Nato az indd



Yüklə 5,13 Kb.
Pdf görüntüsü
səhifə29/116
tarix27.10.2017
ölçüsü5,13 Kb.
#6977
1   ...   25   26   27   28   29   30   31   32   ...   116

86
www.aliyevheritage.org
11
Danimarka
1949
12
İslandiya
1949
13
Türkiyə
1952
14
Yunanıstan
1952
15
Almaniya
1955
16
İspaniya
1982
17
Macarıstan
1999
18
Çexiya
1999
19
Polşa
1999
20
Rumıniya
2004
21
Bolqarıstan
2004
22
Slovakiya
2004
23
Sloveniya
2004
24
Litva
2004
25
Latviya
2004
26
Estoniya
2004
27
Albaniya
2009
28
Xorvatiya
2009
NATO-nun baş katibləri
Sıra 
sayı
Baş katib
Təmsil etdiyi ölkə
Rəhbərlik etdiyi 
illər
1
Lord İsmay
Böyük Britaniya
1952 - 1957
2
Pol Anri Spak
Belçika
1957 - 1961
3
Dark U. Stikker
Niderland
1961 - 1964
4
Manlio Brosio
İtaliya
1964 - 1971
5
Cozef Lans
Niderland
1971 - 1984
6
Lord Karrington
Böyük Britaniya
1984 - 1988
7
Manfred Verner
Almaniya
1988 - 1994
8
Villi Klas
Belçika
1994 - 1995
9
Xavyer Solana
İspaniya
1995 - 1999
10
Lord Corc Robertson
Böyük Britaniya
1999 - 2003
11
Yaap de Xoop Sxeffer
Hollandiya
2004 - 2009
12
Anders Foq Rasmussen
Danimarka
2009
AZƏRBAYCAN – NATO : TƏRƏFDAŞLIQDAN BAŞLANAN YOL


87
www.aliyevheritage.org
Ölkə  ərazisinin və onun vətəndaşlarının tam müdafi əsi Azərbaycan 
Respublikası Konstitusiyasının 
əsas tələblərindəndir. Azərbaycan 
Respublikasının Prezidenti İlham  Əliyev tərəfi ndən 2007-ci ilin may ayında 
təsdiq edilən Azərbaycan Respublikası Milli Təhlükəsizlik Konsepsiyasında 
qeyd olunur: "Ölkənin müdafi ə qabiliyyətinin möhkəmləndirilməsi yolunda 
hərbi-siyasi və hərbi-texniki sahədə beynəlxalq əlaqələrin və əməkdaşlığın hər 
cür inkişafı müstəsna əhəmiyyət kəsb edir. Avro-atlantik məkanın təhlükəsizlik 
sisteminə inteqrasiya, NATO dövlətlərinin qüvvələri ilə qarşılıqlı uzlaşan hərbi 
əməliyyat qüvvələrinin yaradılması, böhranların aradan qaldırılması məqsədilə 
müvafi q  beynəlxalq təşkilatların mandatı  əsasında aparılan sülhməramlı 
cavab  əməliyyatlarında iştirak etmək Azərbaycan Respublikasının müdafi ə 
siyasətinin əsas istiqamətlərindən hesab olunur."
Azərbaycan - NATO münasibətləri 1992-ci ilin martında Azərbaycanın bu 
təşkilatın Şimali Atlantika Əməkdaşlıq Şurası qurumuna üzv qəbul edilməsi 
ilə formalaşmağa başlayıb. Azərbaycan nümayəndə heyəti ilk dəfə olaraq 1992-
ci ilin oktyabrında Türkiyədə NATO üzvü olan ölkələrin seminarında iştirak 
edib və NATO-nun Baş katibi Manfred Vernerlə görüşüb.
1993-cü ilin fevralında Azərbaycan nümayəndə heyəti Brüsseldə NATO-nun 
Avropa təhlükəsizliyi problemləri üzrə keçirdiyi konfransda iştirak edib. 
Şimali Atlantika İtt ifaqı ilə Azərbaycanın yüksək səviyyədə əməkdaşlığının 
əsası isə 1994-cü ildə qoyulub. Azərbaycan Respublikasının Prezidenti Heydər 
Əliyev 4 may 1994-cü ildə Brüsselə  səfəri zamanı NATO-nun keçmiş sovet 
respublikaları ilə əməkdaşlığını nəzərdə tutan "Sülh naminə tərəfdaşlıq" (SNT) 
sazişini imzalayıb. 
İmzalanma mərasimində çıxış edən Azərbaycan Prezidenti Heydər Əliyev 
bildirib: “Biz NATO-nun Şərqi Avropa ölkələrini və keçmiş Sovet İtt ifaqına 
daxil olan yeni müstəqil dövlətləri "Sülh naminə  tərəfdaşlıq" sənədinə 
qoşulmağa çağıran dəvətini böyük razılıqla qarşılamışıq və buraya da bu 
fi kirlər və ümidlərlə gəlmişik və bu gün "Sülh naminə tərəfdaşlıq" proqramını 
imzalamağa hazırıq.”
Həmin dövrdən başlayaraq NATO-Azərbaycan  əlaqələrinin inkişaf 
etdirilməsi üçün şərait yaranıb.  1996-cı il aprel ayının 23-də yenidən Brüsselə 
səfər edən Azərbaycan Prezidenti Heydər  Əliyev "Sülh naminə  tərəfdaşlıq" 
sənədinə qoşulmaq barəsində təqdimat sənədini NATO-nun Baş katibi Xavyer 
Solanaya təqdim edib.
Azərbaycan - NATO əlaqələri
AZƏRBAYCAN – NATO : TƏRƏFDAŞLIQDAN BAŞLANAN YOL


88
www.aliyevheritage.org
Sonrakı illərdə də Azərbaycan Prezidenti NATO-nun Baş katibi Xavyer So-
lana ilə görüşüb. 1997-ci ilin fevralında və 1998-ci ilin sentyabrında NATO Baş 
katibinin Bakıya, 1997-ci ilin iyulunda Azərbaycan Prezidentinin ABŞ-a səfəri 
dövründə Xavyer Solana və Heydər  Əliyev görüşüblər. Bu görüşlərin  əsas 
müzakirə mövzusu Azərbaycan və NATO arasında əməkdaşlığı dərinləşdirmək 
məsələsi olub. 
Azərbaycan Respublikası 1997-ci ilin iyulunda NATO-nun Avro-at-
lantika  Əməkdaşlıq  Şurası adlı qurumuna da qoşulub.  Şimali Atlantika 
Əməkdaşlıq Şurasından fərqli olaraq təşkilatın bu strukturu SNT çərçivəsində 
məsləhətləşmələr və müzakirələrdən praktiki addımlara keçməyin təminini 
nəzərdə tutur. Elə  həmin il Azərbaycan NATO ilə  əməkdaşlığında yeni 
mərhələ olaraq Planlaşdırma və Analiz Prosesinə qoşulub. Bu proses müdafi ə 
planlaşdırılmasını, yəni  əldə olan resurslardan düzgün istifadə olunmasını 
nəzərdə tutur. 1997-ci il noyabrın 14-də  Azərbaycan Prezidenti Heydər 
Əliyevin sərəncamı ilə ölkə prezidenti yanında NATO ilə  əməkdaşlıq üzrə 
dövlət komissiyası yaradılıb. 
1997-ci ildə  həmçinin, Azərbaycan NATO-nun Brüsseldəki mənzil-
qərargahında öz diplomatik nümayəndəliyini açıb.
1999-cu il aprel ayının 26-da Azərbaycan Prezidenti Heydər Əliyev NATO-
nun 50 illik yubileyinə  həsr olunmuş zirvə görüşündə iştirak edib. Bu mötəbər 
məclisdəki çıxışında Azərbaycan Prezidenti NATO-nun dünyadakı rolunu belə 
xarakterizə edib: "Biz dünyada sülhün və sabitliyin təmin olunmasında NATO-
nun böyük rolunu yüksək qiymətləndirir, onu Ümumavropa təhlükəsizliyinin 
olduqca mühüm vasitəsi hesab edirik."
1999-cu ildə Azərbaycan NATO-nun rəhbərliyi altında Kosovada aparılan 
sülhməramlı əməliyyatlara yardımçı olmaq məqsədilə hərbi bölmə göndərib.
2001-ci ilin yanvarında NATO-nun növbəti Baş katibi Corc Robertson Bakıya 
səfər edib. Baş katiblə görüşündə Azərbaycan Prezidenti ölkəsinin NATO ilə 
münasibətlərin inkişaf etdirilməsində maraqlı olduğunu bir daha xatırladıb. 
Corc Robertson Azərbaycan hərbi bölməsinin Kosovodakı sülhməramlı 
əməliyyatlarda iştirakına görə Heydər Əliyevə minnətdarlığını bildirib.
2002-ci ildə NATO Avro-atlantika Tərəfdaşlıq Şurasının üzvü olan ölkələrin 
dövlət və hökumət başçılarının Zirvə görüşündə Azərbaycan Prezidenti 
Heydər Əliyev çıxış edib. Zirvə görüşü iştirakçılarının diqqətini Ermənistan-
Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə yönəldən prezident, onun həllinin 
bütün dövlətlərin maraqlarına cavab verdiyini bildirib. Elə həmin il Azərbaycan 
NATO-nun rəhbərliyi altında Əfqanıstanda olan silahlı qüvvələri dəstəkləmək 
üçün hərbi bölmə göndərib. 
Bu gün Azərbaycan xalqının ümummilli lideri Heydər  Əliyevin müdrik 
AZƏRBAYCAN – NATO : TƏRƏFDAŞLIQDAN BAŞLANAN YOL


Yüklə 5,13 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə