NəSİMİNİN İraq divani



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə62/65
tarix14.06.2018
ölçüsü0,54 Mb.
#48875
1   ...   57   58   59   60   61   62   63   64   65

 
 
Küfr (z) - kafirlik, dinsizlik, söyüş. 
 

Qaim (f) - mətanətli. 
Qaimməqam (ə) - birinin yerinə keçən, yerini tutan, butün bir qəzanı idarə edən 
inzibati mə'mur. 
Qayət (ə) - son, nəhayət, axır; nəticə, məqsəd; hədd, dərəcə; çox, çoxlu. 
Qalubəla (ə) - çoxdan, lap əvvəldən; dini təsəvvürə görə əzəliyyətdən, ata-baba 
dövründən qalma. 
Qansı (Az.) - hansı. 
Qasid (ə) - məktub aparıb gətirən adam; yola çıxan, yola düşmüş düşmən; cəhd 
edən, çalışan, əlçi, qısa (yol); qəsd və niyyət edən. 
Qasir (ə) - qısa, gödək; naqis, nöqsanlı; həddi-buluqa çatmamış: gücsüz, zəif, aciz, 
tə'sirsiz. 
Qate' (ə) - kəsən, qıran, üzən, dayandıran, qət edən, iti, kəskin, qəti, möhkəm 
(adam), çəpər. 
Qeyb - hazır olmayan, gözü önündə olmayan, bəlli olmayan şeylər, namə'lum şeylər, 
gözlə görünməyən aləmi-ruhani (dini), gizli, məxfi. 
Qeyb - bağlama, bənd, bağlayacaq şey, bağ, əhəmiyyət vermə, qayğı, fikir, dərd. 
Qəbl (ə) - əvvəl, qabaq.  
Qədd (ə) - boy, qamət. 
Qəddar (ə) - zalım, mərhəmətsiz, amansız, qatı, vəfasız, namərd, xəyanətkar, əhdini 
pozan. 
Qədr (ə) - dəyər, qiymət, e'tibar, hörmət, rütbə, dərəcə, miqdar, kəmiyyət; sözünün 
üstündə durmama, vəfasızlıq, xəyanət, zülm, rəhmsizlik, zalımlıq. 
Qəza (ə) - bədbəxt hadisə, insanın başına gələn hadisə.  
Qəyur (Ğəyur) (ə) - qeyrət çəkən, qeyrətkeş, çox çalışan (adam) 
Qəllaş (ə) - avara, dərbədər, ədəbsiz, hiyləgər, fırıldaqçı.  
Qələndər (f) - dünyadan əl çəkib sərsəri həyat keçirən adam, dərbədər, dərviş,  
dünyadan əlaqəsnni kəsib həqiqət axtaran filosof. 
Qəltan (ə) - diyirlənən, yuvarlanan, yumru, girdə, dəyirmi, bulanan. 
Qəmər (ə) - ay. 
Qəni (ğəni) (ə) - varlı, dövlətli, malik, zəngin.  
Qəncəri  (Az.) - necə. 
Qətl (ə) - öldürmə,   qırğın. Qətli-am - ümumi qırğın, ucdantutma qılıncdan 
keçirmə; qətli-nəfs - qırğın, adam öldürmə. 
Qəfa (ə) - arxa, qoşun arxası, başın pey'ən hissasi, baş. 
Qəhr (ə) - qəzəb, hirs, hiddət, məcbur etmə, tabs etmə. 
Qissə (ə) - hekayət, nağıl, təhkiyə, tarix. Qisseyi-fərda. 
Qissəxan (ə) - nağıl, danışan, naqqal. 
Qövl (ə)  - söz, danışıq, danışmaq, söz vermə, və'd etmə. 
Qövlən (ə) - sözlə, sözdə. 
Qövm (ə) - qohum-əqrəba; tayfa, bir nəsildən olan. 
Qövsi-quzeh (ə) - göy qurşağı, qarı nənə örkəni. 
Qutlu  (Az.) - xoşbəxt. 


 
 
Qubar (ə)  - toz; narın torpaq; məc. kədər, qüssə, qəm. 
Qürs (ə) - dairəvi şey; otaqın havasını təmizləmək üçün odla yandırılan ud ağacı, 
ənbər və s; girdə və yastı dərman, həb. 
 

Lazəlul (ə) - ram olmayan, inadında davam edən, inadlı, tərs.  
Layə'qəl (ə) - ağlı başında olmayan, ağılsız, dəli, divanə  
Layəzal (ə) - əbədi, həmişəlik.  
Layəmut (ə) - ölməz, əbədi. 
Laməkansız (ə) - məkanı olmayan, yeri bilinməyən (allah), yurdsuz, yuvasız. 
Lat (ə) - islamiyyətdən qabaq ərəblərin ibadət etdikləri bütlərdən birinin adı. 
Laübali (ə) - səhlənkar, qeydsiz, təklifsiz, çəkinmədən; özünə zəhmət vermək 
istəməyən. 
Lacərəm (ə) - şübhəsiz, əlbəttə, nəhayət, xülasə, lazımdır, gərəkdir.  
Laşe  (f) - dəyərsiz, heç bir dəyəri olmayan (şey), əhəmiyyətsiz bir şey, mə'nasız şey, 
boş şey. 
Laşərik (ə) - ortağı olmayan, şəriki olmayan. 
Leyk (leykən) (f) - lakin.  
Leyl (ə) - gecə. 
Leylü nəhar (ə) - gecə və gündüz. 
Lisan (ə) - dil. 
Lövh (ə) - taxta, yazı taxtası, lövhə, səhifə. 
Lövhi-məhfuz (ə) - allahın bütün göstərişləri yazılmış lövhə, kitab. 
Ləzzat (ə) - „ləzzət“in cəmi, ləzzətlilər, xoşa gələnlər.  
Lə'in (ə) - məl'un, lə'nətlənmiş. 
Lə'l (ə) - yaqut növündən al rəngli qırmızı daş, həmin daş rəngində olan, al qırmızı 
(dodaq, şərab). Lə'li-Bədəxşan - Bədəxşanda hasil edilən lə'l; lə'li şəkərbar - çox şirin, 
ləzzətli lə'l (şərab, dodaq və s.) 
Ləm'ə (ə) - parıltı. 
Ləmyəzəl (ə) - həmişəlik, əbədi, daimi, ölməz.  
Ləfz (ə) - söz, gəlmə, deyilmiş, tələffüz. 
Ləh (ə) - birinin xeyrinə, yaxşılığına, həmçinin „onun üçün“ mə'nasında da işlənir. 
Ləhv (ə) - oyun, əyləncə, faydasız iş, şərab düşkünü kimi gün keçirmə. 
Ləhvü ləəb (ə) - oyun-oyuncaq. 
Ləvhə (ə) - bir baxış, bir nəzər, bir kərə göz qırpan.  
Ləhzəbələhzə - anbaan, hər an. 
Ləşgər  (f) - qoşun, ordu. 
 

Ma (ə) - su. ma (y)i-zülal-saf, duru su; ma (y)i-təhur - pivə, şirə; ma'i-mə'ni - mə'na 
suyu, bir şeyin iç mahiyyəti.  
Malamal (ə) - dopdolu, lap dolu.  
Mar (f) - ilan. 
Masi vəllah (ə) - allahdan başqa, allahdan savayı. Mah - kalendar ayı. 
Mahi-siyam (f-ə) - orucluq ayı; Mahi-bədr, mahi-tamam - dolğun ay.  


 
 
Me'rac (ə) - çıxılacaq yer, nərdivan, göyə çıxma (dini rəvayətə görə, Məhəmməd 
peyğəmbərin göyə çıxıb səyahət etməsi). 
Mehr (ə) - günəş. 
Mehri-münəvvər (ə) - parlaq, işıqlı, nurlu günəş. 
Mehrab (ə) - məscidlərdə qiblə cəhətdəki divarda qayrılmış oyuq, məc. üz 
çevriləcək yer, ədəb. Sevgilinin qaşına işarə, qaşın təşbihi. 
Meşkat (ə) - divarda oyuq, taxça, camaxatan, lampa üstündə divarda oyuq. 
Məad (ə) - qayıdılacaq yer; məc, axirət, o dünya. 
Məani (ə) - („mə'na“nın cəmi), mə'nalar, stilistika, ritorika. 
Məbada  (f)  - olmaya, saqın, çəkin. 
Məbud (ə) - allah, ibadət olunan, bütpərəstlərin ibadət etdikləri büt, ulduz, günəş, ay 
və s. 
Mə'va (ə) - məskən, yurd, mənzil. 
Məqal (ə) - söyləmə, söz, mövzu; atalar sözü, məsəli; zərbülməsəl.  
Məqsud (ə) - niyyət olunan, arzu edilən, niyyət edilmiş, arzu edilmiş, məqsəd. 
Məğrib (ə) - günbatan, qərb; günəşin batdığı vaxt, axşam, qərb cəhətindəki ölkələr, 
Afrikanın (Misirdən başqa) şimal sahili boyundakı ölkələr. 
Məğfur (ə) - haqsızlığa uğramış, haqqında haqsızlıq edilmiş, aldadılmış, xəyanət 
qurbanı olmuş, xəyanət nəticəsində ələ verilmiş.  
Məzid (ə) - artma, çoxalma, artmış, çoxalmış, böyümüş.  
Məzhər (ə) - bir şeyin zahir olduğu yer, təzahür, yetişmə, nail olma. 
Məzhəri-zülməlal (ə) - (allahın) zahir olduğu yer. 
Məkkar (ə) - hiyləgər, aldadan, bic. 
Məkr (ə) - biclik, hiylə, aldatma. 
Məgəs (f) - milçək.  
Məcəsvar (f) - milçək kimi. 
Məlal (ə)  - usanma, sıxılma, təngə gəlmə, hüzn, kədər, qəm.  
Məlamət (ə) - məzəmmət, qınama, danlaq, qaxınc.  
Mə'lul (ə) - əlil, şikəst; bir şeyin nəticəsi olan. 
Məlul (ə) - kədərli, kədərlənmiş, qüssəli, usanmış, bezmiş.  
Mə'mur (ə) - əmr alan, bir işə tə'yin olunan. 
Mə'mur (ə) - tikintili, abad, əhalisi olan, camaatı çox olan yer; məc. aləm, kainat. 
Mənzur (ə) - baxılan, nəzər salınan, nəzərdə tutulan, məc. məqsəd, niyyət. 
Mə'ni (mə'na) (ə) - məzmun, mövzu, məsələ, məc. səbəb. 
Məs'ud (ə) - xoşbəxt. 
Məscud (ə) - səcdə olunan (allah, büt və s.) 
Məşi (ə) - yeriş, hərəkət, rəftar. 
Mənzər (ə) - görünən yer, görünüş, surət.  
Mələkmənzər - mələk kimi gözəl, misilsiz gözəl. 
Mənnanə (ə) - mərhəmətli, səxavətli (qadın) öz ərinin boynuna minnət qoyan 
dövlətli (qadın). 
Mənşur (ə) - yayılmış, aşkara çıxmış, nizamnamə. 
Mərdüm  (f)  - insan, adam, bəşər.  
Mərdüm (f) - göz bəbəyi. 
Mərcə' (ə) - qayıdılan yer, müraciət olunan yer, adam. 


Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə