarə  (f) - çaxmaqdaşı. 
Sənubər (ə) - şam ağacı, küknar ağacı; məc. gözəlin bəy qaməti. 
Sənc (f) - ölçən, ölçü, miqdar, müqayisə (tutuşdurma). 
Sər (f) - baş, kəllə, təpə, zirvə; başçı, rəis; uc, kənar, son, nəhayət, ibtida, əvvəl; 
məc. həyat, varlıq, can. 
Səra (f) - ev, saray, qəsr; sərayi-fani - fani ev, saray (dünya). 


Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə