qanunauyğunluq; üçüncüsü, isə dəyişikliyin müəyyən istiqamət üzrə
baş verməsi.
Zaman inkişaf proseslərinin rnühüm xarakteristikasını təşkil
edir. Birinci ona görə ki, inkişaf real zamanda baş verir. İkinci ona
görə ki, inkişafın istiqamətini ancaq zaman üzə çıxarar. Məlumdur ki,
inkişaf materialının universal, təbiət və cəmiyyət hadisələrini izah
etmək üçün ən ümumi prinsipdir, inkişaf prosesinin xüsusiyyətləri
onun qanunauyğunluqlarının (qanunlarının) məzmununu əks etdirir
(Bax. Ə.S.Bayramov., Ə.Əlizadə. Psixologiya. Bakı. Çinar. 2002, səh.
238). Həmin qanunlar və qanunauyğunluqlar, xüsusilə bunlardan biri
olan inkarın inkar qanunu inkişafın hərəkətverici qüvvəsinə çevrilir.
Deməli,
şəxsiyyətin
inkişafının
hərəkətverici
mexanizmini
ziddiyyətlər təşkil edir. İnsan gerçək həyatda bu ziddiyyətlərin aradan
qaldırılması şəraitində şəxsiyyətə çevrilir.
Bu zaman ictimai münasibətlər zəminində bu inkişaf dinamik
istiqamət alır. Bu münasibətlər zəminində isə ən aparıcı vasitələrdən
biri ünsiyyət prosesidir. Ona görə də şəxsiyyətin tədricən inkişafında
ünsiyyətin və qarşılıqlı münasibətlərin rolunu önə çəkirlər. Fəlsəfi,
psixoloji və pedaqoji ədəbiyyatda şəxsiyyətin inkişafının əsas
mahiyyətini ictimai münasibətlərə daxil olmasında və ictimai
keyfiyyətlərə yiyələnərək ictimai münasibətin həm obyektinə, həm də
subyektinə çevrilməsində görürlər.
Deməli, ictimai münasibətlərdə davamlı iştirak edən, ictimai
inkişafın önündə gedən fərd, ictimai varlıq şəxivvətdir. Şəxsiyyətin
formalaşmasına təsir edən amillər müxtəlif tərzdə izah edilir. Mövcud
ədəbiyyata istinad edərək demək olar ki, şəxsiyyətin formalaşmasına
təsir edən əsas amillər aşağıdakılardır:
1.
İrsiyyət amili.
2.
Mühit amili.
3.
Tərbiyə amili
Bununla yanaşı araşdırılan ədəbiyyatlarda şəxsiyyətin
formalaşmasına təsir edən amillərin nisbətinə və yanaşma hallarına
rast gəlmək olar.
Bir qrup müəlliflər irsiyyət amilinə, bir qrup müəlliflər mühit
amilinə, bir qrup müəlliflər isə tərbiyə amilinə üstünlük
50
verirlər. Hətta qoşa amillər nəzəriyyəsi də mövcuddur. Professor
Nurəddin Kazımov yazır ki, “insanın əxlaqi, estetik, əqli, fiziki və s.
keyfiyyətlərinin formalaşması səbəblərinin izahında müxtəlif
mövqelər mövcuddur. Şəxsiyyətin formalaşmasına dair fikirlərin
müxtəlifliyinə baxmayaraq, onları qruplaşdırmaq mümkündür: 1)
irsiyyətə üstünlük verilməsi (A.İensen, E.Torndayk, Con Dyui,
U.Ceyms, Moreno, S.Bert,
Q.Azyek, C.Qrey və s.); 2) Mühitə üstünlük verilməsi (Fon Brakken,
C.Lokk, J.J.Russo və b.); 3) Tərbiyəyə üstünlük verilməsi
(Y.A.Komenski, K.A.Holvetsi, Mişel Lepeletye, Robert Ouen və b.);
4) İrsiyyət və mühit amillərinin yanaşı təsirinin qəbul edilməsi (“Qoşa
amillər” nəzəriyyəsi
H.
Pestalotsi, K.A.Halvetsi, Kars Fon Fişer və b.); 5) Mühit və
tərbiyə amillərinin qoşa təsirinin qəbul edilməsi və (“Qoşa amillər
nəzəriyyəsi”); 6) Şəxsiyyətin formalaşmasına dair marksizm-leninizm
nəzəriyyəsi (Bax. N.Kazımov. Tərbiyənin elmi-pedaqoji əsasları.
Bakı, Maarif, 1983, səh. 13).
İrsiyyətə üstünlüyün verilməsi uzun müddət zəhmətkeş xalqın
həyat təcrübəsində özünə geniş yer tutmuşdur. Bunu isə şifahi xalq
yaradıcılığı nümunələrindən aydın görmək olar. Ağılarda, laylalarda,
atalar sözlərində, məsəllərdə, zərbi- məsəllərdə, tapmacalarda,
holovarlarda, sayaçı sözlərində, bənzətmələrdə, deyimlərdə,
düzümlərdə, sınamalarda, sanama- larda, varsaqilərdə, tuyuqlarda,
inanclarda, aşıq şerinin müxtəlif formalarında (deyişmə, gəraylı,
müxəmməs, vücudnamə, dirəşmə, qoşma, təcnis, ustadnamə,
dodaqdəyməz, diltərpən- məz və s.), nağıllarda, dastanlarda və bu
kimi bədii yaradıcılıq nümunələrində aydın görmək olar. Araşdırılan
belə nümunələrdə irsi keyfiyyətlər bir neçə cür təqdim olunur. Atalar
sözlərində deyilir ki, “ot kökü üstdə bitər”, “nə əkərsən, onu da
biçərsən”, “nə tökərsən aşma o da çıxar qaşığına”. Bəzi etno- pedaqoji
nümunələrdə isə irsiyyət amili insanların peşəsiylə, imkanlarıyla və
tutduqları mövqeyilə əlaqələndirilibdir.
Bunu da nəzərə almaq lazımdır ki, keçmişdə yoxsul ailələrin
böyük əksəriyyəti imkansızlıqdan, əlacsızlıqdan uşaqlarını bir sıra
hallarda yalnız öz peşələrinə, sənətlərinə uyğun şəkildə
hazırlayırdılar. Yəni bəzi valideynlərin (deyək ki.
51
bənnanın, dərzinin, dülgərin, zərgərin və b.) uşaqları da özləri kimi ya
dərzi, ya bənna, ya dülgər, ya zərgər və s. olurdu.
Bütün bunların həqiqi səbəblərini, iqtisadi, siyasi, ictimai,
bioloji, psixoloji və pedaqoji əsaslarını bilməyən adamlar öz
müşahidələrinin nəticəsini təqribən belə ümumiləşdirirdilər: “Nüftədə
pak olan özü pak olar, namərddən törəyən, bil, napak olar”, “Nüftədən
qarışan seyidbaz olar (Aşıq Ələsgər), “...Bədəsil əsil olmaz, boyunca
qızıl qala” (bayatılardan), yaxud...
Bədöy mənzilinə hər at yeriməz.
Nanəcibə öyüd versən, götürməz.
Ölənədək nişanım itirməz.
Yaxşı əsil, yaxşı nəsil, yaxşı zat.
(Aşıq Hüseyn)
Ot bitər kök üstə əsli nə isə,
Yovşan bəsləməklə çəmənzar olmaz.
(Xəstə Qasım)
Bəzi atalar sözləri isə qəti şəkildə deyir ki, “Namərd gəlib mərd
olmaz, olmasa mərd atası”, “şoran yer sünbül bitirməz”, “Qurd adını
dəyişər, xasiyyətini dəyişməz”, “Qurda nə qədər yaxşılıq etsən, yenə
meşəyə baxar”, “Qurdun balası qurd olar”, “Hər igiddən Fərhad
olmaz”, “Quyuya su tökməklə dolmaz, gərək dibindən gəlsin” və s.
(Həşimov Ə.Ş, Sadıqov F.B. Azərbaycan xalq pedaqogikası. Bakı,
Ünsiyyət, 2000, səh. 55-56).
İrsiyyət amili qədim zamanlarda bir sıra ictimai və hətta siyasi
motivlərlə səciyyələnmişdir. Padşahlar, şahlar, bəzir- ganlar,
sultanlar, krallar, xanlar öz vəzifələrini irsiyyət amilini əsas götürərək
vərəsələrinə ötürmüşlər. Başqa sözlə desək, sələflərdən xələflərə
ötürülənlər irsiyyət amilinə əsaslanmışdır. Bəşər tarixində irsiyyət
amilini səciyyələndirən səbətlərdən biri məhz sələflərdən xələflərə
ötürülən irsi keyfiyyətlərə əsaslanan amillərdir. Dünyada musiqi və
bəstəkarlıq qabiliyyətləri ilə seçilən Bax familiyalı şəxslərin bir
nəsildə 25 nümayəndəsi vardır. Hazırda Almaniyada bir məzaristanda
uyuyan 25 görkəmli musiqişünas-bəstəkar Bax soyadlı simalar və
onların sonuncu nmayəndəsi dünya şöhrətli Alman bəstəkarı İohan
Sebastiyan
52