Neft-qaz quyularinin tamamlanmasi


Trapesiya profilli yivi olan qoruyucu borular



Yüklə 1,2 Mb.
Pdf görüntüsü
səhifə19/50
tarix02.03.2023
ölçüsü1,2 Mb.
#101780
1   ...   15   16   17   18   19   20   21   22   ...   50
Quyularin tamamlanmasi leak by 1337

Trapesiya profilli yivi olan qoruyucu borular.
Rusiyada və
başqa ölkələrdə boruların birləşmə yerlərindəki möhkəmliyi
artırmaq məqsədilə yivləri trapesiya profilli olan qoruyucu


boruları hazırlamağa başlamışıar. Bunların sırasında Rusiyanın
OTTM1, OTTГ1, TБO, OГ-1М şifrəli boruları göstərmək olar. 
Trapesiya profilli yizlərin konusluluğu 2tgγ=1/16 saxlanılmaqla
addımı üçbucaq profilli yiv nisbətən 5,08 m-ə qədər artırılmış
yivin dərinliyi 1,6 mm, yiv profilinin (trapesiyanın) yan
tərəflərinin maillik bucaqları 3 və 10
0
-dir. Beləliklə, birləşmə
yerində trapesiya profilli yivlərin oturması həm daxili və həm də
xarici diametrlər üzrə əmələ gəlir( şəkil 4.1).
Muftanın boruya geydirib əl ilə dolandırdıqda başlanğıc tarımlıq
14 ± 3 mm olmalıdır. Birləşməni maşınla dolandırıb bərkitlikdən
sonra muftanın qırağı ya tamamilə borunun son yivinə qədər
gedir və yaxud da 5 mm-ə qədər ona çatmır. Bu zaman
diametrin tarımlığı 0,75 mm olur.
Şəkil 4.1
Rusiya Qazma Texnikası Elmi Tədqiqat institutunun
məlumatına görə OTTM1 borularının yiv birləşmələrinin
möhkəmliyi ГОСТ 632-80 üzrə üçbucaq profilli yiv
birləşmələrinin möhkəmliyindən 25-50% artıq alınır.
OTTГ1 şifrəli boruların yiv birləşmələri OTTM1 boru-ları kimi
trapesiya profilli olub, onlardan muftanın içərisində borunun


konusu səthə kip oturdulması ilə fərqlənir. Belə birləş-dirilən
hissələr (borular) arasında ara boşluğu qalmadığına görə OTTГ1
boruları yüksək hermetikli olur. 
OTTM1 və OTTГ1 boruları diamertri 114,3 mm-dən 340 mm
qədər ölçülərlə buraxılır. Qalınlıqları isə kiçik diametrli
borularda: 6-9 mm; orta diametrli borularda: 6-11 mm; diametri
168,3 mm-dən böyük olan borularda isə 7,8 mm-dən 12 mm-ə
qədər olur. Bunlardan əlavə 178; 194; 244,5 mm diametri olan
borular üçün 14 mm qalınlıqda verilir.
Muftasız trapesiya profilli yivi olan TБO boruları iki variantda
hazırlanır: TБO-4 borularının hər iki ucu xaricə qalınlaşdırılır.
Bir uca xarici yiv, borunun o biri ucuna isə mufta kimi daxili
trapesiya profilli yiv açılır. 
TБO-5 borularında ancaq bir ucu xaricə qalınlaşdırılır. Həmin
uca daxili yiv açılır. Borunun o biri qalınlaşdırılmış ucuna isə
xaricində trapesiya profilli yiv aşılır. Trapesiyalı yivlərin profili
və ölçüləri OTTM1 və TБO borularında eynidir.
Trapesiya profilli yivi olan, yüksək müqavimətli və hermetikli
borulardan ABŞ-da,Yaponiyada da istifadə olunur. Bunların
içərisində “ANİ” institutunun “Batres” yivli boruları və
“Ekstrem Lay” tipli boruları göstərmək olar. Bu borular əsasən
114,3 mm-dən 273 mm-ə qədər diametrlərdə həm normal, həm
də uzadılmış yivi olan muftalarla buraxılır.

Yüklə 1,2 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə