Nato az indd



Yüklə 5,13 Kb.
Pdf görüntüsü
səhifə6/116
tarix27.10.2017
ölçüsü5,13 Kb.
#6977
1   2   3   4   5   6   7   8   9   ...   116

26
www.aliyevheritage.org
Bütün keçmiş sovet respublikaları kimi, Azərbaycan da keçid dövrünü 
yaşayır və bu dövr bir sıra mürəkkəb problemlərlə müşayiət edilir. Lakin 
həyata keçirilən islahatlar mövcud çətinliklərin aradan qaldırılacağına təminat 
verir. Bununla belə Ermənistanın Azərbaycana qarşı  təcavüzü, bu təcavüz 
nəticəsində torpaqlarımızın 20 faizinin işğal edilməsi, bir milyondan artıq dinc 
vətəndaşımızın didərgin düşməsi vəziyyəti olduqca mürəkkəbləşdirmişdir. 
Sizə  məlumdur ki, 1994-cü ilin may ayında atəşin dayandırılması haqqında 
Ermənistanla razılıq əldə etmişik və iki il doqquz aydır ki, atəşkəs şəraitində 
yaşayırıq. Bu, şübhəsiz, münaqişənin sülh yolu ilə aradan qaldırılması üçün 
müsbət haldır. Keçən ilin dekabrında ATƏT-in Lissabonda keçirilmiş Zirvə 
toplantısı münaqişənin dinc vasitələrlə  tənzimlənməsinin prinsiplərini 
müəyyən etmişdir. Bu prinsiplər  əsasında silahlı qarşıdurmaya son qoy-
maq məqsədilə danışıqlar aparırıq. Bildiyiniz kimi Ermənistan - Azərbaycan 
münaqişəsinin nizama salınması ilə ATƏT-in Minsk qrupu məşğul olur. 
Artıq bu qrupda dəyişikliklər edilib və yaxın vaxtlarda Minsk qrupuna ABŞ, 
Fransa və Rusiyanı təmsil edən üç həmsədr rəhbərlik edəcək. Ümidvarıq ki, 
həmsədrlərin təyin edilməsi ilə bağlı qərar qəbul edildikdən sonra Minsk qru-
pu daha fəal işləyəcəkdir.
Qeyd etmək istəyirəm ki, NATO Avropada təhlükəsizlik kimi olduqca 
vacib bir məsələ ilə  məşğul olan təşkilatdır. Azərbaycan isə Avropanın bir 
hissəsidir. Güman edirəm ki, bölgəmizdə sabitliyi təmin etmək üçün siz də 
öz səylərinizi göstərəcəksiniz və apardığınız danışıqlar bu məsələnin həllinə 
kömək edəcəkdir.
AZƏRBAYCAN – NATO : TƏRƏFDAŞLIQDAN BAŞLANAN YOL


27
www.aliyevheritage.org
Hörmətli cənab sədr!
Xanımlar və cənablar!
Sizi ürəkdən salamlayıram və dünyanın bütün xalqlarının təhlükəsizliyi, 
azadlığı və tərəqqisi naminə birgə uğurlu iş arzulayıram.
Biz Varşava Müqaviləsi pozulduqdan sonra yaranmış yeni müstəqil dövlətlər 
ilə NATO arasındakı əməli dialoqa və əməkdaşlığa böyük əhəmiyyət veririk.
Soyuq müharibə, nüvə  fəlakəti təhlükəsi, dünyanın iki düşmən cəbhəyə 
ayrılması dövrü başa çatdıqdan sonra bəşəriyyət silahlı münaqişələr, təcavüzkar 
separatçılıq, silahların, ağır hərbi texnikanın, nüvə və kimyəvi döyüş başlıqları 
daşıya bilən raket sistemlərinin nəzarətsiz yayılması kimi yeni təhlükələrlə 
qarşılaşmışdır.
Bu mənfi   proseslər xalqlarımızın mənafelərinə çox böyük ziyan vurur, 
iqtisadiyyatı ifl ic vəziyyətinə salır, yeni müstəqil dövlətlərin Dünya Birliyi ilə 
tez bir zamanda inteqrasiyasına mane olur, milyonlarla dinc əhalinin insan 
hüquqlarını kobud surətdə pozur.
Bildiyiniz kimi, Azərbaycan Respublikası Ermənistan Respublikası tərəfi ndən 
təcavüzə  məruz qalmışdır və bunun nəticəsində respublikamızın  ərazisinin 
iyirmi faizi erməni silahlı qüvvələri tərəfi ndən işğal edilmiş, bir milyondan çox 
vətəndaşımız doğma yurd-yuvalarından qovulmuşdur və qaçqın olaraq çadır 
şəhərciklərində çox ağır şəraitdə yaşayır.
Azərbaycan tərəfi  ədalətli və möhkəm sülhə nail olmaq üçün hər şeyi edir, 
ATƏT-in Minsk prosesi çərçivəsində ən konstruktiv mövqe tutur. Üç ildən çox-
dur ki, atəşkəs rejimi saxlanılır və biz münaqişə tam aradan qaldırılanadək 
buna əməl etmək niyyətindəyik.
ATƏT-in Lissabon zirvə görüşündə Ermənistan istisna olmaqla bütün 
iştirakçı ölkələr Ermənistan-Azərbaycan münaqişəsinin aradan qaldırılmasının 
əsas prinsiplərini müdafi ə etdilər. Bu prinsiplər aşağıdakılardır: Azərbaycanın 
və Ermənistanın ərazi bütövlüyünün tanınması, Dağlıq Qarabağa Azərbaycan 
dövləti tərkibində özünüidarə statusu verilməsi, Dağlıq Qarabağın bütün 
əhalisinin təhlükəsizliyinə təminat verilməsi.
Avropa - Atlantika Əməkdaşlıq Şurasının üzvü olan 
ölkələrin dövlət və hökumət başçılarının iclasında 
Azərbaycan Respublikasının Prezidenti Heydər 
Əliyevin nitqi - Madrid
9 iyul 1997-ci il
AZƏRBAYCAN – NATO : TƏRƏFDAŞLIQDAN BAŞLANAN YOL


28
www.aliyevheritage.org
Lakin Ermənistan Respublikasının qeyri-konstruktiv mövqeyi üzündən 
ATƏT-in Minsk qrupunun səyləri hələ  də istənilən nəticəni verməmişdir. 
Biz ümid edirik ki, Minsk konfransının həmsədrliyi - Rusiya, ABŞ, Fransa 
Ermənistan ilə Azərbaycan arasında sülh sazişinin imzalanmasına və möhkəm 
sülhün bərqərar olmasına nail olacaqdır.
Bu baxımdan biz həmçinin NATO-nun və Avropa - Atlantika Əməkdaşlıq 
Şurasının fəal roluna ümid bəsləyirik. Onlar Qafqazdakı silahlı münaqişələri 
kənardan müşahidə etməməlidirlər. Nəzərə almaq lazımdır ki, bu münaqişələr 
Ümumavropa təhlükəsizliyi üçün də ciddi təhlükə yaradır.
Bugünkü görüşdən istifadə edərək bəyan etmək istəyirəm ki, Azərbaycan 
Respublikası Avropa - Atlantika Əməkdaşlıq Şurasının yaradılmasını alqışlayır 
və buna NATO ilə  tərəfdaş ölkələr arasında siyasi məsləhətləşmələrin, fəal 
əməkdaşlığın mühüm mexanizmi kimi baxır.
Biz NATO-nun "Sülh naminə tərəfdaşlıq" proqramında fəal iştirak edir və 
ümid bəsləyirik ki, bu proqram silahlı qüvvələrimizin Avropada sülhün və 
sabitliyin təmin edilməsi məqsədlərinə və vəzifələrinə uyğunlaşdırılması üçün 
təkmilləşdirilməsinə kömək edəcəkdir.
Çıxışımın sonunda Polşanın, Macarıstanın və Çexiyanın prezidentlərini 
onların ölkələrinin NATO-ya üzv qəbul edilməsi münasibətilə təbrik edirəm.
Mən Rusiyanı NATO ilə əsas aktı imzalaması, Ukraynanın prezidentinin bu 
gün NATO ilə xüsusi saziş imzalaması münasibətilə təbrik edirəm.
Diqqətinizə görə təşəkkür edirəm.
AZƏRBAYCAN – NATO : TƏRƏFDAŞLIQDAN BAŞLANAN YOL


Yüklə 5,13 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə