Pedaqogika” fənni üzrə 2016-2017-ci tədris ilində Yekun Buraxılış Dövlət Attestasiyasından suallar



Yüklə 38 Kb.
tarix03.11.2018
ölçüsü38 Kb.
#77919

AZƏRBAYCAN DİLLƏR UNİVERSİTETİ

PEDAQOGİKA KAFEDRASI

Pedaqogika” fənni üzrə



2016-2017-ci tədris ilində Yekun Buraxılış Dövlət Attestasiyasından

SUALLAR

  1. Pedaqogikanın tədqiqat sahəsi nədir?

  2. İqtisadi - siyasi həyatda Milli pedaqogikanın rolu nədən ibarətdir?

  3. Pedaqoji proses və Milli pedaqogika arasında qarşılıqlı əlaqənin mahiyyəti nədir?

  4. Əsas pedaqoji cərəyanlar hansılardır? (cərəyanların mahiyyətini açın)
  5. Pedaqoji elmin qolları hansılardır? (onları şərh edin)


  6. Pedaqoji elmin digər elmlərlə qarşılıqlı əlaqəsinin mahiyyəti nədədir?

  7. Pedaqoji elmin mənbələri hansılardır? ( mahiyyətini açın)

  8. Pedaqoji elmin tədqiqat üsullarını sayın və onlardan istədiyiniz birini şərh edin.

  9. Milli pedaqogikada başlıca pedaqoji kateqoriyaların mahiyyəti necə şərh olunur?

  10. Milli pedaqogikada pedaqoji prosesin tamlığını şərtləndirən amillər necə şərh olunur?

  11. Pedaqoji prosesdə yeni informasiya texnologiyalarından və kompüterdən istifadənin mahiyyəti.

  12. Pedaqoji prosesdə ziddiyyətlər məsələsini Milli pedaqogika necə aydınlaşdırır?

  13. Pedaqoji prosesin qanunauyğunluqları və qanunlarının mahiyyətini nümunələrlə şərh edin.

  14. Təlimin qanunauyğunluqlarının Milli pedaqogikada səciyyə­­lən­dirilməsi.

  15. Şəxsiyyətin formalaşmasına dair nəzəriyyələr hansılardır? (onlardan istədiyiniz birini şərh edin)

  16. Milli pedaqogikanın şəxsiyyətin formalaşmasında irsiyyətin rolu haqqında fikirlərini şərh edin və onlara münasibət bildirin.

  17. Milli pedaqogikanın şəxsiyyətin formalaşmasında mühitin rolu haqqında fikirləri.

  18. Milli pedaqogikanın şəxsiyyətin formalaşmasında pedaqoji prosesin rolu haqqında fikirləri.

  19. Milli pedaqogika xarakterin formalaşmasında şəxsi əməyin rolu haqqında.

  20. Ənənəvi pedaqogikada və Milli pedaqogikada şəxsiyyətin formalaşmasında irsiyyətin, mühitin, pedaqoji prosesin və şəxsi əməyin qarşılıqlı təsiri məsələləri.
  21. Didaktika (təlim və təhsilin ümumi məsələləri) pedaqoji elmin tərkib hissəsi kimi.


  22. Elmi idrak və təlim arasında oxşar və fərqli cəhətləri şərh edin.

  23. Təlimdə müxtəlif tərzlər və mənimsəmənin səviyyəsinə onların təsiri barədə fikirlərə münasibət bildirin.

  24. Azərbaycanda ümumi təhsilin xüsusiyyətləri.

  25. Təhsilin məzmunu. Tədris planı, tədris proqramı, tədris fənni, dərslik və dərs vəsaitləri.

  26. Azərbaycanda təhsil sistemi və onun fasiləsizliyini təmin edən amillər.

  27. Təhsil sahəsində dövlət siyasətinin əsas prinsipləri və onların mahiyyəti.

  28. Pedaqoji prosesin tərkib hissəsi olan təlim haqqında ənənəvi pedaqogikanın və Milli pedaqogikanın mövqeyini şərh edin və ona münasibət bildirin.

  29. Ənənəvi pedaqogikada və Milli pedaqogikada təlimin qanunauyğunluqları və qanunlarına münasibət.

  30. Ənənəvi pedaqogikada və Milli pedaqogikada təlim prinsipləri haqqında fərqli möv­­­qe­lər.

  31. Ənənəvi pedaqogika və Milli pedaqogika təlimin mərhələləri haqqında.

  32. Yeni tədris mövzusunun qavranmasına xidmət edən üsullar.

  33. Yeni tədris mövzusunun başa düşülməsinə xidmət edən üsullar.

  34. Yeni biliklərin, bacarıq və vərdişlərin möhkəmləndirilməsinə və tətbiqinə xidmət edən üsullar.

  35. Bilik və bacarıqların möhkəmləndirilməsinə nəzarət, onların yoxlanılması və qiymətləndirilməsinə xidmət edən üsullar.

  36. Təlimin təşkili formaları və onlara verilən müasir tələblər.

  37. Pedaqoji prosesdə müəllimin öz psixoloji vəziyyətini tənzimləməsi ilə bağlı Milli pedaqogikanın fikirləri və bunları bilməyin əhəmiyyəti.

  38. Tərbiyənin mahiyyətinə və məqsədinə dair ənənəvi pedaqogikanın və Milli pedaqogikanın fərqli mövqeləri.

  39. Milli pedaqogika tərbiyədə ziddiyyət, qanunauyğunluq və qanun məsələləri haqqında.

  40. Ənənəvi pedaqogikada və Milli pedaqogikada tərbiyənin prinsiplərinə dair fərqli münasibətlər.

  41. Milli pedaqogikada mərhələli tərbiyə nəzəriyyəsinin formalaşdırılması məsələləri.

  42. Tərbiyənin ümumi üsullarının Milli pedaqogikada qruplaşdırılması meyarları.

  43. Dünyagörüşünün formalaşdırılması haqqında Milli pedaqogikanın ideyaları.

  44. Ağıl tərbiyəsinin ümumi məsələləri.

  45. Dövlət müstəqilliyi şəraitində ideya-siyasi tərbiyə məsələləri.

  46. Milli pedaqogikada əxlaq tərbiyəsi məsələləri.

  47. Milli pedaqogikada əmək tərbiyəsi məsələləri.

  48. Milli pedaqogikada fiziki tərbiyə məsələləri.

  49. Milli pedaqogikada estetik tərbiyə məsələləri.

  50. Milli pedaqogikada ekoloji tərbiyə məsələləri.

  51. Milli pedaqogikada iqtisadi tərbiyə məsələləri.

  52. Milli pedaqogikada hüquq tərbiyəsi məsələləri.

  53. Müəllimlərin təkmilləşdirilməsi və ixtisaslarının artırılması pedaqoji prosesə xidmət kimi.

  54. Dərsdənkənar və məktəbdənkənar təlim-tərbiyə işləri.

  55. Məktəbdaxili rəhbərlik pedaqoji prosesə xidmət kimi.

  56. Pedaqoji prosesin səviyyəsini yüksəltməkdə ictimai qurumların fəaliyyət xüsusiyyətləri.

Kafedra müdiri: ped.f.d., dos. N.Zeynalova
Yüklə 38 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə