MüNDƏRİcat giriş. Birinci bölmə: pedaqoji elmin nəZƏRİ-metodoloji



Yüklə 3,23 Mb.
Pdf görüntüsü
səhifə14/196
tarix12.10.2018
ölçüsü3,23 Mb.
#73284
1   ...   10   11   12   13   14   15   16   17   ...   196

fənn  dərsliklərinin  də  təkmilləşdirilməsinə  xüsusi  ehtiyac  duyulur. 

Professor Nizami Xudiyev, Fərahim Sadıqov, Akif Abbasov, Səməd 

Qasımov  kimi  görkəmli  alimlər  tərəfindən  hazırlanan  “Azərbaycan 

dili”,  “Ana  dili”,  “Oxu”  adlı  dərsliklər  kar,  lal  və  azeşidən  uşaqlar 

üçün ən dəyərli dərsliklər hesab olunsa da, onların tədrisində xüsusi 

məktəblərdə çalışan müəllim və tərbiyəçilərə istiqamət vermək üçün 

“Surdopedaqogi-  ka”nın  yaradılması  faydalı  olardı.  Eyni  sözləri 

“Tiflopedaqogi-  ka”  və  “Oliqofrenpedaqogika”  haqqında  da 

demək  olar.  Bundan  başqa  “Loqopediya”haqqında  da  düşünməyin 

vaxtıdır. Çünki surdopedaqogika kar, lal və az eşidən, tiflopedaqogika 

kor  və  görmə  qabiliyyəti  az,  ağıldan  kəm  və  ya  ağıldan  zəif  olan 

uşaqların;  loqopediya  isə  nitqində  qüsur  olan  uşaqların  təlimi, 

tərbiyəsi,  təhsili  və  psixofızioloji  inkişafını  öyrənən  və  pedaqoji 

elmlər sistemində yer alan sahələrdir. 

Ümumi pedaqogika 

Ümumi  pedaqogika  adı  altında  buraxılan  dərslik  və  dərs 

vəsaitlərində,  adətən,  təlim,  tərbiyə  və  təhsilin  ümumi  pedaqoji 

qanunauyğunluqlarına  istinad  edən  əsasları  şərh  edilir.  Yəni  ümumi 

pedaqogikada, əsasən, bu məsələlərdən bəhs olunur. Yeri gəlmişkən 

deməliyik  ki,  respublikamızda  dərc  olunan  pedaqoji  ədəbiyyatın 

bəzilərində  “Ümumi  pedaqogika”  anlayışına  birtərəfli  yanaşılır  və 

hətta  bəzən  “Məktəb  pedaqogikası”  ilə  eyniləşdirilir.  Fikrimizcə, 

“Ümumi  pedaqogika”  anlayışı  haqqında  qəti  hökm  verməyin  özü 

düz^n sayıla bilməz. Niyə? Birincisi ona görə ki, istər keçmiş SSRİ 

məkanında, istərsə də hazırkı dövrdə ölkəmizdən kənarda hazırlanmış 

“Ümumi pedaqogika”adh dərsliklər və dərs vəsaitlərinə demək olar ki, 

şərti  olaraq  “Ümumi  pedaqogika”  adı  verilib.  Əgər  araşdırılan 

yüzlərlə  “Pedaqogika”,  “Ümumi  pedaqogika”,  “Pedaqogikanın 

əsasları”  (yeri  gəlmişkən  Azərbaycanın  istedadlı  pedaqoq-alim- 

lərindən  biri  olan  Məcid  İsmixanov  haqlı  olaraq  hazırladığı  dərs 

vəsaitini  “Pedaqogikanın  əsasları”  adlandırıb),  “Pedaqogikanın 

ümumi əsasları”, “Məktəb pedaqogikası”, “Ali məktəb pedaqogikası” 

adlı  dərslik  və  dərs  vəsaitlərinin  demək  olar  ki,  hamısında  tərbiyə, 

didaktika və məktəbşünashq bölmələri 



41 


vardırsa, onlardan birinin şagirdə, digərinin tələbəyə, başqa birisinin 

hər iksinə aid edilməsi həqiqətdirsə, deməli, bu adların şərti olması və 

hətta  bəzilərinin  nisbi  sinonim  kimi  qəbul  edilməsi  haqqında 

mübahisə  etməyə  dəyməz.  İkincisi,  təhlil  etdiyimiz  həmin  yüzlərlə 

müxtəlif  adlı  pedaqogikaların  demək  olar  ki,  hamısında  “Pedaqoji 

elmlər  sistemi”  adlı  yanmfəsü  və  ya  fəsil  vardır.  Orada  aparılan 

təsnifatları nəzərdən keçirərkən görürük ki, onların bir qismi “Ümumi 

pedaqogika”nı  pedaqoji  elmlər  sisteminə  daxil  etmiş,  bir  qismi  onu 

pedaqoji  elmin  müstəqil  sahəsi  kimi  təqdim  etmiş;  bü*  qismi  isə 

pedaqogikaların  bir  sıra  sahələrini  onun  tərkibində  nəzərdən 

keçirmişlər  (Y.A.Slastyonin,  İ.F.İsayev,  A.İ.Mişşenki,  E.N.Siyanov 

və başqalan). Heç uzağa getməyək 2006-cı ildə Moskvada “Daskov 

İK” nəşriyyatında çap olunan E.N.Komenskaya adlı müəllifə məxsus 

olan  “Pedaqogika”  adlı  dərs  vəsaitində  “Məktəb  pedaqogikası” 

“Ümumi  pedaqogika”nın  yox,  “Yaş  pedaqogikası”nın  tərkibində 

nəzərdən keçirilib. Deməli, “Ümumi pedaqogika” ilə bağlı qəti hökm 

vermək  məqsədəuyğun  hesab  edilə  bilməz.  Üçüncüsü,  müstəqil 

dövlətimizin  prezidenti  yanında  fəaliyyət  göstərən  Ali  Attestasiya 

Komissiyası  pedaqoji  elmləri  sistemə  salarkən  onun  sahələrindən 

birini  “Ümumi  pedaqogika,  pedaqogikanın  və  təhsilin  tarixi” 

(13.00.01)  adlandırıb.  (Bax.  AAK-ın  bülleteni,  Bakı,  “Elm” 

nəşriyyatı, 2004, səh. 131) Deməli, təlimin, tərbiyənin, təhsilin nəzəri, 

praktik  əsasları  və  tarixi  haqqında  söhbət  açılan  pedaqoji  elmin 

sahələrindən 

birinin 

“Ümumi 


pedaqogika” 

adlandırılması 

məqsədəuyğun hesab edilməlidir. 

Aü məktəb pedaqogikası 

Pedaqoji  elmin  bu  sahəsi  ali  məktəblərdə  təlimin,  təhsilin, 

tərbiyənin,  ali  məktəbdə  pedaqoji  prosesə  xidmətin,  ali  məktəbə 

rəhbərlik  və  pedaqoji  nəzarətin  ümumi  məsələlərini  öyrənir. 

ölkəmizdə  “Ali  məktəb  pedaqogikası”  kursunun  ilk  yaradıcısı 

professor  Nurəddin  Kazımov hesab olunur. N. Kazımov ali məktəb 

pedaqogikasını  dörd  bölmədən  ibarət  tərtib  edərək  müvafiq 

bölmələrdə  pedaqogikanın  nəzəri-metodoloji  və  pedaqoji  prosesin 

təşkili  məsələləri,  vahid  pedaqoji  prosesdə  tərbiyə,  ali  məktəbdə 

pedaqoji xidmət məsələlərini sistemə salmışdır. 

2007-ci ildə isə ölkəmizdə daha bir “Ali məktəb pedaqogikası” 

işıq üzü görmüşdür. Fərrux Rüstəmov və Tamilla 



42 


Dadaşova  tərəfindən  hazırlanan,  ali  məktəblərin  magistratura  pilləsi 

üçün  nəzərdə  tutulan  “Ali  məktəb  pedaqogikasf’da  dörd  bölmədən 

ibarətdir. Birinci bölmədə ali məktəb pedaqogikasının əsasları, ikinci 

bölmədə  ali  məktəb  didaktikasının  əsasları,  üçüncü  bölmədə  ali 

məktəblərdə tərbiyə prosesi, dördüncü bölmədə ali məktəbə rəhbərlik 

və  idarəetmə  məsələlərindən  bəhs  edən  bu  əsər  sistemli,  ardıcıl 

aparılan 

fundamental 

tədqiqatların 

nəticəsi 

kimi 

qiymətləndirilməlidir. 



Bunlardan  başqa,  respublikamızda  ali  məktəb  pedaqogikası  ilə 

bağlı  aparılan  məqsədyönlü  və  səmərəli  tədqiqatların  nəticəsi  kimi 

professor  Mərdan  Muradxanovun  “Ali  məktəbdə  mühazirə”  (1976), 

pedaqoq-alim Əkbər Tağıyevin “Ali məktəbdə seminar məşğələlərinin 

aparılmasına dair metodik göstəriş”, pedaqoq -alim Bəşir Bəşirovun “ 

Ali məktəb didaktikası” (1992) adlı əsərini də göstərmək lazımdır. 



Müqayisəli pedaqogika 

Elmi  pedaqogikanın  bu  sahəsi  beynəlxalq  miqyasda  mövcud 

olan  elmi  pedaqogikaların,  xüsusilə  təlim,  tərbiyə  və  təhsü 

nəzəriyyələrinin  öyrənilməsi  və  müqayisəli  şəkildə  şərh  edilməsi 

funksiyasını  daşıyır.  Ümumiyyətlə  desək,  təlim,  tərbiyə  və  təhsil 

məsələlərinin,  habelə  problem  məsələlərin  müqayisəsi  ilə  bağlı 

fundamental  tədqiqatların  aparılması  azərbaycanli  alim,  professor 

Nurəddin Kazımovun adı ilə bağlıdır. O həm respublikamızda, həm də 

beynəlxalq  miqyasda  ilk  dəfə  olaraq  müqayisənin  nəzəri  və  praktik 

əsaslarını  (psixoloji,  fizioloji,  pedaqoji  əsaslarını)  əhatəli  şəkildə 

tədqiq etmişdir. Ölkəmizdə “Müqayisəli pedaqogika”nı ərsəyə gətirən 

isə  bu  sətirlərin  müəllifidir.  Bizim  2001-ci  üdə  nəşr  etdirdiyimiz 

’’Müqayisəli  pedaqogika”da  onun  mahiyyəti,  predmeti,  əsas 

vəzifələri,  tədqiqat  sahələri  və  üsulları  öz  əksini  tapmış,  müxtəlif 

ölkələrdə  məktəb  siyasəti  və  xalq  təhsil  sisteminin  təşkilinin  əsas 

prinsipləri;  müxtəlif  ölkələrdə  təhsilin  məzmunu  və  islahatlar, 

müəllim  kadrlarının  hazırlanması  probleminin  müqayisəli  şərhi, 

Amerika təhsilinin Azərbaycan təhsili  ilə müqayisəsi,  Azərbaycanın 

yeni təhsü müəssisələri barədə ətraflı məlumat verümişdir. 

Hərbi pedaqogika 

Hərbi pedaqogika hərbi hissələr, ədliyyə, polis və digər inzibati 

orqanlar üçün mütəxəssis hazırlayan orta, orta ixtisas və 

43 



Yüklə 3,23 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   196




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə