Mühazirə və ona verilən tələblər Praktik məşğələ və ona verilən tələblər Tələbələrin müstəqil işi və elmi yaradıcılığı



Yüklə 87,56 Kb.
səhifə2/38
tarix08.06.2023
ölçüsü87,56 Kb.
#116048
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   38
DOC-20230526-WA0029.

Bir ulduz (*)

  1. Ali məktəbdə pedaqoji texnologiyaların təsnifatı

Pedaqoji texnologiya (yunanca techne - sənət, ustalıq, bacarıq deməkdir) - bütövlükdü pedaqoji prosesin situasiyası onun iştirakçdanmn fəaliyyətinin biri-birilə qarşılıqlı əlaqədə olan komponentlərinin, mərhələlərinin ardıcıl, fasiləsiz hərəkətidir. Pedaqoji texnologiya dedikdə, qoyulmuş məqsədlərə uyğun olaraq bilik, bacarıq, vərdiş və münasibətləri formalaşdırmaq və onlara nəzarəti həyata keçirmək üçün əməliyyatlar komplekti başa düşülür. Pedaqoji texnologiyaların işlənməsi pedaqoji modelləşdirmədən (proyektləşdirmədən) başlayır. Pedaqoji modelləşdirmə pedaqoji fəaliyyətin bütün əsas mərhələlərinin, detallarının əvvəlcədən hazırlanmasıdır. Bu hər bir müəllimin, o cümlədən, ali məktəb müəlliminin məqsədə müvafiq mühüm fəaliyyət sahələrindəndir. Pedaqoji proyektləşdirmə icra olunacaq fəaliyyətin (pedaqoji sistemlərin, pedaqoji prosesin, pedaqoji situasiyaların) mümkün variantlarını hazırlamaqda və onun nəticələrini proqnozlaşdırmaqda ifadə olunur.
Pedaqoji texnologiya aşağıdakı mərhələlərdən ibarətdir:
• konkret tədris planı və proqramlara uyğun olaraq təhsilin məzmununun müəyyənləşdirilməsi;
• müəllimin fənnin tədrisi prosesində reallaşdıracağı başlıca məqsədlərin müəyyənləşdirilməsi (təhsilalanlara hansı peşə qabiliyyətləri, bacarıq və vərdişlər, .şəxsi keyfiyyətlər aşılanacaq);
• bir, yaxud bir neçə məqsədin həllinə yönəlmiş texnologiyanın seçilməsi;
• konkret təlim texnologiyasının hazırlanması. Deməli, təlim texnologiyasının hazırlanması fənnin məzmununun, təşkili formalarının, vasitə və metodlarının proyektləşdirilməsini nəzərdə tutur.
Ali tədris müəssisəsində təlim texnologiyasının məzmunu deyilərkən, tələbələrə təqdim edilən və onlarda təlim və peşə ilə bağlı bacarıq və vərdişlərinin formalaşmasını təmin edən təlim informasiyasının məzmunu və strukturu, məsələ, tapşırıq və çalışmalar kompleksi başa düşülür. Təlim texnologiyası sistemli kateqoriyadır. Onu tənzimləyən struktur elementləri aşağıdakılardır;
• təlimin məqsədləri;
• təhsilin məzmunu;
• pedaqoji ünsiyyət vasitələri;
• motivlər;
• təlim prosesinin təşkili formaları;
• tələbə-müəllim münasibətləri;
• pedaqoji fəaliyyətin nəticələri;
• tələbənin professional hazırlığının səviyyəsi.
Deyilənlərdən belə bir nəticə çıxır ki, təlim texnologiyası təlim prosesinin təşkili, idarə olunması və nəzarət proseslərinin sistemli və ardıcıl surətdə həyata keçirilməsini təmin edir. Bu proseslər biri-birilə sıx vəhdətdə və qarşılıqlı əlaqədə cərəyan edir. Texnologiya - fəaliyyətlə bağlı zəruri bacarıq və vərdişlərə malik olmaq və onlardan iş prosesində ustalıqla istifadə etmək məharətidir. Təlim texnologiyaları - təlim prosesini təj/kil edərkən, iştirakçıların, yəni öyrədən\ və öyrənənlərin imkanlarım, istifadədə olan texniki vasitələri nəzərə alır və nəhayət etibarilə, təlimin təşkili formalarının opthnallaşdırımasını təmin edir. Təlim texnologiyası - vasitə və metodların məcmusudur, həm də müəllimin təlim prosesində tələbələrə müxtəlif texniki və informasiya vasitələri ilə təsiri prosesidir. Konkret təlim texnologiyasının hazırlanması - müəllimin pedaqoji proyektləşdirmə funksiyasıdır və aşağıdakı mərhələlər üzrə həyata keçirilir:
• təhsilin məzmununun müəyyənləşdirilməsi;
• əsas məqsədlərin müəyyənləşdirilməsi;
• texnologiyanın seçilməsi;
• təlim texnologiyasının işlənməsi.
Təlim texnologiyasının mahiyyəti tələbələrə təqdim olunan informasiyaların məzmunu və strukturunu özündə birləşdirir. Tələbələrdə təlim və professional bacarıq və vərdişlərin formalaşmasını təmin edən məsələlər, tapşırıq və çalışmalar da bu sistemə daxildir. Təlim metodu - tələbələrin müvafiq bilik, bacarıq və vərdişlərin mənimsənilməsinə yönəlmiş öyrənmə qaydaları sistemidir. Təlim vasitələri - təlim prosesinin effektivüliyini təmin edən obyektlərdir. Deməli, təlim texnologiyasının strukturu iki təbəqədən ibarətdir:
• Tədris fənninin məzmunundan ibarət olan daxili təbəqə;
• Təlini prosesində məzmunun reallaşdırılması prosesindən ibarət olan xarici təbəqə. Müasir pedaqogikada təlim texnologiyalarının təsnifatında fikir vahidliyi yoxdur. Təlim texnologiyalarının ənənəvi və innovasiya formalarını əhatə edən təsnifatlar pedaqoqlar tərəfindən məqbul hesab edilir. Son dövrün maraqlı təsnifatlarından biri aşağıdakı kimidir.
• Fəaliyyətin istiqamətinə görə (öyrədənlər, öyrənənlər).
• Təlimin məqsədlərinə görə.
• Fənlərin istiqamətinə görə (humanitar, təbiət, texniki və s.).
• Texniki vasitələrə görə (audiovizual, kompüter. videokompüter və s.).
• Təlim prosesinin təşkilinə görə (fərdi, qrup, kollektiv, qarışıq).
• Metodik məqsədinə görə (bir fənnin, yaxud bir mövzunun tədrisi texnologiyası). Təlim texnologiyası seçilərkən aşağıdakı tələblər nəzərə alınmalıdır;
• təhsilalanların şəxsiyyətinin peşə fəaliyyətinin mərkəzinə qoyulması, onlara təlim prosesinin subyekti kimi yanaşılması;
• insanın ən qiymətli dəyər kimi qəbul edilməsi;
• cəmiyyətin müxtəlif peşə-ixtisas sferalarına (texniki, təbii-elmi, humanitar və s.) ehtiyacı;
• bütün təhsil sistemində köklü islahatlar aparılması;
• sosial inkişafın istiqamətləri;
• hər bir texnoloji sistemin tələbələrin yaş və fərdi xüsusiyyətinə uyğunlaşdırılması;
• hər bir təhsilalanın şəxsi yaradıcılıq potensialının, fərdi imkan və qabiliyyətinin maksimum inkişafının təmin edilməsi.



  1. Problemli təlim texnologiyaları

Müasir ali təhsil sisteminin qarşısında duran prioritet məqsəd - yaradıcılıq metodologiyasına və texnologiyasına dərindən bələd olan, yeni biliklər kəşf etməyə, yaranmış problemləri həll etməyə qabil insanlar, peşəkar mütəxəssislər yetişdirməkdir. Bu prioritet məqsədin reallaşdırılmasında problemli təlimin rolu çox böyükdür. Problemli təlim tələbəni standart olmayan təlim - idrak məsələlərini orijinal (qeyri-standart) metodlarla işləməyə hazırlayan yaradıcı prosesdir. Bir qayda olaraq, problem-tədqiqat prosesində öyrənilən obyektin dialektik ziddiyyətlərini əks etdirir. Bu baxımdan problem didaktik kateqoriyadır. Problem həm də, psixoloji kateqoriyadır, çünki obyektin dərk edilməsi prosesində subyektdə təzahür edən ziddiyyətlərini əks etdirir. Problemin psixoloji mahiyyəti bir də ondadır ki, eyni bir problem müxtəlif adamlar tərəfindən müxtəlif tərzdə qavranılır: müxtəlif adamların təfəkküründə müxtəlif çətinliklər yaradır, yaxud heç də hamı tərəfindən problem kimi qəbul olunmur və onu həll etmək səyi doğurmur.
Problemli təlim texnologiyası təlim prosesinin xüsusi formada təşkilini nəzərdə tutur. Bu, təlim metodları və priyomlarının seçilməsində, təlim materialının strukturunda öz ifadəsini tapır. Aydın olur ki, problemli təlim ~ özünəməxsus texnologiyası olan müasir didaktik sistemdir. Özündə yaradıcılıq elementlərini əks etdirən problemli təlim yaradıcı mənimsəmənin müvafiq qanunauyğunluqlarına əsaslanır. Öyrətmə və öyrənmə, təlim və idrak, metod və priyomların vəhdətini nəzərdə tutur. Problemli təlim texnologiyasının mühüm elementləri aşağıdakılardır:
• mövcud biliklərin yeni situasiyalarda istifadəsi;
• öyrənilən obyektin strukturunu «görmək»;
• tanış obyektdə yeni mahiyyətin aşkarlanması;
• məsələnin həllinin alternativ yollarının müəyyənləşdirilməsi;
• məsələnin həllinin məlum yollarından yenisinin kombinə edilməsi;
• məsələnin həllinin orijinal həlli yollarının tapılması.
Beləliklə, problemli təlim texnologiyası yaradıcılıq tələb edən mürəkkəb sistem olmaqla fəaliyyətin stereotip (yunanca stereos - sabit, daimi, möhkəm deməkdir) formalarından imtina elməyi, orijinallıq göstərməyi tələb edir. Yaradıcılıq tələb edən problemli təlim texnologiyası tələbədə professional təfəkkürün formalaşmasına xidmət göstərir və aşağıdakı elementləri özündə ehtiva edir:
• problemi bütün çalarları ilə «görmək» və müstəqil surətdə dərk etmək;
• fərziyyə irəli sürmək və yoxlamaq;
• faktik material toplamaq;
• materialın təhlili metodikasını hazırlamaq;
• nəticələri ifadə etmək və praktik tətbiqi imkanlarını müəyyənləşdirmək;
• problemin həllinin bütün aspekt və mərhələlərini aşkarlamaq;
• problemin kollektiv həllində öz stalusLinu düzgün müəyyənləşdirmək.
Deməli, problemli təlim texnologiyası olduqca müxtəlif təzahürlərə malik yaradıcılıq qabiliyyətlərinin inkişafı üçün əlverişli şərait yaradır. Problemli təlim innovasiya texnologiyaları sisteminə daxil edilsə də, əslində çox qədim tarixə malikdir. Həm antik, həm də İntibah dövründə onun elementlərindən {Sokratm evristik müsahibələri, Qalileyin söhbət və dialoqları. •I.J.Russonun problemli dialoqları və s.) geniş istifadə olunmuşdur. Praktikada problem-situasiyalar standart olmayttn məsələlərin həlli zamanı meydana çıxır və tələbələri idrak çətinlikləri üzləşdirir, onların düşüncə tərzində ziddiyyətli məqamlar yaradır. Təlim materialının problemli interpretasiyasının mahiyyəti ondan ibarətdir ki, biliklər təhsilalanlara hazır şəkildə təqdim olunmur. Problem qoyulur və həlli tələb olunur. Halbuki ənənəvi pedaqoji strategiya «biliklərdən - problemə» ardıcıllığına əsaslandığından tələbələrə elmi- tədqiqatçılıq bacarıq və vərdişləri aşılamır, onlarda yaradıcılıq ehtirası oyatmır, yeni biliklərin müstəqil surətdə əldə edilməsi qabiliyyəti formalaşdırmır, «hazır biliklər» tələbatı tələbənin şüurunda gələcək fəaliyyətin modelini formalaşdıra bilmir. Buna görə də pedaqogikanın «bilik- lərdən-problemə» strategiyası müasir dövrdə özünü doğrultmur və öz yerini «problemlərtiən-biliklərə» strategiyasına verir. Deməli, problemli təlim inkişafetdirici təlim funksiyasından çıxış edir. Problemli təlim texnologiyalarından müvəffəqiyyətlə istifadə etmək üçün ali məktəb müəllimi problem situasiyaların strukturunu və tipologiyasını, həlli yollarını, pedaqoji priyomlarmı, bir sözlə, problemli təlimin taktikasını yaxşı bilməlidir. Problemli təlim o halda mümkündür ki, tələbə nəyi bilmədiyini və nəyi həll etmək lazım olduğunu yaxşı dərk edir. Beləliklə, təhlil prosesində problem-situasiya problem məsələyə çevrilir. Problem məsələ bir sıra suallar doğurur: «Bu ziddiyyəti nə ilə izah etmək və necə həll etmək?» Problem suallar - problem məsələni, problem məsələ isə problemin həlli modelini doğurur. Problemin həlli modeli - həllin yollarını, vasitə və metodlarını nəzərdə tutur.
Ali məktəb təcrübəsində problemli təlim aşağıdakı formalarda təşkil olunur:
• Problemli ləlimin monoloji mühazirə vasitəsilə təşkili forması;
• Problemli təlimin seminar məşğələlərində dialoq vasitəsilə təşkili forması;
• Eksperiment aparılması zamanı problemli ləlimin qismən-axtarıcılıq formasında təşkili;
• Problemli ləlimin tələbənin müstəqil tədqiqatçılıq fəaliyyətində təşkili forması.
Əslində pedaqoji prosesin çox mühüm tərkib hissəsi olan problemli situasiya bütün təlim məşğələlərində yaratmaq mümkündür. Ancaq bununla belə, yalnız o texnologiyalar problemli adlanır ki, orada problemli təlimə xas olan ləlim metodları və təşkili formaları tətbiq olunsun.

  1. Fəal təlim və oyun texnologiyaları


Yüklə 87,56 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə