Mühazirə və ona verilən tələblər Praktik məşğələ və ona verilən tələblər Tələbələrin müstəqil işi və elmi yaradıcılığı



Yüklə 87,56 Kb.
səhifə8/38
tarix08.06.2023
ölçüsü87,56 Kb.
#116048
növüMühazirə
1   ...   4   5   6   7   8   9   10   11   ...   38
DOC-20230526-WA0029.

İki ulduz (**)

  1. Tərbiyənin mahiyyəti və xüsusiyyətləri

Tərbiyə prosesini elmi əsasda qurmaq üçün onun mahiyyətini düzgün başa düşmək lazımdır. Pedaqogika tarixində tərbiyəyə müxtəlif baxışlar olmuşdur. Orta əsrlərdə avtoritar tərbiyə hakim idi. Onun əsas vasitələri nəzarət, cəza, tələb, əmr, qadağan idi. Kapitalizmin inkişafı ilə əlaqədar tərbiyəyə yeni baxışlar meydana çıxdı. Tərbiyə insanın təbii qüvvələrini inkişaf etdirən, onun sərbəst inkişafını təmin edən vasitə kimi başa düşülürdü. Bu əsasda azad tərbiyə ideyası irəli sürüldü (J.J.Russo). Tərbiyəyə müasir baxış həm avtoritar, həm də azad tərbiyəni inkar edir: tərbiyə insana müəyyən sərbəstlik verməklə ağıllı pedaqoji rəhbərliyi uzlaşdırmağa əsaslanmalıdır. Müasir pedaqogika tərbiyəyə şəxsiyyətin ahəngdar formalaşması və inkişafı prosesi kimi baxır. Tərbiyə prosesinin dialektikası və hərəkətverici qüvvələri. Tərbiyə prosesi dialektik səciyyə daşıyır. Tərbiyə prosesinin dialektikası onun ziddiyyətli olmasında özünü göstərir. Ziddiyyətlər və onların həlli tərbiyə prosesinin əsas hərəkətverici qüvvəsi kimi çıxış edir. Ziddiyyətlər xarici və daxili olmaqla iki qrupa bölünür. Xarici ziddiyyətlər cəmiyyətin tələbləri ilə şəxsiyyətin imkanları və tərbiyə səviyyəsi arasındakı ziddiyyətlərlə bağlıdır. Daxili ziddiyyətlər tərbiyə prosesinə daxilən xas olan ziddiyyətlərdir, onun komponentləri arasındakı uyğunsuzluqlardır. Əsas daxili ziddiyyət insanın mənəvi tələbatları ilə onları ödəmək imkanı arasındakı ziddiyyətdir. İnsan öz tələbatını ödəmək üçün yeni yollar axtarır; yeni vasitələrə, üsullara, əməliyyatlara, biliyə və bacarığa yiyələnir. Bu zəmində insan tədricən həyatı, başqa adamları, özünü dərk edir, yeni-yeni təsəvvürlərə yiyələnir. Onun motivləri, münasibətlər sistemi formalaşır, əxlaqi keyfiyyətləri, mənlik şüuru inkişaf edir. Tərbiyədə ziddiyyətlərin yaradılması və həlli ahəngdar şəxsiyyət tərbiyəsinin vacib şərtidir. Əks halda «saqqallı uşaqlar» yarana bilər.
Tərbiyənin xüsusiyyətləri. Tərbiyə işi özünəməxsus xüsusiyyətlərə malikdir. Onun düzgün idarə olunması və yüksək səmərə verməsi üçün həmin xüsusiyyətləri yaxşı bilmək və tərbiyə işində nəzərə almaq lazımdır. Bu xüsusiyyətlər aşağıdakılardan ibarətdir:
1. Tərbiyə çoxamilli prosesdir.
2. Tərbiyə uzun sürən və fasiləsiz prosesdir.
3. Tərbiyə çoxcəhətli, eyni zamanda bütöv prosesdir.
4. Tərbiyədə xırda məsələ yoxdur; hər bir “xırda” məsələ şəxsiyyətə müəyyən təsir göstərir.
5. Tərbiyə özünütərbiyə və yenidəntərbiyə ilə dialektik vəhdət təşkil edir.
Özünütərbiyə insanın özünü təkmilləşdirmək üçün öz üzərində şüurlu, məqsədyönlü işləməsi prosesidir. Özünütərbiyənin əsas vasitələrinə özünümüşahidə, özünütəhlil, özünütərbiyə planı və ya proqramının müəyyən edilməsi, özünüinandırma (özünütəlqin), özünənəzarət, özünəhesabat, özünütərif, özünütənqid, özünüqiymətləndirmə daxildir. Gəncləri özünütərbiyə vasitələri ilə tanış etmək, bu işə həvəsləndirmək lazımdır. Tərbiyə prosesi, bir qayda olaraq, yenidəntərbiyə ilə müşayiət olunur. Yenidəntərbiyənin əsas şərtləri mənfi keyfiyyətləri doğuran səbəbləri aradan qaldırmaqdan, insanın münasibətlər sistemini dəyişməkdən, kollektivin tərbiyəvi rolunu gücləndirməkdən, insanda özünə inam yaratmaqdan, stimullaşdırıcı tərbiyə metodlarına istinad etməkdən, insanı özünütərbiyə işinə qoşmaqdan ibarətdir.

Yüklə 87,56 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə