Neft-qaz quyularinin tamamlanmasi


MÖVZU-9. BIRGƏLƏŞDIRILMIŞ TƏZYIQLƏR



Yüklə 1,2 Mb.
Pdf görüntüsü
səhifə14/50
tarix02.03.2023
ölçüsü1,2 Mb.
#101780
1   ...   10   11   12   13   14   15   16   17   ...   50
Quyularin tamamlanmasi leak by 1337

MÖVZU-9.
BIRGƏLƏŞDIRILMIŞ TƏZYIQLƏR
QRAFIKININ QURULMASI METODU
Neft yatağının startiqrafik kəsilişi üzrə lay təzyiqinin və
süxurların hidravliki yarılma təzyiqinin qiymətlərinin dəyişməsi
koordinat sistemində
birgələşdirilmiş təzyiqlər epyurası
adlanır. Əvvəllər lay təzyiqi və hidravliki yarılma təzyiqinin
dəyişməsi qrafiklərinin çəkilməsi zərurəti ayrı idi. Hər iki
qarfikin bigə çəkilməsi nəticəsində “birgələşdirilmiş təzyiq”
qrafiki adlanır.
Koordinat sistemi dərinlik və təzyiq qradiyenti ekviva-lenti
oxlarından ibarətdir. 
Təzyiq qradiyenti ekvivalenti dedikdə elə mayenin sıx-lığı
nəzərdə tutulur ki, həmin mayedən ibarət maye sütunu, təyin
edilən dərinlikdə qiymətcə lay təzyiqinə və hidravliki yarılma
təzyiqinə bərabər təzyiq yaratsın.
Hər hansı
H
i
– dərinlik intervalı üçün lay təzyiqinin (
P
lay
) və
hidravlik yarılma təzyiqinin (
P
h.y.
)
qiymətlərini bildikdə, həmin
təzyiqlər üçün təzyiq qradiyenti ekvivalentlərini aşağı-dakı
ifadədən təyin edirik:
ρ
lay
=
P
lay
0,01
∙ H
i
;
ρ
h . y.
=
P
h . g .
0,01
∙ H
i
;
[
MPa
m
]
Şəkil 3.3-də quyu quruluşunu seçmək üçün birgələşdirilmiş
təzyiqlər qrafiki göstərilmişdir. Birgələşdirilmiş təzyiqlər
qrafikini aşağıdakı ardıcılıqla qurmaq olar:
1.Qazıma Trestinin (idarəsinin,müəssisəsinin,böl-məsinin)
geoloji şöbəsindən götürülmüş: dərinlik intervalları üzrə staryiq-
rafiya kəsilişi, süxurların litoloji xarakteristikası, lay (
P
lay
) və


hidravliki yarılma (
P
h.y.
)
təzyiqlərinin qiymətləri qrafikdə
göstərilir və qrafikin III hissəsində birgələşdirilmiş təzyiqlər
qrafiki qurulur. Absis oxunda təzyiq qradiyenti ekvivalentləri
miqyası P
lay
=1,0; 1,1; 1,2; 2,2 qiymətlərinə uyğun miqyasda
çəkilir. Ordinat oxunda isə quyunun dərinliyi göstərilir. 
Şəkil 3.3. Quyu quruluşunu seçmək üçün birgələşdirilmiş
təzyiqlər qrafikinin sxemi
2.Lay təzyiqi məlum olan
H
i
dərinlik intervalları üçün təzyiq
qradiyenti ekvivalentinin qiymətləri 1,2,3, ...19 nöqtələri ilə
koordinat müstəvisinə köçürülür. Sonra həmin nöqtələrdən


ordinat oxuna paralel xətlər çəkib, araları onlara perpendikulyar
üfüqi xətlərlə birləşdirilir. Beləliklə, lay təzyiqi qradiyentinin
dəyişilməsi əyrisi alınır.
3.Həmin qayda ilə dərinlik intervalları üzrə hidravliki yarılma
təzyiqləri hesablama aparılıb 20,21,22...39 nöqtələri ilə
koordinat müstəvisinə köçürülür və nəticədə süxurların hidravlik
yarılma təzyiqinin dəyişilməsi əyrisini alırıq. Alınan 2-ci əyri
koordinat müstəvisində 1-ci təzyiq əyrisinin sağında yerləşəcək. 
4.Sonra iki təzyiq qradiyentləri dəyişməsi əyriləri arasında
eyniləşdirilmiş (birgələşdirilmiş) qazıma şəraiti olan zolaqlara
ayırırlar. Bunun üçün əvvəlcə lay təzyiqi qradiyentləri dəyişməsi
əyrisinin sol kənar nöqtələrində (3,5,11,16) paralel çəkilib, AB,
EF, KL və OP xətlərini alırıq. Sonra hidravlik yarılma təzyiqi
qradiyentinin dəyişilməsi əyrisinin sağ kənar nöqtələrinə
(20,26,31,35) paralel çəkməklə CD, GH, MN, QS xətlərini
alırıq.
5.Alınan ABCD, EFGH, KLMN və OPQS dördbucaqlı
sahələrini ştrixləyib verilmiş quyu üçün eyniləşdirilmiş qazıma
şəraiti olan zolaqları alırıq. 
6.Beləliklə, birgələşdirilmiş təzyiq qrafikində:
6.1.AB, EF, KL və OP əyriləri kəsilişin uyğun intervalları üçün
lay təzyiqlərinin sərhəd şərtlərini CD, MN, GH və QS əyriləri
isə həmin kəslişdə hidravlik yarılma təzyiqlərinin sərhəd
şərtlərini təyin edir;
6.2.Qrafikdəki eyniləşdirilmiş qazıma şəraiti zolaqları, quyunun
qoruyucu kəmərlərlə möhkəmləndirilməyə ehtiyacı olan
zolaqlarıdır. Daha doğrusu quyuya buraxılacaq qoruyucu
kəmərlərin sayı bu zolaqların sayı qədər olmalıdır.
7.Qoruyucu kəmərlərin buraxılma dərinliyi, eyniləşdi-rilmiş
qazıma şəraiti zolağının aşağı sərhədlərindən 10-12m qə-dər
yuxarı götürülür .
Beləliklə, quyu üçün eyniləşdirilmiş qazıma şəraiti olan dörd
zolaq alınır ki, həmin zolaqlara uyğun quyuda dörd qoruyucu
kəmər yəni:


-konduktor – 750m
- I aralıq kəmər – 3150m
- II aralıq kəmər – 4650m (“quyruq”)
- istismar – 5000m dərinliyə buraxılır.
Bircələşdirilmiş təzyiq qrafikinin sağ kənar sütununda qazıma
məhlulunun sıxlığı yazılır.

Yüklə 1,2 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə