MüNDƏRİcat giriş. Birinci bölmə: pedaqoji elmin nəZƏRİ-metodoloji



Yüklə 3,23 Mb.
Pdf görüntüsü
səhifə10/196
tarix12.10.2018
ölçüsü3,23 Mb.
#73284
1   ...   6   7   8   9   10   11   12   13   ...   196

ninizm 

ideyalarına, 

sosializm 

prinsiplərinə, 

kommunizm 

quruculuğunun  əsas  istiqamətlərinə  uyğun  şəkildə  qurulmuş,  onun 

bütün  nəzəri  mənbələri  məhz  bu  direktivlərə  istinad  edilərək 

hazırlanmışdır. 

Ona  görə  də  Təhsil  İslahatmın  qarşıya  qoyduğu  ən  başlıca 

vəzifələrdən  biri  təhsilə  dair  bütün  nəzəri  mənbələrin  yenidən 

hazırlanmasıdır. Onlardan biri də ’’Pedaqogika" dərslikləridir. 

Əslində  dərslikləri  dövlət  özü  nazirliklərin,  baş  idarələrin, 

institutların, universitetlərin vasitəsilə mütəxəssislərə sifariş verü və 

planlı şəkildə hazırlatdıraraq nəşr etdirir. Lakin bəzi mütəxəssislərin 

içində cövlan edən vətəndaşlıq qeyrəti o qədər güclüdür ki, 0, heç bir 

sifariş və təklif gözləmədən əl-qolunu hamıdan əvvəl çırmalayaraq əsl 

vətənpərvər  tədqiqatçı-alim  kimi  həvəslə  işə  girişir  və  bəzən  bir 

institutun  hazırlayacağı  məhsulu  özü  təkbaşına  görür.  Belələrindən 

biri  pedaqoji  elmlər  doktoru,  professor,  əməkdar  elm  xadimi, 

Azərbaycan Dillər Universitetinin "Pedaqogika" kafedrasının müdiri 

Nurəddin  Kazımovdur.  O,  müstəqillik  qazandığımız  ilk  illərdən 

başlayaraq  50-dən  artıq  məqalə,  "Pedaqogika"  (1996),  "Ali  məktəb 

pedaqogikası"  (1999)  dərslikləri,  "Milli  pedaqogika  yollarında" 

(2000)  dərs  vəsaitini  yazaraq  Təhsil  İslahatının  tədqiqatçı 

alimlərimizin  qarşısında  qoyduğu  vəzifələrin  həlli  işində  ən  uğurlu 

addım atdı. Onun bu sahədə gördüyü şərəfli işlərdən biri də ölkəmizdə 

ilk  dəfə  olaraq  "Məktəb  pedaqogikası"  yaratmasıdır.  "Çaşıoğlu" 

nəşriyyatı  N.M.Kazımovun  "Məktəb  pedaqogikası"  adlı  dərsliyini 

nəfis poliqrafiya üslubunda çapdan buraxmışdır. Dərslik ali pedaqoji 

məktəblərin  bakalavr  pilləsində  təhsil  alan  tələbələr,  habelə 

aspirantlar, dissertantlar və müəllimlər üçün nəzərdə tutulmuşdur. 

"Məktəb pedaqogikası" dərsliyi bu günə qədər istər ölkəmizdə, 

istərsə də ölkəmizdən kənarda çap olunan bütün ənənəvi dərsliklərdən 

köklü  surətdə  fərqlənir.  Özü  də  bu  fərq,  hər  şeydən  əvvəl,  bu 

günümüzün  aktuallığını  özündə  bariz  əks  etdirən  yeniliklərdən 

ibarətdir.  Məhz  ona  görə  də  dərsliyin  təhlilinə  həmin  yeniliklərdən 

başlamaq istərdik. 

Bu yemliklərdən birincisi və ən bahlıcası, şəkildə əsərin "Milli 

pedaqogika"  kimi  təqdim  edilməsidir.  Müxtəlif  milli  dəyərlərə 

söykənərək keçmiş pedaqoji irsimizdən, klassiklərimizin, mütəfəkkir 

29 



lərimizin  pedaqoji  fikirlərindən  istifadə  edərək,  digər  ölkələrin 

pedaqoji 

ənənələrini, 

nəzəriyyə 

və 

təcrübələrinə, 



habelə 

respublikamızda  mövcud  olan  qabaqcıl  pedaqoji  təcrübəyə  istinad 

edərək fim- damental bir məktəb pedaqogikası yaratmışdır. Müəllifin 

mənəviy-  yatça  böyüklüyü  həmin  əsəri  öz  millətinə,  öz  xalqma,  öz 

məmləkətinin təliminə, tərbiyəsinə, təhsilinə, psixoloji inkişafına həsr 

olunmasına vadar etmişdir. Əsəri oxuyan hər bir kəs belə qənaətə gələ 

bilər  ki,  müəllifin  milli  mənafeyi  şəxsi  mənafedən  üstün  tutaraq  öz 

təfəkkürünün və təxəyyülünün məhsulunu millətinə şamil etməsi əsl 

vətənpərvərlikdir. 

"Milli pedaqogikanın əhatə etdiyi elmi yeniliklər hər hansı digər 

ölkənin  və  ya  ölkələrin  deyil,  məhz  Azərbaycanm  məhsuludur, 

Azərbaycan  xalqının  milli  mənəvi  sərvətidir  və  yeganə  məqsədi 

respublikamızda təhsil islahatınm uğurla həyata keçirilməsinə, nəticə 

olaraq,  dövlət  müstəqilliyimizin  möhkəmləndirilməsinə  xidmət 

etməkdir"(səh.  5)  deyən  müəllifin  fikrindən  dediklərimizi  görmək 

çətin deyil. 



Dərsliyin  ikinci  yeniliyi  pedaqoji  anlayışlann  yeni  pedaqoji 

təfəkkür 

süzgəcindən 

keçirilərək 

aydınlaşdırılması, 

onların 


sərhədlərinin  düzgün  müəyyənləşdirilməsi,  abstrakt  və  müştərək 

flınksiya-  larınm  müstəqilləşdirilməsi  və  konkretləşdirilməsidir. 

N.M.Kazımov  "Məktəb  pedaqogikası"  dərsliyində  ilk  dəfə  olaraq 

"pedaqoji  proses  kateqoriyası",  "tərbiyə  kateqoriyası",  "təlim 

kateqoriyası"  və  "təhsil  kateqoriyası"  bərabər  hüquqlu  kateqoriyalar 

kimi  vermiş  və  bu  kateqoriyaların  pedaqoji  proses  kateqoriyasmm 

tərkibində  nəzərdən  keçirməyi  məqsədəmüvafiq  hesab  etmişdir.  Bu 

kateqoriyaların  mahiyyətini  özünəməxsus  bir  şəkildə  aydınlaşdıran 

müəllif  onların  oxşar  və  fərqli  cəhətlərinin  də  aydınlaşdırılmasını 

unutma- mışdu". 



Dərslikdə üçüncü yenilik təlim, tərbiyə və təhsil üçün psixoloji 

inkişafın  ümumi  olmasıdır.  Bir  pedaqoji  psixologiyadan  ağızdolusu 

danışırıqsa,  pedaqoji  prosesdə  psixoloji  inkişafın  üzərindən  sükutla 

keçə  bilmərik.  Əgər  pedaqoji  prosesdə  şəxsiyyətin  psixoloji 

xarakteristikasını,  şəxsiyyətlərarası  münasibətlərin  psixologiyasını, 

diqqəti, nitq və ünsiyyəti, şəxsiyyətin idrak proseslərinin psixologiyası 

(duyğular,  qavrayış,  hafizə,  təfəkkür,  təxəyyül),  şəxsiyyət 

fəaliyyətinin emosional iradi cəhətləri (hisslər, iradə), şəxsiyyətin psi 

30 



xoloji xüsusiyyətlərini  (temperament, xarakter, qabiliyyət) bir nəzəri 

stimul  kimi  qəbul  edirlərsə,  deməli,  pedaqoq  və  müəllimlər  bunu 

pedaqoji prosesdə, yəni təcrübədə də nəzərə almalıdırlar. 

Müəllifin təbirincə desək, psixoloji proseslərin formalaşmasında 

təlim və tərbiyə funksiyalarmı fərqləndirməklə kifayətlənmək olmaz. 

Bəzi  pedaqoqlar  güman  edirlər  ki,  təlim  şagirdlərdə  yalnız  elmi 

anlayışları-məfhumları formalaşdırır və buna  görə də onlarda nəzəri 

təfəkkürü inkişaf etdirir. Bu fikri əsas götürən fənn müəllimləri təlim 

zamanı  şagirdlərin  psixoloji  inkişafma  ciddi  ziyan  vururlar.  Çünki 

onlar  dərsi  anlayışlar  zəminində  qurmağa  çalışır,  tənqidi 

mühakimələrə  uyur,  təxəyyülün  emosionallığmı,  digər  psixoloji 

keyfiyyətlərin  zəruriliyini  unudurlar.  Halbuki,  təlim  müvəffəqiyyəti 

üçün  psixoloji  inkişaf  məntiqi  təfəkkürün  formalaşmasında  da 

vacibdir.  Nəzərə  alınmalıdır  ki,  məntiqi  təfəkkür  digər  psixoloji 

proseslərdən  ayrılıqda  cərəyan  edən  müstəqil  proses  deyil.  Bir  çox 

elmi kəşflər obrazlı təfəkkürsüz, canlı təxəyyülsüz açıla bilməz. Gözə 

görünməyən  mikroaləmin  obrazı  məhz  xəyalda  yaradılır  və  nəzəri 

təfəkkür  süzgəcindən  keçirilir:  təlimdə  bunu  unutmaq  olmaz"  (səh. 

43).  Məhz  ona  görə  də  profN.M.Kazımov  haqlı  olaraq  yazır  ki, 

«...tərbiyə ilə yanaşı, təlim, təhsil və psixoloji inkişaf kateqoriyaları da 

Milli pedaqogikanın tədqiqat sahəsinə pedaqoji proses kateqoriyasına 

daxildir» (səh. 10). 



Dərslikdə  dördüncü  yenilik  də  psixoloji  yanaşma  problemi  ilə 

bağlıdır.  Lakin  bu  yanaşma  müəllimin  psixoloji  vəziyyətinin 

tənzimlənməsinə xidmət edir. 

Bütün  pedaqoji  ictimaiyyətə  məlumdur  ki,  profN.M.Kazımov 

həm  respublikamızda,  həm  keçmiş  ittifaq-indiki  MDB  məkanmda, 

mən  deyərdim  ki,  hazırkı  dünyamızda  ilk  dəfə  olaraq,  müqayisənin 

elmi mahiyyətini bənzərsiz bir şəkildə dərindən aydınlaşdırmış, onun 

fizioloji,  məntiqi,  pedaqoji  və  psixoloji  əsaslarmı  açaraq  və  sübuta 

yetirmişdir  ki,  ixtisasından  asılı  olmayaraq  hər  bir  müəllimə  elmi 

fikirləri, maraqlı faktları, ictimai-siyasi-iqtisadi prosesləri, bütövlükdə 

təbiətə, cəmiyyətə, insanın  davranış  və  fəaliyyətinə aid  olan hər cür 

münasibətləri  şərh  edərkən  ağıllı  ümumiləşdirmələr  aparmaq  və 

məntiqi  nəticəyə  gəlmək  üçün  müqayisə  bacarığına  yiyələnməlidir. 

Çünki  alimin  öz sözlərincə  desək  «müqayisə  ağılm  kəsərini,  şüurun 

itiliyini artıran, idrak prosesinə düzgün istiqamət 

31 



Yüklə 3,23 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   196




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə