informatika-kibernetika pedaqigikası
Elmi-texniki tərəqqi dövründə informasiya axınının idarə
olunması və yetişən nəslin nümayəndələrinin informasiya aləminə
daxil
edilməsi
məqsədi
ilə
yaradılan
pedaqogikaya
informatika-kibernetika pedaqogikası deyilir.
Antropedaqoqika
İnsanın bütün həyatı boyu təhsil, tərbiyə və inkişafı prosesidir.
Konduktiv pedaqogika
Pedaqogikanın bu sahəsi öz fəaliyyətini qüsurlu uşaqların
tərbiyəsi ilə bağlı işə yönəldir. Bu sahənin əsas müəllifi venqer
proqramı üzrə alim A. Petodur. Konduktiv pedaqogika əsas diqqətini
tibbi-pedaqoji korreksiyaya yönəldir. Məqsəd uşaqların sərbəst
aktivliyi və asılılığının olmamasıdır. 6-7 nəfərlik qruplarda
məşğələləri tibbi biliklərə, pedaqogikaya, müalicəvi gimnastikaya,
psixologiya, psixoterapiyaya dair baza biliklərinə malik olan şəxs
aparır. Difektologiyaya yaxın sahədir.
Feminist pedaqogika
Feminist
sözü femmenist və femmenizm sözlərindən
yaranmışdır (femmenizm “qadmşünashq” deməkdir).
Avropada azyaşlı qızların, həddi-buluğa çatmayan qız
uşaqlarının tərbiyəsi ilə məşğul olan pedaqogikadır.
Avropada, xüsusilə Hollandiyada, Fransada, Almaniyada
azyaşlı, yeniyetmə və gənc qızların bəzi ictimai qurumların təsiri
altına düşərək əxlaqa zidd olan hərəkətlərə yol vermələri, əyləncə
saatlarında, seanslarda və sair bu kimi mənəviyyatı ləkələyən
tədbirlərdə iştirak etmələri ailə-övlad tərbiyəsi sahəsində ciddi
qüsurlar yaradır. Bunu nəzərə alan mütəxəssislər qızların, öz ismətini,
ləyaqətini, mənəvi-əxlaqi hisslərini qorumağa xidmət edən həyat
tərzinə istiqamətləndirilməsini və əxlaqa zidd olan ənənələrin zərərli
nəticələrini özündə əks etdirən pedaqogika - yəni “Feminist
pedaqogika” yaradırlar.
Centlmen pedaqogikası
Əgər feminist pedaqogika, əsasən qızların mənəvi-əxlaqi
normalarının saflaşciınlmasına xidmət edirsə, centlimen peda
47
qogikası oğlanların, əsasən, əxlaqi-mənəvi normalarının saf-
laşdırılmasına xidmət edir.
Reabilitasiya pedaqogikası
Reabilitasiya təşəkkül, bərpa, əmələ gəlmə mənasını verir.
Adından məlum olduğu kimi, bu pedaqogika tibbi, psixoloji,
defektoloji biliklərə əsaslanan, xəstə, çətin öyrədilən, çətin tərbiyə
olunan
uşaq
və
yeniyetmənin
hərəkətlərinin,
emosional
vəziyyətlərinin məzmununu açıqlayır. Bərpa pedaqogikası uşaqların
intellektual fəaliyyətinə mane olan amillərin aradan qaldırılmasını
öyrənir. Bunun üçün reabilitasiya (bərpa) pedaqogikası uşaqların
normal inkişafına mane olan ünsürlərin aradan qaldırılması ilə yanaşı,
normal mexanizmlərin bərpa edilməsini qarşıya əsas vəzifə kimi
qoyur.
Gender pedaqogikası
Pedaqogikanın yeni bir sahəsi olan “Gender pedaqogika- sı”nm
əsas məqsədi cinsindən asılı olaraq, şəxsiyyətin potensial inkişafını
təmin etmək, pedaqoji qaydaları göstərməklə oğlan və qızların
qarşılıqlı əlaqəsi fonunda onların bacarıqlarının ortaya çıxarılması
üçün şəraitin yaradılmasına nail olmaqdır. (Bax. E.N.Kamenskaya
“Pedaqogika” dərs vəsaiti, Moskva, “DaşkovIK”, 2006, 8-11).
Sual və tapşırıqlar.
1.
Pedaqoji elmlər sistemi deyəndə nə başa düşülür?
2.
Bəs “Pedaqoji elmin qolları” deyəndə nə başa düşülür?
3.
Orta, orta ixtisas və ali təhsil müəssisələri ilə bağlı olan və
pedaqoji elmlər sisteminə daxil olan müəssisələri hansılardır?
4.
“Gender” və “Feminist” pedaqogikaları müqayisəli təhlil
edin.
5.
“Centlmen pedaqogikası” haqqında müqayisəli fikir söyləyin.
48
teiııdWlııı®
TƏLİMİN VƏ TƏHSİLİN ÜMUMİ
MƏSƏLƏLƏRİ
II
Fəsil. Şəxsiyyətin formalaşması
2.1.
Şəxsiyyət anlayışı
Şəxsiyyət bir anlayış olaraq bütün humanitar elmlər üçün,
xüsusilə fəlsəfə, sosiologiya, politologiya, hüquqşünaslıq, psixologiya
və pedaqogika üçün səciyyəvi olan bir anlayışdır.
Pedaqogika və psixologiya elmləri adamların bir fərd və
şəxsiyyət olaraq fəaliyyəti və inkişafından bəhs edən elm kimi də
dəyərəndirilir. Sual olunur, hər hasnı bir fərd inkişaf edərək necə
şəxsiyyət olur? Bu suala cavab vermək üçün “şəxsiyyət” və “inkişaf’
anlayışlarına ayrı-ayrılıqda yanaşmaq və onları ayrı- ayrılıqda izah
etməyə çalışaq.
Humanitar elmlərə aid ədəbiyyatda izah olunur ki, insan bir fəqd
olaraq dünyaya gəlir, maddi varlıq kimi ictimai münasibətlərə daxil
olur, ictimai inkişafın aparıcı qüvvəsinə çevrildikdə şəxsiyyət olur,
Elə isə, bəs “inkişaf’ nədir? Yenə qeyd olunan kontekstdə yazılmış
ədəbiyyata istinad etsək, deməliyik ki, “inkişaf’ dedikdə təbiət,
cəmiyyət və təfəkkür hadisələri fonunda özünü həm tədricən, həm də
dinamik şəkildə biruzə verən dəyişikliklər nəzərdə tutulur. Lakin hər
bir dəyişikliyə də inkişaf demək olmaz. Yenə bir sual meydana çıxır.
Bəs hansı dəyişikliyə inkişaf demək olar? Sualı cavablandırmaq üçün
mövcud fəlsəfi konsepsiyalardan birinə müraciət etsək üç əsas
xüsusiyyəti özündə ehtiva edən dəyişikliklər “inkişafı” özündə
səciyyələndirir. Birincisi, ilk vəziyyətə qayıtmamaq, dəyişməzlik və
dönməzlik, ikincisi, təbii
49
Dostları ilə paylaş: |