NaġLƏ VƏLĠxanli



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
səhifə50/56
tarix08.09.2018
ölçüsü1,28 Mb.
#67555
1   ...   46   47   48   49   50   51   52   53   ...   56

102 
 
Əl-Bakidinin  dediyinə  görə,  əl-Muğirə  ibn  ġubə  Azərbaycana  22-ci  ildə 
Kufədən  hücum  etmiĢ,  onu  zor  gücü  ilə  tutmuĢ,  üzərinə  xərac  qoymuĢdu.  Əbu-l-
Münzir, HiĢam ibn Məhəmmədin Əbu Mixnəfdən eĢitdiklərinə əsasən danıĢırdı ki, 
əl-Muğirə ibn ġubə Azərbaycana 20-ci ildə hücum edib onu tutmuĢdu, ancaq sonra 
[azərbaycanlılar]  Allahdan  üz  döndərdilər.  Onda  əl-ƏĢas  ibn  Qeys  əl-Kindi 
yenidən  hücum  edib  Cabravan  qalasını  fəth  etdi,  onlarla  əl-Muğirinin  sülhü  kimi 
sülh  bağladı.  Əl-ƏĢasın  sülhü  bu  günədək  qüvvədədir.  Əl-Mədaini  deyib  ki, 
çoxallahlılar  (əl-muĢrukun,  yəni  iranlılar  –  N.  V.)  Nihavənddə  məğlub  edildikdə, 
adamlar  (ərəb  əsgərləri  nəzərdə  tutulur  –  N.  V.)  öz  Ģəhərlərinə  qayıtdılar
*
,  Kufə 
camaatı isə Huzayfa ilə qaldı və onunla birlikdə Azərbaycana hücum edib 800 min 
dirhəm təzminat müqabilində sülh bağladılar. Xəlifə osman ibn Affan, Allah ondan 
razı  qalsın,  əl-Valid  ibn  Ukbanı  Kufəyə  təyin  etdikdə,  o,  Utba  ibn  Farkadı 
Azərbaycandan geri çağırdı. Sonra [azərbaycanlılar] əhdi pozdular və əl-Valid ibn 
Ukba 25-ci ildə yenidən onlara hücum etdi. Onun qoĢununun baĢında Abdallah ibn 
ġubayl  əl-Əhməsi  dururdu.  O,  Muğan,  Təbriz  və  ət-Taylasanın  əhalisinə  hücum 
edib  qənimət  və  əsir  ələ  keçirdi,  sonra  Azərbaycan  əhalisi  ilə  Huzayfanın  sülhü 
kimi sülh bağladı. 
Arran – bu [sözdəki] “ra” hərfi fəthə (a) və təĢdidlə (yəni hərfin ikiləĢməsi 
–  N.  V.)  iĢarə  olunur,  sonra  “əlif”  və  “nun”  gəlir.  GeniĢ  vilayətin  yerli  (əcəmi) 
dildə adıdır.  ġəhərləri çoxdur, bunlardan Cənzə  - camaat ona  Gəncə deyir, Bərdə, 
ġəmkir, Beyləqan;  Azərbaycan  və  Arran arasında  olan çaya  ar-Ras deyirlər. Onu 
məğrib  və  Ģimal  tərəfdən  əhatə  edən  yerlər  Arrandan,  məĢriq  tərəfdən  olanlar  isə 
Azərbaycandandır.  Nasr  deyib  ki,  Arran  Sisəcanla  birlikdə  Ərminiyə  vilayətinə 
(yəni Qafqazda ərəb iĢğalı vilayətinə - N. V.) aid olan yerdir. 
Ərdəbil  –  bu sözdəki iki hərf fəthə və sükunla, “dəl” fəthə ilə, “bə” kəsrə 
ilə  hərəkələnir,  sonra  “ya”  samiti  və  “ləm”  hərfi  gəlir.  Azərbaycanın  ən  məĢhur 
Ģəhərlərindəndir. Ġslamdan qabaq bu  yerin paytaxtı olub.  Uzunluq dairəsi 80°,  en 
dairəsi  36°33΄.    O,  dördüncü  iqlimdədir.  Əbu  Avn  özünün  “Zic”  əsərində  xəbər 
verir  ki,  onun  uzunluq  dairəsi  73°  yarım,  en  dairəsi  isə  38°-dir.  Bura  çox  böyük 
Ģəhərdir. Mən Ərdəbildə 617 (1220)-ci ildə olmuĢam. Gördüm ki, o geniĢ bir düzdə 
yerləĢir, üstündən, altından bol sulu bir neçə çay axır. Ancaq bununla belə, burada, 
bir dənə də olsun meyvə ağacı yoxdur – nə Ģəhərin kənarında, nə içərisində, nə də 
onun yerləĢdiyi bütün düzdə. Əgər nə isə burada əkilib-becərilsə, sağlam havasına, 
Ģirin suyuna, məhsuldar torpağına baxmayaraq, heç nə çıxmayacaq. Bu isə mənim 
gördüyüm  ən  əcaib  hadisələrdəndir,  səbəbi  də  gizli  qalır.  Meyvəni  buraya  dağın 
arxasından,  bir  günlük  və  daha  artıq  məsafədə  yerləĢən  baĢqa  nahiyələrdən 
gətirirlər.  Onunla  Xəzər  dənizi  arasında  olan  iki  günlük  yol  sıx  meĢəlikdən 
                                                           
*
  Mətndə  iĢlədilən  “əl-əmsar”  –  “Ģəhərlər”  sözü  ərəb  iĢğalı  dövründə  Ģimal  yürĢləri  iĢtirakçılarının 
vətəni  olan  iki  Ģəhəri  –  Bəsrə  və  Kufəni  bildirirdi.  Sonrakı  mətndən  göründüyü  kimi,  Nihavənd 
döyüĢündən sonra öz Ģəhərlərinə bəsrəlilər döndülər. 


103 
 
(cəngəllikdən)  keçir.  Bir  təhlükə  üz  verəndə  [ərdəbillilər]  oralarda  gizlənirlər.  Bu 
yerlər  əhalini  onlara  pislik  etmək  istəyənlərdən  qoruyur.  Buralar  camaatın 
sığınacaq  yeridir.  Bu  meĢələrdə  doğranılan  ağacdan  taxta  (xələnc)
*
  kasa  və 
tabaqlar  düzəldirlər.  ġəhərdə  onları  təmir  edən  və  düzəldən  çoxlu  sənətkar  var. 
Buradan  aparılan  belə  qablar  çox  da  yaxĢı  olmur,  doğrudan  da  onlardan  eləsi 
yoxdur  ki,  eybdən  xali,  yararlı  olsun.  Mən  onların  sənətkarlarının  yanında  oldum 
və  onlardan  nöqsansız  bir  qab  istədim.  Mənə  bildirdilər  ki,  eləsi  yoxdur.  Əlbəttə, 
gətirmə  qabların  ən  yaxĢısı  Reydəndir.  Mən  onların  da  sənətkarlarının  yanında 
oldum  və  gördüm  ki,  çox  yaxĢı  qablardır.  Mən  [Ərdəbildən]  gedəndən  sonra 
tatarlar  (monqollar)  onlara  hücum  edib,  camaatı  qırmıĢdılar.  Onlarla  ərdəbillilər 
arasında  döyüĢlər oldu,  əhali özünü çox  yaxĢı  müdafiə  edirdi və  iki dəfə  tatarları 
özlərindən uzaqlaĢdıra bilmiĢdilər. Lakin tatarlar üçüncü dəfə oraya qayıtdılar, zəif 
düĢmüĢ Ģəhər əhalisi üzərində qələbə çaldılar və oranı zorla iĢğal etdilər. Tatarlar 
müsəlmanların  üstünə  düĢüb  onları  öldürdülər.  Əhalidən  tatarların  gözünə  dəyən 
heç  kəs  Ģəhəri  tərk  edə  bilmədi.  [Yalnız]  gizlənənlər  canlarını  qurtara  bildilər. 
Tatarlar  Ģəhəri  tamam  dağıdıb,  sonra  çəkilib  getdilər.  ġəhər  bir  müddət  belə 
dəhĢətli  xaraba vəziyyətdə, adamsız qaldı. Ġndi yenidən əvvəlki, hətta ondan daha 
yaxĢı  halına  qayıdan  Ģəhər  tatarların  əlindədir.  Deyirlər  ki,  bu  Ģəhərin  əsasını 
hökmdar Firuz qoyub. Ona görə də Ģəhərin adına Bazan Firuz deyirlər. Əbu Səad 
deyib ki, ola bilsin bu Ģəhər Ərdəbil ibn Ġrmini ibn Lanti ibn Yunana aiddir. ərdəbil 
ratlı  böyükdür,  onun  çəkisi  1040  dirhəmdir
*
.  Onunla  Sərav  arasında  iki,  Təbriz 
arasında  yeddi,  Xalxal  arasında  iki  günlük  məsafə  var.  Bu  Ģəhərdən  hər  sahədən 
olan bir çox elm xadimləri çıxmıĢlar. 
Bakuvyə (Bakı) – bu sözdəki “Kəf” [hərfi] damma, “vav” hərfi sükun, “yə” 
hərfi  fəthə  ilə  hərəkələnib.  ġirvanın  Dərbəndə  aid  nahiyələrindən  olan  Ģəhər 
(bələd).  Orada  çox  böyük  neft  mənbəyi  var.  Onun  gündəlik  qəbələsi  min 
dirhəmdir. Yanında baĢqa bir mənbə də var, ondan civə yağına oxĢayan ağ neft sel 
kimi  gecə-gündüz  bilmədən  axır.  Onun  qəbələsi  də  əvvəlki  mənbədə  olduğu 
kimidir
*
. Ġnandığım tacirlərdən biri mənə danıĢdı ki, o, orada aramsız yanan bir yer 
                                                           
*
  Əl-xələnc  sözü  lüğətlərdə  taxtasından  qab-qacaq  hazırlanan  bütün  ağac  növlərinə  aid  edilir.  Bəzi 
müəlliflər  tozağacı  və  ya  süpürgə  kolunu  “xələnc”  adlandırırlar.  Orta  əsr  ərəb  müəlliflərinin  (Əbu 
Hənifə)  verdiyi  “xələnc”  sözünün  bu  izahı  daha  ağlabatandır:  “xələnc”  –  müxtəlif  rəngli  miləmil 
taxtalardan hazırlanmıĢ hər cür qaba deyilir. 
*
  Çəki  vahidi  olan  “ratl”  ərəb  ġərqində  geniĢ  yayılmıĢdı  (yunan  litron  sözündəndir).  Yaqutun  təsdiq 
etdiyi kimi Ərdəbil ratlı doğrudan da çəkicə ağır idi. Belə ki, qanunauyğun qəbul edilən Bağdad ratlının 
təqribən 130 dirhəm idi. 
*
  Yaqutun  yazdıqlarından  görünür  ki,  o,  özü  Bakıda  olmayıb.  Lakin  onun xəbərçilərindən biri  əvvəlki 
bölmələrdə haqqında danıĢdığımız məĢhur Əbu Duləf olub. Yaqutun Bakı haqqında məlumatının çoxu 
da ona əsaslanıb. Lakin Əbu Duləf Bakıda çıxan (ağ nefti “zanbaq yağına” bənzədib. Yaqutun əsərində 
isə  görünür,  əlyazmasını  köçürənlərin  səhvi  ucbatından  (bu  bəlkə  də  Yaqutun  öz  səhvidir?)  “zanbaq” 
əvəzinə “zibak” (civə) verilmiĢdir.
 


Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə