NaġLƏ VƏLĠxanli



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
səhifə54/56
tarix08.09.2018
ölçüsü1,28 Mb.
#67555
1   ...   48   49   50   51   52   53   54   55   56

110 
 
yazıb-yaratmıĢ  əl-Məsudi,  müasirlərinin  Xəzər  dənizinin  konfiqurasiyası 
haqqındakı  səhv  fikirlərini  tənqid  etmiĢ,  Xəzərin  Azov  (Mayotis)  və  Qara  (NitaĢ) 
dənizləri ilə birləĢməsi tezisini irəli sürənlərlə elmi mübahisəyə girmiĢdi. Yəqin ki, 
məhz  belə  iddia  Xəzər  dənizi  haqqında  yazan  bütün  coğrafiyaĢünas-alimlərin  (o 
cümlədən  yuxarıda  əsərindən  çıxarıĢ  gətirdiyimiz  Yaqut  əl-Həməvinin)  Xəzərin 
heç bir dənizlə birləĢməməsi tezisini bizə qəribə gələn bir inadla təkid etmələrinə 
səbəb  olmuĢdur.  XV  –  XVI  əsrlərdə  yazan  bəzi  ərəb  alimləri  (Ġbn  əl-Vardi,  Ġbn 
Ġyas)  bu  fakta  irad  tutmadan  IX  –  X  əsr  alimlərinin  Ģübhələrini  dağıtmağa 
çalıĢmıĢlar. Bu baxımdan onlardan əvvəl, XIV əsrin I yarısında yazmıĢ Nəcməddin 
əl-Hərrarinin əsərində olan, sonralar Ġbn əl-Vardi (XV əsr) tərəfindən təkrar edilən 
bir rəvayət olduqca maraqlıdır: “Əs-Səmərqəndi öz kitabında yazır ki
*
, Zülqərneyn 
(Makedoniyalı Ġsgəndər) Xəzər dənizinin sahillərinə bələd olmaq üçün adamlarını 
gəmi ilə bir illik səyahətə göndərir. Bu müddətdə onlar dənizin suyundan baĢqa heç 
nəyə rast gəlmirlər
**
. Qayıtmaq istəyəndə onlardan biri deyir: Gəlin bir ay da üzək, 
bəlkə elə bir Ģey öyrənə bildik ki, üzümüz hökmdarımızın yanında ağ oldu. Axıra 
yaxın  olduğundan  onların  yemək  və  suları  tükənmiĢdi.  Lakin  onlar  bir  ay  da 
üzdülər. Birdən açıq dənizdə adamla dolu baĢqa bir gəmi ilə rastlaĢdılar. Gəmilər 
yaxınlaĢdı, lakin heç kəs bir-birini baĢa düĢmürdü. Zülqərneynin adamları bir qadın 
verib,  əvəzində  bir  kiçi  aldılar  və  hökmdarlarının  hüzuruna  qayıtdılar.  O,  həmin 
kiĢini  yerli  qadınlardan  biri  ilə  evləndirdi.  Bir  müddət  keçdikdən  sonra  o,  ata-
anasının  dillərini  baĢa  düĢən  uĢaqlarının  yanına  gəlib  dedi:  “Atandan  soruĢ  ki, 
haradan gəlib”. UĢağın sualına ata dedi: “Mən dənizin o biri sahilindən gəlmiĢəm”. 
Ondan soruĢdular: “Oranın hökmdarı varmı?” O cavab verdi: “Bəli, hətta bundan 
da  əzəmətli”.  Ona  dedilər:  “Bu  dənizlə  sizin  ölkənizə  nə  qədərə  çatmaq  olar?”  O 
dedi: “Ġki il iki aya”. 
Məzmunundan  bir  qədər  rəvayəti  xatırladan  bu  fakt  yunan  alimi  Arrianın 
elmi ədəbiyyatda geniĢ yayılan məlumatı ilə təsdiq olunur. Arrianın yazdığına görə 
Ġsgəndər  “Kaspi  və  Kirkan  dənizləri  adlandırılan”  Xəzərin  Qara  dənizlə  (Pont) 
birləĢib-birləĢmədiyini,  Xəzərin  Hind  okeanının 
körfəzi  olub-olmadığını 
müəyyənləĢdirmək  üçün  ekspedisiya  təĢkil  etmək  istəyir.  Tarixən  məlumdur  ki, 
ərəb müəlliflərinin Ġsgəndərlə bağladığı bu səyahət, onun ölümündən sonra Patrokl 
tərəfindən yerinə yetirilmiĢdi. Maraqlı burasıdır ki, yunan alimi Plutarxın məlumatı 
ilə  dövrümüzədək  gəlib  çıxan  bu  xəbər  ziddiyyətli  və  reallıqdan  uzaqdır.  Belə  ki, 
Patrokl  öz  səfərindən  sonra  Xəzər  dənizinin  Ģimalda  okeanla  birləĢdiyini,  Asiya 
qitəsinin  Ģimal  sahili  ilə  Xəzərsahili  ölkələrdən  Hindistana  gedib  çıxmağın 
mümkünlüyünü  iddia  etmiĢdi.  Əlbəttə,  Plutarxın  müsbət  xarakterizə  etdiyi 
Patroklun bu nəticəyə  necə gəldiyini ancaq fərz etmək olar. Lakin  onun bu  yalnıĢ 
                                                           
*
  Əs-Səmərqəndinin  adını  (Əbulleys  əs-Səmərqəndi)  Ġbn  Ġyas  da  çəkir  və  onun  “Bustan”  adlı  əsərini 
qeyd edir. 
**
 Xəzər dənizində səyahət üçün bu müddət aĢkar ĢiĢirtmədir. 


111 
 
məlumatının  ondan  sonra  da  yüz  illər  boyu  xələflərini  çaĢdırması  göz 
qabağındadır. Bu məlumatda  real olan yalnız ekspedisiyanın keçirilməsidir, qalan 
məlumatlar isə uydurmadır. 
Məhz  belə  ziddiyyətli  faktlar  Xəzər  dənizi  haqqında  bilikləri  və  dünya 
görüĢləri  daha  geniĢ  olan  ərəb  müəlliflərini  mütləq  Xəzər  dənizinin  ölçüləri 
haqqında  da  məlumat  verməyə  sövq edir. Əl-Xarəzmi  və  Söhrab Xəzər dənizinin 
koordinatlarını  verməklə,  onun  qərbdən  Ģərqə  doğru  uzunsov  Ģəkildə  uzandığını 
göstərmiĢlər. Bu məlumata görə Xəzər dənizi uzununa təqribən 16 dərəcəlik, eninə 
8  dərəcəlik  ərazini  tutur  (hər  dərəcənin  təqribən  19  fərsəx  arası  olduğunu  nəzərə 
alsaq, Xəzərin uzunluğu, bu alimlərə görə, təqribən 300 fərsəx – 1800 km, eni isə 
150 fərsəx – 300 km-dir). Ġbn Xordadbeh, onun ardınca isə Ġbn əl-Fəqih bu dənizin 
dairə Ģəklində olduğunu iddia edir, birinci onun diametrinin 500 fərsəx, ikincisi isə 
100  fərsəx  olduğunu  bildirirlər.  Əl-Bəttani  və  Ġbn  Rusta  (IX  əsr),  görünür 
Ptolemeyin  təsiri  altında,  Xəzər  dənizinin  uzunluğunun  800,  eninin  600  mil 
olduğunu  (təqr.  1600  km×1200  km)  göstərirlər;  onu  da  qeyd  edək  ki,  o  dövrdə 
Xəzər  dənizinin  geniĢ  yayılmıĢ  Curcan,  Deyləm,  Təbəristan,  Xorasan,  Xəzər 
adlarına bu müəlliflər “əl-Bab” dənizi adını da əlavə edirlər. Xəzər dənizinin onlar 
tərəfindən  “uzunsov” təsvirini XIV  əsr  ərəb alimi  Əbul-Fida və onun  yazdıqlarını 
təsdiq  edən  XVI  əsr  alimi  əl-Brusəvidən  baĢqa,  demək  olar,  bütün  ərəb 
coğrafiyaçıları təsdiq etmiĢlər. Bu iki müəllif Xəzər dənizinin ümumi qəbul edilmiĢ 
“uzunsov”  Ģəklindən  baĢqa  onun  “üçkünc”,  “yelkənəbənzər”  Ģəklindən  də 
danıĢırlar. 
Xəzər  dənizi,  ona  tökülən  çaylar,  ətrafında  yaĢayan  xalqlar  haqqında  ilk 
geniĢ məlumatı məĢhur əl-Məsudi verir. Dövrün elmi ədəbiyyatında Xəzərin qəbul 
edilmiĢ  ölçülərini  (800×600  mil)  təkrar  edən  əl-Məsudi,  görünür,  əl-Xarəzmi  və 
b.nın  gətirdiyi  məlumatı  nəzərə  alaraq,  yunan  ənənəsindən  miras  qalan  bu 
rəqəmlərin  doğruluğuna  olan  Ģübhəsini  gizlətmir.  Yuxarıda  qeyd  etdiyimiz  kimi, 
Xəzərin  guya  Qara  dənizlə  birləĢdiyini  kor-koranə  qəbul  edənlərə  qarĢı  çıxan  bu 
görkəmli alim, həmin dənizlərin yeganə birləĢdiricisi kimi Xəzər çayı adlandırdığı 
Volqanın adını çəkir. Əl-Məsudinin fikrincə burqazların (yəni Volqa bulqarlarının) 
ərazisində  Volqa  çayından  “bir  qol  ayrılaraq,  Mayotis  (Azov)  dənizinə  tökülür”. 
Burada adı çəkilən qol altında açıq-aĢkar Don çayı nəzərdə tutulur. 
Dənizlərin birləĢməsindən danıĢarkən əl-Məsudi, burada Xəzər adlandırdığı 
Qara  dənizin
*
,  bu  dənizin  körfəzi  hesab  edilən  Azov  dənizi  (Nitas  körfəzi)  ilə 
birləĢdiyini söyləyir və bununla da real vəziyyəti əks etdirmiĢ olur. Əl-Məsudidən 
bir qədər sonra yazan Ġbn Havqəl ilə Xəzərin əlahiddə dəniz olduğunu bildirsə də 
onun  Atildən  (Volqadan)  “ayrılan  bir  qol  vasitəsilə”  körfəz,  yəni  Azov  dənizi  ilə 
Bəhr əl-Muhit (Aralıq dənizi) ilə birləĢdiyini qeyd edir. Bu fikir XI əsrdə yaĢamıĢ 
                                                           
*
 Qara dənizin Xəzər adlandırılması Ġbn Xordadbehdən baĢlayaraq ərəb coğrafiya ədəbiyyatında təsadüf 
edilən bir faktdır. 


Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə