Mühazirə və ona verilən tələblər Praktik məşğələ və ona verilən tələblər Tələbələrin müstəqil işi və elmi yaradıcılığı


Distant təlimin təşkili istiqamətləri aşağıdakılardır



Yüklə 87,56 Kb.
səhifə4/38
tarix08.06.2023
ölçüsü87,56 Kb.
#116048
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   38
DOC-20230526-WA0029.

Distant təlimin təşkili istiqamətləri aşağıdakılardır:
• Distant təlimin konseptual aspektləri.
• Distant təlimin didaktik aspektləri.
• Distant təlimdə testləşdirmə.
• Distant təlim şəraiti və texnologiyaları.
• İnformasiyaların verilməsi qaydaları.
• Kommunikasiya formaları.
Bütün dünyada distant tgəlimi reallaşdırmaq məqsədilə tədris proqramlarının transiyasiyasından geniş istifadə olunur. Bu zaman geniş auditoriya üçün müxtəlif təlim idrak proqramları, mühazirələr nümayiş etdirilir. Distant təlimin bu formasından iqtisadi, hüquqi, ekoloji, elmi, mədəni və digər biliklərin əldə edilməsində istifadə olunur. «Qlobal mühazirə zalı», «Dünya universiteti», «Xalqlararası elektron universitet)) və digər distant təlim sistemləri bütün dünyada geniş yayılmışdır. Bu elektron sistemlər dünyanın müxtəlif yerlərində yaşayan insanlar arasında ünsiyyət yaratmağa, insan həyatının müxtəlif sferaları haqqında biliklər mübadiləsi və diskussiya təşkil etməyə şərait yaradır. Distant təlimin regional sistemləri ayrıca götürülmüş region daxilində, regionun xüsusiyyətləri nəzərə alınmaqla, təhsil vəzifələrini həyata keçirir. Həmin sistem federal distant təlim sisteminin tərkib elementidir. Bu səbəbdən də. regional sistemlər yaradılarkən, konkret dövlət təhsil standartlarının tələbləri nəzərə alınmalıdır. Lokal distant təlim sistemi bir şəhər, yaxud bir universitet çərçivəsində hər hansı professional bilik .sahəsi çərçivəsində reallaşdırılır. Distant təlim sisteminin əsas vasitəsi telekommunikasiya sistemidir. Bunlar aşağıdakı vəzifələrin həllinə yönəlir:
• zəruri tədris və tədris-metodik materialın təmin edilməsi;
• öyrədən və öyrənən arasında əks-əlaqənin yaradılması;
• distant təlim sistemi daxilində idarəetmə informasiyası mübadiləsi;
• xalqlararası informasiya şəbəkəsinə qoşulmaq.
Respublikamızda distant təlim sistemini formalaşdırmaq üçün, birinci, interaktiv sputnik televiziyası yaradılmalıdır. O, mərkəzi və regional tədris telestudiyalarından ibarət olmalı və sputnik kanalları ilə birləşməlidir. İkincisi, regionlarda ali məktəb kompüter telekommunikasiya sistemlərinin (RUNNET, UNJCOR, RELARN) inkişafını və onların inteqrasiyasını təmin etmək lazımdır. Üçüncüsü, respublika daxilində mövcud olan sahə ilə distant təlim sistemlərinin əlaqəsi təmin edilməlidir. Dördüncüsü, kompüter telekommunikasiya üçün müvafiq təlim xarakterli informasiya ehtiyatlarının sistemini yaratmaq və nəhayət, ən başlıcası, elektron kitabxanalar sistemini inkişaf etdirmək lazımdır.
Kütləvi auditoriya üçün nəzərdə tutulan distant təlim formasından başqa ünvan xarakterli mühazirə və məşğələləf sistemi də mövcuddur. Bu halda müvafiq kursu bitirən şəxs imtahan verib, müvafiq diplom, sertifikat və ya başqa sənəd ala bilər.
Distant təlim texnologiyası dedikdə, insanın müəyyən bilikləri müstəqil surətdə əldə etməsinə, habelə bu prosesə nəzarət etməyə imkan verən metod, forma və vasitələrin məcmusu başa düşülür. Distant təlim texnologiyası aşağıdakı vəifələrin həllini təmin etməlidir:
• təhsilalanlara öyrənilən materialın əsas məzmununu çatdırmaq.
• öyrənən və öyrədənlərin interaktiv qarşılıqlı münasibətini təmin etmək;
• tədris materialının müstəqil surətdə mənimsənilməsi üçün əlverişli şərait yaratmaq;
• qiymətləndirmə. Dünya praktikasında bu vəzifələrin həllini təmin edən texnologiyalar aşağıdakılardır;
• Tədris və digər çap materialının təqdim edilməsi.
• Öyrənilən materialların kompüter telekommunikasiya vasitəsilə göndərilməsi.
• Kompüter telekommunikasiya vasitəsilə diskussiya və seminarlar keçirilməsi.
• Videoplyonka.
• Milli və regional televiziya və radiostansiyalar vasitəsilə tədris proqramlarının transiyasiyası.
• Kabel televiziyası.
• Səsli poçt.
• İkitərəfli videokonfrans.
• Birtərəfli videotransiyasiya və telefonla əks-əlaqə.
• Lazer disklərində kompüter elektron dərsliklər, yaxud elektron dərsliklər.
Distant təlim texnologiyasının mühüm tərkib elementləri aşağıdakılardan ibarətdir:
- tədris və digər çap materiallarının kompüter telekommunikasiya vasitəsilə göndərilməsi;
- milli və resgional televiziya və radiostansiyalar vasitəsilə tədris proqramının translyasiyası;
- səsli poçt, internet, elektron poçtu vasitəsilə müəllim və tələbə arasında sinxron ünsiyyətin yaradılması;
- video distant təhsilin mühüm vasitəsidir (videoplyonka, videokonfrans). Distant təlim texnologiyasında qeyd edilən ünsürlərdən kompleks şəkildə istifadə olunur.

  1. Mühazirə və ona verilən tələblər

Mühazirə-leksiya (latınca lectio “oxu” deməkdir) təlim materialının müəllim tərəfindən sistemli, ardıcıl şərhi deməkdir. O, ali məktəbdə ənənəvi təlim forması olub, mühüm əhəmiyyət kəsb edir: az vaxtda daha çox elmi informasiya verməyə imkan yaradır. Mühazirə bir neçə vəzifəni yerinə yetirir:
a) tələbələri elmi biliklərlə silahlandırmaq;
b) elmə maraq oyatmaq;
c) elmi təfəkkurü, elmi dünyagörüşü formalaşdırmaq;
ç) tələbələri müstəqil işə istiqamətləndirmək;
d) tələbələrin ideya-mənəvi, istetik tərbiyəsi işinə kömək göstərmək.
Bu vəzifələrin yerinə yetirilməsi üçün mühazirənin müxtəlif tiplərindən istifadə edilir. Mühazirələr müxtəlif məntiqi əsaslara görə tiplərə bölünür. Mühazirə tipləri: 1.Təlim prosesindəki yeri və roluna görə mühazirənin aşağıdakı tipləri fərqləndirilir: giriş, cari, icmal, epizodik və yekun mühazirələr.
2. Mühazirələr xarakterinə görə də bir neçə tipdə olur: sistemli, problemli, qarışıq mühazirələr.
3. Pedaqoji ədəbiyyatda mühazirələrin təşkili qaydasına görə müxtəlif tipləri nəzərdən keçirilir: mühazirə-diskussiya (mühazirə tələbələrin sualları əsasında, onlarla diskussiya şəraitində keçirilir), ikilikdə mühazirə (müəllim digər mütəxəssislə və ya ekspertlə birlikdə dialoq, diskussiya, polemika əsasında, tələbələri də dialoqa cəlb etməklə mövzunu şərh edir), mühazirə-press konfrans (mühazirə müəyyən mövzu üzrə tələbənin sualları üzərində qurulur), vizual mühazirə (mühazirə təlimin texniki vasitələrinin köməyi ilə əvvəldən hazırlanmış material əsasında keçirilir) və s.

Yüklə 87,56 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə