Mühazirə və ona verilən tələblər Praktik məşğələ və ona verilən tələblər Tələbələrin müstəqil işi və elmi yaradıcılığı



Yüklə 87,56 Kb.
səhifə11/38
tarix08.06.2023
ölçüsü87,56 Kb.
#116048
növüMühazirə
1   ...   7   8   9   10   11   12   13   14   ...   38
DOC-20230526-WA0029.

Tərbiyədə nikbinlik prinsipi. Bu prinsip insana nikbin nəzərlə yanaşmağı, onun qüvvəsinə, gələcəyinə inam bəsləməyi nəzərdə tutur. Bu halda insanda təkmilləşməyə, özünütərbiyəyə həvəs oyanır. Əksinə, insana bədbin nəzərlə yanaşdıqda onda ruh düşgünlüyü yaranır, öz nöqsanları ilə mübarizə aparmaq əzmi azalır. Tərbiyəçi insana dəyişməz varlıq kimi baxmamalı, ona pedaqoji möhür (“Səndən adam çıxmaz”, “Tənbəl”, “Yalançı” və s.) vurmamalıdır. Bu, tərbiyə və yenidəntərbiyə işini çətinləşdirir. Nikbinlik prinsipi insanın keçmişinə yox, bu gününə və sabahına baxmağı nəzərdə tutur. İnsanın keçmiş qüsurunu üzünə vurmaq onu daha da korlayır, öz səhvlərini aradan qaldırmağa mane olur. Nikbinlik prinsipi insanın müsbət cəhətlərinə istinad etməklə mənfi cəhətlərini aradan qaldırmaqda özünü göstərir. Hər bir insanda müsbət cəhətlər vardır. Tərbiyəçinin vəzifəsi bu müsbət cəhətləri axtarıb tapmaq və onlara əsaslanmaqla insanın nöqsanlı cəhətlərini aradan qaldırmaqdan ibarətdir. Tərbiyədə hörmət və tələbkarlığın vəhdəti prinsipi. Bu prinsip insana münasibətdə ona həm hörmət etməyi, həm də tələb etməyi nəzərdə tutur. Tələbəyə hmət etmək ona bir insan kimi yanaşmaq, qayğı göstərmək, etibar etmək, onun şəxsi ləyaqət hissini gözləmək deməkdir. İnsana hörmət etmək heç də ona güzəşt etmək, nöqsanlarına göz yummaq demək deyildir. Hörmət tələblə sıx bağlıdır: tələbkarlıq insanı nöqsanlardan xilas olmağa gətirib çıxarır, nöqsanların kök salmasına imkan vermir. Lakin birtərəfli hörmət və birtərəfli tələb lazımi nəticə vermir: birinci halda insan ərköyün, şıltaq, xudbin böyüyür, ikinci halda isə onun xarakterində kobudluq, sərtlik, laqeydlik kimi mənfi keyfiyyətlər formalaşır. Buna görə də tərbiyədə hörmət və tələbkarlığı birləşdirmək lazımdır: tərbiyədə ana nəvazişi ilə ata tələbkarlığı uzlaşdıqda daha yaxşı nəticə əldə edilir.
Əməkdə və ictimai-faydalı işlərdə tərbiyə prinsipi. İnsanın şəxsiyyət kimi formalaşmasında əmək ən yaxşı vasitədir. Şəxsiyyətin tərbiyəsini əmək tərbiyəsi olmadan həyata keçirmək olmaz. Əmək tərbiyənin əsasını təşkil edir. Əmək insanın mənəvi inkişafına güclü təsir göstərir: o, insanda əməksevərlik, məsuliyyət, səliqəlilik, yoldaşlıq, əmək adamlarına və əmək məhsuluna hörmət və qayğı, xeyirxahlıq kimi müsbət əxlaqi keyfiyyətlər formalaşdırır, insana əməyin gözəlliyindən doğan estetik hisslər aşılayır.

Yüklə 87,56 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə