MüASİr müSTƏQİl döVLƏTİMİZİn təMƏl priNSİPLƏRİNİn hüquqi Əsaslari rahiB ƏKBƏrov



Yüklə 50,04 Kb.
Pdf görüntüsü
tarix08.03.2018
ölçüsü50,04 Kb.
#30852


«Dövlət idarəçiliyi».-2011.-№3(35).-S.143-147.

MÜASİR MÜSTƏQİL DÖVLƏTİMİZİN TƏMƏL 

PRİNSİPLƏRİNİN HÜQUQİ ƏSASLARI

RAHİB ƏKBƏROV 

hüquq üzrə fəlsəfə doktoru, dosent

Azərbaycan  Milli  Şurasının  1918-ci  il  mayın  28-də  elan  etdiyi  "İstiqlal  Bəyannaməsi"  Azərbaycan  Xalq

Cumhuriyyətinin qurulmasının prioritet istiqamətlərini təsbit edən ali hüquqi qüvvəli sənəddir. Ümumilikdə, Milli

Şuranın  (Təsis  Məclisi)  yaranması, onun  üzvləri  tərəfindən  6  bənddən  ibarət  Müstəqillik  Aktının  qəbul  edilməsi

hüquqi cəhətdən əsaslandırılmış legitim proses olmaqla Azərbaycan xalqının iradəsini təsbit edirdi. Belə ki, 1917-ci

il  noyabrın  26-28-də  Ümumrusiya  Müəssislər  Məclisinə  keçirilmiş  seçkidə  iştirak  etmiş  Azərbaycan  xalqı  öz

səlahiyyətli  nümayəndələrini  hüquqi  əsaslarla  bu  ali  orqana  seçmişdilər.  Məhz  Milli  Şuranın  tərkibinə  daxil  olan

həmin səlahiyyətli nümayəndələr Azərbaycan xalqı qarşısında öz məsuliyyətlərini tam dərk edərək, bütün dünyaya

Azərbaycan Demokratik Respublikasının (I Respublika) yaradılmasını bəyan etdilər.

"İstiqlal  Bəyannaməsi"nin  hüquqi  təbiəti  beynəlxalq  təcrübədə  rast  gəlinən  sənədlərlə  müqayisədə  öz

məzmun və mahiyyəti etibarilə lakonik olsa da, suveren, demokratik, dünyəvi və hüquqi dövlətin əsas prinsiplərinin

tələblərinə  müvafiq  olaraq  hakimiyyətin  xalqa  məxsus  olması,  hakimiyyət  bölgüsü,  dövlət  idarəçiliyinin

demokratik əsaslarla tənzimlənməsi, Azərbaycanda yaşayan xalqlara milli, dini, sinfi, silki, cinsi mənsubiyyətindən

asılı olmayaraq, bütün insan və vətən-daşlara, onların azad inkişafı, bütövlükdə fundamental  hüquq  və  azadlıqları

üçün  mühüm  əhəmiyyət  kəsb  edən  bir  çox  cəhətlərini  müəyyən  etmişdir.  "İstiqlal  Bəyannaməsi"nin  müddəaları

Azərbaycanın  demokratik  konstitusiyasının  tərtib  olunması  üçün  kifayət  qədər  hüquqi  baza  müəyyən  etməklə,

konstitusiya aktı statusuna [6, s.429] malik idi. Azərbaycanı müstəqil, demokratik respublika  elan  etməyi  nəzərdə

tutan Bəyannamə, Şərqin müsəlman ölkələri üçün də president ola bilən çox mütərəqqi hadisə idi. Belə ki, XX əsrin

əvvələrində dünya ölkələrini demokratik-hüquqi cəhətdən inkişaf səviyyələrini Qərb və Şərq dövlətləri kontekstində

müqayisə  edərək,  belə  nəticəyə  gəlmək  olar  ki,  "geridə  qalmış  Şərq  ölkələri"  hüdudlarım  aşmaq  missiyasına

Azərbaycan xalqı nail olmuşdur. О dövrdə baş vermiş inqilabların nəticəsində Qərbin bəzi ölkələrində demokratik

quruluşlu respublikalar yaransa da, Şərq ölkələrində demokratik quruluşa malik hər hansı bir dövlət qurulmamışdır.

Məhz  Azərbaycanın  ictimai-siyasi  xadimləri  və  ziyalıları,  dünyada  və  imperiyada  yaranmış  vəziyyəti  düzgün

dəyərləndirərək, Rusiya imperatorluğunun Qafqazı idarə edən canişinin Tiflis şəhərindəki sarayında iclas keçirərək,

Azərbaycan Milli Şurası tərəfindən "İstiqlal Bəyannaməsi"ni ("Misaqi-Milli") qəbul etməklə dünyaya Azərbaycan

adlı Müstəqil Demokratik Dövlətin varlığını sübut edəcək çətin, lakin şərəfli bir missiyanı öz üzərlərinə götürdülər.

"İstiqlal  Bəyannaməsi"nin  iki  müddəadan  ibarət  olan  birinci  bəndində  göstərilirdi:  "Bu  gündən  (28  may

1918-ci ildən) etibarən Azərbaycan xalqı suveren hüquqlara malikdir. Şərqi və Cənubi Zaqafqaziyadan ibarət olan

Azərbaycan tamhüquqlu müstəqil dövlətdir". Sivil qaydalara əsaslanan cəmiyyət qurmaq istəyən Azərbaycan Milli

Şurası,  bəyannamədə  ilk  olaraq  demokratik,  hüquqi  və  dünyəvi  dövlətlərin  ən  mühüm  əlaməti  olan  suverenliyi,

Azərbaycan  xalqının  ali  hüququ  kimi  təsbit  etmişdilər.  Məhz  Azərbaycan  xalqının  suveren  hüququnun  əsasında

sərbəst  və  müstəqil  öz  müqəddəratını  həll  etmək  və  öz  idarəetmə  formasını müəyyən  etmək  dayanırdı [2,  s.17].

Tarixən suverenlik ideyasının xalqa şamil edilməsi, konstitusiya müddəalarından ən əhəmiyyətlisi olmaqla, dünya

xalqlarının uzun sürən mübarizəsinin nəticəsi ki mi əsas qanunda təsbit olunmuşdur. Suveren ölkədə dövlət-hüquq

sistemi  yalnız  xalq  suverenliyinə  istinad  etməlidir.  Çünki  suveren lik,  azadlıq,  bərabərlik  insanların  əbədi  və

dəyişməz təbiətindən doğur və heç kəs tərəfindən inkar edilməyən hüquqdur. Suveren dövlətdə demokratizm, hüquq

və suverenlik kateqoriyaları cəmiyyət həyatının bütün sahələrini harmoniyalaşdırır. Demokratik, hüquqi və suveren

dövlətdə,  vətəndaş  cəmiyyəti  ilə  dövlət  hakimiyyəti  arasında  fərqi  asanlıqla  müəyyən  etmək  olur.  Xalqın

suverenliyi,  eyni  zamanda  dövlətin  də  suverenliyini  təmin  edir.  Suveren  olan  dövlət  hakimiyyəti  yalnız  xalqın

iradəsinə  əsaslanır.  Suveren  dövlətdə  siyasi  hakimiyyətin  mənbəyini  xalqın  iradəsi  müəyyən  edir.  Məhz  xalqın

siyasi iradəsi ilə dövlətin siyasi iradəsi ümumi məqsədlər üçün birləşərək suverenliyi uzlaşdırır. Suve renlik həmişə

xalqa  məxsusdur  və  heç  bir  qanunla  məhdudlaşdırıla  bilməz.  Yalnız  suve ren  dövlətdə  insan  siyasi,  demokratik,

vətəndaş  və  mülkiyyət  azadlığı  əldə  edir.  Suveren lik  ali  hakimiyyət  deməkdir  və  özü  də,  xalqın  ali  hakimiyyəti

deməkdir.  Beləliklə,  Cumhuriyyət  qurucuları  bəyannamənin  ilk  bəndinə  xalqın  suverenliyini  daxil  etməklə,  ali

hakimiyyətin Azərbaycan xalqına mənsub olduğunu bütün dünya birliyinə elan etmişdilər. Qeyd etmək lazımdır ki,

XX əsrin əvvələrində Azərbaycanın ictimai-siyasi xadimlərinin siyasi doktrinasının əsasında da maarifçilik ideyası

dayanırdı  [4,  s.314].  Azərbaycanın  ziyalıları  başa  düşürdülər  ki,  yalnız  xalqı  maarifləndirməklə  suverenlik

ideyasından doğan demokratiyaya, hüquqa, azadlığa, bərabərliyə, rifaha nail olmaq mümkündür.

Bəyannamənin  birinci  bəndinin  ikinci  müddəası,  Azərbaycanı şərqi  və  cənubi  Zaqafqaziyanın  tamhüquqlu

müstəqil  dövləti  ki mi  təsbit  etmişdir.  Böyük  Rusiya  imperiyasının  çökməsi  nəticəsində  bir  sıra  yeni  dövlətlərin

elan edilməsi şəraitində, Azərbaycanın müstəqil dövlət kimi imperiyanın hansı ərazi hüdudları daxilində yaranması

və yeni subyektlərin dünya birliyinə tanıdılması baxımından əhəmiyyətli idi. İki gün sonra, 1918ci il mayın 30-da

planetin  bütün  radio  stansiyaları  tərəfindən  "İstiqlal  Bəyannaməsi"nin  elan  edilməsi,  dünya  ölkələrinə  AXC-in




hansı coğrafi-ərazi koordinatlarında yerləşməsini müəyyən etməyə imkan vermişdir.

Azərbaycan  Milli  Şurası  Zaqafqaziya  Seyminə  daxil  olan  Ermənistanın  yaradılması  məsələsində  sülh,

qonşuluq,  humanizm  mövqeyindən  çıxış  edərək  Azərbaycanın  qərbində  mövcud  ərazilərinin  azaldılması  ilə

nəticələnən qərar qəbul etmişdir. Cəmi 7 min kv.km ərazidə yaradılan Ermənistana İrəvan quberniyasının ərazisinin

güzəşt  edilməsi  xoş  məramdan  və  tarixi  zərurətdən  irəli  gəlmişdir.  Bəyannamənin  birinci  bəndinin  ikinci

müddəasında  Azərbaycanın  müstəqil  dövlət  olmasının  göstərilməsinin  siyasi-hüquqi  şərhi  isə  yeni  yaranmış

dövlətin  hər  hansı  bir  federasiyanın  və  ya  konfederasiyanın  tərkibinə  daxil  olmayan  unitar  dövlət  olduğunu

dünyaya  elan  etməsi  olmuşdur.  Digər  tərəfdən,  bəyannamənin  bu  müddəası  Milli  Şuranın  müəyyən  siyasi

qüvvələrə, xüsusilə də Rusiya dövləti tərkibinə daxil olan xalqların milli-mədəni muxtariyyət  statusunda imperiya

tərkibində görmək istəyənlərə aydın cavabı idi.

"İstiqlal Bəyannaməsi"nin ikinci bəndində müstəqil Azərbaycanın siyasi quruluş forması Xalq Cumhuriyyəti

kimi  təsbit  edilirdi.  Müstəqil  Azərbaycanın  dövlət  quruluşu  formasının  unitar,  dövlət  idarəçilik  formasının  isə

demokratik  rejimli  parlamentli  Respublika  elan  edilməsi,  milli  dövlətin  demokratik,  dünyəvi  və  hüquqi  əsaslarla

qurulmasına təminat verirdi. Dövlət hakimiyyətinin təşkilində [8, s.236] iştirak edən institutların formalaşması milli

hökumətin  ən  ümdə  vəzifələrdən  biri  idi.  Bunun  üçün  isə  AXC  hökuməti  ali  dövlət  hakimiyyəti  orqanları

sistemində,  mükəmməl  qanunvericilik  bazası  yarada  biləcək  orqanın  təşkil  olunmasını  tez  bir  vaxtda  başa

çatdırmağı nəzərdə tuturdu. İlk olaraq, nümayəndəli demokratik orqana seçkilər keçirilməli, insan və vətəndaşların

hüquq və azadlıqlarını təmin edəcək legitim hakimiyyət strukturlarını formalaşdırılmalı idi. Digər tərəfdən, legitim

parlamentin  fəaliyyəti  istənilən  demokratik  ölkədə,  respublika  quruluşunun  elan  olunduğu  siyasi  sistemdə  xalqla

dövlət arasında birbaşa əlaqə xalqın demokratik proseslərdə nümayəndələri vasitəsi ilə iştirakını təmin edən mühüm

dövlət mexanizmidir. Azərbaycan dövlətinin 23 aylıq fəaliyyətini araşdırdıqda görürük ki, Azərbaycan parlamenti,

gənc  respublikanı dünyaya  tanıtdırılmasında,  onun  legitimləşdirilməsində  zəruri  olan  qanunvericilik  bazasını çox

sürətlə yaratmağa çalışmış və buna müvəffəqiyyətlə nail ola bilmişdir.

Bəyannamənin üçüncü bəndində, Azərbaycan Xalq Cumhuriyyəti bütün millətlərlə, xüsusilə qonşu xalqlar və

dövlətlərlə  mehriban  qonşuluq  münasibətləri  yaratmağa  çalışdıqlarını  bəyan  edirdi.  Məlumdur  ki,  Azərbaycan

xalqı  Rusiya  imperiyasının  tərkib  hissəsi  kimi,  Birinci  Dünya  müharibəsi  illərində  Avropada  baş  verən

fəlakətlərdən  və  daşnak-bolşevik  birləşmələrinin  Azərbaycanda  törətdikləri  qanlı  qətl-qarətlərdən  böyük  əzablar

çəkmişdir.  Milli  Şura  bu  nöqteyi-nəzərdən  və  beynəlxalq  hüququn  [5,  s.31]  təbiətindən  irəli  gələn  xalqların  dinc

yanaşı  yaşaması,  dövlətlərin  ərazi  bütövlüyə,  dünya  xalqları  arasında,  xüsusilə  də  qonşu  xalqlarla  mehriban

münasibətlər  qurulmasını prioritet  istiqamət  kimi  götürərək  sülh,  dostluq  və  xoş  niyyət  nümayiş  etdirməyi  xarici

siyasətinin əsası kimi təsbit etmişdir.

"Istiqlal  Bəyannaməsi"nin  dördüncü  bəndində  göstərilirdi  ki,  Azərbaycan  Demokratik  Respublikası  öz

sərhədləri  daxilində  millətindən,  dinindən,  sosial  vəziyyətindən  və  cinsindən  asılı  olmayaraq  bütün  vətəndaşlara

vətəndaşlıq və siyasi hüquqlar təmin edir. Azərbaycan Demokratik Respublikası bütün vətəndaşları arasında heç bir

fərq  qoymadan,  onlara  vətəndaşlıq  və  siyasi  hüquqların  verilməsini  bəyan  etməsi  gənc  dövlətin  ən  xoş

məqamlarından  biri  idi.  Məhz  bu  bənddə  müasir  demokratik  dövlətlərin  konstitusiyalarında  təsbit  edilmiş

normalarla  müqayisə  ediləcək  siyasi  və  mülki  azadlıqların  əsasları  müəyyən  edilmişdir.  Bəyannamədə  təsbit

edildiyi kimi, qanun cəmiyyətin üzvlərinin iradəsini ifadə edir və hər kəs qanunun yaradılmasında bilavasitə və ya

öz  seçdikləri  deputatlar  vasitəsi  ilə  iştirak  edə  bilərdi.  Milli  Şuranın  Bəyannaməsində  elan  edilirdi  ki,  qanun

qarşısında  hamı  bərabərdir  və  hər  kəs  dövlət  vəzifələrini  tuta  bilər.  Hər  hansı  vəzifənin  tutulması  üçün  yeganə

kriteriya  isə  qabiliyyət  və  ləyaqətin  olması  idi.  Seçmək  və  seçilmək  hüququnu  siyasi  hüquqların  ən  mühüm

elementlərindən biri hesab edən Milli Şura cinsindən asılı olmayaraq bütün vətəndaşlara seçki hüququ verməklə, bu

məsələdə  hətta  Avropanın  demokratik  dövlətlərini  də  qabaqlamışdır.  Belə  ki,  yalnız  1920-ci  ildə  ABŞ

konstitusiyasına  edilən  dəyişiklikdə  göstərilirdi  ki,  hər  hansı  ştat  tərəfindən  cinsi  fərqinə  görə  vətəndaşların

səsvermə  hüququ  məhdudlaşdırıla  bilməz  [9,  s.506].  İngiltərədə  isə  1918-ci  ildə  qadınlara  senz  əsasında  qismən,

yalnız  10  il  sonra,  yəni  1928-ci  ildə  tam  seçki  hüququ  verilmişdir.  Avropa  demokratiyasının  "mərkəzi"  olan

Fransada isə 1919-cu ildə parlamentin aşağı palatası — Milli Məclis qadınlara seçki hüququ verilməsi barədə qanun

qəbul  etsə  də,  qanunverici  orqanın  yuxarı palatası —  Senat  düşünülmüş  şəkildə  qanunun  müzakirəsini  yubatmış,

1922-ci ildə isə, aradan uzun müddət  keçdiyi üçün qanunun müzakirəsindən imtina etmişdir. Yalnız İkinci Dünya

müharibəsindən  sonra,  Fransada  IV  Respublikanın  1946-cı  il  konstitusiyasında  qadınların  tam  seçki  hüququ

tanınmışdır [7, s.459].

Bəyannamənin  beşinci  bəndində  göstərilirdi  ki,  Azərbaycan  Demokratik  Respublikası  öz  ərazisi  daxilində

yaşayan bütün millətlərə azad inkişaf üçün geniş imkanlar verir. Beşinci bənd bütövlükdə Milli Şuranın hazırladığı

bəyannamənin  hüquq  bərabərliyi,  demokratik,  humanist,  sivil,  о  cümlədən,  tolerant  mahiyyətini  bir  daha  təsbit

edirdi.  Belə  ki,  dördüncü  bənddə  ümumi  vətəndaşlıq  hüquqları  çərçivəsində  Azərbaycanda  yaşayan  bütün

vətəndaşlara, mahiyyət etibarilə isə bütün millətlərə siyasi və vətəndaşlıq hüquqlarının elan edilməsinə baxmayaraq,

sənədə xüsusi olaraq "bütün millətlərin azad inkişafı üçün geniş imkanlar verilməsi" adlanan beşinci bəndin daxil

edilməsi  Milli  Şuranın  Azərbaycan  kimi  çoxmillətli  dövlətdə  milli  mənsubiyyət  hüququna  [5,  s.l78]  necə

həssaslıqla  yanaşdığına  sübutdur.  Bəyannamənin  beşinci  bəndinin  müddəaları  ümumilikdə,  hətta  müasir  dövrün

konstitusiyaları üçün də president ola biləcək qanun ruhunda hazırlanmışdır.




Dövlət  hakimiyyət  orqanları sisteminin  təşkil olunması baxımından  "İstiqlal  Bəyannaməsi"nin  altıncı bəndi

böyük  əhəmiyyət  kəsb  edir.  Bəyannamənin  sonuncu  bəndində  göstərilirdi  ki,  Müəssisələr  Məclisi  çağırılana  kimi

bütün  Azərbaycanın  idarəsi  başında  xalq  səsverməsi  yolu  ilə  seçilmiş  Milli  Şura  və  onun  qarşısında  məsuliyyət

daşıyan  Müvəqqəti  Hökumət  durur.  Hakimiyyət  bölgəsinə  müvafiq  olaraq  qanun verici  hakimiyyət  Azərbaycan

Milli  Şurasına,  icraedici  hakimiyyət  isə  Müvəqqəti  hökumətə  həvalə  edilirdi.  Azərbaycan  Milli  Şurası  bütün

Azərbaycan  xalqının  iradəsini  ifadə  edən  ali  orqan  kimi  müəyyən  edilmişdir.  Qeyd  etmək  lazımdır  ki,  dünya

təcrübəsində  ekstremal  şəraitdə  Milli  Şura  kimi  ali  hakimiyyət  orqanın  yaradılması  presidentlərinə  rast  gəlinir.

Parla mentin  fəaliyyətə  başlamasına  qədər  Azərbaycan  Təsis  Məclisi  Milli  Şura  və  icraedici  orqan  Nazirlər

Kabineti  çox  mürəkkəb  şəraitdə  fəaliyyət  göstərərək,  ADR-in  qorunub  saxlanılmasında  əhəmiyyətli  işlər

görmüşdülər.  Demokratik,  hüquqi  dövlət  yaradan  AXC  hakimiyyəti,  qanunların  aliliyini  təmin  etməli  olan

təsisatların, ilk növbədə parlamentin yaradılması zərurətini mühüm vəzifələrdən hesab edirdi. Milli Şuranın 1918-ci

il  noyabrın  19-da  «Azərbaycan  Cümhuriyyətinin  Parlamenti»  haqqında  qanun  qəbul  etməsi  tarixi  hadisə  idi.  120

nəfər  deputatdan  ibarət  Azərbaycan  Parlamenti  dövlətçiliyin  möhkəmlənməsində  müstəsna  rol  oynamışdır.

Parlamentin  tərkibində  Azərbaycanda  yaşayan  bütün  millətlərin,  siyasi  partiyaların  və  ictimai  təşkilatların

nümayəndələri  təmsil  olunmuşdur.  Qanunverici  hakimiyyət  səlahiyyətlərinə  malik  olan  Azərbaycan  Parlamenti,

eyni  zamanda  ali  dövlət  hakimiyyəti  orqanı  funksiyasını  da  yerinə  yetirirdi.  ADR-in  konstitusiyasının  qəbul

edilməsi isə, Ümumazərbaycan Müəssislər Məclisinə seçkilərdən sonra nəzərdə tutulmuşdur.

Beləliklə,  Milli  Şuranın  elan  etdiyi  konstitusiya  qüvvəli  "İstiqlal  Bəyannaməsi"nin  müddəaları  deklorativ

olaraq  qalmamış,  Azərbaycan  Xalq  Cumhuriyyətinin  dövləti  və  hökuməti  özünün  praktiki  fəaliyyətlərində  onun

bütün  bəndlərini  həyata  keçirmiş, dövlətin  beynəlxalq  aləmdə  tanınmasına  nail  olmuş  və  bununla  da  Azərbaycan

dövlətinin tarix səhnəsindəki sonrakı mövcudluğunu təmin etmişdir.

Ədəbiyyat:

1.

Azərbaycan Respublikası Konstitusiyası. B., 2009.



2.

Cəfərov İ.M. Azərbaycan Respublikası Konstitusiyasının şərhi. B., 2004. 552 s.

3.

Əsgərov Z.A. Konstitusiya hüququ. B., 2006. 698 s.



4.

Əkbərov R.A. Azərbaycanın dövlət və hüquq tarixi. B., 2009. 604 s.

5.

Hüseynov L.H. Beynəlxalq hüquq. B., 2002. 420 s.



6.

İsmayılov X.C. Azərbaycanın dövlət və hüquq tarixi. B., 2006. 720 s.

7.

Черниловский З.М. Всеобщая история государства и права. М„ 1996. 576 с.



8.

Məmmədov İ.A. Dövlət və hüquq nəzəriyyəsi. B, 2005. 624 s.

9.

Əkbərov R.A. Xarici ölkələrin dövlət və hüquq tarixi. B., 2005. 516 s.



Рахиб Акбаров - доктор философии, доцент

Законодательные основы фундаментальных принципов 

ашего современного независимого государства

Резюме

В  статье  анализируется  сущность  состоящего  из  6  пунктов  «Декларации  о  независимости»,

объявленное Национальным Советом Азербайджана. Первый юридический документ нашей незави симости

— «Декларация о независимости» — правовой акт, обладающий конституционно-юридической силой.

Рассматриваются  основные  принципы  суверенного,  демократического,  правового  государства:

принадлежность  власти  народу,  распределение  власти,  юридические  нормы,  обеспечивающие  сво бодное

развитие  граждан  Азербайджана  независимо  от  их  национальности,  религиозной,  классо вой

принадлежности.



Rahib Akbarov - Ph.D. assistant professor 

The Mains of Juridical Foundation of Modern Independent State

Summary

In this article deals with 6 (six) items of juridical nature advertised by the "Declaration of Independence" of

the  National  Council.  The  first  juridical  document  of  our  independence,  "The  Declaration  of  Independence"

proclaimed by Azerbaijan National Council is the juridical Act of the Constitution.

This article also deals with the democratic basis of the governance of the division of sovereign dem ocratic

authority: the state power belonging to people, their free development, important legal norms of fundamental rights




and the constitution which has proclaimed humans freedoms.

Yüklə 50,04 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə