Nato az indd



Yüklə 5,13 Kb.
Pdf görüntüsü
səhifə7/116
tarix27.10.2017
ölçüsü5,13 Kb.
#6977
1   2   3   4   5   6   7   8   9   10   ...   116

29
www.aliyevheritage.org
Hörmətli cənab Solana!
Sizin Azərbaycan Respublikasının və  şəxsən mənim ünvanıma söylədiyiniz 
səmimi sözlərə görə minnətdarlığımı bildirirəm. Nəzərinizə çatdırmaq istəyirəm ki
görkəmli dövlət xadimi olan Sizi Azərbaycanda yaxşı tanıyırlar və Sizin Azərbaycana 
səfərinizi ölkəmizdə mühüm hadisə kimi xatırlayır, NATO ilə Azərbaycan arasında 
son illər yaranan və durmadan möhkəmlənən  əlaqələri həm də Sizin adınızla 
bağlayırlar. Mən şəxsən Sizinlə yaranmış şəxsi dostluq münasibətlərimizin bu işdə 
mühüm rol oynadığını razılıqla qeyd etmək istəyirəm.
Mən bunu da bildirirəm ki, NATO-nun və Avropa-Atlantika Əməkdaşlıq 
Şurasının üzvü olan ölkələrin dövlət və hökumət başçılarının iyulun 8-9-
da Madriddə keçirilmiş zirvə görüşünün nəticələri dünyanın bir sıra qlobal 
problemlərinin həllində  və bu beynəlxalq təşkilatın ayrı-ayrı strukturları 
ilə ölkəmizin  əməkdaşlığının daha da möhkəmləndirilməsində mühüm rol 
oynayacaqdır.
Nəzərinizə çatdırıram ki, ölkəmizin müstəqilliyi  əbədi və sarsılmazdır. 
Ölkəmizdə getdikcə sabitləşən ictimai-siyasi vəziyyət və xalqın buna dəstək 
verməsi müstəqilliyimizin daha da möhkəmlənməsində başlıca təminat kimi 
özünü göstərir. Bütün bunlar bizə imkan verir ki, Azərbaycan üçün ən ağrılı 
problem olan Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə nizama 
salınması və ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi sahəsində daha ci-
ddi addımlar ataq və böyük işlər görək.
ATƏT-in Minsk qrupuna həmsədrlik edən üç böyük dövlətin - ABŞ-ın, 
Rusiyanın, Fransanın prezidentləri Bill Klintonun, Boris Yeltsinin və Jak Şirakın 
Ermənistan-Azərbaycan münaqişəsini sülh yolu ilə  həll olunması barədə 
Denverdə imzaladıqları  bəyanat məmnunluq doğurur və bir daha göstərir 
ki, həmsədr ölkələr bu sahədə göstərdikləri səyləri artırmağa başlamışlar və 
bunu razılıqla qeyd etmək olar. Mən hərbi münaqişənin 1997-ci ildə aradan 
qaldırılacağına böyük ümidlər bəsləyirəm və bu barədə ABŞ prezidenti Bill 
Klintonla Ağ evdə keçirəcəyim görüşdə ətrafl ı müzakirələr aparacağam.
Hörmətli Solana, mən Sizi bir daha Azərbaycana səfərə dəvət edirəm. Ümid-
varam ki, bu səfəriniz NATO-Azərbaycan  əlaqələrinin güclənməsinə kömək 
edəcəkdir. Sağ olun. 
27 iyul 1997-ci il
Azərbaycan Respublikasının Prezidenti Heydər 
Əliyevin NATO-nun baş katibi Xavyer Solana ilə 
görüşdə söhbətindən - Nyu-York
AZƏRBAYCAN – NATO : TƏRƏFDAŞLIQDAN BAŞLANAN YOL


30
www.aliyevheritage.org
Heydər Əliyev: Hörmətli cənab Xavyer Solana!
Mən Sizi səmimi-qəlbdən salamlayıram və Sizin Bakıya yeni səfərinizdən 
məmnun qaldığımı söyləyirəm.
Xavyer Solana:  Mən də Azərbaycana təkrar gəlişimdən, görkəmli siyasi 
xadim Heydər Əliyev ilə bir daha görüşməkdən, Sizinlə fi kir mübadiləsi apar-
maq imkanından şad olduğumu bildirirəm.
Heydər  Əliyev:  Mən bundan əvvəl Lissabonda, Madriddə, Bakıda, habelə 
mənim Amerika Birləşmiş  Ştatlarına ilk rəsmi səfərim zamanı Nyu-Yorkda 
olan görüşlərimizi məmnunluqla xatırlayıram.
Xavyer Solana: Mən də o görüşləri çox məmnunluqla xatırlayıram. Müstəqil 
Azərbaycan dövləti ilə  Şimali Atlantika İtt ifaqı arasında  əməkdaşlığın 
yaranması və inkişafında bu görüşlərin böyük əhəmiyyəti var.
Heydər Əliyev: Mən də bu əlaqələrin əhəmiyyətini vurğulayıram. Mən 1994-
cü və 1996-cı illərin mayında Brüsselə olan səfərlərimi yada salaraq demək 
istəyirəm ki, ilk səfərdə  mən NATO-nun baş  qərargahında “Sülh naminə 
tərəfdaşlıq” proqramını imzaladım, sonra isə Azərbaycanın həmin proqrama 
qoşulması haqqında prezentasiya sənədini Sizə təqdim etdim. O vaxtdan ötən 
müddətdə NATO ilə əlaqələrimiz daim genişlənir. Azərbaycan “Sülh naminə 
tərəfdaşlıq” proqramında yaxından iştirak edir. Azərbaycan bu əməkdaşlığı 
yüksək qiymətləndirir və gələcəkdə də inkişaf etdirmək niyyətində olduğunu 
vurğulayır. Mənim fi krimcə, cənab Solananın indiki səfəri bu sahədə bir sıra 
məsələləri müzakirə etməyə imkan yaradır.
Xavyer Solana: Sizin qeyd etdiyiniz fi kirlərinizə tamamilə  şərik çıxıram. 
Mənim Azərbaycanın paytaxtına olan bu səfərim zamanı aparılan danışıqları 
əvvəlki görüşlərin davamı  və inkişafı kimi qiymətləndirirəm.  Əsrimizin so-
nunda dünyada çoxlu hadisələr baş vermişdir. Bizim günlərdə bu hadisələr çox 
sürətlə cərəyan edir, qloballaşır, təhlükəsizlik məsələləri xüsusilə gündəlikdə 
durur. Bu baxımdan prezident Heydər Əliyev kimi təcrübəli siyasətçi ilə fi kir 
mübadiləsindən çox şey əxz etmək mümkündür.
Heydər  Əliyev:  Məlumunuz olsun ki, cənab Xavyer Solana, hazırda 
Azərbaycanda hərtərəfl i  inkişaf üçün siyasi, iqtisadi, sosial, mənəvi, psix-
oloji  şərait yaranmışdır. Bazarın inkişafına hər cür şərait yaranmışdır. 
Azərbaycan Respublikasının Prezidenti Heydər 
Əliyevin Bakıda səfərdə olan NATO-nun baş katibi 
Xavyer Solana ilə təkbətək görüşdəki söhbətindən
30 sentyabr 1998-ci il
AZƏRBAYCAN – NATO : TƏRƏFDAŞLIQDAN BAŞLANAN YOL


31
www.aliyevheritage.org
Yeni infrastrukturlar yaratmaqla yanaşı, mövcud infrastrukturların nor-
mal fəaliyyət göstərməsinə köməklik edilmişdir. Bir sözlə, geniş islahatlar 
aparılmışdır. Bunların hamısı Azərbaycanda hüquqi, demokratik, dünyəvi 
dövlət quruculuğuna, bazar iqtisadiyyatına keçməyə, Dünya Birliyinə geniş 
inteqrasiyaya yönəldilmişdir.  Əsrimizin sonunda dünyada təhlükəsizliyə, 
əmin-amanlığa nail olmaq hamı üçün çox vacibdir. Ancaq bu, Azərbaycan 
üçün xüsusilə böyük əhəmiyyətə malikdir. Belə ki, xalqımızın  ən ağır prob-
lemi olan Ermənistan-Azərbaycan münaqişəsinə  hələ  də son qoyulmaması 
nəinki müstəqil dövlətimizin təhlükəsizliyi üçün maneə törədir, eyni zaman-
da ölkəmizdə quruculuq proseslərinin daha sürətlə getməsinə mane olur. 
Bu münaqişənin Azərbaycana hədsiz zərər vurmasına, bir milyondan çox 
vətəndaşımızın yerindən-yurdundan didərgin düşməsinə baxmayaraq, biz 
məsələnin sülh yolu ilə  həllinə çalışırıq. Dörd ildən çoxdur ki, atəşkəsə nail 
olmuşuq və ona indi də əməl edilir. Mən Ermənistan-Azərbaycan münaqişəsinin 
ATƏT-in Lissabon zirvə görüşündə  qəbul olunmuş üç prinsip əsasında 
həllinin vacibliyini bir daha vurğulayıram. Bu sahədə Siz ATƏT-in Minsk qru-
punun fəaliyyətindən, onun Rusiya, ABŞ  və Fransadan olan həmsədrlərinin 
münaqişənin həlli barədə irəli sürdükləri təklifl ərdən xəbərdarsınız. Ümidvar 
olduğumu bildirirəm ki, bu problemi danışıqlar, sülh yolu ilə həll etmək müm-
kün olacaqdır.
Xavyer Solana:  Cənab prezident, son vaxtlar bütün dünyanın diqqət 
mərkəzində olan bir hadisəni - tarixi İpək yolunun bərpası üzrə Bakıda böyük 
uğurla keçirilmiş beynəlxalq konfransı  mən də böyük diqqətlə izlədim. Bu 
konfrans təkcə regional yox, beynəlxalq əhəmiyyətə malik olan yeni, dəyərli 
təşəbbüsü reallaşdırdı. Bakıda belə bir konfransın çağırılmasının təşəbbüsçüsü 
olan və onun müvəff əqiyyətlə keçməsi üçün bütün imkanları yaradan Sizin, 
prezident Heydər Əliyevin xidmətlərini yüksək qiymətləndirirəm. 30-dan çox 
ölkənin və bir sıra beynəlxalq təşkilatların yüksək səviyyəli nümayəndələrinin 
iştirak etdiyi bu mötəbər tədbir göstərir ki, həmin ölkələr sıx iqtisadi əməkdaşlıq 
edərək gələcəyə doğru birlikdə irəliləmək istəyirlər. Bu isə  təkcə iqtisadi 
məsələ deyil, həm də sabitliyə  və  təhlükəsizliyə nail olmaq istəyidir. Mən 
xüsusi olaraq vurğulamaq istəyirəm ki, prezident Heydər  Əliyevin müdrik
uzaqgörən siyasəti nəticəsində Asiya ilə Avropa arasında əlaqələr, əməkdaşlıq 
körpüsü qurulur. Həmin proqramın həyata keçirilməsi  İpək yolu üzərində 
ən mühüm, başlıca məntəqə olacaq Azərbaycan üçün xüsusilə böyük imkan-
lar açacaq, onun iqtisadiyyatının dünya iqtisadiyyatına qovuşmasını daha da 
dərinləşdirəcək, beynəlxalq aləmdə nüfuzunu yüksəldəcəkdir.
AZƏRBAYCAN – NATO : TƏRƏFDAŞLIQDAN BAŞLANAN YOL


Yüklə 5,13 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə