Neft-qaz quyularinin tamamlanmasi


MÖVZU-8. TEXNIKI LAYIHƏ VƏ GEOLOJI-TEXNIKI



Yüklə 1,2 Mb.
Pdf görüntüsü
səhifə12/50
tarix02.03.2023
ölçüsü1,2 Mb.
#101780
1   ...   8   9   10   11   12   13   14   15   ...   50
Quyularin tamamlanmasi leak by 1337

MÖVZU-8.
TEXNIKI LAYIHƏ VƏ GEOLOJI-TEXNIKI
TAPŞIRIQ HAQQINDA QISA MƏLUMAT


Texniki layihə əsasında hər bir qazıma briqadası üçün: geoloji
texniki tapşırıq, mail quyu olduqda isə əlavə quyunun profili
hazırlanır.
Geoloji texniki tapşırıq qazıma briqadası üçün operativ iş planı
olmaqla, qazımanın texnoloji rejimini və qazıma prosesini həll
edən hərtərəfli təlimatdır. Bu tapşırıq əsas üç hissədən ibarətdir:
a) geoloji hissədən; b) texnoloji; c) texniki. 
Geoloji hissədə: stratiqrafiya, süxurların litoloji kəsilişi,
quyuların yatım bucağı, süxur (kerna) götürmə intervalları,
gözləniləbilən çətinliklərin (uçulmalar, qazıma məhlulunun
udulması, neft-qaz təzahürü) intervalları, elektrometriya (karotaj
işləri) və aparılacaq başqa ölçmə işlərinin dərinlik intervalları,
məhsuldar layların qalınlığı və dərinliyi haqqında məlumat
verilir.
Texnoloji hissəsində qrafiki şəkildə quyuya buraxılan qoruyucu
kəmərlərin diametri, dərinliyi və kəmər arxasında sement
məhlulunun qalxma hündürlüyü göstərilir.
Texniki hissədə: dərinlik intervalları üzrə qazıma baltalarının
tipi, ölçüsü balta reyslərinin sayı, qazıma rejimi və qazıma
məhlulu parametrlərinin intervallar boyu qiymətləri; tal
mexanizmi, qazıma nasosları, qazıma kəməri və şamlarının
qaldırılma sürətləri haqqında və habelə qazıma məhlulunun
intervallar boyu kimyəvi işlənilməsi və reagentlər haqqında və s.
məlumat verilir.
3.3.Quyu quruluşunun layihələndirilməsi 
Quyu quruluşunun seçilməsini əsaslandıran amillər
aşağıdakılardır: 
1.Quyunun qazılması məqsədi;
2. Quyunun layihə horizontu, dərinliyi və istismar kəmərinin
diametri;
3.Startiqrafik kəsiliş üzrə lay təzyiqinin və süxurların yarılma
təzyiqinin qiymətləri;


4.Süxurların bərkliyi üzrə xarakteristikası;
5.Quyunun qurtarması və istismarı üsulları;
6.Quyunun profili (şaquli, maili) şaquli oxdan layihə üzrə
inhirafı, zenit (əyrilik) və azimut bucağının dəyişməsi tempi.
Quyu quruluşu layıhələndirildikdə qoruyucu kəmərlərin növünü
də seçmək lazımdır. Bunun üçün qazımanın geoloji-texniki
şəraitinə uyğun olaraq aşağıda göstərilən

Yüklə 1,2 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə