Nato az indd



Yüklə 5,13 Kb.
Pdf görüntüsü
səhifə33/116
tarix27.10.2017
ölçüsü5,13 Kb.
#6977
1   ...   29   30   31   32   33   34   35   36   ...   116

97
www.aliyevheritage.org
10-11-də keçirilən Brüssel görüşündə irəli sürülmüş mühüm təşəbbüsüdür. İlk 
vaxtlar bu proqramda ATƏT üzvü olan 27 dövlət iştirak edirdisə, indi onların 
sayı 50-yə yaxındır. 
Dağlıq Qarabağ  — Azərbaycanın cənub-qərbində region. 7 iyul 1923-cü 
ildə Azərbaycan SSR-in tərkibində yaradılmış muxtar vilayətin ərazisi (Dağlıq 
Qarabağ Muxtar Vilayəti) nəzərdə tutulur. Tərkibinə  Ağdərə,  Əsgəran, 
Şuşa, Xocavənd, Hadrut rayonları daxil idi. Erməni separatçılarının terror 
və  təcavüzkarlıq fəaliyyətinə görə 26 noyabr 1991-ci ildə Dağlıq Qarabağın 
muxtariyyət statusu ləğv olunub. Hazırda ətrafındakı 7 əlavə rayon da daxil 
olmaqla Ermənistanın işğalı altındadır. Ermənistan Dağlıq Qarabağda əslində 
özünün yaratdığı separatçı erməni rejiminin idarəçiliyini bəhanə  gətirərək 
Dağlıq Qarabağı işğal etməsi faktından boyun qaçırmağa çalışır. Azərbaycan 
tərəfi   işğal olunmuş torpaqların azad edilməsi,  ərazi bütövlüyünün bərpa 
olunması  şərtlərilə Dağlıq Qarabağa Azərbaycanın tərkibində yüksək 
muxtariyyət statusu verməyi təklif edir. 
Qafqaz — Qara dəniz, Azov dənizi və Xəzər dənizinin qərbində və Kuma-
Manıç düzənliyinin şimalında, Türkiyənin şimal-şərqi və İranın şimal sərhədləri 
ilə həmsərhəd olan ərazi. Sahəsi 440 min kvadrat km-dir. 
Zaqafqaziya — Azərbaycan, Gürcüstan və Ermənistan respublikalarının 
yerləşdiyi Qafqaz dağ silsiləsinin cənub ərazisi. 
Müstəqil Dövlətlər Birliyi — Sovet İtt ifaqının süqutundan sonra itt ifaqa 
daxil olmuş 12 dövlətin (Rusiya, Azərbaycan, Ukrayna, Belorus, Qazaxstan, 
Özbəkistan, Qırğızstan, Türkmənistan, Tacikistan, Ermənistan, Gürcüstan, 
Moldova) yaratdığı birlik (1991). 
ATƏT-in Minsk qrupu — ATƏT-in Ermənistan-Azərbaycan Dağlıq Qarabağ 
münaqişəsinin sülh yolu ilə həlli üçün vasitəçilik fəaliyyəti göstərən orqanı. 24 
mart 1992-ci il ATƏM xarici işlər nazirlərinin birinci Helsinki əlavə görüşündə 
münaqişənin həlli məqsədilə Minskdə konfrans çağırılması nəzərdə tutulub. 
İştirakçıları Azərbaycan, Ermənistan, Belarus, Çexoslovakiya, Fransa, Almani-
ya, İtaliya, Rusiya, İsveç, Türkiyə və ABŞ olmalı idi. Ermənistanın təcavüzkarlığı 
nəticəsində Minsk konfransı baş tutmadı  və  həmin dövlətlərin vasitəçilik 
cəhdlərini davam etdirməsi ilə formalaşan qurum Minsk qrupu adlandırılmağa 
başladı. ATƏM-in 5-6 dekabr 1994-cü il Budapeşt zirvə görüşünün qərarı ilə 
Minsk qrupunun həmsədrlik institutu yaradılıb. Bu, qrupa bir ölkənin dey-
il, bir neçəsinin rəhbərlik etməsini nəzərdə tutur. İlk həmsədr ölkələr Rusiya 
və İsveç, daha sonra Rusiya və Finlandiya olub. 1997-ci ildən Minsk qrupuna 
ABŞ, Rusiya və Fransa sədrlik edir. Minsk qrupunun tərəfl ərə təqdim etdiyi və 
mətbuatda rəsmi dərc olunmuş münaqişəni tənzimləmə variantlarından iki-
si-paket və mərhələli üsullar Ermənistan, biri isə Azərbaycan tərəfi ndən rədd 
AZƏRBAYCAN – NATO : TƏRƏFDAŞLIQDAN BAŞLANAN YOL


98
www.aliyevheritage.org
edilib. Azərbaycana təqdim olunan üçüncü, şərti adı "ümumi dövlət" prinsipinə 
əsaslanan həll variantı ölkənin suverenliyi və ərazi bütövlüyünə zidd olduğu 
üçün qəbul olunmayıb. Minsk qrupunun vasitəçilik cəhdləri həmsədrlərin 
tərəfl ərlə görüşlər, müzakirələr keçirməsi və Azərbaycan və Ermənistanın 
dövlət rəhbərlərinin görüşlərini təşkil etmək formasında davam edir. 
Varşava müqaviləsi təşkilatı  — 1955-ci ildə Albaniya, Bolqarıstan, 
Macarıstan, Almaniya Demokratik Respublikası, Polşa, Rumıniya, SSRİ  və 
Çexoslovakiyanın Varşava Müqaviləsini imzalamaları ilə NATO-ya qarşı 
yaratdıqları hərbi siyasi itt ifaq. 
ATƏM-in Budapeşt Zirvə görüşü — Avropada Təhlükəsizlik və Əməkdaşlıq 
Müşavirəsinin 6-7 dekabr 1994-cü ildə Macarıstanın paytaxtı Budapeşt 
şəhərində keçirilən 4-cü zirvə görüşü (sammiti). ABŞ və Kanada da daxil ol-
maqla 50 Avropa ölkəsinin (cəmi 52 ölkə) dövlət və hökumət başçılarının iştirakı 
ilə keçirilib. Budapeşt sammitində ATƏM-in təşkilata çevrilməsi istiqamətində 
əhəmiyyətli addımlar atılıb və onun müvafi q strukturları yaradılaraq ATƏT 
adlandırılıb. Zirvə görüşünün "Yeni Dövrdə Həqiqi Əməkdaşlığa Doğru" adlı 
yekun bəyannaməsinin "Regional məsələlər" fəslində Ermənistan-Azərbaycan 
Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qərarlar əks olunub. Bu qərarlarda Dağlıq 
Qarabağ münaqişəsinin aradan qaldırılması üçün fəaliyyət göstərən Minsk 
qrupunun həmsədrlərinin təyin olunması (əvvəllər quruma bir sədr rəhbərlik 
edirdi) münaqişədə sülh sazişinə nail olunacağı təqdirdə sülhün təminatı üçün 
ATƏM-in sülhməramlı qüvvələrinin yaradılacağı qeyd olunub. 
ATƏT-in Lissabon zirvə toplantısı  — 2-3 dekabr 1996-cı ildə Lissabonda 
Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının 5-ci Zirvə görüşü. Lissa-
bon toplantısında ATƏT sədri adından təşkilatın 53 üzv ölkəsinin müdafi ə et-
diyi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli prinsiplərini 
əks etdirən bəyanat qəbul olunub. Həmin prinsiplərə görə Azərbaycan 
və Ermənistanın  ərazi bütövlüyü tanınır, Dağlıq Qarabağa Azərbaycanın 
tərkibində  ən yüksək özünüidarə statusu və Dağlıq Qarabağ  əhalisinin 
təhlükəsizliyinə təminat verilməlidir. Ermənistan sammitdə həmin prinsiplərə 
qarşı  çıxıb və sonralar ATƏT-in Minsk qrupunun bu prinsiplər  əsasında 
hazırladığı münaqişənin həlli təklifl ərini rədd edib. 
Madrid zirvə görüşü — 8-9 iyul 1997-ci ildə NATO-nun üzvü olan ölkələrin 
dövlət və hökumət başçılarının Madriddə keçirilən sammiti. 
İstanbul sammiti — 29 iyun 2004-cü ildə NATO-nun İstanbulda keçirilən 
sammiti. 
Ağ Ev — Amerika Birləşmiş  Ştatları prezidentinin daimi iş  və yaşayış ye-
ridir, Vaşinqtonun mərkəzində yerləşir. 
GUAM — Gürcüstan, Ukrayna, Azərbaycan və Moldovanı birləşdirən 
AZƏRBAYCAN – NATO : TƏRƏFDAŞLIQDAN BAŞLANAN YOL


Yüklə 5,13 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə