Nato az indd



Yüklə 5,13 Kb.
Pdf görüntüsü
səhifə27/116
tarix27.10.2017
ölçüsü5,13 Kb.
#6977
1   ...   23   24   25   26   27   28   29   30   ...   116

80
www.aliyevheritage.org
Hazırda Xəzər enerji layihələrinin qlobal enerji təhlükəsizliyi üçün 
əhəmiyyəti artır. Azərbaycan dünya və Avropa bazarlarına enerji daşıyıcıları 
ixrac edən ölkəyə çevriləcəkdir. Biz yeni potensial istehlakçılarla danışıqlar 
aparmaqdayıq. Fikrimcə, regionda alternativ qaz təchizatı xətt inin olması və 
Avropaya çıxması qazı hasil və istehlak edənlərin tələbatlarını ödəyəcəkdir. 
Biz bu sahədə  əməkdaşlıq etməyə hazırıq. Uzun illər  ərzində apardığımız 
neft  siyasəti özünü doğrultmuşdur. Biz dünyada təkrarolunmaz nəqliyyat in-
frastrukturunun yaradılmasına nail olduq və onun nəticəsində  Xəzər regio-
nundan qonşu ölkələr, Avropa və dünya bazarları üçün neft  və qaz təchizatı 
çoxşaxəli olacaqdır.
Pyer Leluş:  Cənab Prezident, sağ olun. Parisə  səfər etdiyinizə  və 
fi kirlərinizi bizimlə bölüşdüyünüzə görə bütün Assambleyamız adından Sizə 
minnətdarlığımı bildirirəm.
Çox sağ olun.
AZƏRBAYCAN – NATO : TƏRƏFDAŞLIQDAN BAŞLANAN YOL


81
www.aliyevheritage.org
Azərbaycan Respublikasının Prezidenti İlham  Əliyev noyabrın 8-də 
Brüsseldə, NATO-nun qərargahında təşkilatın Baş katibi Yaap de Hoop Sxef-
fer ilə görüşmüşdür.
Görüşdən sonra Prezident İlham Əliyev Şimali Atlantika Şurasında çıxış etdi. 
NATO-nun üzvü olan dövlətlərin Şuradakı daimi nümayəndələri, səfi rləri ilə 
müzakirələr aparıldı.
Müzakirələrdən sonra Prezident İlham Əliyev və NATO-nun baş katibi Yaap 
de Hoop Sxeff er birgə mətbuat konfransı keçirdilər. Azərbaycan Prezidenti və 
NATO-nun baş katibi bəyanatlarla çıxış etdilər.
NATO-nun Baş katibi Yaap de Hoop Sxeff erin bəyanatı
- Sabahınız xeyir!
Mən, səfi rlər və Şimali Atlantika Şurası Azərbaycan Prezidenti cənab İlham 
Əliyevi burada bir daha salamlamaqdan olduqca məmnunuq. Fikrimcə, onun 
səfəri bir sıra səbəblərə görə böyük əhəmiyyət kəsb edir.
İlk növbədə, onu deməliyəm ki, NATO üzrə mütt əfi qlər Azərbaycan ilə 
müxtəlif aspektlərdə  əməkdaşlığı yüksək qiymətləndirirlər. Bildiyiniz kimi, 
"Fərdi tərəfdaşlığın fəaliyyət planı" mövcuddur. Biz müdafi ə islahatları, 
təsisat dəyişiklikləri kimi məsələlər üzərində birgə işləyirik. Həmin məsələlər 
ətrafında geniş fi kir mübadiləsi aparıldı. Azərbaycanda iqtisadi inkişaf, güclü 
siyasi sistemin qurulması, demokratikləşmə, mətbuat azadlığı və sair sahələrə 
aid Prezidentin verdiyi məlumatlar nəzərə alındı. Burada aydınlıq var.
Prezident Əliyevin bu gün səhər buraya gəlməsinin ikinci səbəbi də var. Bu, 
Azərbaycanın regiondakı mühüm mövqeyi və rolu ilə bağlıdır. Region həssasdır, 
orada qeyri-sabitlik riskləri var. Onu da qeyd edim ki, qonağımız böyük həcmdə 
karbohidrogenlər ixrac edən ölkənin başçısıdır. Bu amil təkcə iqtisadiyyatla yox, 
həm də strategiya və geosiyasətlə bağlıdır. Prezident olduqca maraqlı çıxış etdi. 
Həmin məsələlər ətrafında maraqlı müzakirələrimiz oldu.
Bir sözlə, vaxtınızı çox almaq istəmirəm. Cənab Prezident, Sizin səfəriniz, 
danışıqlarda səmimiliyiniz yüksək qiymətləndirilir. Artıq dediyim kimi, biz 
çox geniş  məsələləri müzakirə etdik. Hesab edirəm ki, Prezident Əliyevin 
Azərbaycan Respublikasının Prezidenti İlham 
Əliyevin və NATO-nun Baş Katibi Yaap de 
Hoop Sxeff erin birgə mətbuat konfransında 
bəyanatları  – Brüssel, NATO-nun qərargahı
8 noyabr 2006-cı il
AZƏRBAYCAN – NATO : TƏRƏFDAŞLIQDAN BAŞLANAN YOL


82
www.aliyevheritage.org
səfəri Azərbaycan-NATO münasibətlərinin daha da intensivləşdirilməsinə 
xidmət edəcəkdir. Biz "Fərdi tərəfdaşlığın fəaliyyət planı" üzərində işləyirik. 
Azərbaycan fəal çalışır. Beləliklə, cənab Prezident, Sizi burada görməyimizdən 
çox məmnunuq.
Üzr istəyirəm, icazənizlə, mən  əlavə edim. Bu məsələni yaddan çıxarmaq 
istəmirəm, yoxsa, səhv buraxmış olaram. Azərbaycanın  Əfqanıstan və 
Kosovodakı kimi vacib əməliyyatlarda iştirakı NATO və onun tərəfdaşları 
üçün böyük əhəmiyyət kəsb edir. Mən bunu yaddan çıxara bilmərəm, çünki 
bu addım Azərbaycanı  təhlükəsizliyin vacib təminatçısına çevirir. Bir halda 
ki, təşkilatımız bu gün bir çox yerlərdə əməliyyatlar aparır, bu məsələ NATO 
çərçivəsində çox mühümdür. Üzr istəyirəm, cənab Prezident, mən bunu yadd-
an çıxara bilməzdim.
Azərbaycan Prezidenti İlham Əliyevin bəyanatı
- Çox sağ olun, cənab baş katib. Qonaqpərvərliyinizə görə minnətdaram.
Bu gün NATO-Azərbaycan münasibətlərinin gələcək inkişafında olduq-
ca vacib gündür. Əlaqələrimizin tarixi uzundur. On ildən artıqdır ki, biz sıx 
əməkdaşlıq layihələri üzərində çalışmışıq. Biz "Sülh naminə tərəfdaşlıq" proq-
ramından başladıq, indi isə, "Fərdi tərəfdaşlığın fəaliyyət planı" ilə məşğuluq. 
Həmin plan siyasi sistemimizin bütün sahələrini əhatə edir. Müdafi ə, iqtisadi 
və siyasi sahələrdə aparılan islahatların hamısı bir-biri ilə bağlıdır. Xəzərin neft  
və qaz yataqlarının əhəmiyyətini, onların enerji təhlükəsizliyi və ümumiyyətlə, 
regional təhlükəsizlik üçün vacibliyini nəzərə alsaq, təbii ki, bütün bunlar 
əlaqələrimizə yenilik gətirir.
Əlaqələrimizin müsbət və çox yaxşı tarixi var. Bu gün isə, həmin 
münasibətlərin, demək olar ki, yeni mərhələsi başlayır. Baş katiblə bizim 
ikitərəfl i münasibətlər, regional təhlükəsizlik və inkişaf məsələləri haqqında 
çox  əhatəli və geniş müzakirələrimiz oldu. Eyni zamanda, Şimali Atlantika 
Şurasında ideyalarımız, planlarımız barədə uzun və çox açıq, səmimi söhbətimiz 
oldu. Əvvəlki nailiyyətlərimizi nəzərdən keçirdik və gələcək əməkdaşlıq üçün 
çox möhkəm əsaslar qoyuldu. Azərbaycan qonşuluqda daha təhlükəsiz mühi-
tin yaradılmasında oynadığı mühüm rolunu davam etdirəcəkdir. Biz Kosovo 
ilə Əfqanıstanda sülhməramlı əməliyyatlarda iştirakımızı davam etdirəcəyik. 
Hesab edirəm ki, bu, bizim gənc, lakin NATO-nun əsil və etibarlı tərəfdaşı ol-
maq üçün öz potensialını artıran ölkəmiz üçün çox vacibdir.
İqtisadi və siyasi islahatlar, cəmiyyətin demokratikləşməsi, sosial və 
müdafi ə islahatları hamısı bir-biri ilə bağlıdır. Bütün bunlar güclü iqtisadi 
və siyasi sistemə malik olan ölkənin formalaşmasına, eləcə də dostlarımız və 
mütt əfi qlərimizlə möhkəm əlaqələrin inkişafına imkan yaradacaqdır.
AZƏRBAYCAN – NATO : TƏRƏFDAŞLIQDAN BAŞLANAN YOL


Yüklə 5,13 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə