NəSİMİNİN İraq divani



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə60/65
tarix14.06.2018
ölçüsü0,54 Mb.
#48875
1   ...   57   58   59   60   61   62   63   64   65

 
 
Ən'am (ə) - bir işə görə hədiyyə vermə, bəxşiş vermə, bəxşiş, hədiyyə. 
Ənasir (ə) - ünsürlər, (çar ənasir). Ənasiri-ərbə'ə - torpaq, su, od, hava. 
Ənbər (ə) - kaşalot adlı dəniz heyvanının ifrazatından hasil edilən gözəl ətir. 
Ənbəri-sara - təmiz, xalis, saf ənbər. Ənbərsa. Ənbərəfşan - ənbər saçan, ənbər ətrini 
səpən. Ənbərbu - ənbər ətri. 
Ənvar (ə) - nurlar, işıqlar. 
Ənvər (ə) - çox işıqlı, çox parlaq, ənvəri-ləmyəzəl - əbədi nur. 
Ənqa (ə) - Qaf dağında yaşayan əfsanəvi bir quş, məc. adı olub, özü olmayan şey. 
Ənbiya (ə) - nəbilər, peyğəmbərlər. 
Əndək (f) - az, bir az. 
Əndəlib (ə) - bülbül. 
Əndişə (f) - düşüncə, fikir, dərd, maraq. Əndişeyi-xam - xali fikir 
Ənduh (f) - qəm, qüssə, qayğı. 
Ənsar (ə) - köməkçi, tərəfdar, islam dininin tə'sis və intişafına xidmət etmiş Mədinə 
əhlinə verilən ümumi ad, məc. yaxın adam. 
Ənsə (t) - boyun ardı, arxa. 
Ənis (f) - yaxın adam, yoldaş, həmdəm. 
Ənfas (ə) - nəfəslər. 
Əncüm (ə) - ulduzlar. 
Ə'rab (ə) - çöldə yaşayan ərəblər, ərəblər. 
Ərbədəcu (ərbədəci) (ə-f) - qovğa və gurultu axtaran, dava salmağı sevən, 
qovğaçı, davakar. 
Ərvah (ə) - (“ruhun” cəmi), ruhlar. 
Ərğəvan (f) - qırmızı rəngində gözəl gül adı; məc. qırmızı. 
Ərəs (Az.) - ərəsvar - Araz çayı kimi. 
Ərs (ə) - yer, torpaq, ölkə, diyar. 
Ər'ər (ə) - ardıc, ardıc kolu; sərv, sərv ağacı. 
Ərrə (f) - mişar, bıçaq. 
Ərkan (ə) - ruknlər, böyüklər, ayinlər, qaydalar. 
Ərsə (ə) - boş yer, meydan, geniş düzən. 
Ərş (ə) - qübbə, taxt-tac, köhnə hey'ət elmində 9-cu və ən uca göy, göy səma. Ərşi-
ə'la - çox uca göy; Ərşi-fələk - fələk, yüksək fələk. 
Əsbab (ə) - səbəblər, alətlər. 
Əsdaf (ə) - sədəflər. 
Əsma (ə) - adlar (“İsmin” cəmi). 
Əsrar (ə) - sirlər, hind kəndiri deyilən və tütün kimi çəkilib insanı kefləndirən bir 
bitkinin adı. 
Əsrük (Az.) - sərxoş, əsrəmək - sərxoş olmaq. 
Əsfəl (ə) - aşağı, alçaq, ən aşağı hissə (hər hansı şeyin). 
Əsfələssafilin (ə) - ən aşağı, alçaq, cəhənnəm, cəhənnəmin yeddinci təbəqəsi. 
Əscüda - bax şərhə. 
Əta (ə) - vermə, bağışlama, hədiyyə. 
Əttar (ə) - ətir satan. 
Əfai (ə) - əfa'nın cəmi, əfalar, zəhərli ilanlar. 
Əfqan (ə) - nalə, fəryad. 


 
 
Əflak (ə) - fələklər. 
Əfrad (ə) - fərdlər. 
Əfşan (f) - saçan, səpən, səpələyən. 
Əxtər (f) - ulduz, bəxt, tale. Səidəxtər - xoşbəxt. 
Əhbab (ə) - dostlar, sevimli, istəkli. 
Əhya (ə) - dirilmə, yeniləşmə. 
Əşcar (ə) - (şəcər'in cəmi) ağaclar. 
 

Fazil (ə) - fəzilət sahibi, fəzilətli, gözəl əxlaqa malik olan, üstün, yüksək, artıq, çox. 
Fasiq (ə) - günahkar, pis işlər görən, fisqü fücur sahibi. 
Faş (f) - açıq, aşkar, faş olunmuş, meydana çıxmış, ifşa olunmuş. 
Fəqiy (ə) - fəqih, fiqh alimi, ilahiyyət elmi ilə məşğul olan alim, 
Fərağat (ə) - vaz keçmə, əl çəkmə, istirahət, boş vaxt; fərağat mülkü - vaz keçiləsi 
dünya. 
Fərda  (f)  - sabah, ertəsi gün; məc. gələcək
 
zaman.  
Fərdiyyət (ə) - təklik, təkbaşınalıq, xüsusilik, yalnızlıq. 
Fərzənd (f) - oğul, övlad, uşaq. 
Fəriştə (f) - mələk, məlaikə, məc. çox gözəl və mülayim təbiətli; məc, mə'sum. 
Fərxəndəhal (ə) - xoşbəxt, uğurlu. 
Fərş (ə) - döşənəcək, ayaq altına salınacaq şey, döşəmə, yer üzu. 
Fəsih (ə) - fəsahətlə danışan. 
Fətə (ə) - cavan, gənc. 
Fəttan (ə) - fitnəkar, araqarışdıran; məc. könül açar, cazibəli, məftunedici. 
Fəth (ə)  - açma, başlama, şüru etmə, zəbt etmə, istila etmə, alma, (bir-ölkəni, bir 
şəhəri) qalibiyyət, zəfər. 
Fiqh (ə) - şəriət elminin ayrı-ayrı məsələlərindən bəhs edən elm, şəriət qanun-
qaydalarını şərh edən xüsusi elm. 
Filməsəl (ə) - məsələn, misal olaraq, xalq arasında məşhur olan. 
Filhal (ə) - bu saat, tez, indi, hazırda. 
Firdövs (f) - bağça, cənnət, behişt. 
Firiştə (fəriştə) (f) - mələk, məlaikə; məc. mə'sum, günahkar, çox: gözəl və 
mülayim təbiətli: firiştə-xu - mələk xasiyyətli, gözəl. 
Fövt (ə) - əldən qaçırma, əldən çıxarma, ölüm. 
Fürqan (ə) - Qur'anın ikinci adı, ayrılma, ayırd etmə, dərk etmək, tanıma, xeyir ilə 
şər, haq ilə nahaq arasındakı fərqi göstərən, ayırd edən. 
 

Gərdiş (f) - əldən-ələ gəzmə, gəzinti, seyr, dolanma. 
Gərdişi-devran (f-ə) - zəmanə. 
Gərdişi-çərxi-fələk (f-z) - fələyin (göy sferasının) haldan-hala, vəziyyətdən-
vəziyyətə düşməsi. 
Gənc (f) - xəzinə, dəfinə. 
Gənci-nihan (f) - gizli xəzinə.  
Giriban (f) - yaxa. 


 
 
Giriftar (f) - tutulmuş, dustaq, əsir, düşkün, mübtəla, düçar; məc. aşiq, vurğun. 
Giryan (f) - ağlayan, ağlaya-ağlaya, ağlayaraq, ağlar. 
Gövhər (gühər) (f) - inci, cavahir, daş-qaş, bir şeyin əsli, mayası. 
Gövhəri-şahvar (f) - çox iri dənəli inci, şaha layiq inci. 
Gövhər şikən//gühərşikan - gövhər deşən, nadir söz deyən. 
Göftar (f) - söhbət, söz, danışıq. 
Guş (f) - qulaq, diqqət. 
Güvah (f) - şahid. 
Gülbərk (f) - gülyarpağı, qızılgül yarpağı; gülbərki-tər - təzə gül yarpağı. 
Güli-ariz (f-ə) - gülüzlü. 
Günbəd (günbəz)  (f) - qübbə, yarımdairə şəklində tavan, göy qübbəsi. 
Günbədi-dəvvar (f-ə) - dolanan günbəz, göy, səma. 
Gülrüx (f) - gülüzlü, gülyanaqlı. 
Gülüstan (f) - güllük, çiçəklik. 
 
Ğ 
Ğəbğəb (f) - buxaq. 
Ğəni (ə) - varlı, dövlətli. 
Ğərib (ə) - yaxın 
 

Hadi (ə) - doğru yol göstərən, düz yola çağıran, izçi, bələdçi; hadiyi-gümrah - 
yolunu azmış bələdçi, azqın yol göstərən. 
Hasid (ə) - paxıl, həsəd aparan. 
Hafiz (ə) - saxlayan, qoruyan, Qur'anı əzbər bilən adam. 
Haşimi (ə) - Məhəmməd peyğəmbərin ata tərəfindən mənsub olduğu nəsil, 
haşimilər sülaləsi. 
Heyvan (ə) - dirilik, sağlıq, həyat, abi-heyvan - dirilik suyu.  
Heydər (ə) - aslan, şir; məc. igid, cəsur.  
Həba (ə) - narın toz; məc. bihudə, əbəs.  
Həbib (ə) - sevilən, sevgili, dost.  
Həbl (ə)  - ip, kəndir. 
Həqqülyəqin (ə) - yəqinlik dərəcəsinə çatmış həqiqət, inkaredilməz həqiqət. 
Hədis (ə) - yeni, təzə, sonradan zühur etmiş, sonradan vücuda gəlmiş, rəvayət, 
hadisə, xəbər, peyğəmbərin, imamların kəlamı (dini).  
Həzar (f) - bülbül; min. 
Həzər (ə) - saqınma, çəkinmə, ehtiyat etmə. 
Həkim (ə) - mütəfəkkir, filosof, bütün fənlərə və elmlərə vaqif adam, alim, təbib, 
doktor. 
Həlavət (ə) - şirinlik, dad, ləzzət, zövq. 
Həlqəbkuş (ə-f) - qulağı halqalı (qul). 
Həmra (ə) - qırmızı, qızıl; laleyi-həmrə - qırmızı lalə. 
Həmsan (f) - oxşar, kimi bənzər. 
Həmta (f) - bənzər, oxşar, tay, tay-tuş, cur. 
Həmul (ə) - dözümlü. 


Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə