NaġLƏ VƏLĠxanli



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
səhifə56/56
tarix08.09.2018
ölçüsü1,28 Mb.
#67555
1   ...   48   49   50   51   52   53   54   55   56

114 
 
olan Ġlanlar, VəhĢi qoyunlar, Siyakuh (Qara dağ), Cinlər və baĢqa adalar haqqında 
məlumat  verən  Həmdullah  Qəzvini  yazırdı:  “Hazırda  həmin  adalardan  yalnız 
Abaskun  və  VəhĢi  qoyunlar  məskundur,  qalanları  isə  adamsızlaĢıblar.  Bakı 
yaxınlığında yerləĢən Allah Əkbər adası (Ģübhəsiz, indiki Pirallahı nəzərdə tutulur) 
indi artıq məskundur və Xəzər dənizinin əsas limanına çevrilib”. 
Əl-Qərnatinin  əsərində  Bakı  yaxınlığındakı  ada  və  yerlər  haqqında  baĢqa 
müəlliflərdə olmayan maraqlı məlumat var: “Bu dənizdə qır kimi qara ada vardır. 
Həmin  adada  yerdən  acı,  duzlu,  pis  qoxulu  su  çıxır.  Bu  su  ilə  birlikdə  əla 
keyfiyyətli  bürüncə  oxĢayan  xırda,  dördkünc  daĢlar  da  çıxır.  Adamlar  bunlardan 
tərəzidə  çəki  daĢı  (misqal)  yerinə  iĢlətmək  üçün  götürürlər.  Dəniz  tərəfdə,  bu  ada 
ilə  üzbəüz,  qır  kimi  qara  torpaq  var,  üstündə  ot  bitir.  Burada  vəhĢi  heyvanlar  da 
yaĢayır.  Qara  torpaqdan  qır  (mazut),  qara  və  ağ  neft  çıxır.  Həmin  yer  ġirvan 
ölkəsindən  olan  Bakuh  (Bakı)  yaxınlığındadır.  Bu  torpaqdan  və  adadan  gecələr 
kükürd alovuna bənzəyən mavi od çıxır. O yansa da, nə oradakı otu yandırır, nə də 
istisi olur. Onun üstünə yağıĢ yağdıqda, alov daha da artaraq göyə ucalır. Adamlar 
onu  uzaqdan  görürlər.  Gündüz  isə  bunu  görmək  olmur.  Bu  yerlərdə  ceyran 
ovlayırlar. Ovçular onların ətini doğrayır, dərilərinin içinə yığır, ağzına qarqı taxıb 
bağlayırlar. Sonra içində ət olan həmin dərini qara torpağa basdırırlar. Ət biĢdikcə, 
qarğıdan  qazanda  olduğu  kimi  köpük  çıxır.  Köpük  tamam  qurtardıqda,  ət  hazır 
olur. Nəhayət dərini salamat, əti biĢmiĢ halda, isti-isti dərinin içindən çıxarırlar. Bu 
torpağın  özünün  isə  istiliyi  yoxdur.  Bu  dünyanın  möcüzələrindəndir.  Həmin 
torpağın istiliyi mədənin istiliyi kimidir”. Etnoqrafik baxımdan da maraqlı olan “ət 
biĢirmə”  əməliyyatı  tədqiqatçıların  diqqətini  cəlb  etmiĢdi.  Əl-Qərnatinin  əsərinin 
rus  dilinə  tərcüməsinin  naĢirlərindən  biri  olan  A.  L.  Monqayt  ətin  belə 
hazırlanmasını  “müəmmalı”  hesab  edir  və  onu  Azərbaycanda  ayrımların  ocaq 
çalalarında  ət  biĢirmə  üsulu  ilə  müqayisə  edir  (ayrımların  bu  ət  biĢirmə  üsulu 
məĢhur  Azərbaycan  arxeoloq  və  etnoqrafı  Ə.  K.  Ələkbərov  tərəfindən  təsvir 
edilib). Lakin belə çalalar təndir kimi odunla alıĢdırıldığı üçün onları əl-Qərnatinin 
haqqında danıĢdığı odsuz ət biĢirilən torpaqlarla eyniləĢdirmək olmaz. 
XVII əsrin məĢhur türk səyyahı Evliya Çələbi Bakı qalasını təsvir edərkən, 
əl-Qərnatinin  yuxarıdakı  məlumatını  xatırladan  bir  xəbər  verir.  Onun  yazdığına 
görə “Bakı nahiyələrində təsərrüfat üçün yararsız olan, “Ģurə” adlanan bəzi yerlər 
var.  Hər  hansı  adam  və  ya  at  bu  yerlərdə  əylənərsə  ayaqları  yanar.  Karvanla 
buralardan  keçənlər  həmin  yerdə  çala  qazıyır  və  yemək  olan  mis  qablarını  onun 
içinə qoyurlar, torpağın istiliyi isə qabdakı yeməyi bir anda biĢirir”. 
Bakı  ətrafında,  doğrudan  da,  “Ģor”  (farsca  Ģurə)  adlandırılan  yerlər 
(Novxanı,  PirĢağı,  Masazır və  s.) var ki,  yerli əhali indi də, onlardan düz  çıxarır. 
Əl-Qərnatinin və Evliya Çələbinin haqqında məlumat verdikləri “Ģor” adlandırılan 
yerlər  isə  həmçinin  isti  torpağı  ilə  seçilirdi.  Orta  əsr  səyyahlarının  təsvir  etdikləri 
bu  hadisə,  çox  güman  AbĢeronun  indi  də  bəzi  yerlərində  yanan  torpaqlarında  baĢ 
verə bilərdi. 


115 
 
Yeri gəlmiĢkən deməliyik ki, əsli Ġspaniyadan olan Əbu Həmid əl-Əndəlusi 
əl-Qərnati Qərnatə (Qrenada) Ģəhərində doğulsa da, ömrünü səyahətlərdə keçirmiĢ, 
1130-cu ildə Xəzər dənizi vasitəsilə Volqa bulqarlarının ölkəsinədək gedib çıxmıĢ, 
1135-ci  iləcək  o  yerlərdə  qalmıĢ  və  məhz  bu  müddət  ərzində  xəzərin  adalarında, 
AbĢeronun  Xəzərsahili  yerlərində,  o  cümlədən  Bakıda,  Ərdəbildə,  Dərbənddə  və 
baĢqa yerlərdə olmuĢdur. Onun müxtəlif, bəzən möcüzəyə bənzər, əslində isə çox 
vaxt  həqiqət  olan  məlumatlarından  bəzisi  XIII  əsrin  məĢhur  kosmoqraf-alimi, 
möcüzələr aĢiqi Zəkəriyyə əl-Qəzvini tərəfindən təkrarlanmıĢdır. Onu da deyək ki, 
möcüzə  kimi  verilən  bu  məlumatlardan  biri  əfsanəvi  xarakter  daĢısa  da,  Xəzərin 
heyvanat  aləmi  ilə  tanıĢlıq  baxımından  da  böyük  maraq  doğurur.  Zəkəriyə  əl-
Qəzvini  özünün  “Kitab  əcaib  əl-məxluqat  və  ğəraib  əl-mavcudət”  (“YaranmıĢın 
möcüzələri  və  mövcud  olanın  qəribəlikləri”)  əsərinin  Xəzər  dənizinin  heyvanat 
aləminə  həsr  etdiyi  hissəsində  yazırdı:  “Deyirlər  ki,  möminlərin  əmiri  xəlifə  əl-
Vasiq yuxuda görür ki, Ġsgəndər Zülqərneynin qurdurduğu divar dağılmıĢ, oradan 
bir  çox  xalqlar  (yəcuc-məcuclar)  onun  ölkəsinə  basqın  etmiĢlər.  O,  tərcüməçi 
Səllamı  [ət-Tərcümanı]  məlumat  əldə  etmək  üçün  divarın  olduğu  yerə  göndərir
*

Səllam  belə  deyirdi:  Səyahət  zamanı  biz  xəzər  hökmdarlarının  yanında  beĢ  gün 
qaldıq. Orada qəribə bir iĢin Ģahidi olduq. Bir dəfə yerli adamlar nəhəng bir balıq 
tutmuĢdular, onlar balığın qulağını deĢib, ona  ip keçirtdilər; ipi dartdıqda, oradan 
ağappaq, qırmızıyanaq, uzunsaç, qəĢəng bir cariyə çıxdı. O, üzünə vurur, saçlarını 
yolur  və  çığırırdı.  Allah  onun  bədəninin  ortasında  qalın  paltara  oxĢayan  bir  Ģey 
yaratmıĢdı,  “izar”  (paltar)  kimi  göbəyindən  dizinədək  onu  bürümüĢdü.  Bir  qədər 
sonra  o öldü...” Maraqlı burasıdır ki,  Zəkəriyə  əl-Qəzvininin tərcüməçisi Səllama 
əsaslanaraq  danıĢdığı  bu  rəvayət  tədqiqatçı  A.  L.  Monqaytın  dediyinə  görə, 
Volqaboyu  xalqlarının  balığın  qulağından  çıxan  su  pərisi  əfsanəsi  ilə  səslənir. 
Lakin  əfsanəvi  xarakter  daĢıyan  bu  məlumatla  yanaĢı  Zəkəriyə  əl-Qəzvininin  və 
ondan  sonra  bir  çox  ərəb  müəlliflərinin  (ən-Nuvayri,  Nəcməddin  əl-Hərrani, 
Siracəddin ibn əl-Vardi və b.) təkrar etdiyi əfsanə ilə həqiqətin qarıĢığı olan baĢqa 
bir  rəvayət  diqqəti  daha  çox  cəlb  edir.  Xəzərdə  yaĢayan  və  mənbələrdə  “tinin” 
adlandırılan əjdahanın təsvirinə həsr edilmiĢ bu məlumat həqiqətdən çox əfsanəni 
                                                           
*
 Səllam ət-Tərcümanın xəlifə əl-Vasiqin  (842 – 847) dövründə həyata keçirilmiĢ bu məĢhur səyahəti 
haqqında  ilk  məlumat  Ġbn  Xordadbehin  əsərində,  səyyahın  özünün  xəlifə  üçün  hazırladığı  məruzə 
əsasında verilmiĢ, sonralar isə baĢqa ərəb müəlliflərinin (Ġbn Rusta, əl-Müqəddəsi, əl-Ġdrisi, əl-Qərnati, 
Zəkəriyə əl-Qəzvini, ən-Nuvayri və b.) əsasən Ġbn Xordadbehə istinadən təqdim etdikləri xəbərlərdə bu 
və ya digər variantlarda təkrarlanmıĢdır. Bəzi tədqiqatçıların bu gün də həqiqətdən uzaq hesab etdikləri 
bu  səyahət,  bizim  fikrimizcə,  tamamilə  realdır  və  dövrün  siyasi  və  ideoloji  vəziyyəti  ilə  də  uzlaĢır. 
Zülqərneynin,  yəni  Makedoniyalı  Ġsgəndərin,  köçərilərin  hücumunun  qarĢısını  almaq  üçün  tikdirdiyi, 
Quranda  da  adı  çəkilən  (burada  həmin  köçərilər  yəcuc-məcuc,  Bibliyada  isə  qoq-maqoq  adlandırılır) 
divarın olduğu yeri aĢkarlaĢdırmaq məqsədilə xəlifənin göndərdiyi ekspedisiya uzun  əziyyətdən sonra 
divarı  tapır.  Samirədən  çıxan  ekspedisiya  Qafqaz  vasitəsilə  Xəzər  dənizinin  Ģimal  sahilindən  indiki 
Semireçye ilə Böyük Çin səddinin baĢlandığı Tibetə getmiĢ, sonra isə Xotan, QaĢqar və Səmərqənddən 
keçərək Xəzərin cənubu ilə geri qayıtmıĢdı. 


116 
 
xatırlatsa  da,  XVII  əsr  səyyahı  Evliya  Çələbinin  öz  gördüklərinə  əsaslanan 
məlumatı onun real köklərini aĢkara çıxarır. 
Ərəb  müəllifləri  həmin  əjdahanı  təsvir  edərkən,  nağılvari  bəzəyi  ondan 
əsirgəmirlər, ağzından alov püskürən parlaq ilana bənzər bu uçan heyvanın qeyri-
adi ölçüləri, quyruğu ilə ev və ağacları dağıtdığı və s. haqqında məlumat verirlər. 
Evliya Çələbi isə yazırdı: “Dənizin sahili ilə gedərkən, biz dalğaların sahilə atdığı 
nəhəng bir balıq gördük. Onun uzunluğu düz yüz addım idi. Onun iki baĢı vardı  – 
ilana oxĢayan biri quyruğunun yanında idi, o birisi isə hamamın günbəzi boyda idi. 
Bu  əcaib  heyvan  nağıllardakı  əjdahalara  oxĢayırdı.  Üst  çənəsində  yüz  əlli,  alt 
çənəsində  isə  yüz  qırx  diĢ  vardı.  Hər  bir  diĢ  dirsək  boyda,  adam  budu 
yoğunluğunda  idi.  Qulaqları  fil  qulağına  oxĢayırdı,  gözləri  dəyirmi  miz  boyda 
olardı. Bədəni donuz kimi tüklü idi. Sözün doğrusu, bu balıq dəhĢətli idi və adamı 
qorxuya salırdı. Bütün Bakı, ġamaxı, Dəmir qapı Dərbənd əhalisi onun tamaĢasına 
yığılmıĢdı. Xəzər dənizi ilə səyahət edən Xoca Sarıxan adlı birisi danıĢırdı ki, bu 
balıq ancaq Xəzərdə olur, balıqçılıq onu fil qulaqlı əjdaha adlandırır”. Doğrudanda, 
ərəb və türk səyyahlarının təqdim etdikləri və Ģübhəsiz biri digəri ilə bağlı olan bu 
qəribə  rəvayət,  bizim  fikrimizcə,  Xəzərin  qədim  heyvan  növlərini  öyrənmək 
baxımından folklorçulardan daha çox paleontoloqları cəlb etməlidir. 
*** 
Gördüyümüz  kimi,  VII  əsrin  ortalarından  sonra  baĢ  vermiĢ  siyasi-ictimai-
iqtisadi-mədəni  dəyiĢikliklər  nəticəsində  müsəlman  dünyasının  bir  parçasına 
çevrilmiĢ  Azərbaycan  haqqında  məlumatlar  ərəb  iĢğalının  ilk  günlərindən  buraya 
axıĢıb  gələn  dövlət  məmurları,  döyüĢçülər,  hətta  adicə  sərgüzəĢt  axtaranlardan 
tutmuĢ  adları  əbədiləĢmiĢ  məĢhur  tarixçi  və  coğrafiyaĢünas-səyyahlara  qədər 
müxtəlif  Ģəxslər  tərəfindən  verilmiĢdir.  Qeyd  etməliyik  ki,  ərəblər  Azərbaycana 
yalnız Xilafətin hakimiyyəti illərində deyil, sonrakı dövrlərdə də gəlmiĢlər. Lakin 
ən dəyərli məlumat məhz IX – XIII əsrlərdə yaĢayıb-yazan ərəb müəlliflərinin (ət-
Təbəri, əl-Bəlazuri, əl-Ġstəxri, əl-Məsudi, əl-Müqəddəsi, əl-Qərnati, Ġbn əl-Əsir, ən-
Nəsəvi və b.) əsərlərində toplanmıĢdır. 
Xilafətin  Arran  və  Azərbaycan  adlı  iki  vilayət  kimi  iĢğal  dairəsinə  daxil 
edilmiĢ  Azərbaycan  ilə  mərkəz  arasındakı  qarĢılıqlı  əlaqələrin  öyrənilməsi  bu 
əlaqələrin  bir  neçə  mərhələsini  aydınlaĢdırır,  iĢğalın  ilk  dövründə  bu  iki  vilayətə 
münasibət məsələsindəki fərqləri üzə çıxarır. 
Xilafətin hakimiyyəti nəticəsində Azərbaycan ərazisində də bütün regionun 
həyatında  həlledici  əhəmiyyətə  malik  mühüm  hadisələr  baĢ  verir;  bu  hadisələrin 
aqibəti özünü sonrakı əsrlərdə göstərir. 
 
 
 
 
 


117 
 
 
SON 
 
 Əziz oxucum! QarĢındakı kitabın son vərəqini də çevirdin. Ulu tanrının bizi 
imtahana  çəkdiyi,  qismətimizin  maddi,  mənəvi  və  fiziki  əzablar  olduğu  bu  ağır 
günlərdə Vətən tariximizin bir neçə yüz ilini əks etdirən kitabı oxumağa da səbrin 
çatdığı  üçün  sənə  təĢəkkür  edirəm.  Sabahımızdan  ümidimiz  kəsilməsin  deyə 
dünənimizin  xeyrindən-Ģərindən  xəbər  tutmalıyıq.  Ġnamımızı  itirməmək  üçün, 
babalarımızın  eniĢli-yoxuĢlu  ömür  kitablarını  vərəqləməliyik,  onların  ağrılı-acılı, 
zalımlı-əzrayıllı dövrana qarĢı səbrli, mətanətli, mərd duruĢlarından, qeyrətlərindən 
ibrət götürməliyik. DüĢmənin, zorlunun gəldi-gedərliyini dərk edib, haqqın  əvvəl-
axır öz yerini tutacağına inanmalıyıq. 
Ulu  tanrı  səndən  hərəkət,  məndən  bərəkət  deyib.  Ərəb  əmirlərinə,  monqol 
xanlarına  və  əsrlərin  arxasında  qalan  daha  neçə-neçə  yağılara  qarĢı  birləĢən 
CavanĢir, Babək, Koroğlu, Nəbi övladları heç kəsə baĢ əyməyən ulularımızın adını 
uca tutaraq, müqəddəs ana Vətən – Azərbaycan torpağının varlığı naminə əlindən 
gələni əsirgəməməlidir. 
 
 


118 
 
ĠSTĠFADƏ OLUNMUġ ƏSAS ƏDƏBĠYYAT 
 
Алекперов А. К. Исследования по археологии и етнографии Азербайджана. – 
Баку, 1960. 
Ашурбейли Сара. Государства Ширваншахов (VI – XVI вв.). – Баку. 1983. 
Бартольд В. В. Сочинения. – М., 1963 – 1973,  I – VIII том. 
Беляев Е. А. Арабы, ислам и арабский халифат и раннее средневековье. -  М.,  
1965. 
Большаков   О.  Г.  Средневековый  город  Ближнего  Востока. - М, 1984. 
Большаков О. Г. История Халифата. -  М, 1990, т. I. 
Bünyadov Z. M. Azərbaycan VII – IX əsrlərdə. Bakı,   1990. 
Vəlixanlı N. M. IX – XII əsr ərəb coğrafiyaĢünas-səyyahları Azərbaycan haqqında. 
– Bakı, 1974. 
Əhmədov  Q.  M.  Orta  əsr  Beyləqan  Ģəhəri.  -  Бакы,    1979.  Историческая   
география   Азербайджана. - Баку, 1987. 
История А ван Моисея Каганкатваци. Пер. с древнеарм К. Паткапова. СПб.,  
1861. 
Колесников А. И. Завоевание Ирана арабами. - М., 1982. 
Крымский  А.  Е.  Страницы  из  истории  Северного  или  Кавказского 
Азербайджана. Шеки. - Сб. Памяти акад. Н. Я. Марра. - М: Л., 1968. 
GöyüĢov RəĢid. Azərbaycan arxeologiyası. - Bakı,  1986. 
Минорcки В. Ф. История Ширвана и Дербенда X - XII веков. - М., 1963. 
Новосельцев А. П. История Хазарии. - М., 1990. 
Нуриев А. Б. Средневековый город Барда.  - Бакы, 1986. 
Тревер К. В. Очерки по истории и культуре Кавказской Албании IV в. до н. э. 
- VII в. н. э: - М. - Л., 1959. 
ġərifli М. X. IX əsrin II yarısı - XI əsrlərdə Azərbaycan feodal dövlətləri – Bakı, 
1978. 
Фрай  Ричард.  Наследие  Ирана. - М., 1972. 
Ямпольский  З.  И.  К  изучению  древнеазербайджанского  города  Юнана.  - 
МИА. 1959,  № 67 
Bunlarla  yanaĢı orta  əsr  ərəb dilli və  baĢqa  mənbələrdən geniĢ istifadə  edilmiĢdir 
(əl-Bəlazuri, əl-Kufi, əl-Yəqubi, Ġbn Xordadbeh, Ġbn əl-Fəqih, Ġbn Rusta, ət-Təbəri, 
Qudama  ibn  Cəfər,  əl-Ġstəxri,  Ġbn  Havqəl,  əl-Müqəddəsi,  Əbu  Duləf,  ud-Məsudi, 
Məsud  ibn  Hamdar,  əl-Qərnati,  Yaqut  əl-Həməvi,  Ġbn  əl-Əsir,  Zəkəriyyə  əl-
Qəzvini, ġəmsəddin əd-DəməĢqi, Ġbn əl-Vardi, MünəccimbaĢı, Evliya Çələbi və b.) 
 
 


119 
 
KĠTABIN ĠÇĠNDƏKĠLƏR 
 
Ön söz 
Ərəblər, Ġslam, ilk yürüĢlər 
Azərbaycanın fəthi 
Əməvilər xilafəti və Azərbaycan 
Abbasilər xilafəti və Azərbaycan 
Ərəb iĢğalı – nəticə, təsir, izlər 
Xilafətin vilayətləri, Azərbaycan və Arran – hüdudları, Ģəhərləri, yolları 
Azərbaycan və Xəzər dənizi orta əsr ərəb müəlliflərinin gözü ilə 
 
 
 
 


120 
 
Vəlixanlı N. M. 
 
V 50 Ərəb xilafəti və Azərbaycan. – B. AzərnəĢr, 1993. 157 səh. 
 
Kitabda  orta  əsr  mənbələri  və  mövcud  elmi  tədqiqatlar  əsasında  erkən  orta  əsr 
Azərbaycan  tarixində  dərin  iz  qoymuĢ,  dilimizin,  dinimizin,  mədəniyyətimizin 
bugünkü  simasının  müəyyənləĢməsində  mühüm  rol  oynamıĢ  “ərəb  dövrü” 
tariximiz  araĢdırılır.  Hələ  də  mübahisəli  və  ya  bir  sıra  qaranlıq  məsələlərin 
açılmasına cəhd göstərilir. Oxucular Azərbaycanın VII – XI əsrlər tarixilə yanaĢı, 
torpaqlarımızı  qılınc  gücünə  öz  məmləkətləri  tərkibinə  qatmıĢ  ərəblərin  ilk  Ġslam 
dövrü tarixi ilə də tanıĢ olacaq, orta əsr ərəb tarixçi və coğrafiyaĢünasların bu dövr 
tariximiz haqqında yazdıqlarından faydalanacaqlar. 
 
V  0503020907 – 57    11-92                                                         BBK 9 (S 42) 
     M – 651 (07) – 93  
 
ĠSBN 5 – 552 – 01091 – 4 
 
 
Bədii redaktoru: T. Məlikov. 
Texniki redaktoru: S. ġahbazova. 
Korrektoru: E. Feyzullayeva 
ĠB № 5643. 
 
Yığılmağa verilmiĢ 04.03.93. Çapa imzalanmıĢ 10.05.93.  
Formatı 84×108
1
/
32
. Mətbəə kağızı № 2. Yüksək çap üsulu ilə. Ədəbi qarnitur.  
ġərti çap vərəqi 8,40. ġərti rəngli surəti 8,82. Uçot nəĢr vərəqi 9,5.  
Tirajı 12000. SifariĢ 148.  
 
Azərbaycan Respublikası Dövlət Mətbuat Komitəsi. 
Azərbaycan Dövlət NəĢriyyatı, Bakı – 370005. 
Hüsü Hacıyev küçəsi, № 4. 
“Qızıl ġərq” mətbəəsi, Bakı, Həzi Aslanov küçəsi, № 80. 
 
Государственный комитет Азербайджанской Республики по печати 
Азербайджанское государственное издательство «Азернешр». Баку – 370005, 
ул. Гуси Гаджтева. 4. 
Типография «Гызыл Шарг». 
Баку, ул. Ази Асланова, 80. 
 

Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə