NaġLƏ VƏLĠxanli


XƏZƏR (ƏL-XƏZƏR) DƏNĠZĠNĠN XƏRĠTƏSĠNDƏ OLAN



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
səhifə49/56
tarix08.09.2018
ölçüsü1,28 Mb.
#67555
1   ...   45   46   47   48   49   50   51   52   ...   56

100 
 
XƏZƏR (ƏL-XƏZƏR) DƏNĠZĠNĠN XƏRĠTƏSĠNDƏ OLAN 
ADLARIN VƏ MƏTNLƏRĠN ĠZAHI 
 
Dəniz  xəritənin  ortasında  dairə  Ģəklində  çəkilib.  Ondan  yuxarıda  adı  qeyd 
edilməmiĢ  dağ  təsvir  edilib.  Bu  dağ  “Xəzər  dənizi  (Bəhrul-Xəzər)”  sözlərinin 
arasındadır. Yuxarı sahilə paralel “əl-Quzziyyə”  yazılıb, daha sonra sahilə paralel 
“əl-Xəzər”,  sonra  “Azərbaycan”,  sonra  “əl-Cil”,  sonra  “Təbəristan”  sözləri  qeyd 
edilib. 
Xəritənin  sol  tərəfindən  dənizə  tökülən  çayın  yuxarı  sahlində  Ġtil  Ģəhəri, 
aĢağı  sahilində  Xəzəran  təsvir  edilmiĢdir.  Ondan  aĢağıda,  sahildə,  “əs-Sərir 
nahiyəsi”  sözü  yazılmıĢdır;  dənizin  kənarında  əl-Bab,  ondan  solda  və  aĢağıda  isə 
Bərdə yerləĢdirilmiĢdir. Bərdədən sağa tərəf dənizə Kür (əl-Kürr) və Araz (Arras) 
adlanan iki çay tökülür
*
.  Varsan  Ģəhəri  Arazın  üstündədir.  Bu  çayın  mənsəbindən 
sağda, sahildən bir qədər aralı Samiran Ģəhəri  yerləĢir. Daha  sonra  sahil Ģəhərləri 
olan ġalus, Eyn əl-Hum və  Abaskun gəlir. Ondan sağda, quruda Curcan (Girkan) 
yerləĢir.  Dənizin  içində  iki  adanın  –  Siyah  Kuhun  və  Bab  əl-Əbvabın  təsviri  var. 
Dənizdən aĢağıda, xəritənin ən sağ küncündə üzərində “əd-Deyləm dağları” sözləri 
yazılmıĢ dağ silsiləsi çəkilmiĢdir. 
 
YAQUT ĠBN ABDULLAH ƏR-RUMĠ ƏL-HƏMƏVĠ (1179 – 1229) 
“MUCƏM ƏL-BÜLDƏN” (“ÖLKƏLƏRĠN LÜĞƏTĠ”) 
 
Müxtəlif  mənbələrə  əsaslanan  bu  qiymətli  əsərdə  Xilafət  tərkibinə  daxil 
olan  (və  bəzən  də  olmayan)  yüzlərlə  yaĢayıĢ  yeri  haqqında,  o  cümlədən 
Azərbaycanın  tarixinə  və  coğrafiyasına  həsr  olunmuĢ  məlumat  toplanmıĢdır.  Bu 
məlumatda Yaqutun ən böyük xidmətlərindən biri də bəzən artıq mövcud olmayan 
yaĢayıĢ yerləri adlarının düzgün tələffüzünü oxuculara çatdırmaqdır. 
Azərbaycan (Yaqut adın Azrəbican yazılıĢını əsas götürsə də, yerli əhalinin 
öz  vətənini  Azərbaycan  adlandırdığını  qeyd  edir.  Bundan  baĢqa  o,  Ģair  əĢ-
ġəmmaxın  Ģerində  iĢlədilən  Azrəbacan,  dilçi-alim  əl-Mühəlləbiyə  istinadən 
Azribacan  yazılıĢlarını  xatırlayır,  o  dövr  dilçilərinin  Azərbaycan  sözünün  nisbəsi 
(yəni  nisbi  sifəti)  kimi  “azəri”  və  “azərbi”  sözlərini  iĢlətdiklərini  bildirir).  Ġbn  əl-
Munaffa  deyib:  Azərbaycan  Azərbaz  ibn  Ġran  ibn  əl-Əsvad  ibn  Sam  ibn  Nuh 
əleyhis-səlama  görə  belə  adlanıb.  Azərbaz  ibn  Bayvarasif  də  deyirlər.  Həm  də 
deyirlər  ki,  Azər  pəhləvicə  “od”  deməkdir.  Baykan  isə  “hafiz,  hifz  edən”  və 
“qoruyan” mənasındadır. Beləliklə, bütövlükdə onun mənası “od evi (məbədi)” və 
ya  “od qoruyucusu” olur. Bu həqiqətə oxĢayır və daha çox uyğun gəlir, çünki bu 
                                                           
*
  Hər  iki  xəritədə  bir-birilə  birləĢdirici  rol  vasitəsilə  qovuĢan  Kür  və  Araz  çaylarının  ayrılıqda  Xəzər 
dənizinə  töküldüyü  təsvir  edilmiĢdir.  Arazın  ayrıca  mənsəbi  haqda,  görünür,  antik  ənənəyə  (bax: 
Strabon)  əsaslanan  Ġbn  Havqəl  əsərinin  Xəzər  dənizinə  həsr  etdiyi  hissəsində  Kür  və  Arazaın  Varsan 
yaxınlığında qovuĢmasından bəhs edir. 


101 
 
tərəflərdə  od  məbədləri  həddindən  artıq  çoxdur.  Azərbaycanın  hüdudu  məĢriqdə 
Bərdədən, məğribdə Ərzincanadəkdir. ġimal tərəfdən onun hüdudu əd-Deyləm, əl-
Cil  və  ət-Tarm  ölkələri  ilə  birləĢir.  Bura  geniĢ  ölkədir  (iqlim).  MəĢhur 
Ģəhərlərindən  Təbrizdir,  o  bu  gün  Azərbaycanın  paytaxtı  və  ən  böyük  Ģəhəridir. 
Qədim paytaxtı əl-Marağa olub. ġəhərlərindən Xuveyy, Sələmas, Urmiya, Ərdəbil, 
Mərənd  və  baĢqaları.  Bura  çox  böyük  (cəlil)  yer  və  əzəmətli  məmləkətdir.  Əksər 
hissəsini  dağlar  örtüb,  çoxlu  qalaları,  bol  nemətləri,  saysız  meyvələri  var.  Mən 
bundan  çox  bağları,  bol  sulu  çayları  və  bulaqları  olan  baĢqa  yer  görməmiĢəm. 
Onun  nahiyələrini  səyahət  edən  Ģəxsə  özü  ilə  su  qabı  götürməyə  ehtiyac  qalmır, 
çünki hara gedirsə, ayağının altından soyuq, Ģirin və sağlam sular axır. Azərbaycan 
əhalisi  xoĢ  çöhrəli,  alyanaq,  zərif  dərilidir.  Onların  dilinə  əl-azriyə  (azəriyyə) 
deyirlər.  BaĢqaları  bu  dili  anlamır.  Buranın  adamları  xasiyyətcə  həlim, 
xoĢrəftardırlar, ancaq təbiətlərində xəsislik üst gəlir. Bu ölkədə qarıĢıqlıq (fitnə) və 
müharibələrin  ardı-arası  kəsilmir,  elə  buna  görə  də  Ģəhərlərinin  çoxu  xaraba, 
kəndləri  isə  yerlə-yeksandır.  Bizim  dövrdə  bura  Cəlaləddin  Mankburni  ibn 
Əlaəddin Məhəmməd ibn Təkin XarəzmĢahın əlindədir
*

[Azərbaycan]  ilk  dəfə  Ömər  ibn  əl-Xəttabın,  Allah  ondan  razı  qalsın, 
dövründə  fəth edildi.  O,  əl-Muğirə  ibn ġubə  əs-Səkafini Kufənin valisi təyin etdi 
və  onunla  Huzayfa  ibn  əl-Yəmənə  Azərbaycanın  valisi  təyin  edilməsi  haqqında 
fərman  (kitab)  yolladı.  Huzayfa    [o  zaman]  Nihavənddə  idi.  [Fərmanı  alan  kimi] 
oradan  böyük  bir  qoĢunla  Azərbaycana  yola  düĢdü  və  Ərdəbilə  gəldi.  Bura  o 
zaman  Azərbaycanın  baĢ  Ģəhəri  idi.  Onun  mərzbanı  Bacərvan,  Miməz,  əl-Bəzz, 
Sərab,  ġiz,  əl-Məyanic  və  baĢqa    [yerlərdən]  döyüĢçü  toplamıĢdı.  Onlar 
müsəlmanlarla  bir  neçə  gün  davam  edən  Ģiddətli  döyüĢə  girdilər.  Sonra  mərzban 
bütün  Azərbaycan  adından  Huzayfa  ilə  800  min  vəznli  dirhəm  vermələri  Ģərtilə 
sülh  bağladı;  müqabilində  -  əhalidən  bir  nəfər  də  öldürülməyəcək,  əsir 
tutulmayacaq,  evləri  dağılmayacaq,  əl-BalaĢacan  (Balasacan),  Sabalan  və  Miyan 
Ruzan  kürdlərinə  xətər  toxunulmayacaq,  əĢ-ġiz  əhlinin  bayramlarında,  xüsusilə, 
rəqs  etmələrinə  və  əvvəlki    [ayinləri]  yerinə  yetirmələrinə  mane  olunmayacaq. 
Sonra    [Huzayfa]  Muğana  və  Cilana  hücum  etdi,  əhalisini  məğlubiyyətə  uğratdı, 
onlarla  vergi  vermələri  Ģərtilə  müqavilə  bağladı.  Sonra  xəlifə  Ömər,  Allah  ondan 
razı qalsın, Huzayfanı vəzifəsindən götürdü və Utba ibn Farkadı Azərbaycana vali 
təyin  etdi;  Utba  Mavsildən  (Mosuldan)  oraya  gəldi.  Bəziləri  də  deyirlər  ki,  o, 
Azərbaycana  Müaviyə  əl-Uzrinin  adı  ilə  tanınan  dağ  keçidilə  ġəhrəzurdan 
gəlmiĢdi. O, Ərdəbilə daxil olanda, buranın əhalisinin bağlanılan müqaviləyə sadiq 
olduğunu  gördü,  ancaq  baĢqa  nahiyələr  əhdi  pozmuĢdular.  Utba  onlara  hücum 
edib,  zəfər  və  qənimətlə  qayıtdı.  Bu  yürĢdə  oğlu  Əmir  ibn  Utba  ibn  Farkad  əz-
Zahid də onunla idi. 
                                                           
*
  1225-ci  ildə  Azərbaycanı  iĢğal  etmiĢ  XarəzmĢah  Məhəmmədin  oğlu  Cəlaləddin  Mankburni  nəzərdə 
tutulur. 


Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə