MüNDƏRİcat giriş. Birinci bölmə: pedaqoji elmin nəZƏRİ-metodoloji



Yüklə 3,23 Mb.
Pdf görüntüsü
səhifə12/196
tarix12.10.2018
ölçüsü3,23 Mb.
#73284
1   ...   8   9   10   11   12   13   14   15   ...   196

həm də müqayisəli şərh yolu ilə diqqətə çatdırılmışdır. 

«Təhsil və təlim pedaqoji prosesin tərkib hissələri kimi» adlanan 

didaktikanın  mahiyyəti,  məzmunu,  qanunları,  qanunauyğunluqları, 

həyata  keçirilməsi  üsulları,  tətbiqi  prinsipləri  dəruni  bir  tərzdə 

xronoloji  ardıcıllıqla,  davamlı  pedaqoji  məntiqə  söykənən  ümumi- 

ləşdirmələrlə  izah  edilmişdir.  Bölmədə  diqqəti  cəlb  edən  ən  ümdə 

cəhətlərdən  biri  də  «Milli  pedaqogikada  didaktika  məsələləri»  və 

«Azərbaycan  təhsili  sistemi  və  onun  əsasında  duran  prinsiplər» 

haqqında verilmiş mövzulardır. Fikrimizcə, Azərbaycan pedaqoji fikir 

tarixində,  müəllif  ilk  dəfə  olaraq  Azərbaycan  təhsilinin  ən  zəruri 

məsələlərinin dünya təhsil sisteminə inteqrasiya olunmasına təşəbbüs 

göstərmişdir.  Halbuki,  müstəqil  dövlətimizin  maarif  sahəsində  olan 

direktiv və proqram sənədlərində Azərbaycan təhsilinin dünya təhsil 

sisteminə inteqrasiya olunması ilə bağlı müxtəlif xarakterli tövsiyələr, 

göstərişlər  və  sərəncamlar  vardır.  Fikrimizcə,  N.Kazımovun  bu 

təşəbbüsünü həm dövlətimizin hər bir pedaqoqun qarşısında qoyduğu 

vəzifə  borcunun  yerinə  yetirilməsi,  həm  də  «Azərbaycan  təhsilinin 

dünya təhsilinə inteqrasiya edilməsi» sahəsində sözdən işə keçilməsi 

kimi qiymətləndirilməlidir. 

Üçüncü bölmədə tərbiyənin bütün nəzəri və praktik məsələləri, 0 

cümlədən  qanunları,  qanunauyğunluqları,  ziddiyyətləri,  metodları, 

prinsipləri,  tətbiqi  yolları,  başlıca  mənbələri,  mərhələləri  öz  əksini 

tapmışdır.  Bu  bölmədə  bütün  mövzularda  irəli  sürülən  yeni  fikirlər 

pedaqoji  elmin  inkişafı  üçün  əsas  hərəkətverici  qüvvə  kimi  özünü 

göstərir.  Burada  tərbiyənin  prinsipləri  yeni  təfəkkür  süzgəcindən 

keçirilir,  onun  təsnifatı  zamanı  bu  günə  kimi  özünü  göstərən 

steriotiplər islah olunur, təkrarlar aradan qalduılır və nəhayət, ilk dəfə 

olaraq prinsiplər öz obyektiv tərifini «qazanır». 

Tərbiyənin  mərhələlərindən  danışan  müəllif  haqlı  olaraq  onun 

milli  və  ümumbəşəri  dəyərlərə  söykənməsini  (məsələn,  xalqın 

soykökdən gələn halallıqdan qidalanması nümunə kimi verilir) iddia 

edir.  Müəllifin  konseptual  ideyasına  görə,  tərbiyənin  bütün 

mərhələlərində 

milli 


dəyərlərin 

aşılanması 

ideyası 

Milli 


pedaqogikanın  başlıca  vəzifələrindən  hesab  olunur.  Bizcə,  bu 

yanaşma hər şeydən öncə, Azərbaycan tərbiyəşünaslığının çox qədim 

tarixə malik olmasına və digər xalqlardan əvvəl yaranmasına dəlalət 

edən  şərtlərdəndir.  Doğrudan  da,  qədim  Şumer  qaynaqlarına 

söykənən. 

35 



«Bilqamus»  dastanlarından  mayalanan,  «Avesta»  və  «Dədə  Qor- 

qud»dakı tərbiyə məsələlərinin kökü eramızdan əwəl ikinci, üçüncü 

minilliklərə  gedib  çıxır.  Yaxud  Əbülhəsən  Bəhmənyarın,  Qət-  ran 

Təbrizinin, Nizami Gəncəvinin, Səfıyyəddin Urməvinin, Nəsirəd- din 

Tusinin əsərlərindəki zəngin tərbiyə komponentlərinin milli ənənəvi 

səciyyəsi  deməyə  əsas  verir  ki,  prof.N.  Kazımovun  irəli  sürdüyü 

fikirlərin hamısmm elmi əsası vardır və onlar təqdirəlayiqdir. 

Dördüncü bölmədə müəllif tərbiyənin  ayrı-ayrı  sahələrini, mən 

deyərdim ki,  yenidən tədqiq edərək sistemə salmışdır. Bu bölmə də 

dünyagörüşün  formalaşması  məsələlərindən  başlayır.  Digər 

müəlliflərdən  fərqli  olaraq,  N.  Kazımov  dünyagörüş  anlayışını  ay- 

dmlaşdırır, ona tərif verir, sonra onun formaları, yaranması və inkişafı 

barədə  məlumatı  aydmlaşdmr.  Burada  dialektik-materialist  dini, 

hürufı  dünyagörüş  təhlil  olunur,  dünyagörüşün  elmi-tarixi  inkişaf 

mərhələlərinin 

şərhi 


verilir 

və 


nəhayət, 

dünyagörüşün 

formalaşmasında pedaqoji prosesin aparıcı rolu aydınlaşdırılır və elmi 

dünyagörüşün mahiyyəti açılır. 

N.Kazımov  pedaqogikamıza  ilk  dəfə  olaraq  «ağıl  tərbiyəsi» 

ifadəsi  gətirmişdir.  Bu  yenilik  də  milli-mənəvi  dəyərlərə  və  elmi 

faktlara söykənir. 

El  arasında  «ağılı  başında  olan  adam»,  «ağlı  başmdan  çıxıb», 

«ağlını başına yığ», «onun başına ağıl qoyun» kimi ifadələr işlənir. Bu 

0 deməkdir ki, insana hansı tərbiyəvi forma ilə təsir göstərirsənsə, bu 

təsir onun ağlında öz əksini tapır. «Ağıllı otur», «ağıllı dur», «ağıllı 

ye»,  «ağıllı  iç»,  «ağıllı  işlə»,  «ağıllı  hərəkət  et»,  «ağıllı  danış» 

ifadələrinə  görə  isə  uşağın  bütün  hərəkətlərini  düzgün  tənzimləmək 

üçün onun ağlını tərbiyə etmək lazımdır. Ona görə də ağıl tərbiyəsinin 

pedaqogikaya  gətirilməsi  məqsədəmüvafiq  sayılmalı,  onu  dövrün 

xüsusiyyətlərinin  mövcud  səbəblərindən  yaranması  (müəllif 

məsələnin yaranma zərurətini iki səbəblə izah edir) təqdir edilməlidir. 

Müəllif  ilk  dəfə  olaraq  ağıl  tərbiyəsinin  mahiyyətini 

aydınlaşdırmış, tərif vermiş, onun məzmunun, məqsəd və vəzifələrini 

şərh etmiş, tətbiqi yollarmı göstərmişdir. Burada «Ağıllı hesab edilən 

şəxslərlə görüşlər», «İşə başlamazdan əvvəl nəticələrini görə bilmək» 

kimi  tövsiyələr  (ağıl  tərbiyəsinin  yolları)  ağıl  tərbiyəsinin 

formalaşdırılması üçün çox münasib yollardır. Məsələnin belə qo 

36 



yuluşu  güman  ki,  ağıl  tərbiyəsi  ilə  məşğul  olacaq  gələcək 

mütəxəssislərə  istiqamət  vermək  üçün  çox  faydalıdır.  Bu  bölmədə 

tərbiyənin  başlıca  sahələri  hesab  olunan  ideya-siyasi  tərbiyə,  əxlaq 

tərbiyəsi, əmək tərbiyəsi, fiziki tərbiyə, estetik tərbiyə, ekoloji tərbiyə, 

iqtisadi tərbiyə, hüquq tərbiyəsi öz elmi təhlil və pedaqoji təsnifatına 

görə diqqəti cəlb edir. Bunların içərisində iqtisadi tərbiyə məsələləri 

daha mühüm aktuallıq kəsb edir. Bazar iqtisadiyyatı şəraitində yetişən 

nəslin 


nümayəndələrinə 

«iqtisadi 

münasibətlər», 

«iqtisadi 

ünsiyyətlər»,  «iqtisadi  davranışlar»  barədə  biliklərin  verilməsi  daha 

məqsədəmüvafiqdir.  Ona  görə  ki,  bu  münasibətlərdən  daha 

əhəmiyyətli  keyfiyyət  üzə  çıxacaq.  İqtisadi  ünsiyyət  nəticəsində 

«əliaçıqlıq», 

«qənaətçilik», 

«antiisrafçılıq», 

«şükürlülük», 

«kərimlilik» (kəramət) və bu kimi keyfiyyətlərin üzə çıxmasına səbəb 

olacaqdır. 

Bu  mənada,  N.M.Kazımovun  iqtisadi  tərbiyənin  sistemə 

salınması, onun orta ümumtəhsil və ali məktəblərdəki təbliği  yolları 

barədəki  fikirləri  mühüm  əhəmiyyət  kəsb  edir.  Sonuncu,  beşinci 

bölmədə  pedaqoji  xidmətin  metodikassı,  dərsdənkənar  və 

məktəbdənkənar  işin  spesifik  xüsusiyyətləri  sistemləşdirilmişdir. 

Burada  həmçinin  məktəbə  rəhbərliyin  məzmunu  lakonik  şəkildə 

ümumiləşdirilmişdir.  Bəzi  təkliflərimizi  də  bildirmək  istərdik:  Arzu 

edərdik ki, kitabın sonrakı nəşrlərində pedaqoji elmin sahələri sırasına 

«Tibbi  pedaqogika»  da  əlavə  edilsin.  Tərbiyənin  başlıca  sahələri 

sırasmda «işgüzarlıq tərbiyəsi» və «sahibkarlıq hissi tərbiyəsi» də öz 

əksini tapsm. 

Fikrimizi yekunlaşdıraraq belə qənaətə gəlmək olar ki, «Məktəb 

pedaqogikası» dərsliyi həm monoqrafiya kimi bütün tələblərə cavab 

verir, həm də dərslik kimi elmi-nəzəri-praktik cəhətdən çox yararlıdır. 

Sual və tapşırıqlar 

1.

 



Elmi pedaqogika nə vaxt yaranmışdır? 

2.

 



Elmi  pedaqogika  yaranmamışdan  qabaq  təlim,  tərbiyə  və 

təhsil  haqqında  pedaqoji  fakir  tarixində  mövcud  olanlara 

münasibətiniz necədir? 

3.

 



Yan Amos Komenski kimdir? “Pansofiya ideyası” nədir? 

4.

 



Pedaqoji elmin başlıca kateqoriyaları hansılardır? 

37 


Yüklə 3,23 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   196




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə