NaġLƏ VƏLĠxanli



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
səhifə52/56
tarix08.09.2018
ölçüsü1,28 Mb.
#67555
1   ...   48   49   50   51   52   53   54   55   56

106 
 
Razi dedi: “Əgər onlara  hədis söyləməsən  mənə  qarĢı haqsız  olarsan”. Səid dedi: 
“Mənim  üzərimdə  sənin  nə  haqqın  ola  bilər?”.  Ər-Razi  dedi:  “gün  vardı  ki,  mən 
sənin  yolunu  tutmuĢdum”.  Səid  dedi:  “Sən  Allahın  sənin  üzərinə  qoyduğu  haqqı 
ödəyirdin,  ancaq  sənin  mənim  üzərimdə  haqqın  yoxdur”.  Ər-Razi  dedi:  “Əgər 
adamlar  səni  təqsirləndirsələr,  mən  səndən  üz  döndərərəm”.  Səid  dedi:  “Bu  da 
sənin  müsəlman  icması  qarĢısında  borcundur”.  Ər-Razi  dedi:  “Mən  bir  vaxtlar 
ziyarət zamanı səni müĢayiət edirdim, sən mənə bağlanaraq yeməyini də mənimlə 
bölüĢdürdün.  Mən  sənin  qəlbinə  sevinc  gətirirdim”.  Səid  dedi:  “Ona  qaldıqda 
elədir”. Bundan sonra onun istəyinə cavab verdi. 
Əbdüləziz  əl-Həsən  əl-Bərdəyi  əl-Hafiz  əl-Abid  Əbu  Bəkr  DəməĢqdə, 
Misirdə  və  Mosulda  [dövrün  tanınmıĢ  alimlərini]  dinləmiĢdir...  Əl-Hakim  Əbu 
Abdallah öz “Tarix” əsərində [və baĢqaları] Əbdüləziz haqqında xəbər vermiĢlər. 
Hədis  dalınca  dünyanı  dolaĢan  Əbu  Bəkr  [məĢhur  alim]  Məhəmməd  ibn 
Ġshaq əl-Xuzatmənin görüĢünə gəlmiĢ, onun yanında özünün hədislər, zahidlik və 
mömünlük  haqqında  biliklərini  baĢa  çatdırmıĢdı.  Əbu  Bəkrin  NiĢapurdakı 
həyatında  əl-Xuzaymənin böyük  xeyri olmuĢ, onun ölümündən sonra, 318/930-cu 
ildə Əbu Bəkr NiĢapurdan Ribat Farivaya getmiĢ, orada bir müddət yaĢamıĢ, sonra 
Nəsa Ģəhərində məskən salmıĢ və 332/936-cı ildə ölənədək orada qalmıĢdır. 
Tibriz  (Təbriz)  -  [alim]  Əbu  Səədin  hərəkələdiyinə  əsasən  birinci  hərf 
kəsrəli, ikinci sükunlu, “ra” kəsrəli, “ya” samiti və “zeyn”. Azərbaycan Ģəhərlərinin 
ən  məĢhurudur.  Bu,  içərisində  həyat  qaynayan,  gözəl,  kərpic  və  gipsdən  tikilmiĢ 
möhkəm divarları olan Ģəhərdir. Ortasından bir neçə çay axır. ġəhər bağlarla əhatə 
olunmuĢdu, meyvələri çox ucuz idi. Mən heç yerdə Təbrizdə gördüyüm al-Mavsili 
(mosuli) adlandırılan ərikdən görməmiĢəm. 610 (1213)-cü ildə mən burada həmin 
əriyin  səkkiz  Bağdad  mannına  yarım  habba  qızıl verdim
*
.  Təbrizin  evləri  qırmızı 
rənglənmiĢ kərpicdən olduqca möhkəm tikilmiĢdir. ġəhərin uzunluq dairəsi 73° və 
1/6  (10΄),  en  dairəsi  isə  37°  yarım  (30΄)-dir.  Ər-Rəvvad  əl-Əzdi  əl-mütəğəllib 
xəlifə  əl-Mütəvəkkilin  dövründə  Azərbaycana  gəlib  bu  yerdə  məskən  salanadək, 
Təbriz  kənd  olub.  Sonradan  əl-Vacnau  ibn  ər-Rəvvad  və  onun  qardaĢları  burda 
qəsrlər  tikdirmiĢ,  onu  divarlarla  möhkəmləndirmiĢdilər.  Onunla  birlikdə  burada 
camaat da məskən salmıĢdı. Təbrizdə əba üçün parça, siqlətun adlı qızılla iĢlənmiĢ 
ipək,  xətai  adlı  çin  ipəyi,  atlas    və  baĢqa  bu  kimi  parçalar  toxunur  və  ġərq,  Qərb 
ölkələrinə  aparılır.  618  (1221)-ci  ildə  tatarlar  (monqollar)  bu  yerdən  gəlib 
keçəndən  sonra  Ģəhər  əhalisi  onlarla  sülh  bağladı,  onlara  çoxlu  bəxĢiĢlər  verdi, 
beləliklə,  onların  əlindən  qurtara  bildi.  Allah  onları  tatarlardan  saxladı.  Bu 
Ģəhərdən  bir  çox  elm  xadimləri  çıxıb.  Bunlardan  ədəbiyyatçıların  (əhl  əl  ədəb) 
baĢçısı  (imamı)  Əbu  Zəkəriyyə  Yəhya  ibn  Əli  əl-Xatib  ət-Təbrizi.  O,  ġamda 
Əbüləla əl-Məərridən dərs almıĢ, Əbulfəth Səlim ibn Əyyub ər-Razi və baĢqalarını 
dinləmiĢdi. Onun haqqında Əbu Bəkr əl-Xətib və məhəmməd ibn Nasir əs-Sələmi 
                                                           
*
 Mann – çəki vahididir, Bağdad mannı 812, 5q, 1 habba 0,06 q. 


107 
 
məlumat  vermiĢlər...  Əbu  Mənsur...  əl-Cəvaliki  [Xətib  Təbrizinin]  xeyirli  ədəbi 
əsərlərini toplayıb. O, Bağdadda 502 (1108/09)-ci ilin cumadəl-axara ayında vəfat 
edib... 
Cənzə  (Gəncə)  –  Arranın  ən  böyük  Ģəhərinin  adı.  O  (Arran)  ġirvanla 
Azərbaycan arasında yerləĢmiĢdir
*
. Bu həmin o Ģəhərdir ki, yerli əhali onu Gəncə 
adlandırır. Onunla Bərdə arasında 16 fərsəx məsafə var. Bu Ģəhərdən bir çox elm 
xadimləri  çıxmıĢlar.  Bunlardan  Əbu  Hafs  ibn  Osman  ibn  ġuayb  əl-Cənzi  – 
ləyaqətli  (fazil)  din  xadimi  idi.  Bağdadda  və  həmədanda  ədəbiyyatı  ədib  Əbu-l-
Müzəffər əl-Abivərdidən öyrənmiĢ, hədis haqqında biliklərini Əbu Məhəmməd əd-
Dunidən  eĢitmiĢdir.  Xorasanda  və  baĢqa  yerlərdə  adamlar  onun  moizələrini 
dinləmiĢlər. O, 550 (1155/56)-ci ildə Mərvdə vəfat etmiĢdir. 
Bəziləri  bu  Ģəhərdən  olanlara  əl-Cənzəni  də  deyirlər.  Belələrindən  Əbu-l-
fəzl  Ġsmayıl  ibn  Əli  ibn  Ġbrahim  əl-Cənzəni...  Gəncliyində  Bağdada  gəlmiĢ, 
orada  Əbulbərakat...  əl-Buxarinin,  Əbu  Nəsr...  ət-Tusinin  və  baĢqalarının 
moizələrini dinləmiĢ, 588 (1192)-ci ildə vəfat etmiĢdir. 
Əhməd ibn Ġbrahim ibn Məhəmməd ibn Əhməd  ibn Ġbrahim ibn Musa 
ibn Abdullah əl-Cənzi Əbu məsud. Ġsfahan əhlindən mühəddis (hədislərlə məĢğul 
olan  alim)  övladı  olan  mömün  Ģeyx  olub,  atası  onu  Əbu  Əmr  ibn  Mindəveyhin 
məclisinə aparıb və o, Ġbn Mindəveyhin moizələrini dinləyib, Əbu Səad deyib: mən 
onun haqqında yazmıĢam. 
Yəzid  ibn  Əmr  ibn  Cənzə  əl-Cənziyə  gəldikdə,  o da, onun nəslindəndir. 
Onun haqqında Ayyas əd-Duri danıĢıb. 
Bəhr-əl-Xəzər  (Xəzər  dənizi)  –  bu  Təbəristanın,  Curcanın  və  Abaskunun 
dənizidir.  Bunların  hamısı  birdir.  Bu  çox  geniĢ,  böyük  dənizdir,  baĢqaları  ilə 
birləĢir. Ona həmçinin əl-Xurasani və əl-Cili (Gilan) də deyirlər. Deyəsən, bəziləri 
onu  əd-Duvvaratu  əl-Xurasaniya  (Xorasan  dairəsi)  də  adlandırırlar.  Həmzə  deyir 
ki,  onun  farsca  adı  “Zərah  Akfudəh”dir.  Ona  həmçinin  akfud  dəryav  da  deyirlər. 
Aristotel  onu  Ġrkaniya  adlandırıb.  Deyəsən,  bəziləri  onu  əl-Xarəzmi  dənizi  də 
adlandırırlar.  Lakin  bu  belə  deyil.  Çünki  Xarəzm  gölü  bu  deyil...  Bu  dənizin 
sahilində  Bab  əl-Əbvab,  o  həmçinin  artıq  haqqında  danıĢdığımız  əd-Dərbənddir, 
yerləĢir.  Dənizin  Ģərq  sahili  boyunca  Muğan,  Təbəristan  dağları  və  Curcan  dağı 
ucalır.  Dəniz  Dihistanadək  uzanır,  Abaskun  Ģəhəri  oradadır.  Sonra  dəniz  Ģərqə  - 
türklərin ölkəsinə, Ģimala – xəzərlərin ölkəsinə sarı dönür. Bu dənizə çoxlu böyük 
çaylar  tökülür,  onlardan  Kür,  Araz  və  Ġtil  (Volqa)  çaylarıdır.  Əl-Ġstəxri  deyib: 
Xəzər dənizinə gəldikdə, ondan Ģərqdə Deyləmin bir hissəsi, Təbəristan, Curcan və 
Curcanla  Xarəmz  arasında  olan  səhranın  bir  hissəsi,  ondan  qərbdə  əl-Qabq 
(Qafqaz)  dağından  əs-Səririn  hüdudlarınadək  əl-Lan,  xəzərlərin  ölkəsi,  əl-
Ğuzziyyə  (Oğuz)  səhrasının  bir  hissəsi,  ondan  Ģimalda  əl-Ğuzziyyə  səhrası 
yerləĢir; oğuzlar Siyah-Kuh tərəflərdə yaĢayan türklərdəndir. Dənizdən cənubda əl-
                                                           
*
 Burada paytaxtı Gəncə olan Arran ġəddadilər dövləti nəzərdə tutulur. 


Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə