NaġLƏ VƏLĠxanli



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
səhifə51/56
tarix08.09.2018
ölçüsü1,28 Mb.
#67555
1   ...   48   49   50   51   52   53   54   55   56

104 
 
görüb. Mən güman edirəm ki, kimsə təsadüfən ora od salıb, o da sönmür, çünki o 
yer mədən tərkiblidir. 
Bərzəə  (Bərdə)  –  Əbu  Səədin  dediyinə  görə,  hamı  bu  sözdəki  “dəl”  və 
“ayn” hərflərini nöqtəsiz iĢlədir (yəni Bərdə kimi – N. V.). Azərbaycanın ucqarında 
olan  Ģəhər  (bələd)
**
.  Həmzə  deyib  ki,  Bərzəə  Bərdədar  sözünün  ərəbləĢmiĢ 
formasıdır, mənası fars dilində “əsir düĢən yer” deməkdir. Bu ona görədir ki, bəzi 
fasr  (yəni  Sasani  –  N.  V.)  hökmdarları  Ərminiyədən  tutduqları  əsirləri  burada 
yerləĢdirirdilər.  Hiləl  ibn  əl-Mühəssin  əs-Sabi  deyib  ki,  Bərdə  Azərbaycanın 
paytaxtıdır.  Ġbn-əl-Fəqih  qeyd  edib  ki,  Bərdə  Arranın  paytaxtıdır
***
.  O 
Azərbaycanın  axər  hüdududur.  Oradakı  binaları  ilk  inĢa  etdirən  Sasani  hökmdarı 
Qubad  (Kəvad)  olmuĢdur.  ġəhər  düzənlikdə  salınmıĢ,  binaları  biĢmiĢ  kərpic  və 
gipsdən  tikilmiĢdir.  “Kitab  əl-Məlhəmə”  (“Qəhrəmanlıq  poeması  kitabı”)  əsərinin 
müəllifi deyib ki, Bərdənin uzunluq dairəsi 79°30΄, en dairəsi 45°-dir, VI iqlimdə 
yerləĢib...  Əl-Ġstəxri  deyib  ki,  Bərdə  çox  böyük  Ģəhərdir,  bir  fərsəxdən  çox  eni,  o 
qədər də uzunu var, təmiz havalı, münbit torpaqlı, çoxlu əkinləri, meyvəsi bol olan 
yerdir.  Ġraq  və  Xorasan  arasında  Rey  və  Ġsfahandan  sonra  Bərdədən  daha  böyük, 
daha  məhsuldar,  daha  əlveriĢli  mövqe  tutan  baĢqa  Ģəhər  yoxdur.  Ondan  bir 
fərsəxdən də az aralı olan bir yer var, adına əl-Əndərab deyirlər, Kurrah, Lasub və 
Naftan arasında bir günlük yoldan çox olan bu yer bağ və bostanlarla örtülüdür, hər 
yer  meyvəlikdir.  Orada  əla  fındıq  yetiĢir,  özü  də  Səmərqənd  fındığından  daha 
keyfiyyətlidir. Orada yetiĢən Ģabalıd (Ģahballut) əĢ-ġam Ģabalıdından daha yaxĢıdır. 
Onların  bir  meyvəsi  var,  adına  zoğal  (əd-davqal)  deyirlər,  özü  “əl-qubayra”ya 
(üvəzin meyvəsinə - N. V.) oxĢayır, yetiĢdikdə dadı Ģirin, yetiĢmədikdə isə acı olur. 
Bərdəyə  ənciri  Lasubdan  gətirirlər,  bu  əncirin  ən  yaxĢı  növüdür.  Buradan  çoxlu 
ipək  aparırlar.  Onu  (yəni  ipək  verən  barama  qurdlarını  –  N.  V.)  heç  kəsə  mənsub 
olmayan  tut  ağaclarında  yetiĢdirirlər.  Fars  və  Xuzistan  bu  ipəklə  geniĢ  təchiz 
olunur.  Bərdənin  üç  fərsəxliyindən  Kür  (əl-Kürr)  çayı  axır.  Oradan  tutulan  əĢ-
Ģurmahını  (Ģamayı,  Ģahmahı  –  N.  V.)  duzlayıb,  baĢqa  yerlərə  aparırlar.  Bu  balıq 
növlərindən  biridir.  Kür  çayından  tutulan  baĢqa  balığı  da  ixrac  edirlər,  ona  əd-
                                                           
**
  Bərdəni  “Azərbaycanın  ucqarında  olan  Ģəhər”  adlandıran  Yaqut  bu  Ģəhərin  müəllifin  dövründə 
Azərbaycan  torpaqlarının  çox  hissəsini  də  özündə  birləĢdirən  Atabəylər  dövləti  tərkibində  tutduğu 
mövqeyini  nəzərdə  tutur.  Doğrudan  da,  Bərdə,  o  zaman,  Atabəylər  dövlətindən  vassal  asılılıqda  olan 
ġirvan tərəfdən Azərbaycan Atabəylər dövlətinin ucqar Ģəhərlərindən idi. 
***
 Yaqutun istinad etdiyi Hilal  əs-Sabi XI əsrin ortalarında yazan müəlliflərdəndir. O, özünün məĢhur 
“Tühfət əl-üməra fi tarix əl-vüzəra” (“Əmirlərə vəzirlərin tarixinə töhfə”) kitabında, Azərbaycan Sacilər 
dövləti (IX əsrin sonu – X əsrin 40-cı illəri) haqqında ərtaflı məlumat verib. Xilafətin zəiflədiyi dövrdə 
ilk dəfə olaraq bütün Azərbaycan torpaqlarını birləĢdirən Yusif ibn Əbus-Sacın ilk fəaliyyəti dövründə 
Bərdə  doğrudan  da  Marağa,  daha  sonra  Ərdəbillə  yanaĢı  Azərbaycanın  əsas  Ģəhərlərindən  olub,  IX 
əsrdə yazmıĢ Ġbn əl-Fəqih dövründə isə Bərdə ərəb Arran vilayətinin əsas Ģəhəri idi. 


105 
 
dəvakin  və  əl-uĢub  deyirlər
*
.  Hər  iki  balıq  bu  yerlərdə  olan  ən  yaxĢı  balıq 
növlərindəndir.  Bərdənin  Bab  əl-Əkrad  (“Kürdlər  qapısı”)  adlı  darvazası  yanında 
bazar  günü  açılan  əl-Kurkiy  adlı  bazar  var.  O  bir  fərsəx  uzunluğu,  bir  fərsəx 
eninədir. Hər həftənin bazar günləri hər yerdən, hətta Ġraqdan belə adamlar buraya 
yığıĢır. Bu hətta Ərdəbil yanındakı Kursurə bazarından da böyükdür. Əl-Kurkiy adı 
bazar  gününün  öz  adına  üstün  gəlib,  çoxları  həftənin  günlərini  sayanda  deyirlər: 
cümə, Ģənbə, əl-kurkiy (bazar), bazar ertəsi, çərĢənbə axĢamı və beləliklə həftənin 
günlərini sayırlar. Bərdənin beytulmalı əĢ-ġamda olduğu kimi came məscidindədir. 
Doğrudanda  əĢ-ġamda  beytulmallar  onların  məscidlərində  yerləĢir.  Bərdə 
beytulmalının qurğuĢundan damı, dəmir qapısı, doqquz sütunu vardır. Hökmdarın 
evi Ģəhərdə, came məscidinin yanında, bazarlar isə Ģəhər kənarında – rabatdadır. 
Mən (yəni Yaqut – N. V.) deyirəm ki, Bərdənin bu təsviri keçmiĢə (yəni X 
əsrə - N. V.) aiddir. Ġndi isə ondan bir Ģey qalmayıb. Azərbaycanda mən Bərdədən 
olan  adamla  görüĢdüm.  Mən  ondan  bu  Ģəhər  haqqında  xəbər  aldım.  O,  dedi  ki, 
orada  xarabalıqlar  çoxdur.  Ġndi  orada  kəndlərdə  olduğu  qədər  az  adam  var; 
vəziyyət  qarıĢıq,  dilənçilik  açıq-aĢkar,  zərər  göz  qabağında,  evlər  yerlə-yeksan 
edilmiĢ,  dağıntı  hökm  sürür...  Bərdədən  Cənzəyə,  bura  həmçinin  Gəncədir,  9 
fərsəxdir. Bərdənin fəth olunması haqqında deyirlər ki, Səlman ibn Rəbiə əl-Bəhlili 
xəlifə Osman ibn Affanın, Allah ondan razı qalsın, dövründə Beyləqanı tutduqdan 
sonra Bərdəyə getdi, əs-Sərsur (Tərtər) yanında düĢərgə saldı. Bu çay Ģəhərdən bir 
fərsəxdən  az  məsafədə  axır.  ġəhər  əhalisi  qapıları  onların  üzünə  bağladı.  Onda 
ərəblər Bərdənin kəndlərində qarətə baĢladılar; biçin vaxtı idi. Nəhayət, Beyləqanla 
bağlanılan  sülh  müqaviləsindən  burada  da  bağladılar.  Ərəblər  Ģəhərə  daxil  olub 
orada  iqamət  qurdular,  sonra  atlarının  baĢını  çevirib,  baĢqa  Ģəhərləri  də  iĢğal 
etməyə  baĢladılar.  Bərdədən  olan  bilicilərdən  (imamlardan)  Məkəyyu  ibn  Əhməd 
ibn  Sədəveyh  əl-Bərdəyini  göstərmək  olar.  O,  zəngin  bilikli  mühəddislərdən  və 
hədis toplamaqla məĢğul olan səyyahlardandı. O, DəməĢqdə, Bağdadda, Trablusda 
və  Misirdə...  [dövrün  tanınmıĢ  alimlərini]  dinləmiĢdir...  330/942-ci  ildə  NiĢapura 
(Nisabur)  gəlmiĢ,  orada qalmıĢ  və  350-ci  ildə  Mavərənnəhrə  getmiĢdi.  Xorasanda 
hədisləri  qeydə  almıĢ,  bununla  oradakı  adamları  olduqca  heyrətə  gətirmiĢdi. 
354/965-ci ildə əĢ-ġamda (DaĢkənddə) vəfat etmiĢdir. Onun haqqında Məhəmməd 
ibn Yusif ibn Ġbrahim, Əbu Abdallah Əhməd ibn Tahir ibn ən-Nağı əl-Məyanici və 
baĢqaları danıĢmıĢlar. Hafs ibn Ömər  əl-Ərdəbili deyib: Səid ibn Əmr  əl-Bərdəyi 
öz  evində  oturmuĢdu,  qapısını  bağlayıb  dedi:  “Mən  adamlara  daha  hədis 
danıĢmayacağam,  çünki  adamlar  onları  dəyiĢdirirlər”.  Onda  hədis  biliciləri 
Məhəmməd  ibn  Müslim  ibn  Barrak  ər-Razidən  kömək  istədilər.  O,  Səidin  yanına 
gəlib xahiĢ etdi ki, onlara hədis söyləsin. Səid dedi: “Mən bunu etməyəcəyəm”. Ər-
                                                           
*
  Əl-Ġstəxridə  bu  balıqların  adları  əz-zəraqan  və  əl-iĢubətdir.  Ġbn  Havqəldə  birinci  söz  əz-zəraqı  kimi 
oxunur,  ikinci  sözdə  isə  hərflərin  nöqtələri  düĢmüĢdür.  Adı  çəkilən  birinci  balıq  bəlkə  də  bu  sözün 
birinci tərkib hissəsi olan zər-qızıl sözü ilə əlaqədardır (qızıl balıq?). 


Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə