MüNDƏRİcat giriş. Birinci bölmə: pedaqoji elmin nəZƏRİ-metodoloji



Yüklə 3,23 Mb.
Pdf görüntüsü
səhifə13/196
tarix12.10.2018
ölçüsü3,23 Mb.
#73284
1   ...   9   10   11   12   13   14   15   16   ...   196

5.

 

Azərbaycanda  pedaqoji  elmin  yaranması  hansı  illərə  təsadüf 



edir? 

6.

 



Azərbaycanın  pedaqoq  alimlərinin  adlarını  sadalayın  və 

onların sizə məlum olan əsərləri haqqında fikir söyləyin. 



1.3.

 

Pedaqoji elmlər sistemi 

Pedaqoji elmlər sistemi həmin elmin bütün sahələrini əhatə edir. 

30-cu  illərin  pedaqogika  dərsliyində  pedaqogikanın  cəmi  bir  neçə 

sahəsi göstərilsə də, 50-60-cı illərin dərsliklərində onların sayı 3 qat 

artmışdır. Müstəqillik qazandığımız hazırkı şəraitdə  pedaqoji elmlər 

sistemi  daha  da  genişlənmişdir.  Günü-  gündən  genişlənən  əhatəli 

şəbəkə halını alan bu sistemə aşağıdakılar daxildir: 

Məktəbəqədər pedaqogika 

Keçmiş  SSRİ  məkanında  istər  Moskvada,  istərsə  də  müttəfiq 

respublikalarda  hazırlanan  “Pedaqogika”  adlı  dərslik  və  dərs 

vəsaitlərində  məktəbəqədər  pedaqogika  müxtəlif  formalarda  təqdim 

olunmuşdur.  Yəni  bir  qisim  müəlliflər  “Çağahq  pedaqogikasf’nı 

“Məktəbəqədər  pedaqogika”nın  tərkibinə  daxil  etmiş,  bəziləri  isə 

onların hər birini müstəqil pedaqogikalar kimi təqdim etmişlər. Bizim 

fikrimizcə,  məktəbəqədər  yaş  dövrünün  bütün  mərhələləri  üzrə 

aparılan  tədqiqatların  nəticələri  “Məktəbəqədər  pedaqogika”da  öz 

əksini  tapmalıdır.  Hələ  ki,  ölkəmizdə  istər  çağahq  dövrü,  istərsə  də 

körpəlik  dövrü  üçün  müstəqil  pedaqogikalar  yaradılmadığı  üçün 

onların hər ikisi “Məktəbəqədər pedaqogika”nm tərkibində nəzərdən 

keçirilməlidir. 

ölkəmizdə  Məktəbəqədər  pedaqogikanın  yaradıcısı  pedaqoji 

elmlər  doktoru,  professor  Ağahüseyn  Həsənov  hesab  olunur. 

Ağahüseyn  müəllim  məktəbəqədər  dövr  üçün,  onların  bütün 

mərhələləri üçün səciyyəvi olan, elmi-pedaqoji-metodik istiqamətləri 

özündə əks etdirən məktəbəqədər pedaqogika sistemi yaratmışdır. O, 

əsərdə  məktəb  yaşma  çatmamış  uşaqların  fizioloji,  psixoloji  və 

pedaqoji əsaslara söykənən inkişafını, formalaşmasını sistemə salmış, 

uşaqların təlimi, tərbiyəsi və in 

38 



kişafı  üçün  zəruri  sayılan  tövsiyələrin,  məsləhətlərin  və  elmi 

müddəaların  şərhinə  nail  olmuşdur.  Ağahüseyn  Həsənov  tərəfindən 

respublikamızda  ilk  dəfə  olaraq  hazırlanan  “Məktəbəqədər 

pedaqogika”  90-cı  illərin  sonunda  pedaqoji  elmlər  sistemimizin 

sırasına  daxil  olmuş  və  indi  də  ali  və  orta  ixtisas  məktəblərinin 

pedaqoji təmayüllü fakültələrində dərs vəsaiti kimi istifadə olunur. 



Məktəb pedaqogikası 

Məktəb  pedaqogikası  pedaqoji  elmlər  sistemində  ən  aparıcı 

sahələrdən birini özündə əks etdirir. Məktəb pedaqogikası ibtidai sinif 

(ibtidai məktəb), natamam orta (yəni IX sinifləri bitirənlər natamam 

orta  təhsilli  hesab  olunur)  və  orta  ümumtəhsil  məktəblərində  təlim, 

tərbiyə, təhsil və məktəbşünashq məsələlərini öyrənir. Bu zaman yeni 

tipli  orta  məktəblərdə,  o  cümlədən,  lisey,  gimnaziya,  “Dünya 

məktəbi”,  “XXI  əsr  məktəbi”  kimi  müasir  tədris  müəssisələrindəki 

təlim, tərbiyə, təhsil və məktəbin idarə olunması kimi məsələləri də 

“Məktəb pedaqogikası” müvafiq ardıcıllıqla öyrənərək sistemə salır. 

Ölkəmizdə “Məktəb pedaqogikası”nm yaradıcısı professor Nurəddin 

Kazımov hesab olunur. N.Kazımov “Məktəb pedaqogikası”nm ilkin 

ideyalarını  “Milli  pedaqogika  yollarmd-  a”  adlı  monoqrafiyasında 

irəli sürmüş, 2002-ci ildə isə məktəb pedaqogikası kursunu hazırlayıb 

“Məktəb  pedaqogikası”  adı  ilə  çap  etdirmişdir.  “Pedaqoji  proses”, 

“Təlim”,  “Tərbiyə”,  “Təhsil”  və  “Psixoloji  inkişaf’  kimi  5  əsas 

funksiyanı  pedaqoji  elmin  başlıca  kateqoriyaları  kimi  təqdim  edən 

“Məktəb pedaqogikası” hər bir kateqoriyanın elmi pedaqoji əsaslarını 

geniş şəkildə işləyib sistemə salmışdır. 

Texniki peşə məktəbi pedaqogikası 

Müxtəlif  ixtisaslar  üzrə  kadr  hazırlığı  ilə  (bənna,  suvaqçı, 

montajçı,  elektrik,  dərzi,  zərgər,  musiqiçi,  teatr  və  klub  işçisi, 

kitabxanaçı, bədii özfəaliyyət rəhbəri və s.) məşğul olan texniki peşə 

məktəblərində  təlim,  tərbiyə,  təhsil  və  məktəbşünaslığm  əsaslarını 

sistemə  salan  pedaqogikanın  bu  sahəsi  Rusiyada  daha  müfəssəl 

şəkildə  tədqiq  edilib,  hazırlanmışdır.  Ölkəmizdə  isə  texniki  peşə 

məktəbi pedaqogikası problemi üzrə ən geniş təd 



39 


qiqatlar  aparan  pedaqoji  elmləri  doktoru  Ziyəddin  Orucovdur. 

Z.Örucov doktorluq dissertasiyasını da bu sahəyə, yəni texniki peşə 

məktəblərində kadr hazırlığının nəzəri və praktik məsələlərinin həllinə 

həsr  etmişdir.  Məhz  onun  rəhbərliyi  altında  “Texniki  peşə  məktəbi 

pedaqogikası”  kursu  hazırlanmaqdadır.  Nəzərə  almaq  lazımdır  ki, 

artıq  Rusiyada  hər  bir  peşə  texniki  məktəbin  təmayülünə  uyğun 

texniki  peşə  məktəbi  pedaqogikası  yaradılmış  və  ildən-ilə 

formalaşmaqdadır. 



Orta ixtisas məktəbi pedaqogikası 

Pedaqogikanın  ən  mühüm  sahələrindən  biri  olan  “Orta  ixtisas 

pedaqogikası” hətta inkişaf etmiş ölkələrdə daim diqqət mərkəzində 

saxlanılır.  Amerika  və  Avropada  “Assosiasiya  təhsili”  adı  altında 

təşkil  olunan  orta  ixtisası  təhsili  üçün  “Orta  ixtisas  məktəbi 

pedaqogikası”  məzmununda  elmi-pedaqoji-  metodik  mənbələr 

hazırlayırlar.  Ölkəmizdə  də  belə  mənbələrin  yaradılmasına  xüsusi 

ehtiyac  vardır.  Çünki  respublikamızda  yol  hərəkətinin  təşkili, 

avtomobillərin  istismarı, biznes fəaliyyəti, rabitəçi,  tibb bacısı, sinif 

müəllimi, musiqi müəllimi və sair bu kimi ixtisasların bir qismi orta 

ixtisas  məktəblərində  hazırlandığı  halda  və  pedaqogika  kursu  tədris 

olunduğu  təqdirdə  “Orta  ixtisas  pedaqogikası”nın  yaradılmasına 

zəruri ehtiyac duyulur. 

Xüsusi pedaqogikalar 

Bir  sıra  ədəbiyyatda  “Əlahiddə  pedaqogikalar”  adı  altında 

təqdim edilən xüsusi pedaqogikaların bir neçə növü də vardır. Görmə, 

eşitmə, nitq (danışma) və ağıl qüsurlarına malik olan uşaqların təlimi, 

tərbiyəsi, təhsili və psixoloji inkişafını öyərnib sistemə salan pedaqoji 

elmlər sisteminin bir sahəsi olan “Xüsusi pedaqogika”larm aşağıdakı 

növləri vardır: 

“Surdopedaqogika”  kar,  lal  və  azeşidən  uşaqların  təlimi, 

tərbiyəsi,  təhsili,  psixoloji  inkişafı  və  psixofizioloji  xüsusiyyətlərini 

öyrənir.  “Surdopedaqogika”nın  “Surdodidaktika”  adlı  bölməsi  də 

vardır.  Bir  sıra  ölkələrdə  (Rusiya,  Belorusiya,  Ukrayna  və  s.)  artıq 

“Surdodidaktika” adlı dərs vəsaitləri hazırlanaraq xüsusi məktəblərin 

istifadəsinə  verilmişdir.  Ölkəmizdə  mövcud  olan  belə  xüsusi 

məktəblər üçün SSRİ məkanında hazırlanmış 

40 



Yüklə 3,23 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   196




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə