Neft-qaz quyularinin tamamlanmasi



Yüklə 1,2 Mb.
Pdf görüntüsü
səhifə13/50
tarix02.03.2023
ölçüsü1,2 Mb.
#101780
1   ...   9   10   11   12   13   14   15   16   ...   50
Quyularin tamamlanmasi leak by 1337

qoruyucu kəmər
növləri
təklif edilir:
1. Əgər qazıma geoloji çətinliklər şəraitində aparılırsa, quyunun
etibarlı möhkəmləndirilməsini bütöv qoruyucu kəmərlər işlət-
məklə əldə etmək olar.
2. Metalın və materiallrın işlədilməsinə qənaət etmə, quyunun
möhkəmləndirilməsi üçün sürətləndirmə, qazıma və sementləmə
proseslərində hidravlik müqavimətləri azaltma məqsədlərinə
uyğun olaraq geoloji şərait yol verən hallarda bütöv qoruyucu
kəmərlər əvəzinə “quyruq kəmərləri” işlətmək lazımdır.
3. Udulma kimi ağır mürəkkəbləşmələrin (çətinliklərin) qarşısını
almaq üçün o biri kəmərlərlə əlaqəsi olmayan “letuçka” tipli
qoruyucu kəmər işlətmək olar.
4. Əgər aşağı intervalların qazılması başmaqdan yuxarı qoru-
yucu borular şiddətli sürtünməyə məruz qalarsa, “nadstavka”
tipli və yaxud dəyişdirilən qoruyucu kəmərlərin işlədilməsi
nəzərdə tutula bilər.
Qazılacaq quyunun geoloji kəslişi keçiləcək layların geoloji
şəraiti, quyunun layihə dərinliyi qazıma üsulu və habelə onun
mənimsənilmə üsulu haqqında məlumat varsa, həmin quyu üçün
quruluş (konstruksiya) aşağıdakı ardıcıllıqla seçilir və
əsaslandırılır:
1.Şaxt borusunun və ya istiqamətləndiricinin qəbul ediləcək
uzunluğu yerli şəraitə görə qəbul edilir.
2.Konduktora olan ehtiyac göstərilməklə onun buraxılma dərin-
liyi qəbul edilir. 
3.Tam möhkəmlik yaratmaq üçün konduktor arxasında sement
yer səthinə qədər qaldırılmalıdır;


4.Birinci aralıq kəmərin buraxılmasına olan ehtiyac və onun
buraxılma dərinliyinin səbəbi şərh edilib əsaslandırılır. Aralıq
kəməri arxasında sementin qaldırılacaq hündürlüyü və onun
səbəbi göstərilir;2-ci və 3-cü aralıq kəmərinin (texniki kəmərin)
buraxılmasına ehtiyac olduqda, bunlar da ara kəmərində olduğu
kimi şərh edilir. Bunların “quyruq” şəklində buraxılma imkanı
və onun arxasında qaldırılacaq sementin hündürlüyü göstərilir;
5.İstismar kəmərinin buraxılacaq dərinliyi göstərilməklə onun ən
səmərəli diametri seçilir və bununla bərabər kəmər arxasında
sementin qaldırılacaq hündürlüyü əsaslandırılır;
6. İstismar kəmərinin yerini qazıyacaq baltanın diametri
D
b
=D
m
+2δ
, mm
ifadəsinə görə hesablanaraq bundan əvvəlki kəmərin diametri isə
D
k
=D
b
+25
, mm
ifadəsi ilə müəyyən edilir və bunlara yaxın ГОСТ (standart)
qiymətlər qəbul edilir;
7.İstismar kəmərində olduğu kimi aşağıdan yuxarıya doğru
kəmərlərin diametri müəyyən edilməklə, onların yerlərini
qazıyacaq baltaların diametrləri hesablanır.
Şəkil 3.2-də quyu quruluşu və quyu lüləsinin kəsilişinin sxemi
verilimişdir.
Şəkil 3.2. Quyu quruluşu



Yüklə 1,2 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə