MüNDƏRİcat giriş. Birinci bölmə: pedaqoji elmin nəZƏRİ-metodoloji



Yüklə 3,23 Mb.
Pdf görüntüsü
səhifə22/196
tarix12.10.2018
ölçüsü3,23 Mb.
#73284
1   ...   18   19   20   21   22   23   24   25   ...   196

Fəlsəfi,  sosioloji,  pedaqoji,  psixoloji  ədəbiyyatda  mühitə  iki 

cəhətdən  yanaşılır.  Biri  ailə,  bağça  və  məktəblə,  həmçinin 

təlim-tərbiyə,  mədəni-maarif,  incəsənət,  idman,  informatika 

texnologiyaları  müəssisələrilə  bağlı  olan  mühitdir.  İkincisi  isə  daha 

geniş  anlamda  başa  düşülən  mühitdir.  Yəni  bir  ölkə,  respublika, 

məmləkət, başqa sözlə desək, hər hansı bir dövlət quruluşu və kütləvi 

olaraq  yaranmış  mühit  nəzərdə  tutulur.  Əgər  birinci  dar  mühitdirsə 

(miktomühit),  ikincisi  isə  geniş  (makromühit)  mühitdir.  Hər  iki 

mühitdə  insanların  müəyyən  təsirlərə  məruz  qalmalarının  özünü  bir 

qanunauyğunluq hesab etmək olar. 

Makromühitin təsirləri içərisində sosial-ziddiyyətlərilə əlaqədar 

olan təsirlər daha çox özünü büruzə verir. Sosial təsirlər içərisində isə 

ailə-məişət  problemlərinin  təsiri  daha  çox  gözə  dəyir.  Ailə-məişət 

zəminindəki  təsirlərin  özü  də  müxtəlif  tərzdə  özünü  göstərir. 

Respublikamızda ailənin tipindən asılı olaraq bu təsirlərin səviyyəsini 

öyrənən  professor  Hikmət  Əlizadənin  apardığı  təsnifat  maraq 

doğurur: 

1.

 



Birnigahlı ailə, uşaqlı və uşaqsız; 

2.

 



Birnigahlı  ailə,  uşaqlı  və  ya  uşaqsız,  valdeynlərdən  birinin 

qohumu ilə; 

3.

 

Birnigahlı  ailə,  uşaqlı  və  ya  uşaqsız,  ərin  və  ya  arvadın 



valideynlərindən və yaxud qohumlarından birilə; 

4.

 



İki  və  daha  çoxnigahlı  ailə,  uşaqlı  və  uşaqsız,  ərin  və  ya 

arvadın valideynlərindən və yaxud qohumlarından biri ilə; 

5.

 

Ana (ata) uşaq ilə



6.

 

Başqa tip ailələr. (Bax. H.Ə.Əlizadə. Tərbiyənin demoqrafiq 



problemləri. B., Maarif, 1993, səh.34). 

Belə  tip  ailələrdə  yaşayan  uşaqların  müxtəlif  təsirlərə  məruz 

qalmaları, onların təhsildə, təlimə marağında, ailəyə, valideynlərə və 

ətrafdakılara  münasibətlərində  özünü  göstərən  qeyri-  normal  hallar, 

əlbəttə ki, onların bir şəxsiyyət kimi formalaşmasına öz mənfi təsirini 

göstərir.  Belə mənfi  təsirlər, başqa sözlə desək,  ailədə qeyri-normal 

mühit uşağın tərbiyəsinə nəinki mənfi təsir göstərir, hətta uşağı çətin 

uşaq səviyyəsinə endirir. Çətin uşaq isə həm ailədən, həm məktəbdən 

uzaqlaşaraq oğru, tərbiyəsiz, əxlaqsız adamların təsiri altına düşür və 

cinayət əməlləri törətməkdən çəkinmirlər. Professor Hikmət 



65 


Əlizadə  bu  sahə  ilə  məşğul  olan  alimlərin,  mütəxəssislərin 

tədqiqatlarına  əsaslanaraq  “Tərbiyənin  demoqrafiq  problemləri” 

kitabında qeyri-normal (anormal) ailələrin təsnifatını da vermişdir: 

1.

 



Məişət sərxoşluğu hökm sürən ailə. 

2.

 



Məktəbə,  müəllimlərə  neqativ  münasibət  bəsləyən,  öz 

funksiyalarını və uşaqların tərbiyəsindəki nöqsanları onların üzərinə 

yıxan ailə. 

3.

 



Əmək intizamını pozan valideynlərdən ibarət ailə

4.

 



Xırda 

fərdiyyətçilik 

psixologiyası 

və 


mənəviyyatı 

formalaşmış ailə. 

5.

 

Şəxsi, qarşılıqlı münasibətlər sahəsində müxtəlif pozuntularla 



(küsmələr, yola getməmək, məişətdə elemtar qaydaların olmaması və 

s.) səciyyələnən ailə. 

6.

 

Valideynlərin  ər-arvadlıq  əlaqələri  möhkəm  olmayan  ailə 



(Bax. Tərbiyənin demoqrafik problemləri. Bakı, “Maarif’, 1993, səh. 

34). 


Demoqrafiyada  ailənin  tipləri  ailə  özülü  əsasında  müəyyən 

edilir. Bu təsnifatlarda ailənin formalaşmasında boşanmanın, ölümün, 

nigahın, təkrar nigahm, bir neçə təkrar nigahm rolu nəzərə alınır, lakin 

miqrasiyanın, urbanizasiyanın, eləcə də valideynlərin təhsil səviyyəsi 

və  peşənin  əhəmiyyəti  kifayət  qədər  qiymətləndirilmir.  Halbuki  bu 

amillərin  ailənin  demoqrafik  tiplərin  formalaşmasında  rolu  nəzərə 

alınsa,  ailənin  daha  əhatəli  təsnifatı  müəyyən  edilə  bilər.  Bu  da 

şəxsiyyətin  formalaşmasında  ailənin  rolunu  sistemli  şəkildə 

araşdırılmasına  imkan  verərdi  (Bax.  Tərbiyənin  demoqrafik 

problemləri. Bakı, “Maarif’, 1993, səh. 36). 

Professor Hikmət Əlizadənin apardığı tədqiqatlardan və gəldiyi 

qənaətlərdən  bir  daha  aydın  olur  ki,  ailə  mühitinin  şagird 

şəxsiyyəninin formalaşmasında rolu böyüdür. Əgər ailədə tərbiyə işi 

məqsədyönlü, planlı, mütəşəkkil olaraq düzgün qurulursa uşağın bir 

şəxsiyyət kimi formalaşdırılmasında irəliyə atılan addımların uğurlu 

olacağına heç bir şübhə  ola bilməz. Yaxud əksinə ailə mühiti qeyri 

normal olduqda uşağın bir şəxsiyyət kimi formalaşması isə əlbəttə ki

əngələ çevrilə bilər. 



66 


Dini qurumların, təriqət fanatlarının yaratdıqları formal mühitin 

təsirləri  daha  acınacaqlı  nəticələrə  gətirib  çıxarır.  Fikrimizi  həyati 

misallardan biri ilə izah edək: 

Respublikamızın  cənub  bölgəsində  yaşayan  Seyyid  nəslindən 

olan  Cəfərovlar  ailəsi  Bakıya  köçdükdən  sonra  böyüdüb  boya-başa 

çatdırdıqları  bir  oğul  və  bir  qız  övladlarının  təhsili,  tərbiyəsi  və 

məşğuliyyətilə  az  maraqlandıqları  üçün  (daha  doğrusu  hər  iki 

valideyn  ağır  zəhmət  tələb  edən  işlərlə  məşğul  olduğundan  evdən 

səhər çıxmış və evə axşam qayıtmışdır) övladlarının hər ikisi vəhhabi 

məzhəbindən olan adamların təsirinə məruz qalmışdır. Qardaş S. bacı 

A.  valideynlərinin  əqidəsindən  imtina  edərək  vəhhabiliyi  qəbul 

etmişdir.  İş o  yerə  çatmışdır ki,  hər iki övlad şiə məzhəbindən olan 

həyat  yoldaşlarından ayrılaraq vəhhabi məzhəbindən olan adamlarla 

ailə  həyatı  qurmuşdur.  Bu  faktın  özü  onu  göstərir  ki,  qeyri-normal 

mühit  uşaqların  bir  şəxsiyyət  olaraq  inkişfma  öz  mənfi  təsirini 

göstərir. 

Şəxsiyyətin inkişafında coğrafi mühit də az rol oynamır. Belə ki, 

kənd  mühitilə  şəhər  mühitində  yaşayan  uşaqların  inkişafında 

nəzərəçarpacaq fərqlər özünü göstərir. 

2.5.

 

Şəxsiyyətin formalaşmasında tərbiyənin rolu 

Müvafiq  irsi  əlamətlərə  malik  olan,  müəyyən  mühitdəki  həyat 

tərzinə  uyğunlaşan  uşaqların  bir  şəxsiyyət  kimi  formalaşması  üçün 

tərbiyəvi  təsirlərin  gücündən  istifadə  olunması  pedaqoji  elmin 

qarşısında duran ən ümdə vəzifələrdən hesab olunur. 

Nəsirəddin Tusi, Y.A.Komenski, K.D.Uşinski, A.Suxom- linski,

 

A.S.Makarenko, 



M. M. Mehdizadə

Ə.Y.Seyidov, 

N.M.Kazımov,  Ə.Ş.Həşimov,  Y.RTalıbov  kimi  görkəmli  simalar 

irsiyyət  və  mühit  amillərini  nəzərə  almaqla  şəxsiyyətin 

formalaşmasında tərbiyənin roluna dair qiymətli fikirlər söyləmişlər. 

Tərbiyəşünaslıq  sahəsində  dəyərli  fikirlər  söyləyən  klassiklərimizin 

fikirlərini  qruplaşdırmaqla  belə  qənaətə  gəlmək  olar  ki,  uşağın 

(şagirdin) bir şəxsiyyət kimi formalaşması üçün məqsədyönlü, planlı 

və mütəşəkkil olaraq həyata keçirilən 

67 



Yüklə 3,23 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   196




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə