22
www.aliyevheritage.org
tərəfdaşlıq" proqramında iştirak etmək Ermənistan-Azərbaycan münaqişəsinin
ədalətlə, dincliklə dayandırılmasına, işğal olunmuş Azərbaycan ərazilərinin
azad edilməsinə, müharibənin bütün nəticələrinin aradan qaldırılmasına
tezliklə nail olmağa imkan verəcəkdir. NATO-nun yüksək nüfuzu bu qanlı
müharibənin dayandırılması işində sanballı amil ola bilər.
Biz ümidvarıq ki, Azərbaycan Respublikasının "Sülh naminə tərəfdaşlıq"
proqramına qoşulması bizə Avropada kollektiv təhlükəsizliyin etibarlı sistem-
inin yaradılmasında iştirakımızı fəallaşdırmağa imkan verəcəkdir.
Belə düşünürəm ki, Şimali Atlantika İtt ifaqının əsasını təşkil edən demokra-
tik prinsiplər müvəff əqiyyətlə əməkdaşlıq etməyimizə, Zaqafqaziyada və
digər bölgələrdə sülh və sabitlik yolunda duran əngəllərin əməli surətdə ara-
dan qaldırılmasına, bütün xalqların tərəqqi və inkişafına kömək edəcəkdir.
AZƏRBAYCAN – NATO : TƏRƏFDAŞLIQDAN BAŞLANAN YOL
23
www.aliyevheritage.org
Hörmətli cənab baş katib!
Mən burada, NATO-nun baş qərargahında olmağımdan, sizinlə apardığım
söhbətlərdən çox məmnun olduğumu bildirmək istəyirəm.
Siz qeyd etdiniz, mən bura artıq birinci dəfə deyil gəlirəm. 1994-cü ilin mayında
mən buraya gəlib NATO-nun "Sülh naminə əməkdaşlıq" proqramına imza
atmışam. 1994-cü ilin yanvarında NATO-nun belə bir proqramı qəbul etməsini,
onu bəyan etməsini və ölkələrin bu proqrama qoşulması haqqında çağırışını biz
məmnuniyyətlə qəbul etdik və bunu çox yüksək qiymətləndiririk. Bu proqram,
həqiqətən Avropada, eyni zamanda dünyada sülhün, əmin-amanlığın bərqərar
olması üçün çox yaxşı bir əsas yaradır. Ona görə də Azərbaycan iki il bundan
əvvəl bu proqrama qoşulub. Mən bu proqrama imza atmışam.
Cənab baş katib, bu gün bu proqramla əlaqədar olaraq Azərbaycanın pre-
zentasiya sənədini mən sizə təqdim etdim. Sizinlə apardığımız söhbətlərdən,
fi kir mübadiləsindən mən çox razıyam, məmnunam. Onlar bizim ikitərəfl i
əlaqələrimiz üçün, о cümlədən Qafqazda, Zaqafqaziyada sülhün, əmin-
amanlığın yaranması üçün çox əhəmiyyətlidir. Fikir mübadiləmizdə Zaqaf-
qaziyada Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll olun-
ması məsələlərinə də toxunduq. Ümidvar olduğumu bildirmək istəyirəm
ki, bu məsələnin sülh yolu ilə həll olunması üçün NATO öz səylərini
əsirgəməyəcəkdir.
Ermənistan prezidenti Levon Ter-Petrosyanla mən bu məsələlərin sülh yolu
ilə həll olunması üçün Lüksemburqda apardığımız danışıqlar nəticəsində birgə
bəyanat verdik və mən bu barədə sizə geniş məlumat verdim. Artıq iki ildir ki,
bu münaqişədə atəşkəs rejimi yaranıbdır və prezident Ter-Petrosyan ilə mən
bəyan etdik ki, biz bundan sonra da bu atəşkəs rejiminə riayət edəcəyik. Eyni
zamanda biz sülh danışıqlarını davam etdiririk və münaqişəyə sülh yolu ilə
tamamilə son qoymaq istəyirik. Mən bu gün sizə bir daha bildirdim ki, bunun
üçün Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal olunmuş torpaqlarından
çıxmalıdır, işğal edilmiş torpaqlardan didərgin düşmüş bir milyondan artıq
Azərbaycan vətəndaşı öz yerinə, yurduna qayıtmalıdır, Azərbaycanın ərazi büt-
övlüyü bərpa olunmalıdır. Azərbaycan dövlətinin tərkibində Dağlıq Qarabağa
yüksək muxtariyyət statusu verilə bilər.
Azərbaycan Prezidenti Heydər Əliyevin NATO-
nun Baş katibi Xavyer Solana ilə birgə jurnalistlərlə
görüşündə çıxışı – Brüssel
23 aprel 1996-cı il
AZƏRBAYCAN – NATO : TƏRƏFDAŞLIQDAN BAŞLANAN YOL
24
www.aliyevheritage.org
Bir daha ümidvar olduğumu bildirmək istəyirəm ki, Ermənistan-Azərbaycan
münaqişəsinin bu şərtlər əsasında, sülh yolu ilə həll edilməsində NATO da öz
səylərini göstərəcəkdir. NATO-nun fəaliyyətini biz sülhsevər fəaliyyət hesab
edirik. NATO-nun mövcudluğunu və onun fəaliyyətini Avropada, dünyada
sülhün, əmin-amanlığın bərqərar olunması üçün çox mühüm bir amil hesab
edirik.
NATO-ya və NATO-nun üzvü olan ölkələrə bu sahədə yeni uğurlar
diləyirəm.
Cənab baş katib, mən sizi Azərbaycana rəsmi səfərə dəvət etmişəm. Siz bu
dəvəti qəbul etmisiniz və ümidvar olduğumu bildirmək istəyirəm ki, onu yaxın
vaxtlarda həyata keçirəcəksiniz. Bu böyük vəzifəni siz qısa bir vaxtdır ki, öz
üzərinizə götürmüsünüz. Bilirəm ki, siz bu sahədə çox iş görürsünüz. Şəxsən
sizə bu işlərinizdə müvəff əqiyyətlər arzulayıram.
Azərbaycan öz dövlət müstəqilliyini qoruyub saxlayacaqdır. Bir prezident
kimi mənim bu sahədə apardığım siyasətə və əməli işlərimə yüksək qiymət
verdiyinizə görə sizə təşəkkür edirəm. Bugünkü söhbətimizə görə və mənə
göstərdiyiniz diqqətə, mehribanlığa görə sizə təşəkkür edirəm. Sizə bir daha
yeni müvəff əqiyyətlər arzulayıram.
AZƏRBAYCAN – NATO : TƏRƏFDAŞLIQDAN BAŞLANAN YOL
25
www.aliyevheritage.org
Hörmətli cənab Xavyer Solana!
Mən sizi Azərbaycan torpağında səmimi salamlayır və ümidvar olduğumu
bildirirəm ki, bu səfər zamanı aparılan danışıqlar, keçirilən görüşlər sizdə
Azərbaycan haqqında geniş təsəvvür yaradacaqdır. Azərbaycan 1994-cü ildə
NATO-nun "Sülh naminə tərəfdaşlıq" proqramına qoşulmuş, 1995-ci ilin
aprelində isə Azərbaycan dövlətinin başçısının NATO-nun Brüsseldəki mənzil-
qərargahına səfəri zamanı müvafi q prezentasiya sənədi təqdim olunmuş
və beləliklə, Azərbaycan Respublikası ilə Şimali Atlantika İtt ifaqı arasında
əməkdaşlıq başlanmışdır. Azərbaycan həmin sənədlə üzərinə götürdüyü
vəzifələri yerinə yetirir və NATO-nun baş katibi Bakıda qalacağı müddətdə
buna əmin ola bilər. Eyni zamanda görüləsi işlər də çoxdur. Belə ki, bir sıra
məsələləri dəqiqləşdirmək zəruridir və səfər zamanı biz buna nail olacağıq.
Azərbaycanın daxil olduğu Zaqafqaziya spesifi k cəhətləri ilə seçilən region-
dur. Azərbaycan beş ildir ki, müstəqillik şəraitində yaşayır. Qarşıda duran
vəzifə müstəqilliyimizi qoruyub saxlamaq və onu möhkəmləndirməkdir. Biz
demokratik, hüquqi dövlət qururuq. Belə ki, 1995-ci ildə müstəqil dövlətimizin
ilk Konstitusiyasını qəbul etmişik, elə həmin il azad parlament seçkiləri
keçirmişik. Hazırda iqtisadi və siyasi islahatlar aparırıq. Hesab edirəm ki,
ölkəmizdə demokratik prinsiplər, insan hüquqları, siyasi plüralizm, mətbuat
azadlığı bərqərar olmuşdur. Ölkəmizdə müxtəlif siyasi partiyalar fəaliyyət
göstərir. Bir sözlə, biz demokratik cəmiyyət quruculuğu yolunda ciddi addımlar
atmışıq və atırıq.
Ölkəmizdə keçirilən iqtisadi islahatlara gəlincə bildirmək istəyirəm ki, milli
iqtisadiyyatın demokratik inkişafını təmin etmək üçün islahatlar aparılır və artıq
bir sıra müsbət nəticələr əldə edilmişdir. Bu cəhətdən torpaq islahatı və torpağın
xüsusi mülkiyyətə verilməsi mühüm əhəmiyyət kəsb edir. Hesab edirəm ki, 2-3
ildən sonra Azərbaycanda azad bazar münasibətləri təşəkkül tapacaqdır.
Onu da əlavə edim ki, iqtisadiyyatın inkişafı üçün xarici investisiyaların
böyük əhəmiyyəti var. Biz bu sahədə də ardıcıl siyasət yeridirik. Bildiyiniz
kimi, Azərbaycanın neft yataqlarının birgə istismarı haqqında xarici şirkətlərlə
bir sıra müqavilələr imzalanmışdır və bu müqavilələr hazırda həyata keçirilir.
Azərbaycana rəsmi səfərə gəlmiş NATO-nun Baş
katibi Xavyer Solana ilə görüşdə Azərbaycan
Prezidenti Heydər Əliyevin çıxışı
Prezident sarayı, 13 fevral 1997-ci il
AZƏRBAYCAN – NATO : TƏRƏFDAŞLIQDAN BAŞLANAN YOL
Dostları ilə paylaş: |