NaġLƏ VƏLĠxanli



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
səhifə55/56
tarix08.09.2018
ölçüsü1,28 Mb.
#67555
1   ...   48   49   50   51   52   53   54   55   56

112 
 
əl-Ġdrisinin məlumatında da özünü göstərir. Görünür burada ya Donun mənsəbi ilə 
guya  birləĢmiĢ  Oka  çayı,  ya  da  Volqanın  Dona  ən  çox  yaxınlaĢmıĢ  orta  axarı 
(qayıqları burada sürüyərək Volqaya və ya Dona salırdılar) nəzərdə tutulur. Yalnız 
XIV  –  XVI  əsr  müəllifləri  (Əbul-Fida,  əl-Hərrani,  əl-Brusəni)  artıq  qəti  olaraq 
Xəzər dənizinin heç bir okean və ya dənizlə birləĢmədiyini təsdiq edirlər. 
Xəzər  dənizinə  xüsusi  fəsil  həsr  etmiĢ  X  əsrin  görkəmli  coğrafiyaĢünas-
səyyahı  əl-Ġstəxrinin  əsərində  biz  ilk  dəfə  olaraq  dənizin  sonrakı  müəlliflər 
tərəfindən  az  qala  sözbəsöz  təkrar  edilən  fiziki-coğrafi  təsvirini  görürük.  Elə 
buradaca  Xəzər  sahil  xətti  və  dənizdəki  adalar  barəsində  daha  ətraflı  məlumat  və 
eləcə  də,  ən  baĢlıcası,  Xəzər  dənizinin  xəritəsi  verilir.  Əl-Ġstəxrinin  ardıcılı  Ġbn 
Havqəlin  eyni  məlumatı  təshih,  düzəliĢ  və  əlavələrlə  yenidən  iĢləməsi  Xəzər 
dənizinin  bundan  yuxarıda  haqqında  danıĢdığımız  yeni  xəritəsini  ortaya  gətirir. 
Əgər  əl-Ġstəxrinin  Xəzər  dənizi  xəritəsində  qeyd  etdiyi  adlar  daha  çoxdursa,  Ġbn 
Havqəl bu adların xəritədə daha dəqiq yerləĢdirilməsinə nail ola bilmiĢ, Dərbəndlə 
Gilan  arasındakı  bütün  sahil  xəttini,  artıq  qeyd  etdiyimiz  kimi,  Azərbaycan 
adlandırmıĢ,  bununla  Xilafət  dövründə  ilk  dəfə  əyani  olaraq,  vahid  Azərbaycan 
torpaqlarının real vəziyyətini əks edə bilmiĢdi. 
Onu  da  qeyd  edək  ki,  əl-Ġstəxri  və  Ġbn  Havqəl  öz  sələfləri  əl-Məsudidən 
fərqli olaraq, Xəzərin uzunsov olmasına inad etmir, xəritələrində də əl-Məsudidən 
bir  əsr  əvvəl  yaĢamıĢ  Ġbn  Xordadbehdə  olduğu  kimi  bu  dənizin  dairəvi  Ģəklini 
çəkir,  onun  sahil  xəttinin  uzunluğu  haqqında  dumanlı  fikir  yürüdürlər.  XI  əsrdə 
yaĢamıĢ  əl-Ġdrisi  isə  Xəzər  dənizinin  sahil  xəttinin  bir  hissəsinin  (Abaskun 
Ģəhərindən  Xəzərlərin  ölkəsinədək)  həmin  müəlliflər  tərəfindən  qeyd  olunmuĢ 
uzunluğu  haqqında  yazır:  “Abaskundan  xəzərlərin  ölkəsinədək  900  mildir  (təqr. 
1800 km), bu isə dənizin uzunluğudur”. 
Beləliklə,  əl-Ġstəxrinin  və  Ġbn  Havqəlin  Xəzər  dənizinin  ölçüləri  haqqında 
verdikləri  məlumat onlardan  əvvəl və sonra da bu barədə  yazanlarda olduğu  kimi 
təqribi idi. Hətta Xəzər sahilində uzun  müddət  yaĢamıĢ, bu  yerləri,  necə deyərlər, 
eninə, uzununa ölçmüĢ XII əsrin məĢhur səyyahı əl-Qərnati də Xəzəri kiçik dəniz 
hesab edir, onun cəmi 300 (təqr. 1800 km) fərsəx uzunluğunda olan (o, hətta səhv 
etməkdən də qorxur: “ya da buna yaxın” deyir) sahil xəttindən danıĢır (əslində isə 
xəzərin  sahil  xəttinin  uzunluğu  6380  km-dir).  Ərəb  coğrafiyaĢünaslarının  Xəzər 
dənizinin  Ģəkli  və  ölçüləri  haqqında  belə  ziddiyyətli  fikirləri  özünə  qədər  yazılan 
bütün  məlumatları  ümumiləĢdirən  Yaqut  əl-Həməvini  Ģübhəyə  salır,  o,  Xəzərin 
yuxarıdakı mətndən gördüyümüz kimi, heç bir baĢqa dənizlə birləĢmədiyini, “geniĢ 
və çox böyük olduğunu” göstərməklə yanaĢı, onun 1500 fərsəxlik çevrəsi haqqında 
məlumat verdikdən sonra Ģübhə ilə “Allah bilir” ifadəsini əlavə edir. 
Qəribə  də  olsa,  Xəzər  dənizinin  Qərbdən  ġərqə  doğru  uzunluğu  haqda  (ən 
enli  yeri 554 km-dir) az-çox  həqiqətə uyğun ölçü X  əsrin  II yarısında  yaĢamıĢ  və 
öz  qısa,  kompilyativ  qeydilə  nə  öz  müasirlərinin  və  xələflərinin,  nə  də 
tədqiqatçıların  nəzərini  cəlb  etməyən  əl-Mütəhhər  əl-Məqdisi  olub.  Onun 


113 
 
məlumatına görə “Xəzər dənizinin Ģərqdən qərbə uzunluğu 300 mildir” (yəni təqr. 
600  km).  Ondan  sonra  yazan  ərəb  müəlliflərinin  heç  biri  Xəzərin  ölçülərini 
müəyyənləĢdirə bilməmiĢ, onun gah “kiçik”, gah “çox kiçik”, gah da “böyük, çox 
böyük,  geniĢ”  adlandırmıĢlar.  Görünür,  məhz  belə  dolaĢıqlıq  XIV  əsr  müəllifi 
ġəmsəddin  əl-DəməĢqinin  əsasən  kompilyativ  xarakterli  məlumatında  Xəzərin 
sadəcə olaraq böyük olduğu qeyd olunur, onun ölçülərinin üstündən isə keçilir. 
Bütün bunlar göstərir ki, əsasən IX – X əsr alimlərinin əsərlərindən istifadə 
edən  sonrakı  müəlliflər  də  bəzi  hallarda  Ptolemeyin  təsirini  saxlayan  ənənəvi 
xəttindən  dönmürdülər.  Çox  vaxt,  onlar  hətta  hər  hansı  məlumatın  öz  dövrlərinə 
deyil, məsələn X əsrə aid olduğunu da bildirmirdilər. Məlumatını təqdim etdiyimiz 
Yaqut  kimi  əsərindən  istifadə  etdiyi  müəllifin  adını  yazmağı  vacib  bilən 
coğrafiyaĢünaslar  xüsusilə  sonrakı  dövrlərdə  yox  dərəcəsində  idi.  Məsələn,  XIII 
əsrin  sonu,  XIV  əsrin  əvvəllərində  yaĢamıĢ  Zəgəriyə  əl-Qəzvininin  Xəzər  dənizi 
haqqında  məlumatını  oxuyan  nabələd  oxucu,  verilən  təsvirin  öz  dövrünə  aid 
olduğunu,  uzaq  dənizin  sahillərində  əslində  çoxdan  mövcud  olmayan  Xəzər 
dövlətinin  hələ  də  yaĢadığını  fikirləĢəcək,  XV  əsrin  oxucusu  isə  müasiri  Ġbn  əl-
Vardinin  məlumatına  əsasən  beĢ  yüz il bundan  əvvələ aid olan  materialı bugünkü 
xəbər  kimi  qəbul  edəcək,  Xəzər  dənizi  ilə  Qara  dəniz  arasında  yeraltı  əlaqə 
olduğuna inanacaqdır. 
Xəzər dənizi haqqında nisbətən yeni və daha maraqlı məlumat Əndəlusdan 
olan Əbu Həmid əl-Qərnatinin baĢqalarından fərqli olaraq, əsasən uzun səyahətlər 
ərzində  öz  gördüklərinə  və  eĢitdiklərinə  əsasən  topladıqlarıdır.  Əl-Qərnatinin 
Xəzər  dənizinin  adaları  haqqında  həqiqətin  fantastikaya  qarıĢdığı  təsvirləri  böyük 
maraq  doğurur.  Əgər  cinlərlə  məskunlaĢmıĢ  adamsız  ada  haqqında  olan  məlumat 
Ģübhə  doğursa,  ilanlı  ada  haqqında  məlumatı  həqiqətə  uyğundur.  Ġndi  də  Bakı 
arxipelaqının bəzi adaları vəhĢi quĢ və ilanlarla doludur. Qarasu adasında, indi də 
metr yarım-iki metr uzunluğunda, lakin əl-Qərnatinin dediyi kimi nə adamlara,  nə 
də quĢlara zərər yetirməyən zəhərsiz ilanlar yaĢayırlar. 
Hələ  antik  yunan  müəlliflərinin  əsərlərində  xatırlanan  belə  qeyri-məskun 
adalar haqqında ərəb mənbələri də xəbər verir, bu adaların sayının bəzən iki, bəzən 
dörd  olduğunu  qeyd  edirlər.  Kiçik  adsız  adalardan  baĢqa  ərəb  mənbələrində  adı 
məlum  olan  bu  adalardan  da  bəhs  edilir:  Siyakuh  –  gümanla  ManqıĢlaqla 
eyniləĢdirilir; əl-Fuvva (Boyana) – mənbələrə görə Kür çayının mənsəbi ilə üzbəüz 
idi;  Səhilai  (ġahilan?);  əl-Bab  –  Dərbənd  yaxınlığında  idi,  gümanla  Çeçen  adası 
olduğu zənn edilir; Rusiya və əl-Qənəm (Qoyunlar) adaları görünür, dənizin Ģimal 
hissəsində  yerləĢirdi.  Bunlardan  baĢqa  AbĢeron  arxipelaqındakı  bir  neçə  qeyri-
məskun  ada  (əl-Burkan  –  Vulkan,  əl-Həyyat  –  Ġlanlar  və  s.)  haqqında  da  xəbər 
verilir.  Orta  əsr  ərəb  coğrafiyaĢünas-səyyahlarının  maraqlı  məlumatından  geniĢ 
istifadə  edən  XIV  əsr  Ġran  alimi  Həmdullah  Qəzvini  bu  dənizin  iki  yüz  adası 
olduğunu  bildirir,  onlardan  ən  böyüyünün  –  Abaskunun  adını  çəkir  (gümanla 
müasir Çeleken adası ilə eyniləĢdirmək olar). Ərəb mənbələrindən artıq bizə tanıĢ 


Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə