NaġLƏ VƏLĠxanli



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
səhifə48/56
tarix08.09.2018
ölçüsü1,28 Mb.
#67555
1   ...   44   45   46   47   48   49   50   51   ...   56

98 
 
Azərbaycana daxil olub [sərkərdə] Abdallah ibn ġubeyl ibn Auf əl-Əhməsini dörd 
minlik  qoĢunla  hücuma  göndərdi.  Abdallah  Muğan,  əl-Bəbr  və  ət-Taylasan  (ət-
TalıĢan)  camaatına  hücum  edib,  onların  əmlakından  qənimət  götürdü,  adamlar 
qaçıb  gizləndikləri  üçün  əsir  düĢən  az  oldu.  Sonra  o,  Valid  ibn  Ukbanın  yanına 
qayıtdı. 
Daha  sonra  əl-Valid  Azərbaycan  əhalisi  ilə  800  min  dirhəm  təzminatla 
müqavilə  bağladı.  Bu,  22-ci  ildə,  Nihavənd  yanındakı  döyüĢdən  bir  il  sonra, 
Huzeyfə ibn əl-Yəmənlə bağlanmıĢ həmin müqavilə kimi idi. Lakin [xəlifə] Ömər 
öldükdən sonra onlar müqavilədən imtina etmiĢdilər. [Yeni xəlifə] Osman əl-Valid 
ibn  Ukbanı  Kufəyə  təyin  etdikdə,  o,  [Azərbaycana]  yola  düĢdü  və  silah  gücünə  
[qiyamçıları]  ram  etdi.  Onlar  təslim  oldular  və  əvvəlki  müqaviləni  təsdiq  etməyi 
xahiĢ  etdilər.  Əl-Valid  onu  təsdiq  etdi  və  təzminatı  aldı.  Bundan  sonra 
müsəlmanların o ətraflardakı düĢmənlərinə qarĢı yürüĢlər təĢkil etdi. Abdallah ibn 
ġubeyl əl-Əhməsi yürüĢdən sağ-salamat və qənimətlə qayıtdıqda, [əl-Valid] 24-cü 
ildə  Səlman  ibn  Rəbiə  əl-Bəhlilini  12  minlik  ordunun  baĢında  Ərminiyəyə 
göndərdi. Ərminiyə ərazisinə hücum edən  [Səlman] qırır-çatır, talayırdı. Sonra bol 
qənimətlə  əl-Validin  yanına  gəldi.  Beləliklə,  qələbə  qazanıb,  məqsədinə  çatan  əl-
Valid  [Kufəyə] döndü... 
 
ƏBULQASĠM ĠBN HAVQƏL (X ƏSR). 
“KĠTAB SURƏT ƏL-ARD (“YERĠN SURƏTĠ KĠTABI”) 
 
CoğrafiyaĢünas-səyyah Ġbn Havqəlin bu əsəri elmdə “Kitab əl-məsalik və-l-
məmalik”  (“Yollar  və  məmləkətlər  kitabı”)  adı  ilə  də  məĢhurdur.  Onun 
Azərbaycana  dair  qiymətli,  lakin  bəzi  hallarda  dolaĢıq  məlumatında,  diqqəti  cəlb 
edən  cəhətlərdən  biri  də  təqdim  etdiyi  iki  xəritədir.  X  əsrin  ortalarına  dair  real 
vəziyyəti  aĢkarlayan  bu  xəritələrdə  Xilafətin  Cənubi  Qafqazdakı  iĢğal  dairəsinə 
daxil olan vilayətlərin – Azərbaycan, Arran və Ərminiyənin hüdudları göstərilmiĢ, 
sonuncusu Xilat (Van) gölü ilə  Araz çayının  yuxarı  axarı  arasında  yerləĢdirilmiĢ, 
indiki  Qarabağ,  Naxçıvan  və  “erməni  iĢtahının”  çəkdiyi  baĢqa  torpaqlarımız 
“Ərminiyə, Azərbaycan və Arranın surəti-xəritəsi” adlanan birinci xəritədə Arran, 
“Xəzər  dənizinin  surəti”  adlanan  ikinci  xəritəsində  isə  Azərbaycan 
adlandırılmıĢdır.  Onu  da  qeyd  edək  ki,  məhz  bu  sonuncu  xəritə  Arazın  hər  iki 
sahilini vahid Azərbaycan adı ilə birləĢdirən ilk orta əsr xəritəsidir. 
 
ƏRMĠNĠYƏ, AZƏRBAYCAN VƏ ARRANIN XƏRĠTƏSĠNDƏ OLAN 
ADLAR VƏ MƏTNLƏRĠN ĠZAHI 
 
Xəritənin  yuxarısında  “Ərminiyə,  Azərbaycan  və  Arranın  xəritəsi”,  ondan 
solda, küncdə isə “Ģimal” yazılmıĢdır. Yuxarıda sağ tərəfdə dəniz çəkilmiĢdir, onun 
sahilində əl-Bab (Dərbənd – N. V.), sonra isə əĢ-ġəbiran (ġabran) yerləĢdirilmiĢdir. 


99 
 
Əl-Babın yanından baĢlayan dağ silsiləsi sola doğru uzanır. Dağlara paralel, yuxarı 
hissədə  yazılıb:  əl-Lan,  əl-Qabq  (Qafqaz  –  N.  V.)  dağı,  əs-Sərir  nahiyələri  və 
onların  qonĢuluğunda  olan  xalqlar”.  AĢağı  tərəfdən  bu  dağlarla  əl-Layican, 
Qəbisa
*
,  ġəki,  Qəbələ  Ģəhərləri  birləĢir.  Bundan  aĢağıda  dənizə  tökülən  əl-Kür 
(Kür)  çayı  təsvir  edilmiĢdir.  Bu  çayın  üstündə,  dağa  bitiĢik  yerdə  Tiflis  Ģəhəri, 
sonra  isə  Bərdac  (Bərdic)  yerləĢir.  ƏĢ-ġəbirandan  baĢlayan  yol  ġirvan  və  əĢ-
ġəmaxiyə (ġamaxı) Ģəhərlərinə, sonra isə Bərdəyə aparır. Bərdədən baĢlayan baĢqa 
bir  yol  Tiflisə  gedir;  bu  yolun  üstündə  Cənzə  (Gəncə),  ġəmkur  (ġəmkir),  Xunan, 
əl-Qala  yerləĢir.  Bərdədən  Bərzəndə  gedən  yol  daha  sonra  Ərdəbil,  əl-Mayanic 
(Miyanə), əl-Xunəc (Xunə) və Zəncana aparır. Araz çayından aĢağıda olan sahədə 
“Azərbaycan”  yazılmıĢdır.  Qurunun  dənizə  daxil  olduğu  hissədə,  həmin  yazınnı 
qurtardığı  yerdə  “Muğan”  yazılmıĢdır.  Bunun  altından  maili  istiqamətdə  dənizlə 
dağ  arasında  əl-Cil  (Gilan),  onun  altında  isə  əd-Deyləm  yazılmıĢdır.  Bu  yazının 
aĢağısında dağla əl-Dinavər Ģəhəri qovuĢur. Ərdəbildən sonra bir dağ yerləĢir, onun 
yanında  yazılmıĢdır:  “bu  Sabalan  (Savalan)  dağıdır”.  Ərdəbildən  baĢlayıb  sola 
doğru gedən yol Miməz, Əhər və Varzaqandan keçib Dəbilə çatır. Dəbil bir dağın 
yanındadır. Onun yanında yazılmıĢdır: “əl-Haris və əl-Huvayris dağları” (Böyük və 
Kiçik  Ağrıdağ),  NəĢavə  Ģəhərinin  ərazisi  bu  dağın  sağ  tərəfində  onunla  birləĢir. 
Dağdan sağda olan sahədə “Ərminiyə” [sözü] yazılmıĢdır. 
Ərdəbildən  gedən  yol,  ərazisi  bu  dağların  aĢağı  hissəsilə  birləĢən  Bidlisə 
aparır.  Bu  yolun  üzərində  Sərat  (Sərab),  Marağa,  Dəxərrəqan,  Təbriz,  Səlmas, 
Xuvey,  Bərkəri,  ƏrciĢ,  Xilat  Ģəhərləri  var.  Marağa  və  Varzaqan  arasında  Mərənd 
Ģəhəri  yerləĢir.  Marağanın  yanında  əlyazmanı  köçürənin  ayrı  xətlə  yazdığı 
“Hülakünün  rəsədxanası,  657-ci  ildə  əsası  qoyulmuĢdur”  sözləri  vardır
*
.  Bundan 
aĢağıda Gəbuzən (Urmiya) gölü, onun aĢağı tərəfində Urmiya Ģəhəri, ondan altda 
UĢnuh, ondan solda isə üstündə adı yazılmamıĢ bir Ģəhərin Ģəkli təsvir edilmiĢdir
**

Göldən sağ tərəfdə, onunla (əl-Məyanic) Ģəhəri arasında Cabravan Ģəhəri yerləĢir. 
Əl-Xunəcdən aĢağı Təbriz Ģəhəri yerləĢir. Bidlisdən ona tərəf, onunla silsilə dağlar 
(əl-Cibəl)  arasında  Xilat  (Van)  gölü  təsvir  edilmiĢdir.  Onun  altında  yazılmıĢdır: 
“Van  və  Vastan  (Vaspurakan)  nahiyəsi”,  ondan  solda  dağlıq  yerdə  Ərzan  Ģəhəri, 
ondan  da  solda,  dağlıq  yerdən  o  yana  Məyyafariqin
***
  yerləĢir.  Onun  altında 
küncdə “əl-Məğrib” yazılıb. 
Xəritənin aĢağısında təsvir edilmiĢ dağ iki çayla  yarılır: bunlar Böyük  Zab 
(əz-zab əl-kəbir) və Kiçik Zab (əz-Zab və əs-səğir) çaylarıdır. Kiçik Zabın sağında 
iki Ģəhər – Suhrəvərd və  ġəhrəzur yerləĢir. Xəritənin sağ küncündə  “cənub” sözü 
yazılmıĢdır. 
                                                           
*
 Qəbisa, çox güman Kambisenadır. Xəritədə ġəki, Qəbələ və Kambisenanın yeri dəyiĢik düĢmüĢdür. 
*
 Bu sözlər Ġbn Havqəlin xəritəsinə əlyazmanı köçürən tərəfindən əlavə edilmiĢdir. 
**
 Adı qeyd edilməmiĢ Ģəhər mövqeyinə görə müasir Sulduzun yerində yerləĢən Neriz olmalıdır. 
***
  Ərzan,  Məyyafariqin  əl-Cəzirənin  Ģəhərləri  olub.  Ərzan,  görünür,  monqollar  dövründə  dağılıb. 
Məyyafariqin – Türkiyədəki müasir Silvan Ģəhəridir. 


Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə