www.aaa.org.az
Embassy of the United States of America
Office of Public Affairs
Baku, Azerbaijan
MEDIA ADVISORY
11 fevral, 2012
ABŞ TƏHSİLLİ AZƏRBAYCAN MƏZUNLARI İCTİMAİ BİRLİYİNİN
İLLİK GÖRÜŞÜ
ABŞ təhsilli Azərbaycan Məzunları İctimai Birliyi fevralin 11-də birliyin məzunlarının illik görüşünü
keçirmişdir. Tədbirdə ABŞ tərəfindən müxtəlif təhsil proqramları çərçivəsində Amerikada təhsil almış 200-
dən çox məzun iştirak etmişdir.Tədbirdə birliyin fəaliyyəti haqqında və gələcək planları haqqında iştirakçılara
məlumat verilmişdir.
Tədbirdə iştirak edən ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili cənab Adam Sterlinq çıxış edərək
vurğuladı kı, ABŞ təhsilli Azərbaycan Məzunları İctimai Birliyi Amerika səfirliyinin ən yaxın
tərəfdaşlarından biridir.Cənab Sterlinq qeyd etdi ki, ABŞ təhsil proqramlarında iştirak edən Azərbaycan
məzunları Amerikanı dərindən başa düşərək iki ölkənin paylaşdığı dəyərlərə əsaslanaraq Amerika Birləşmiş
Ştatları və Azərbaycan arasındakı dostluğun güclənməsində dəstək gostərirlər. O həmçinin təhsil mübadilə
proqramlarının Azərbaycanla Birləşmiş Ştatları arasında daha sıx əlaqələrin inkişafı üçün vacibliyini
vurğuladı.
Tədbirdə əsas nitqlə çıxış edən Bakcell şirkətinin Baş İcraçı Direktoru cənab Riçard Şirer məzunlara
müraciətində uğurlu karyera qurulması istiqamətində məsləhətlər vermişdir.
ABŞ təhsilli Azərbaycan Məzunları İctimai Birliyi fəaliyyət göstərdiyi müddətdə təhsil sahəsində ABŞ
mübadilə proqramlarını dəstəkləyən bir sıra dövlət rəsmiləri və qeyri-hökumət təşkilatlarına birliyin üzvləri
adından minnətdarlıq ifadə etmişdir. Sonra dövlət qulluğu, biznes, təhsil və digər sahələrdə böyük uğurlar
qazanmış məzunlara mükafatlar verilmişdir. Tədbir bədii hissə ilə davam etmişdir.
ABŞ Təhsilli Azərbaycan Məzunları İctimai Birliyi Azərbaycanda müxtəlif təhsil mübadilə proqramlarının
məzunlarını birləşdirən qeyri-hökumət və qeyri-kommersiya təşkilatıdır.
Əlavə məlumat üçün: Ceyhun Kərəmov, 0554250340
83, Azadlıq Prospekti
AZ1007 Bakı,
Azerbaycan
Email:
HuseynguliyevMM@state.gov
Phone: +(99412) 498 03 35
Fax: +(99412) 498 93 12
URL:
http://baku.usembassy.gov/