verən sönməz məşəldir. Bu sönməz məşəl öyrənilən materialın
dərindən dərk olunmasma və möhkəm yadda qalmasına və deməli,
lazım gəldikdə yada salmmasına münasib psixoloji şərait yaradır»
(Bax: Ağılın sönməz məşəli, səh. 84). «Təlim zamanı müəllimin öz
psixoloji vəziyyətini tənzimləməsi» (səh. 220-240) ideyası ilə çıxış
edən alim müəllimin fəaliyyətində aktyorluq və recissorluq
əlamətlərini müqayisəli şəkildə özünəməxsus maraqlı bir üslubda şərh
edir. Müəllimin fəaliyyətini aktyorun fəaliyyətinə bənzədən
əlamətləri, aktyor və müəllimin fəaliyyətindəki fərqli cəhətləri təqdim
etməklə yanaşı, müəllimin fəaliyyətindəki recissorluq əlamətlərini,
recissorluq və müəllimlik arasındakı fərqi izah edir. Gələcək
müəllimlərə bir növ davranış qaydalarını öyrədir. Onun «müəllim də
aktyor qədər öz hərəkətlərinə: üzünün, əllərinin və bədəninin
hərəkətlərinə hakim kəsilməlidir. Onun hansı məqamda əli hərəkətə
gətirəcəyinə, hansı məqamda oturacağına, necə görkəm alaca- ğma
nəzarət etməyi bacarmalıdır» (səh. 227) kimi tövsiyələri müəllimlər
üçün, xüsusilə gənc müəllimlər üçün çox faydalıdır. Çünki bu
tövsiyələr müəllim öz üzərində məsuliyyətlə işləməyə çağırır. Bu
çağırışın fonunda müəllimin emosionallığının razılıq, narazılıq,
peşmançılıq, sevinmək, kədərlənmək, mülayimlik, sərtlik kimi
təzahürünün və bu emosionallığı idarə etməyin üsullarmın
açıqlanması çox oricinal səslənir. Burada müəllim bir tərəfdən öz
davranışına nəzarət etməyi, digər tərəfdən özünümüşahidəni (səh.
237), özünü ruhlandırmanı (səh. 238) öyrənir.
Dərsliyin bu yeniliyi onu digər dərsliklərdən fərqləndirən ən
mühüm amillərdəndir.
Dərsliyin beşinci yeniliyi təlim-tərbiyə və təhsilin prinsipinin və
məqsədlərində ümumiliyin olmasını elmi dəlillər və məntiqi
ümumiləşdirmələrlə sübuta yetirməsidir.
Müəllif ilk dəfə olaraq, təlim-tərbiyə və təhsilin məqsədlərin-
dəki ümumiliyi, təlim və tərbiyənin üsullarında onların təşkili for-
malarmdakı ümumiliyi və təlim, tərbiyə və təhsil üçün psixoloji
inkişafın ümumi olmasını məntiqi ardıcıllıqla aydınlaşdırır.
Prof.N,M.Kazımov ziddiyyətlər anlayışma da dəqiq aydmiıq
gətirir. O, ziddiyyətləri zahiri və daxili ziddi}^ətlər kimi təqdim
etməklə onların bir növ sərhədlərini müəyyənləşdirir. Bu isə flkri-
mizcə, dərsliyin altıncı yeniliyidir.
32
Dərsliyin pedaqoji prosesin qanunauyğunluqlarının və
qanunlarının parametrləri də səliqəyə salınmışdır. Müəllif hər hansı
bir qanunauyğunluğu müəyyənləşdirir və qanunauyğunluğun qanun
komponentini də bir meyar kimi onun ardınca lokonik şəkildə ifadə
edir.
Məsələn, «...Milli pedaqogika belə bir qanunauyğunluq
müəyyənləşdirmişdir; təlim, tərbiyə, təhsil və psixoloji inkişafın
tamlığını müəllimin bilməsi və fəaliyyət zamanı nəzərə alması
şagirdlərdə tər- biyəlilik səviyyəsini, bilik və psixoloji inkişaf
səviyyəsini artırır.
Bu qanunauyğunluğun qanun forması belədər: təlim, tərbiyə,
təhsil və psixoloji inkişafın tamlığı qanunu» (səh. 57).
Pedaqoji prosesin ondan artıq qanunauyğunluğunun yenidən
tənzimlənməsi, onların qanun formasının stimullaşdırılması dərsliyin
yeddinci yeniliyi hesab olunmalıdır. Bu yeniliyin nəzərə çarpan digər
tərəflərindən biri də ondan ibarətdir ki, prof.N.M.Kazımov ilk dəfə
olaraq müəyyənləşdirmişdir ki, ənənəvi dərsliklərdə təlim-tərbiyənin
prinsiplərinin hansı əsasa söykənməsi məsələsi açıq qalmışdır. Bunu
nəzərə alaraq o, sübuta yetirmişdir ki, təlim- tərbiyə prinsiplərinin
əsasında pedaqoji prosesin qanunauyğunluqları dayanır.
Dərslikdə təlimin mərhələləri yeni tədris mövzularının, əsasən,
qavramlmassı, bilik, bacarıq və vərdişlərin başa düşülməsi və
möhkəmləndirilməsi,
müvəffəqiyyətə
nəzarət,
onun
qiymətləndirilməsi və hesaba alınması kimi sistemləşdirilir (səh.
161-171), sonra isə təlim üsulları belə bir ardıcıllıqla qruplaşdırılır:
Yəni tədris mövzusunun əsasən qavranılmasına xidmət edən üsullar;
bilik, bacarıq və vərdişlərin, əsasən, möhkəmləndirilməsinə və
tətbiqinə xidmət edən üsullar (171-188). Bu məntiqi ardıcıllığı hər bir
mütəxəssis güman edə bilər ki, təlimin mərhələləri təlimin üsullarını
doğurmuşdur. Deməli, təlim üsulları müəyyən bir əsasdan
yaranmışdır. Başqa sözlə ifadə etsək, dərslikdə ilk dəfə olaraq isbat
edilmişdir ki, təlimin üsulları təlimin mərhələlərindən törəmədir. Bu,
dərsliyin səkkizinci yeniliyidir.
Ənənəvi dərsliklərdə şəxsiyyətin formalaşması, irsiyyət, mühit,
tərbiyə və inkişaf amilləri məhdud şəkildə izah olunmuşdur.
N.M.Kazımov isə ilk dəfə olaraq bu problemi qlobal şəkildə açmış,
şəxsiyyətin formalaşmasında pedaqoji prosesin və əməyin
33
rolunu tutarlı dəlillərlə izah etməyə müyəssər olmuşdur. Maraqlı
burasıdu* ki, bu amillər barədə mövcud olan bütün nəzəriyyələri, o
cümlədən irsiyyətə, mühitə, tərbiyəyə, irsiyyətlə mühitin yanaşı
təsirinə, irsiyyət, mühit, tərbiyə və fəaliyyət amillərinin qarşılıqlı
təsirinə, üstünlük verənləri ayrı-ayrılıqda təhlil edərək dərslikdən
istifadə edənlərə təqdim etmişdir. Doğrudur, N.M.Kazımov ayrıca bir
monoqrafiyasında bu barədə ətraflı söhbət açmışdır. Lakin problemin
lakonik şəkildə dərsliyə gətirilməsi doqquzuncu yemlik kimi
qiymətləndirilməlidir.
Bu vaxta qədər yazılan «Pedaqogika» dərslikləri, əsasən, iki və
ya üç hissədən (tərbiyəşünaslıq, didaktika və məktəbşünaslıq) ibarət
olmuşdur. N. M. Kazımov isə ilk dəfə olaraq «Məktəb pedaqogikası»
korpusunu beş hissədən ibarət olmaqla hazırlamışdır. Bu, dərsliyin
onuncu yeniliyidir.
İndi isə «Məktəb pedaqogikası» dərsliyinin həmin beş bölməsi
və onun digər müsbət məziyyətləri və yenilikləri barədə fikirlərimizi
açıqlayaq.
Otuz iki fəsil, giriş, istifadə olunan ədəbiyyat və mündəricat- dan
ibarət olan «Məktəb pedaqogikası» adlı kitab bir neçə cəhətdən
mühüm aktuallıq kəsb edir. Birincisi, əsərdə müəllifin bütün
məsələlərə plüralist mövqedən yanaşması, son dərəcə demokratik
ruhda ümumiləşdirmələr aparması dərsliyin günün reallığı ilə, günün
ən vacib tələbləri ilə səsləşməsinə səbəb olmuş və bu da ona tam yeni
bir görkəm vermişdir.
İkincisi, digər dərsliklərdən fərqli olaraq, «Məktəb pedaqogi-
ka»sında ilk dəfə olaraq tərbiyə, təlim və təhsil məsələlərinin, dünya
təcrübəsi ilə müasir pedaqoji təcrübənin müqayisə edilərək yeni
pedaqoji təfəkkür baxımından təhlil edilməsidir.
Üçüncüsü isə təhsil, təlim və tərbiyə ilə bağlı pedaqoji fikir
tariximizdən gətirilən iqtibasların, milli koloritmizə aid olan
nümunələrin müasir pedaqoji təcrübə ilə müqayisəli şəkildə
verilməsidir.
Dərsliyin
birinci
bölməsində
pedaqogikanın
nəzəri-metodoloji məsələləri işıqlandırılmış; pedaqoji elmin sahələri,
digər elmlərlə əlaqəsi, mənbələri və pedaqoji üsulları əhatəli şəkildə
verilmiş; pedaqogikanın başlıca kateqoriyaları sistemə salınmış;
pedaqoji pro- sesdəki ziddiyyətlər, qanunlar, qanunauyğunluqlar elmi
şəkildə şərh edilmiş; şəxsiyyətin formalaşması məsələsi həm
qneseoloji.
34
Dostları ilə paylaş: |