NəSİMİNİN İraq divani



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə57/65
tarix14.06.2018
ölçüsü0,54 Mb.
#48875
1   ...   53   54   55   56   57   58   59   60   ...   65

 
 
15) “Hisar” (hasar)-“Cahargah”, “Zabul segah” dəstgahlarında parça, guşə. 
16) “Mübarğə” (Mübərriğə-üzü duvaq ilə örtülü qız) “Zabul və “Rəhab” 
dəstgahlarında şö'bə. 
17) “Müxalif”-“Cahargah” dəstgahında şö'bə. 
18) “Şəhnaz”-muğam adı. 
19) “Şur”-əsas muğamlardan biri. 
 
 Burada 
Nəsiminin 17 muğam və guşənin adını çəkməsi heç də təsadüfi 
deyildir. Hürufilik tə'vilində musiqi (muğam) və onun ədvarı tə'vil olunurdu: 
 
Müshəfi-natiqəm, kəlam oldum, 
Bəndeyi-favü Zadü Lam oldum... 
Çərxin ağaxın anladır bu sözüm, 
Saz, ədvar ilə məğam (muğam-M. Ə.) oldum. 
 
 
Nəsimi “Eşqi-həqi” mütrib ilə sazın vəhdətində, özünün Davudun nəğməsi ilə 
gəlməsini (yaranmasını) “zülf”ün zülmətindən (17 rəqəmin ahəndarlığını, mə'nasını, 
bir-biri ilə vəhdət təşkil etməsini, bunları özünə aydınlaşdıra bilməsini) xilas 
olmasında görürdü: 
 
Zülfünün zülmətində qalmış ikən, 
Doğdu hüsnü, göründü şəmsü züha. 
 
 
Şair göstərir ki, həmin dövrdən “pərdə içində bir saz çalınır” (xəlvətlərdə sirlər 
dolaşır, söhbətlər gedir). Nəsimi bu fikrini də musiqi (muğam) terminləri ilə şərh 
edir: 
 
Pərdə içində çalınır bir saz, 
Ki, edər eşq nəvasın ağaz. 
Kim nəvayi qılır çü bu “Üşşaq” 
“Büzrügün” nəğməsin dutar “Şəhnaz”. 
 
Arif anlar bu nəğmənin rəmzin, 
Aşina olmayana vermədi raz. 
Gör bilirsən bu rəmzi, ey talib, 
Mən bu pünhanı qılmazam ibraz. 
 
 
Nəsimi özünün və hürufilərin “nəğməxanlığını” öz qəlbində gizlətdiyinə, ara-
sıra ancaq quş dili ilə başqalarına çatdırdığına işarə edir: 
 
Sədhəzaran qəfəsdə bu bülbül, 
Tən cahanında nəğməxan oldu. 
 
 
Nəsimi göstərir ki, ancaq ariflər bu nəğmənin rəmzini dərk edə bilərlər. 
 
Rəhman surəsi-lüğəvi mə'nası rəhmli, şəfqətli olan bu söz allahın 


 
 
epitetlərindəndir. Həmin sözü Nəsimi hurufilik baxımından tez-tez işlədir. O, insan 
üzünü (camalını) surəti-rəhman adlandırır. İnsanın varlığın bütun əşyaların canı, 
ağlını hüdudsuz xəzinə hesab edir: 
 
Camalın surəti-rəhman, vüsalın rövzeyi-rizvan
Kamalın gənci-bipayan, vücudun cani-əşyadır. 
 
 
Şair insanı “iki dünyanın” ən mərhəmətlisi və ağası, sahibi kimi təqdir edir. 
Qur'anda allahın adı əsasən rəhman çəkildiyi kimi, Nəsimi də insanı allah 
mərtəbəsinə qaldırıb, əksər hallarda rəhmanla insanın, insanla rəhman adını yanaşı 
çəkir: 
 
Surəti-rəhmanı buldum, surəti-rəhman mənəm. 
Ruhi-mütləq həq kəlamı kafi-vəl Qur'an mənəm. 
 
 
Təbarək-lüğəvi mə'nası mübarək olsun, mübarəkdir. Müsəlmanlarda dua 
tə'biridir. Əsasən “Təbərəkəllah” şəklində işlanir. Allah mübarək etsin, maşallah. 
Qur'anda 6 dəfə işlənmiş həmin söz “Təbarək”, “Rəhman” surəsinin sonuncu 
ayəsində belə deyilir. “Ucadır sənin allahının adı ki, cəlal və kərəm sahibidir” (55, 
78). 
Nəsimi şe'rinə müraciət edək: 
 
Laməkanidir vücudun, qıl təbarək, ey həbib
Gəl məkanı gör, məkansız “kün-fəkan”ı göstərir. 
 
 
Yə'ni ey həbib (dost, insan, hürufilik təriqətinə mənsub olan şəxs, ey 
Fəzlüllah), sənin vücudun (varlığın) şəxsiyyətin özü də allah kimi, onun 
səviyyəsində, mərtəbəsində məkansızdır. 
 
Gəl onun məkanını, varlığını dərk elə. İnsanı lazımi səviyyədə qiymətləndir. 
İnsanın varlığı (vücudu) məhz “kün-fəkan”ı, yə'ni allahın özünü təzahür etdirir. Üzün 
dərk olunandan bəri, günəş öz pərdəsindən çıxıb. İnsanın əşrəfi varlığı aşkara çıxıb. 
Beytin bədii məntiqi və fəlsəfi məzmunu belədir: “Qur'anın ayələrində deyilmiş 
ucadır sənin o allahın ki...” (1, 10) 
 
Tə'vil (tə'vilat)-ərəb dilində izah, təfsir və şərh etmək deməkdir. Zahiri 
mə'nada əlavə mə'na və mə'nalarla təfsir etmə deməkdir. Sufizm, vəhdəti-vücud, 
xüsusilə, hürufilikdə tə'vildən geniş istifadə ediblər. 
Tə'vil yolu ilə şe'rlər yazan Nəsimi deyir: 
 
Sən bu Nəsiminin dilini anla, bil sözün, 
Kim, var bu dildən özgə bizim bir lisanımız. 
 
 
Nəsiminin şe'rlərində zahiri mə'nadan başqa əlavə rəmzlər, gizli fikirlər, dərin 
mə'nalar, təlmihlər, gizli təşbehlər, bədii təsvir vasitələri çox işlənmişdir. Bu mə'nada 
da şair “heç kimsə Nəsimi sözünü kəşf edə bilməz”-demişdir. Nəsimi şe'rlərində ifadə 
olunmuş gizli mə naları məhz tə'vil yolu ilə kəşf etmək, açmaq, şərh etmək mkündür. 


 
 
Bu tə'villər isə müxtəlif formalar və üsullarla öz əksini tapmışdır. Məsələn, o dövrdə 
qüvvətli nüfuza malik olan Qur'anın müxtəlif surə və ayələrini hürufilik əqidəsi ilə 
tə'vil edən Nəsimi islam dininə qarşı çıxır, hürufiliyi daha qədim hesab edir. Qur'an 
surələri və ayələri ilə Fəzlüllahi-allah və kamillik mərtəbəsinə qalxan insanı ilahi 
varlıq səviyyəsində tərənnüm edir. O, Qur'andan “Fatihə”nin (“həmd”, 
“Səbbülməsani” və s.) adını çəkən kimi 14 rəqəmi “aba-səb”ə (yeddi ata) dedikdə 
müvafiq səyyarələri: Günəş, Ay, Merkuri, Mars, Venera və s. nəzərdə tutur. 
 
Təyəmmüm-su olmayan yerdə, yaxud da su ilə yuyulması mümkün olmayan 
yerdə meyiti torpaqla paklaşdırmaq təyəmmüm adlanır. Bundan əlavə, bu, su 
tapılmadıqda təmiz torpağa və yaxud toza əllərini sürtüb namaz qılmaqdan qabaq 
dəstəmaz almaqdan ibarət dini ayindir: 
 
Gözüm dilər ki, xaki-rəhi tozuni yuya, 
Bilməz ki, su içində təyəmmüm rəva degil. 
Kirpiyin zülfün qaşın “Ümmülkitab”. 
 
 Guya 
Qur'anın bu ilk surəsi çox yüksək qiymətə və əhəmiyyətə malik 
olduğundan allah tərəfindən peyğəmbərə və insanlara 7 ayə 2 dəfə çatdırılmış və 14 
rəqəmi alınmışdır. İnsan isə təbiətin ən kamil əsəri, ən əşrəfi varlıq olduğundan onun 
üzündə həmin 14 naxış, cizgilər, toplanmışdır, özünü təzahür etdirmişdir. Bundan 
əlavə, insanın üzündə 17, 28, 32 və s. saylarını (rəqəmlərini) də axtarıb tapmaq olar. 
Bunları bəsirət gözü ilə (qəlb, mə'nəvi gözlə) görməklə, insanın allah mərtəbəsində 
(“ənəlhəq”-“mənəm allah”) durduğunu dərk etmək olar. “Fatihə”nin bütün ayələri 
məhz bunun təsdiqi üçündür. 
 Beş vaxt namazın hər birində bu surənin iki dəfə (5+2=7x2=14) oxunmasının 
özü də insana, onun “ənəlhəq” kimi ülvi mərtəbəsinin təsdiqi üçündür. Şairin “Lövh 
ilə Qur'an üzündür, vəssalam”, “Ayəti-səbülməsanidir üzün”, “Vəchinə (üzünə) əhli-
sücud (səcdə əhli) eylər təvaf”, “Çün üzündən cümlə əşya oldu faş”, “Hüsnünə 
xurşidü mah eylər sücud”, “Dörd kitabi-asimanidir yüzün” və s. kimi misra və 
beytləri həm yuxarıdakı şərhləri təsdiq edir, həm də Nəsiminin insan üzünü, 
şəxsiyyətini nə dərəcədə qiymətləndirməsini poetik dillə təsbit edir: 
Nəsimi bu qəzəldə gözəlin cəfasından, lakin həmin cəfanın səfa qədər ona xoş 
olmasından, ləzzət verməsindən danışır. Yarın qapısına səcdəsini öz canına minnət 
qoymaq hesab edir. Gözəllik ilahəsinin qarşısında səcdədən qabaq paklaşmağı vacib 
bilən aşiq (şair, lirik qəhrəman) öz gözlərinin çox məşhur bir ayindən xəbərsizliyinə 
irad tutur. Axı aşiqin həsrət dolu gözləri onsuz da həsrət yaşları axıdır. Su olan yerdə 
belə təyəmmümə nə ehtiyac varmış... 
 
Yüzün hərfində, ey müshəf, bəyani-“küntü kənz” olmuş, 
Təaləllah, zəhi dəftər, bu dəftər qanğı dəftərdir? 
 
Gövhəri-“küntü kənzi” gör kim, nə xərab içindədir.  
...Könlüm içində surətin can kimi qılmışam yerin, 
 
 Belə bir hədis (peyğəmbərin, imamların kəlamı) vardır: “Mən gizli xəzinə 


Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə