Mühazirə və ona verilən tələblər Praktik məşğələ və ona verilən tələblər Tələbələrin müstəqil işi və elmi yaradıcılığı


Tərbiyədə məqsədyönlülük prinsipi



Yüklə 87,56 Kb.
səhifə10/38
tarix08.06.2023
ölçüsü87,56 Kb.
#116048
növüMühazirə
1   ...   6   7   8   9   10   11   12   13   ...   38
DOC-20230526-WA0029.

Tərbiyədə məqsədyönlülük prinsipi. Tərbiyə məqsədyönlü prosesdir: tərbiyə fəaliyyəti məqsəddən başlayır və onun həyata keçirilməsi ilə tamamlanır. Tərbiyə işinin məzmunu, vasitə və metodları da məqsədlə müəyyən olunur. Yaxşı düşünülmüş və planlı həyata keçirilən məqsəd tərbiyə işinə düzgün istiqamət verir, tərbiyəçini kortəbii hərəkət etməkdən çəkindirir.
Tərbiyənin həyatla, cəmiyyət quruculuğu ilə əlaqəsi prinsipi. Bu prinsip tərbiyə işini məktəb divarları arasında, yalnız söz və nəsihətlə yox, həyatla sıx əlaqəli şəkildə aparmağı nəzərdə tutur. Bu halda insan həyatı dərk edir, sosial təcrübə qazanır, ictimai münasibətləri öyrənir, psixoloji və əməli cəhətdən ictimai həyata hazırlaşır. Cəmiyyətin iqtisadi, ictimai, sosial, siyasi həyatında iştirak etməklə gənc nəsildə vətəndaşlıq keyfiyyətləri, özünüdərk meyli formalaşır.
Tərbiyədə yaşauyğunluq prinsipi. Bu prinsip tərbiyə işində insanın yaş xüsusiyyətlərinə istinad etməyi nəzərdə tutur. İnsanın yaş xüsusiyyətlərinə əsaslanmayan tərbiyə lazımi səmərə verməz. Məsələn, müəllim gənc oğlana uşaq kimi yanaşaraq yoldaşlarının yanında onu pərt edir, ona kobud söz deyir, gənc isə müəllimə cavab qaytarmalı olur. Yaşauyğunluq prinsipinin tətbiqində bəzi tələbləri nəzərə almaq lazımdır:
- tərbiyə işində hər yaşın xüsusiyyətləri, həyat təcrübəsi, tələbat və maraqları düzgün nəzərə alınmalıdır;
- yaş artdıqca tərbiyə işinin məzmunu və metodları dəyişməlidir.
Gənclərin müstəqilliyinə və təşəbbüskarlığına şərait yaradılmalıdır, onlarla ünsiyyətdə əmr tonu yox, xahiş, məsləhət tonu üstünlük təşkil etməlidir.
Tərbiyədə fərdi və cinsi xüsusiyyətlərin nəzərə alınması prinsipi. Bu prinsip tərbiyə işində insanın fərdi və cinsi xüsusiyyətlərini nəzərə almağı tələb edir. Fərdi xüsusiyyət dedikdə, insanı başqalarından fərqləndirən cəhətlər başa düşülür. İnsanlar xarakter, temperament, habelə dünyagörüşü, tələbat, maraq və qabiliyyətlərinə görə bir-birindən fərqlənirlər: biri səbrli, digəri hövsələsiz, biri kollektivçi, digəri fərdiyyətçi, biri utancaq, digəri sırtıq olur. Tərbiyə işində bu fərdi xüsusiyyətləri nəzərə almadan uğur qazanmaq olmaz. Eyni tərbiyə metodu müxtəlif adamlara müxtəlif təsir göstərir. Tərbiyə işində cinsi xüsusiyyətləri də nəzərə almaq vacibdir. Eyni xoşagəlməz hərəkətə yol vermiş oğlan və qıza yanaşma tərzi eyni ola bilməz; bu zaman cinsi xüsusiyyətlə bağlı məqamları nəzərə almaq lazım gəlir.

Yüklə 87,56 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə