NaġLƏ VƏLĠxanli



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
səhifə53/56
tarix08.09.2018
ölçüsü1,28 Mb.
#67555
1   ...   48   49   50   51   52   53   54   55   56

108 
 
Cil və əd-Deyləmin bir hissəsi yerləĢir. Əl-Ġstəxri deyir: Xəzər dənizi yer üzündəki 
heç bir baĢqa dənizlə birləĢmir. Əgər bir adam bu dənizin baĢına dolansa, yenə də 
əvvəlki  yerinə  gəlib  çıxar.  Onun  qarĢısını  həmin  dənizə  tökülən  çaylardan  baĢqa 
heç bir maneə kəsməz. Bu dənizin suyu Ģordur. Onda qabarma, çəkilmə olmur. Bu 
dəniz  zülmət  kimi  qaradır,  dibi  al-Kulzum  (Qırmızı)  və  Fars  dənizlərindən  daha 
palçıqlıdır.  Doğrudan  da  Fars  dənizinin  bəzi  yerlərində  suyun  Ģəffaflığından 
dənizin  dibindəki  ağ  daĢlar  da  görünür.  Bu  dənizdə  balıqdan  baĢqa  nə  ləl,  nə 
mərcan,  nə  də  baĢqa  cəvahirat  çıxarılır.  Dənizdə  müsəlman  ölkələrindən  olan 
tacirlərin  gəmiləri  xəzərlərin  torpağına,  eləcə  də  Arranla  əl-Cil,  Curcan  və 
Təbəristan  arasında  olan  yerlərə  üzürlər.  Bu  dənizdə  Fars,  ər-Rum  (Aralıq)  və 
baĢqa  dənizlərdəki  kimi  adam  yaĢayan  məskun  adalar  yoxdur.  Burada  olan 
adalarda  cəngəllik,  ağaclar,  sular  var,  ancaq  onlarda  da  adam  yoxdur.  Bunlardan 
Siyah-Kuh  adasını  göstərmək  olar.  Deyirlər  ki,  Kür  çayının  mənsəbi  qarĢısında 
baĢqa bir ada var, orada cəngəllik, ağaclar və sular var. Buradan qırmız daĢıyırlar. 
Buraya  gəmilərdə  qoĢqu  heyvanlarını  gətirir,  kökələnəcən  burada  otlatdırırdılar. 
Burada ər-Rusiya adlı baĢqa bir ada, eləcə də xırda adalar var. Abaskundan dənizin 
sağ  tərəfilə  Xəzərlərin  ölkəsinədək  bir  dənə  də  olsun  nə  ağac,  nə  Ģəhər  yoxdur, 
yalnız  Abaskundan  təqribən  50  fərsəx  aralı  Dihistan  adlı  yer  və  dənizin  içərisinə 
doğru  uzanan  bir  tikili  var.  Dəniz  narahat  olduqda  gəmilər  həmin  yerdə 
daldalanırlar. Yaxın nahiyələrdən ov məqsədilə buraya çoxlu adam axıĢır. Burada 
içməli  su  var.  Mən  bu  yer  haqqında  baĢqa  bir  Ģey  bilmirəm.  Abaskundan  sola, 
xəzərlərin ölkəsinə tərəf uzanan becərilmiĢ torpaqlar var. Abaskundan sola getsən, 
sən Curcanın, Təbəristanın, əd-Deyləmin, əl-Cilin, Muğanın, ġirvanın, əl-Maskatın 
və  əl-Babın  hüdudlarını  keçəcəksən.  Oradan  Səməndərə  4  gündür,  Səməndərdən 
Ġtil çayınadək 7 gün səhra ilə yol var. Bu dənizdə Siyah-kuh tərəfdə gəmilər üçün 
təhlükəli olan dayaz yerlər var. Külək onları dayaz yerə saldıqda onlar parça-parça 
olurlar. Gəmilər burada parçalandıqda oradakı türklərin əlindən sahiblərinə heç nə 
qalmır,  çünki  onlar  bütün  olan-qalanı  daĢıyıb  aparır,  gəmi  sahiblərini  aldadırlar. 
Deyirlər ki, bu dənizin dövrəsi 1500 fərsəxdir. Allah bilir. 
*** 
XIII  əsrin  görkəmli  alimi,  görmədiklərini  oxuduqları  və  eĢitdikləri  ilə 
zənginləĢdirən  Yaqut  əl-Həməvinin  Xəzər  dənizi  haqqında  olan  bu  qeydləri  o 
dövrün klassik elmi ədəbiyyatında bu dəniz haqqında mövcud olan əsas məlumatla 
səsləĢir. 
Qeyd edək  ki, vətən torpağı qədər bizə doğma olan  Xəzər  dənizi haqqında 
orta  əsr  ərəb  mənbələrinin  məlumatı  bəzən  Azərbaycan  hüdudlarını  aĢsa  da, 
bilavasitə  bu  dənizə  və  həmçinin  Xilafət  dövrü  tariximizə  aid  olduğu  üçün 
oxucularımızı  həmin  məlumatla  da  tanıĢ  etməyi  lazım  bilirik.  Erkən  ərəb 
müəlliflərindən  tutmuĢ  orta  əsr  əsrlərin  son  dövrünədək  yazan  elə  bir  ərəbdilli 
coğrafiyaĢünas-səyyah  olmayıb  ki,  o,  Xəzər  dənizi  və  onun  ətrafında  yaĢayan 
xalqlardan  yazmasın.  Maraqlı  burasıdır  ki,  xəlifələrin  dövlət  səviyyəsində  olan 


109 
 
marağını  ödəmək  üçün  Ġslamdan  əvvəlki  dövr    elmi  ədəbiyyatına,  xüsusilə  antik 
yunan  alimlərinin  əsərlərinə  müraciət  edən  IX  əsr  müəllifləri  (Məhəmməd  əl-
Xarəzmi, Söhrab və b.) Xəzər dənizi haqqında Herodotun, Eratosfenin, Strabonun, 
Ptolemeyin  və  baĢqalarının  müxtəlif  səviyyəli  məlumatını  IX  əsr  ərəb  elminə 
gətirmiĢ,  lakin  özlərinin  daha  dəqiq  informasiyaya  malik  olmalarına  baxmayaraq, 
ənənəvi  olaraq,  yunan  alimlərinin  bəzi  səhv  fikirlərini  də  təkrarlamıĢlar.  Yunan 
ənənəsini  ərəb  elmi  ədəbiyyatına  ilk  gətirənlərdən  biri  xarəzmli  Məhəmməd 
yazdığı  əsərini  də  Ptolemeyin  əsərinin  adına  (“Coğrafiya”)  uyğun  olaraq  “Kitab 
surat  əl-ard”  (“Dünyanın  surəti  kitabı”)  adlandırmıĢdır.  Əsli  Xarəzmdən  olan  bu 
alimin  Xəzər  dənizinin  onun  dövrü  üçün  müasir  vəziyyətinə  yunanlardan  yaxĢı 
bələd  olması,  onların  bu  dəniz  haqqında  olan  məlumatlarına  bəzi  düzəliĢlər 
verməsinə gətirib çıxartdı. Məhz o, Amudəryanın Xəzərə tökülməsi haqqında artıq 
onun  dövrü  üçün  səhv  olan  məlumatı,  eləcə  də  Xəzəri  Aral  dənizinə  çatdıran  və 
onunla  birləĢdirən  yanlıĢ  iddianı  və  s.  təshih  etmiĢdir.  Qəribə  də  olsa,  əl-
Xarəzminin bu düzəliĢinə baxmayaraq, IX əsrin sonunda yazıb-yaratmıĢ əl-Yəqubi 
və  Ġbn  əl-Fəqih  antik  yunan  ənənəsinə  sadiq  qalaraq  Bəlx  –  Amudərya  çayının 
Deyləm  və  ya  Xorasan    (Xəzər)  dənizinə  töküldüyünü  göstərirlər.  Halbuki,  bəzi 
tarixi  dövrlərdə  Uzboy  çayı  vasitəsilə  Xəzər  dənizinə  tökülən  Amudəryanın 
istiqaməti, IX əsrdə, artıq çoxdan bugünkü Ģəklini almıĢdı. X əsrin görkəmli alimi 
əl-Məsudi öz sələflərinin və müasirlərinin belə “ənənəvi” səhvlərini tənqid edərək, 
Amudəryanın  hövzəsi  haqqında  düzgün  elmi  fikir  söyləsə  də,  mənbəyini  Cürcan 
(Aral) gölü yanından götürüb, Xəzər dənizinə tökülən Qara və Ağ ĠrtıĢ adlandırdığı 
iki  böyük  çayın  mövcudluğundan  xəbər  verir.  Bəzi  alimlər  əl-Məsudinin  burada 
necə  deyərlər,  qaĢ  düzəldən  yerdə  göz  çıxardığını,  özünün  də  köhnə  yunan 
ənənəsindən  əl  çəkə  bilmədiyini  qeyd  edirlər.  Bəziləri  Qara  və  Ağ  ĠrtıĢ  çaylarını 
Ural və Emba çayları ilə eyniləĢdirirlər. Lakin, bizim fikrimizcə, çox vaxt Xəzərə 
də  gəlib  çata  bilməyən  Embanı  əl-Məsudinin  “Dəclə  və  Fərata”  bənzətdiyi  böyük 
çaylarla eyniləĢdirmək olmaz. Çox güman, bu yerlərə bələd olmayan alim, böyük 
Sibir  çayları  haqqında  eĢitdiyi  məlumatı  dəqiqləĢdirməmiĢ  onların  Xəzərə 
töküldüyü gümanını həqiqət kimi qələmə vermiĢdir. 
Yunan ənənəsinin təsiri Ġbn  əl-Fəqihin irəli sürdüyü  Aralıq, Qara və Xəzər 
dənizlərinin  əlaqəsi  məsələsində  də  özünü  göstərir.  Eramızdan  xeyli  əvvəl, 
Herodota qədərki  dövrə  aid olan,  Herodotun  özü  tərəfindən  təkzib  edilsə  də onun 
xələfləri tərəfindən yenidən iddia olunan bu fikir, qəribə də olsa, 1000 ildən xeyli 
keçmiĢ  ərəb  coğrafiyaçıları  tərəfindən  canlandırılmıĢdır.  Tarixən  məlumdur  ki, 
Xəzərdən  baĢqa  daha  bir  qapalı  Girgan  dənizinin  adını  çəkən  Makedoniyalı 
Ġsgəndərin  müəllimi  Aristotel  Xəzər  və  Qara  dənizləri  arasında  yeraltı  əlaqənin 
olduğunu  qeyd  edirdi.  Maraqlı  burasıdır  ki,  X  əsrin  artıq  tanıdığımız 
coğrafiyaĢünası Ġbn Havqəl bu məlumatı versə də, Xəzər – Qara dənizləri, eləcə də 
o  vaxtlar  irəli  sürülən  Aral  –  Xəzər  dənizləri  arasında  yeraltı  əlaqənin  olmasını 
Ģübhə  altına  alır.  Onu  da  demək  lazımdır  ki,  əl-Ġstəxri  və  Ġbn  Havqəldən  əvvəl 


Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə