Temperaturun öLÇÜLMƏSİ plan temperatur şkalaları və temperatur kəmiyyət vahidləri. Mexaniki kontakt termometrləri



Yüklə 5,22 Mb.
səhifə1/23
tarix05.08.2023
ölçüsü5,22 Mb.
#120374
  1   2   3   4   5   6   7   8   9   ...   23
nöc 1




TEMPERATURUN ÖLÇÜLMƏSİ
PLAN
1. Temperatur şkalaları və temperatur kəmiyyət vahidləri.
2. Mexaniki kontakt termometrləri.
3. Elektrik kontakt termometrləri.
ƏDƏBİYYAT


1. Димов Ю.В. Метрология, стандартизация и сертификация: Учебнии для вузов. 3-е изд.- СПб.: Питер, 2010. -464 с.: ил. –(Серия «Учебнии для вузов»).
Ölçmələrin yerinə yetirilməsinə xidmət edən texniki vasitələrin çoxluğu, ölçmələrin yerinə yetirilməsinin üsul və qaydaları onların nəticələrinin interpretasiyası ölçmə texnikası anlayışı kimi qəbul edilir.
Müasir dünyamızda ölçmə texnikasının yerini aşağıdakı məlumatlarla xarakterizə etmək olar. Hal-hazırda ölçmə texnikasının məsrəfləri bütün material sərfinin 10...15%-i təşkil edir. İqtisadiyyatın bəzi sahələrində məsələn, neft emalı, neft kimya, kimya, radioelektron, təyyarəqayırma və s. bu sərflər 25% təşkil edir.
Ölçmə texnikasının texnoloji proseslərdə istifadə olunan ölçmə üsulları və ölçmə qurğularını özündə birləşdirən bölməsi texnoloji ölçmələr anlayışı kimi qəbul edilmişdir.
Texnoloji ölçmələrə daxil edilən ölçülən parametrlər dəsti fərqi sənaye sahələri üçün kifayət qədər fərqlənirlər və əsasən texnoloji proseslərin spesifikasından asılıdır.
Texnoloji prosesin xarakterindən asılı olaraq müxtəlif sənaye sahələrindəki bütün istehsalatı iki qrupa bölmək olar: fasiləsiz və diskret (ədədi) istehsalat xarakterli texnoloji proseslər. Birinci qrupa neftemalı, qazemalı, neftkimya, kimya, metallurgiya, istilikenergetika, hidroenergetika və s; ikinci qrupa –maşınqayırma, cihazqayırma, radioelektron, yeyinti və s. istehsalat sahələri aiddir. Təxmini olaraq fasiləsiz və diskret xarakterli texnoloji proseslər üçün hansı parametrlərin haünsı nisbi miqdarda ölçülməsi haqqında təsəvvürün formalaşmasına aşağıdakı cədvəl (cədvəl 1) kömək edə bilər.
Cədvəldən göründüyü kimi istehsalatı fasiləsiz xarakterli texnoloji proseslərdə təzyiqin, temperaturun, sərfiyyatın, səviyyə və maddə miqdarının ölçülməsi bütün ölçmələrin ümumi miqdarının 86% -dən çoxunu təşkil edir. Qalan 14% ölçmələri isə maddənin tərkibi və fiziki -kimyəvi xüsusiyyətlərinin, həmçinin elektrik kəmiyyətlərinin ölçülməsi təşkil edir.

Cədvəl 1. İstehsalatı fasiləsiz və diskret xaralterli texnoloji proseslərin parametrlərinin ölçülməsi.








Yüklə 5,22 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə