N. Z. Haciyeva



Yüklə 11,89 Mb.
Pdf görüntüsü
səhifə14/116
tarix30.10.2018
ölçüsü11,89 Mb.
#76803
1   ...   10   11   12   13   14   15   16   17   ...   116

Vaxtilə  çuvaş  dilində  ulu  türkcədəki  [;]  saiti  [/]  saitinə 
keçmişdir.
Mə'lum  saitlər  ahənginin pozulması  özbək  ədəbi  dilinin 
əsasında  duran  özbək  şivələrində  də  olmuşdur.  "Özbək  ədəbi 
dili  tipik  türk  fonetik  əlaməti  olan  ahəngi  -sinharmonizmi 
itirmişdir. 
Söz 
köklərində, 
həmçinin 
sözdüzəldici 
və 
sözdəyişdirici  şəkilçilərdə  saitlərin  uyğunluğu  ölçüsü  sıradan 
çıxmışdır. 
Saitlərin 
mövcudluğunu 
nəzərdə 
tutan 
sinharmonizmi  özbək ədəbi dili itirmişdir.
Beləliklə,  artikulyasiyanın  önə  hərəkəti  baş  vermişdir. 
Bununla bağlı palatal attraksiya, yə’ni  əsasən sırf ön  sıra və  sırf 
arxa  sıra  sait  fərqlənmələri  prinsipi  pozulmuşdur.  Türk 
vokalizmi  üçün  tipik  olan  hər  sait  cütü  uyğun  məxrəclərdə 
indifferent  səs  yaratmşdır"  [Reşetov,  1959,  s.  116].  Özbək 
ədəbi  dilinin  üç  fonemi 
-i,  u,  ü -
  türk  vokalizminin  altı 
foneminin  əvəzedicisi  kimi  çıxış  edir,  [/j  fonemi  [;]  və  [
7] 
saitlərini  əvəz  edir,  [u]  fonemi-  [w]  və  [
ü\

[ü\
  fonemi-  [о]  və 
[o\
  saitlərinə  uyğundur.  [
Cf\
  saiti  [w]  və  [o]  saitləri  arasında bir 
səsi  bildirir.  Bu,  [
t
/]  səsinə  yaxınlaşır  və  bir  az  irəli  çəkilir. 
Ümumi  türk  [/]  və 
[i\
  saitlərinin  bir  fonemdə  birləşməsi  uyğur 
dilində də müşahidə edilir.
Lakin  demək  olmaz  ki,  özbəkcənin  qeyri-sinharmonik 
şivələrində  saitlərin  ahəngi  tamamilə  itmişdir.  Özbək  [/] 
saitinin  tələffüzü  [у]  səsindən  [/]  səsinə  qədər  güclü 
dəyişikliklərə uğramışdır.
Eynən  [/]  fonemində  olduğu  kimi,  özbək  [
t
/]  fonemi 
q u l'g ü l'
  sözündəki  [т>]  səsindən 
к  um  'q u ın '
  sözündə  olan 
[u] 
səsinə  qədər  variasiya  edir,  ö zb ək  
[ü\
  səsi 
k ü l 'g ö l '
  sözündə 
daha Ön və 
ffü l 'q o l '
  sözündə daha arxa məxrəcə malikdir.
Bə'zi  müasir türk  dillərində  saitlərin  dodaq  ahəngi  daha 
güclüdür.  Birinci  hecada dodaq samitinin mövcud  olduğu halda 
affiksal  hecalann  da  saitləri  dodaqlanan  olur:  qırğ. 
köllördö 
'g ö llə r d ə ',
 alt. 
k ö ld ö   'g ö ld ə ',
 yakut. 
köröbün  'g ö r ə c ə y ə m ', 
turuoxput  'd u r c a y ıq ',  o ğ o lo r  'u şa q la r'
  vəs.
36
Çox güman ki,  müasir türk dillərinin əksəriyyətində çox 
da  parlaq  ifadə  olunmamış  bu  tipli  dodaq  atraksiyası  ulu 
türkcədə  olmamışdır.  Lakin  bə'zi  hallarda,  danışıqda  bu 
mümkündür,  müq.  tat.  orfoqrafıyasmda 
tö lk e 'tü lk ü '
  və  şifahi 
nitqdə 
tölkö.
Çuvaşcada  söz  sonunda  saitlər  elə  məqamlarda  işlənir 
ki,  başqa  türk  dillərində  bu,  müşahidə  olunmur,  müq.  çuv. 
k u li'g ö l'
  və  Türkiyə  türk, 
göl,
  qırğ. 
köl,
  tat. 
k ü l;
  çuv. 
uğb  'o x '
  və  türkm.  o°£/çuv. 
udb  'o t '
  və  türk, 
'o t '
  və  s.  Bu, 
sonuncu  hecanın  açıqlığa  meylini  əks  etdirən  əsl  çuvaş  dili 
hadisəsidir.
Tuva  və  tofalar  dillərində  farinqal  saitlər  var.  Onlar 
türkmən  və  yakut  dillərinin  qısa  saitlərinə  uyğun  gəlir.  Tuva 
dilində  ulu  türkcənin  uzun  saitləri  farinqallaşmır  və  qısa 
saitlərlə  qarışmışdır.  Beləliklə,  farinqal  saitlər  qısa  saitlərdən 
yaranmışdır. A.M.Şerbak fərz edir ki, farinqal saitlər sözsonu 
p , 
t,  ç,  k,  s,  t
  samitlərin  güclü  aspirasiyasının  tə'siri  altında 
yaranmışdır [Şerbak,  1970, s.  47].
Lakin  farinqal  saitlərin  mənşəyi  haqqında  məsələ 
mübahisəli  olaraq qalır.
Ulu  türk  vokalizminin  dəyişiklikləri  ilə bağlı  bir məsələ 
ortaya  çıxır:  bütün  bu  dəyişikliklər  nədən  asılıdır.  Burada  çox 
şeyi  saitlərin  tələffüzü  zamanı  fizioloji  güc  sərf  olunmasının 
azalması  ilə  izah  etmək  olar.  Uzun  saitlərin  tələffiizü  həmişə 
fizioloji  güc  sərf  olunması  ilə  bağlıdır  və  buna  görə  de 
gərginlik  sahələri  yaradır.  Uzun  saitlərin  qısalmasını  qismən 
bununla  izah  etmək  olar.  [Ə]  saiti  də  tarixən  qeyri-sabit 
olmuşdur.  Türk  dillərində  sait  dəyişmələrinin  əksəriyyəti 
birinci  hecanın  dairəsində  baş  vermişdir.  Birinci  hecada  saitin 
zəifləməsinin 
səbəbi 
sonuncu 
hecanın 
üzərinə 
düşən 
vurğudadır.  Birinci  hecanın  tələffüzünə  sərf  edilən  gücün 
azalması  meyli  saitin  daralmasına  və  ya  zəifləməsinə  səbəb 
olur, məsələn, 
a>u,  a>ı,  o>u
 keçidlərini yada salın.
37


Tələffüz  zamanı  sərf  edilən  gücün  azalması  meylinə 
qapalı  saitlərin  daha açıq  saitlərə  keçməsinin,  eləcə  də  onların 
zəifləməsinin  xüsusi  halı  kimi  baxıla  bilər,  məsələn, 
i>',  и>ъ 
və 
ı>b.
  Bütün  bunlar  bir  daha  sübut  edir  ki,  ulu  türkcədəki 
vokalizm  sisteminin  dəyişməsi  xaotik  olaraq  deyil,  səs 
keçidlərinin qanunauyğunluqları ilə şərtlənmişdir.
Ulu türkcənin konsonant sistemi
Pratürk  samitlərinin  güman  edilən  sistemi  belə  verilə 
bilər, (cədvələ bax).
Pratürk  konsonant  sisteminin  fərqləndirici  xüsusiyyəti 
ondan 
ibarətdir 
ki, 
samitlərin 
çoxunun 
distribusiyası 
məhdudlaşmışdır.  Sözün istənilən yerində ancaq  -& 
k,  t, p ,  s,  ç- 
samitlərinə rast gəlmək olardı.  Görünür, sözün mütləq  sonunda 
partlayan  [£]  olmamışdır.  Bütün  sonor samitlərin və həmçinin  - 
ğ, ğ', z,  z ° ,  q,  d-
 samitlərinin sözün mütləq əvvəlində işlənməsi
tamamilə  istisna  edilir.  Görünür,  sözün  mütləq  əvvəlində  çox 
nadir  hallarda  [yj  -ya  təsadüf  olunmuşdur.  Bilateral  kar  [ /“] 
nadir hallarda işlənmişdir._______________________________
Artikulyasiyanın 
xüsusiyyətinə görə
Artikulyasiyanın yerinə görə
dilar-
xası,
velyar
dilar-
xası
dil-
ortası
dilönü
dodaq-
lanan
Partlayan
kar
к
к
t
P
cingiltili
q
d
b
Novlu
kar
S Ş  
.
(spirantlar)
cingiltili
&
ğ ' ,  
z, 

Affrikatlər
kar
ç
cingiltili
yan
U ’
Sonor
titrəyən
r
süzgün
n
n
m
38
Partlayan samitlər
Ulu türkcədə partlayan anlaut samitlərinin 
xüsusiyyətləri haqqında
Ulu  türkcənin  partlayan  samitlərinin  inkişafı  haqqında 
məsələnin  araşdırmasından  əvvəl  türk  dillərinin  tarixi  üçün 
vacib olan bir suala cavab vermək lazımdır:  ulu türkcədə sözün 
əvvəlində 
-b ,d ,  q-
 tipli cingiltili partlayan samitlər ola bilərmi?
Yaxşı  mə’lumdur  ki,  ulu  türkcədə  sözün  əvvəlində 
sonant  adlanan 
1,  m ,  n -
  və 
-z,  ğ,  ğ °
  cingiltili  samitlərinə 
təsadüf olunmur.  Buradan  belə  bir  məntiqi  nəticə  çıxır  ki,  ulu 
türkcədə  sözün  əvvəlində 
-b,  d,  q-
  tipli  cingiltili  samitlər  də 
işlənməməlidir.
Lakin  bu  məsələnin  həllində  türkoloqların  fikirləri 
müxtəlifdir.  Tədqiqatçılardan biri,  məsələn,  X.Pederscn  təsdiq 
edir  ki,  ulu  türkcədə  sözün  əvvəlində  istər  kar,  istərsə  də 
cingiltili  samitlərin  işlənməsi  mümkün  idi  [Pedersen,  1903,  s. 
543].  Başqa  tədqiqatçılar  fərz  edirlər  ki,  ulu  türkcədə  sözün 
əvvəlində 
-b-
  samiti  ola  bilərdi  [Ryasyanen,  1955,  s.  124]. 
A.M.Şerbak  hesab  edir  ki,  ulu  türkcədə  heç  bir  fonoloji 
mə'naya  malik  olmayan  anlaut  kar  və  cingiltili  allofonların 
mövcudluğu mümkündür [Şerbak,  1970, s.  95].
Müasir  türk  dillərində,  xüsusilə  onların  dialektlərində, 
heç  nə  ilə  nizama  salınmayan 
-p-b,  t-d,  k -q
 və  s.  anlaut kar  və 
cingiltili  samit cütləri  aşkar edilir,  müq.,  azərb.dial. 
palta-balta, 
tovşan-dovşan; 
tiş-diş,
 
qırğ.dial. 
p u ta k -b u ta k

b u d a q ' ,
qazax.dial. 
pal-bal,
  noq.dail. 
p ış a k -b ış a k

b ıç a q ',
  özb.  dial. 
pütün-biitüıı
 və s.
Türk  dillərinin  iki  dil  qrupu  aydın  seçilir.  Birinci  qrupa 
sözün  əvvəlində  cingiltili  partlayan  samitləri  olan  dillər aiddir. 
Bu, oğuz adlanan dillərdir.  İkinci- qıpçaq dilləri qrupuna, sözün 
əvvəlində  anlaut  partlayan,  ən  çox  isə  kar  partlayan  samitləri 
olan  dillər  aiddir.  Belə  bir  təsəvvür  yaranır  ki,  türk  dillərində
39


Yüklə 11,89 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə