Nato az indd



Yüklə 5,13 Kb.
Pdf görüntüsü
səhifə3/116
tarix27.10.2017
ölçüsü5,13 Kb.
#6977
1   2   3   4   5   6   7   8   9   ...   116

16
www.aliyevheritage.org
burada, NATO-nun iqamətgahında olmağımdan istifadə edərək, Azərbaycanın 
mövqeyini bir daha bəyan edirəm. Biz bu məsələnin sülh yolu ilə həllinə, atəşin 
və bütün hərbi  əməliyyatların dərhal dayandırılmasına, işğalçı qoşunların 
Azərbaycan ərazisindən dərhal çıxarılmasının və bu zaman onun ərazi bütöv-
lüyünü, sərhədlərinin toxunulmazlığını  təmin edəcək danışıqlara tərəfdarıq. 
Biz bu şərtlərlə Dağlıq Qarabağın muxtariyyət statusu haqqında məsələni 
nəzərdən keçirməyə hazırıq. 
Aprelin 12-də Azərbaycan televiziyası  və radiosu ilə  çıxış edərkən mən 
erməni xalqına, Ermənistanın rəhbərliyinə, Dağlıq Qarabağın Azərbaycan 
vətəndaşı olan erməni sakinlərinə müraciət edərək qan tökülməsini 
dayandırmağa çağırdım. Taleyin hökmü ilə Azərbaycan və erməni xalqları 
yanaşı yaşamalıdırlar və  əsrlərlə yanaşı yaşamışlar. Biz belə hesab edirik ki, 
problemin hərbi yolla həllinin perspektivi yoxdur. Bu müharibə perspektivsiz 
müharibədir və qan tökülməsinə mümkün qədər tezliklə son qoymaq, region-
umuzda sülhü bərqərar etmək lazımdır. 
Bu gün bir daha əmin olduğumuzu bildiririk ki, bizim sülh məramlı 
təşəbbüslərimizin həyata keçirilməsi üçün beynəlxalq təşkilatlar, ilk növbədə 
ATƏM və onun Minsk qrupu əlavə tədbirlər görəcəklər. Bu gün NATO-nun 
iqamətgahında olarkən yarandığı dövrdən bəri Avropada və bütün dünya-
da sabitlik yaradılmasına, sülh və  əməkdaşlığın möhkəmləndirilməsinə çox 
böyük töhfə vermiş  Şimali Atlantika İtt ifaqına dərin hörmətimi bildirmək 
istəyirəm. Biz NATO-ya yüksək ehtiramla yanaşır və onun müasir mərhələdəki 
fəaliyyətinə böyük əhəmiyyət veririk. Şimali Atlantika Əməkdaşlığı Şurasının 
yaradılması NATO-nun fəaliyyətində mühüm mərhələ olmuşdur və başqa 
dövlətləri NATO-nun orbitinə cəlb etməyə imkan verəcəkdir. 
Biz NATO-nun bu il yanvarın 10-da "Sülh naminə tərəfdaşlıq" sənədini qəbul 
etməsi barədə  qərarını razılıqla qarşılayır və bunu həm də ölkələr arasında 
əməkdaşlığı daha da inkişaf etdirmək üçün NATO-nun fəaliyyətində müh-
üm addım sayırıq. NATO-nun 10 yanvar tarixli qərarında Cənubi Qafqazda 
yaranmış vəziyyətdən xüsusi narahatlıq ifadə olunmasına, regionumuzda, o 
cümlədən Azərbaycanda, Ermənistanda və Gürcüstanda münaqişənin ara-
dan qaldırılmasının zəruriliyinə əminliyin əksini tapmasına böyük əhəmiyyət 
veririk. 
Bütün bunlar bizi cəlb edir və böyük maraq doğurur. Bunları əsas tutaraq, 
biz NATO-nun Şərqi Avropa ölkələrini və keçmiş Sovet İtt ifaqına daxil olan 
yeni müstəqil dövlətləri "Sülh naminə tərəfdaşlıq" sənədinə qoşulmağa çağıran 
AZƏRBAYCAN – NATO : TƏRƏFDAŞLIQDAN BAŞLANAN YOL


17
www.aliyevheritage.org
dəvətini böyük razılıqla qarşılamışıq. Biz həmin sənədi imzalamağı  qərara 
almışıq və NATO ilə əməkdaşlığa böyük ümid bəsləyirik. Bu əməkdaşlıq həm 
Azərbaycanın Qərb demokratiyasına qovuşması, həm də NATO ilə əməkdaşlıq 
edərək, regionda vəziyyəti sabitləşdirməyə, müharibəni dayandırmağa, 
Azərbaycan ilə Ermənistan arasında sülh və mehriban qonşuluq yaratmağa 
yönəldilmiş əlavə yollar axtarmaq baxımından bizdən ötrü çox mühümdür. 
Biz buraya bu fi kirlər və ümidlərlə  gəlmişik və bu gün "Sülh naminə 
tərəfdaşlıq" proqramını imzalamağa hazırıq. Bir daha ümid etdiyimi bildirmək 
istəyirəm ki, Azərbaycan Respublikasının bu addımı NATO tərəfi ndən 
layiqincə qiymətləndiriləcək, qarşılıqlı surətdə faydalı olacaq və başlıcası isə, 
regionumuzda vəziyyətin sabitləşməsinə kömək edəcəkdir. Sizin təşkilatınıza 
gələcək uğurlar arzulayıram. Diqqətinizə görə minnətdaram və "Sülh naminə 
tərəfdaşlıq" çərçivə sənədini imzalamağa hazıram.
AZƏRBAYCAN – NATO : TƏRƏFDAŞLIQDAN BAŞLANAN YOL


18
www.aliyevheritage.org
Zəngin və çoxəsrlik tarixi olan, böyük inkişaf yolu keçən Azərbaycan 
Respublikası üç il bundan əvvəl sovet totalitarizminin süqutu nəticəsində öz 
milli istiqlaliyyətini bərpa etmiş  və BMT-də, ATƏM-də  və digər beynəlxalq 
təşkilatlarda təmsil olunduğuna görə bu gün NATO üçün dünya birliyinin 
tamhüquqlu üzvüdür. 
Dünya inkişafının bugünkü qanunauyğunluqlarını  nəzərə alaraq, indi-
ki mərhələdə Azərbaycan dünya birliyində öz layiqli yerini tutmağa çalışır 
və demokratik cəmiyyət yaratmaq əzmindədir. Elə bir cəmiyyət ki, bəşər 
sivilizasiyasının öz inkişafının bütün mərhələlərində yaratdığı fundamental 
prinsiplərə və dəyərlərə sadiqdir. 
Azərbaycanın dövlət siyasətinin  əsasını sülhsevərlik, siyasi plüralizm
şəxsiyyətin azadlığının və insan hüquqlarının tanınması və təmin olunması 
prinsipləri təşkil edir. Bizdə siyasi partiyalar, dini etiqad azadlığı, milli 
azlıqların hüquqlarının müdafi əsi və s. haqqında normativ sənədlər qəbul 
edilmişdir və işləyir. 
Azərbaycan öz xarici siyasətini bizim hamımızın qarşısında duran ümumi 
qlobal məqsədləri rəhbər tutaraq, dünyanın qarşılıqlı surətdə asılı və qarşılıqlı 
surətdə bağlı olmasını  dərindən dərk etmək  əsasında qurur. Biz möhkəm 
əminik ki, dövlətlərin suverenliyinə,  ərazi bütövlüyünə  və  sərhədlərinin 
toxunulmazlığına qarşılıqlı hörmət indiki həyəcanlı və hədə-qorxulu dövrdə 
təhlükəsizliyin əsasıdır. 
Azərbaycan xarici dünya üçün açıq olan və ölkənin çox zəngin potensialından 
istifadə etməyə imkan verən bazar iqtisadiyyatı yaratmaq məqsədilə iqtisadi islahatlar 
həyata keçirməyə başlamışdır. Bu məqsədlə biz xarici investisiyaları iqtisadiyyatımıza 
cəlb etmək və dünyanın  ən iri şirkətləri ilə  əməkdaşlıq yaratmaq üçün tədbirlər 
görürük. İslahatların qanunvericilik yolu ilə təmin edilməsi prosesi gedir. 
İndi Azərbaycan dərin böhran keçirir. Sovet quruluşunun ifl asa uğramasının 
nəticəsi olan bu böhran keçmiş SSRİ-nin bütün ərazisini əhatə etmişdir. Buna bax-
mayaraq, biz yaşadığımız dövrün çətinliklərini dəf etmək və islahatların planlı 
surətdə  həyata keçirilməsi yolu ilə çiçəklənən suveren dövlət yaradılmasına 
Azərbaycan Respublikasının Prezidenti Heydər 
Əliyevin "Sülh naminə tərəfdaşlıq" çərçivə 
sənədinin imzalanma mərasimində bəyanatı - 
Brüssel, NATO-nun iqamətgahı
4 may 1994-cü il
AZƏRBAYCAN – NATO : TƏRƏFDAŞLIQDAN BAŞLANAN YOL


Yüklə 5,13 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə