ali məktəblərdə təlim, tərbiyə, təhsilin məzmununu və tədrisin
pedaqoji əsaslarını tədqiq edir və sistemə salır.
İstehsalat pedaqogikası
Müxtəlif tipli fabriklərdə, zavodlarda, birliklərdə. Məhdud
Məsuliyyətli Cəmiyyətlərin (MMC-lərin) nəzdində fəaliyyət göstərən
təşkilat, idarə və sexlərin fəhlələri, texniki işçilərilə aparılan tərbiyə
işlərinin məzmununu öyrənən pedaqogika istehsalat pedaqogikası
adlanır. İstehsalat pedaqogikası həm də göstərilən müəssisələrin
rəhbərlərinin
fəhlə
və
texniki
işçilərlə
davranmalarının
pedaqoji-psixoloji əsaslarını öyrənib ümumiləşdirir.
Bu tipli müəssisələrdə əməkdaşlara ideya-siyasi, işgüzarlıq
(əmək), bədii zövq (estetik), ağıl (görülən işin müvəffəqiyyətlə
nəticələnməsinə dair tövsiyələr) ekoloji (ətraf aləmi çirklənmədən
qorumaq), iqtisadi (qənaətcilliyin səmərəsi) tərbiyə ilə bağlı
söhbətlərin aparılması çox faydalıdır. Bu məsələlərin elmi- pedaqoji
cəhətdən sistemə salınaraq metodik tövsiyələr və monoqrafik
ədəbiyyat şəklinə salınması “İstehsalat pedaqogika- sı”nın qarşısında
duran təxirəsalınmaz vəzifələrdəndir. Hələ ki, bu vəzifələr öz həllini
tapmayıb.
Mədəni-maarif pedaqogikası
Müxtəlif tipli muzeylərdə (tarix, diyarşünaslıq, maarif
muzeyləri; ayrı-ayrı ictimai-siyasi xadimlərə həsr olunmuş muzeylər
və s), mədəniyyət saraylarında, teatrlarda (kukla, gənclər, dram,
musiqili-komediya, opera teatrları və s.), kitabxanalarda və digər
mədəni-maarif müəssisələrində çalışanlara, habelə mədəni-maarif
müəssisələri üçün mütəxəssislər hazırlayan orta ixtisas və ali məktəb
tələbələrinə istiqamət verən təlim-tərbiyə işlərinin məzmununu tədqiq
edib ümumiləşdirən pedaqogika “Mədəni-maarif pedaqogikası”
adlanır. Ölkəmizdə bu sahədə aparılan tədqiqatların təşəkkül
tapmasını təqdirəlayiq hal hesab etmək olar. Bu baxımdan pedaqoji
elmlər namizədi, dosent Sabir Əmirxanovun, pedaqoji elmlər
namizədi, dosent Zərifə Əliyevanın və rejissor,publisist, yazıçı Ağalar
İdrisoğlunun tədqiqatlarını xüsusi qeyd etmək lazımdır. Dosent Sabir
Əmirxanovun hazırlayıb çap etdirdiyi “Muzey pedaqogikası”
monoqrafiyasında muzey pedaqogikasının mövz
44
usu, predmeti, mahiyyəti, məzmunu açıqlanmaqla yanaşı muzeylərdə
məktəblilərlə aparılan işlərin pedaqoji-psixoloji əsasları, muzeylərin
təhsilvericilik fəaliyyəti, məktəb muzeyləri və tədris prosesi,
muzeylərlə orta ümumtəhsil məktəblərinin qarşılıqlı əlaqəsinin
tərbiyəvi əhəmiyyəti, ailə və məktəblərin muzeylərlə birgə
fəaliyyətinin tərbiyə işlərinə təsiri məsələləri öz əksini təqdirəlayiq bir
şəkildə tapmışdır.
Dosent Zərifə Əliyeva mədəni fəaliyyət pedaqogikasını
hazırlamaqla (təəssüf ki, müəllif dərs vəsaitini “Pedaqogika”
adlandırmışdır.) İncəsənət Universitetində təhsil alan tələbələrin
mədəni fəaliyyət pedaqogikası sahəsindəki bütün ehtiyaclarını
ödəmişdir. Zərifə Əliyevanın “Kultroloji pedaqogika” üzərində
işləməsini də qeyd etmək lazımdır. Əsər çap olunacağı təqdirdə
mədəni-maarif işlərinin pedaqogikası sahəsində daha bir uğura imza
atılacaqdır. Rejissor-publisist-yazıçı Ağalar İd- risoğlunun “Teatr
pedaqogikası” hazırlaması ideyası da irəliyə doğru atılan addımlardan
hesab olunmalıdır.
Sosial pedaqogika
Sosial pedaqogika haqqında XX əsrin 50-ci illərinə qədər
epizodik qeydlər aparılırdısa, 50-ci illərdən sonra mütəmadi qeydlərin
aparıldığı müşahidə olundu.
2000-ci ildən etibarən rus pedaqoqları Y.V.Vasilkova,
T.A.Vasilkova, E.İ. Tixamirova, A.V. Müdrik, N.İ. Nikitina,
M.F.Qluxova, L.V. Mardaxayev və başqaları tərəfindən “Sosial
pedaqogika” adı altında dəyərli dərs vəsaitləri və monoqrafiyalar çap
etdirildi. Hətta sosial pedaqogikanın texnologiya və metodikasını
özündə əks etdirən kitablar da işıq üzü gördü. Sosial pedaqogikanı
pedaqoji elmlər sistemində şərh edən rus pedaqoqu S.N.Komenskaya
pedaqogikanın digər sahələrini də geniş şəkildə şərh etmişdir. Biz ona
istinad edərək sosial pedaqogika ilə yanaşı, pedaqogikanın digər
sahələrinin də şərhini verməyi məqsədəmüvafiq hesab etdik. Sosial
pedaqogika özündə uşaqların və böyüklərin məktəbdənkənar tərbiyə
işlərinin nəzəri və praktik əsaslarını birləşdirir. Sosial mühitdə, o
cümlədən
klublarda,
maraq
kurslarında,
gənc
texniklər
stansiyalarında, uşaqların bədii yaradıcılıq evlərində, idman
bazalarında, musiqi və teatr sənəti studiyalarında uşaqlar və gənclər
bədii, fiziki və texniki yaradıcılıq qabiliyyətlərinə yiyə
45
lənirlər. Bu sahədəki tələbatlarını ödəyir, eyni zamanda, asudə
vaxtlarını səmərəli keçirirlər. Məhz belə bir şəraitdə sosial pedaqogika
üçün geniş üfüqlər açılır. Əgər belə bir sosial şəraitdə tərbiyə işi
düzgün qurulursa, uşaqların və böyüklərin məktəbdənkənar
məşğulluq səviyyəsi effektiv şəkildə inkişaf edər, cəmiyyətin mədəni
səviyyəsinin mənbəyinə çevrilər.
İslah-əmək pedaqogikası
Buraya törətdiyi cinayət əməlinə görə həbs olunmuş şəxslərin
yenidən tərbiyə olunması üçün pedaqoji və psixoloji yanaşmaların
nəzəri və praktik əsaslarının işlənməsi daxildir. Pedaqogikanın bu
sahəsini “Pentensiar müəssisələrin pedaqogikası” da adlandırırlar.
Cəzasını çəkən uşaqların, böyüklərin yenidən tərbiyə olunması üçün
islah əmək pedaqogikasının ayrı-ayrı bölmələri mövcuddur.
İslah-əmək pedaqogikası hü- quqşünaslıq və hüquq elmləri ilə
qarşılıqlı əlaqədədir.
Humanistlik pedaqogikası
Pedaqogikanın bu sahəsi 1950-ci illərin sonu 1960-cı illərin
əvvəllərində ABŞ-da meydana gəlmişdir. Humanistlik pedaqogikası
əvvəlcə humanistlik ideyalarının ifadəsi kimi meydana gəlmiş və
müasir tərbiyə metodlarının nəzəri və praktik istiqamətlərini özündə
əks etdirmişdir. Qərbdə onun ən fəal nümayəndələri kimi K.Rodjere,
R.Bart, Ç.Ratboun və başqalarım göstərmək olar. Humanistlik
pedaqogikasının əsas qayəsi təhsilə, şəxsiyyətə qayğılı istinad
xarakteri vermək, təhsildə və təlimdə avtoritarizmi dəf etmək,
şagirdlərin bilikləri, bacarıq və vərdişləri mənimsəmə prosesinə
emosional rəng qatmaqdır. Bu emosionallığın fonunda təmənnasız
yardım etmə, pay vermə, bağışlama, həvəsləndirmə və rəğbətləndirmə
formaları daxildir.
Humanistlik pedaqogikası adından göründüyü kimi, qayğılı
münasibətin emosional stimullaşdırıcı forması olub, həm təlim, həm
tərbiyə, həm də təhsil prosesi üçün şəxsiyyətlərarası münasibətlərin
konstruktiv, kommunikativ fəaliyyətlərinin düzgün tənzünlənmə- sini
məqsədəuyğun hesab edir. Humanistlik pedaqogikası qabiliyyətli,
istedadlı, talantlı uşaqların üzə çıxarılması, inkişaf etdirüməsi,
formalaşdırılması ilə məşğul olmaqla yanaşı, sahibsiz, kimsəsiz və
şikəst uşaqlara da yardım edilməsini həyata keçirdiyi işlərin ən
mühüm tərkib hissələrindən biri hesab edir.
46
Dostları ilə paylaş: |