Dərsliklə bağlı tqdk-ya daxil olmuş və açıq müzakirələrdə bildirilmiş qeydlər, iradlar və təkliflər



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
tarix31.10.2018
ölçüsü0,72 Mb.
#77295
növüDərs



 

 



 

 

Respublikanın ümumtəhsil məktəblərinin  

10-cu sinifləri üçün “Ədəbiyyat” dərsliyi 

 

 

Müəlliflər: Nizami Cəfərov 

                   Teymur Kərimli 

                Zaman Əsgərli 

                    Afət Bakıxanova 

 

 

 

Bakı: Çaşıoğlu, 2012. 

 

 

Dərsliklə bağlı TQDK-ya daxil olmuş və açıq 

müzakirələrdə bildirilmiş qeydlər, iradlar və təkliflər  

əsasında hazırlanmış 

 

 

YEKUN RƏY 


 

Yekun rəy aşağıdakı meyarlar əsasında formalaşmışdır: 



1. Məzmunun işlənməsi baxımından; 

2. Dil və yazı üslubu baxımından; 

3. Dizayn və bədii tərtibat baxımından; 

4. Tapşırıqların elmi-metodiki uyğunluğu baxımından.  

 

1. Məzmunun işlənməsi baxımından 

 

Respublikanın  ümumtəhsil  məktəblərində  qüvvədə  olan  tədris  proqramına 



uyğun hazırlanmış dərslik 176 səhifədən, “Giriş”“Proqram” və “Mündəricat”dan 

ibarətdir. Dərslik “Azərbaycan şifahi xalq ədəbiyyatı”“Qədim dövr Azərbaycan 



ədəbiyyatı”,  “Orta  dövr  Azərbaycan  ədəbiyyatı”  və  “Yeni  dövr  Azərbaycan 

ədəbiyyatı”nın I, II mərhələləri daxil olmaqla 4 bölməni əhatə edir.  

“Giriş”də  (səh.3-7)  bədii  ədəbiyyatın  mahiyyəti,  başlıca  xüsusiyyətləri  əhatəli 

şərh edilmiş, nəzəri fikirlər nümunələrlə əsaslandırılmışdır. Şifahi, yaxud yazılı yolla 

yaranıb  yayılmasından  asılı  olmayaraq  ədəbiyyatın  üç  növə  (lirik,  epik,  dramatik) 

ayrılmasından  (səh.4)  bəhs  olunmuşdur.  Əslində,  bədii  ədəbiyyat  həyatı,  gerçəkliyi 



təsvir,  həyatı  əksetdirmə  üsuluna    görə  üç  növə  ayrılır.  Bölgünün  səbəbi 

dəqiqləşdirilməlidir. 



Səhifə  5.  Ədəbiyyatın  beynəlmiləl  mahiyyətinə  toxunulsa  da,  dərslikdə  dünya 

ədəbiyyatı  nümunələrinə  yer  ayrılmamışdır.  Dünya  ədəbiyyatı  nümunələrinə 

proqramda  və  dərslikdə  yer  ayrılsa,  şagirdlərin  dünyagörüşünün  artırılması 

baxımından müsbət təsiri olar. 



Səhifə  8-22.  Azərbaycan  şifahi  xalq  ədəbiyyatının  növləri,  janrları  haqqında 

verilmiş məlumat və nümunələr  sinfin səviyyəsinə uyğun  olub, məzmunca məntiqli 

və aydındır.  

Səhifə 10. Oxşamalar  “Ədəbiyyat nəzəriyyəsi”ndə bayatıların, “Ədəbiyyat” 

da isə nəğmənin növləri  daxilində verilir.  Tədrisdə  hər iki dərsliyi  oxuyan şagirddə 

dolaşıqlıq və çaşqınlıq yaranır. 

Səhifə 21. İfaçı aşıqlardan danışılarkən qeyd olunur ki, “... onlar yaradıcılıqla 

məşğul  olmayıb,  əsasən,  ustadların  əsərlərini  ifa  edirlər”.  Amma  belə  aşıqlara 

misal olaraq adları çəkilənlərdən Aşıq Kamandarın, Aşıq Hüseyn Saraclının şeirləri 

olduğu məlumdur.  



 

Səhifə 22. Xalq dastanlarının, adətən, ustadnamə ilə başlanmasından danışılır. 

Əslində,  “xalq  dastanları”  deyil,  “məhəbbət  dastanları”  yazılmalıdır.  Çünki 

qəhrəmanlıq dastanlarında ustadnamə olmur. 



Səhifə  23-28.  Dərsliyə  mübahisəli  elmi  məlumatın  daxil  edilməsi  və  birtərəfli 

şərh  olunması,  qıpçaq,  oğuz  türklərinin  Azərbaycan  ərazisinin  qədim  sakinləri 

olmasının şübhə altına alınması məqsədəuyğun deyil. 

Səhifə  30-da  “Əsirlikdə  olan  Beyrək...qardaşı  Səyrəyə  deyir...”  səhv 

verilmişdir.  Əslində  isə  belədir:  “Səyrək  əsirlikdə  olan  böyük  qardaşı  Əyrəyi 



tanımadıgı və düşmən hesab etdiyi üçün ona deyir:...”  

 Səhifə  31,  37,  53,  89,  99.  Tədrisinə  saat  ayrılmış  bədii  nümunələrin  (“Dədə 

Qorqud”,  “İsgəndərnamə”,  “Leyli  və  Məcnun”,  “Koroğlu”)  məzmununun 

dərslikdə şərh edilməsi elmi-metodik baxımdan  məqsədəuyğun deyil. Əsəri oxuyan, 

məzmununun mənimsənilməsi üzrə işləri yerinə yetirən şagird sonda müstəqil nəticə 

çıxarsa, daha yaxşı olar.  



Səhifə  48. 2-ci abzasda bu cümləyə ehtiyac yoxdur: “Əsərin qadın qəhramanı 

bəzi qaynaqlarda yanlış olaraq “erməni şahzadəsi” adlandırılmışdır. 

Səhifə  52.  Burada  qeyd  olunur  ki,  Nizami  Gəncəvi  əvvəlki  4  əsərinin  adını 

“İqbalnamə”də çəkir. Əslində isə bu, “Şərəfnamə”dədir. 

Səhifə 58. “Ədəbiyyat müntəxəbatı” kitabında İ.Həsənoğlunun azərbaycanca 

iki (səh.79), dərslikdə isə üç qəzəlinin olduğu göstərilir. Dəqiqləşdirmə aparılmalıdır. 



Səhifə  61.  “Ruhi,  Şahi,  Tüfeyli,  Xəzani,    Zehni,  Elmi,  Kalai,  Səhabi, 

Bidari”  və  başqaları  olmaqla  çoxlu  sayda  sənətkarların  adının  sadalanması  tədrisi 

çətinləşdirir.  



Səhifə  67.  İ.Nəsiminin  “Mən  mülki-cahan  ...”  qəzəlinin  dəyişdirilməsi 

məsləhətdir. Şagirdlər  bu əsəri çətin qavrayır. 



Səhifə 70. Ş.İ.Xətayinin həyatı barədə məlumatları mümkün qədər azaltmaq və 

dilini sadələşdirmək tövsiyə edilir. 



Səhifə  77-də  Ş.İ.Xətayinin  “Ayrılır”  qəzəlinin  ilk  misrasının  İ.Nəsiminin 

qəzəlinin  ilk  misrası  ilə  eyni  olduğu  göstərilir.  Halbuki  İ.Nəsiminin  qəzəlinin  ilk 

misrası “Ey müsəlmanlar, mədəd, ol yari-pünhan ayrılır”, Ş.İ.Xətayinin qəzəlinin ilk 

misrası isə “Ey müsəlmanlar, bu gün ol yari-pünhan ayrılır” şəklindədir. 



Səhifə 79. 3-cü abzasda fikir açılmır və dolaşıqlıq yaranır. 

Səhifə  80.  Dərslikdə  Ş.İ.Xətainin  “Dəhnamə”nin  yazılma  səbəbinin  əsərin 

sonunda, müntəxəbatda isə əsərinin əvvəlində yazıldığı göstərilir. 




 

Səhifə 86-87. M.Füzulinin “Çıxma yarım gecələr əğyar tənindən saqın, Sən 



məhi  övçi  məlahətsən  bu  nöqsandır  sana”  misralarının  izahında  M.Füzuli 

sənətkarlığının qüdrətini göstərmək üçün vergüllərin qoyulub-qoyulmamasından asılı 

olaraq, beytin mənasının necə ustalıqla dəyişdi izah olunmasına çalışılmışdır. Lakin 

fikirdə  şagirdin anlaması üçün xeyli  dolaşıqlıq yaranmışdır.  



Səhfə  87.  M.Füzulinin  “Mətləül-etiqad”  əsəri  nəsr əsəri kimi  verilib.  Əslində 

isə bu əsər fəlsəvi traktatdır. Nəsr əsəri deyil. 



Səhifə  92. Burada, “Şair Leylinin ölümünü təsvir etmək üçün təbiətin xəzan 

fəslini seçir” fikri qeyd edilmişdir. “Xəzan” yarpaqların tökülmə, yəni payız fəslidir. 

Əsərdə  isə  Leylinin ölümü  qışın ilk ayında  (“dey”)  ayında  baş  verir.  Əsərdə həmin 

hissə belə adlanır: “Leylinin ömür baharının xəzana çatması”. 

Səhifə  95.  Sarı  Aşığın  yaşam  tarixi  “Ədəbiyyat”da  XVIII  (səh.95), 

müntəxəbatda isə XVII əsr verilir (səh.163). 



Səhifə  95-96.  Azərbaycan  ədəbiyyatının  İntibah  dövrünün  XVII-XVIII  əsrlərə 

aid  edilməsi  elmi  ədəbiyyatşünaslığın  qəbul  etmədiyi  məsələdir.  Bu  fikir  elmi 

ədəbiyyatda mübahisə obyekti kimi də diqqəti çəkmir. Çünki ədəbiyyatımızın İntibah 

dövrünün  çox-çox  əvvəllərə  aid  olduğu  xüsusi  araşdırmalarda  təsdiqini  tapmışdır. 

Şagirdlər tarix dərsliklərində də məsələni məhz bu baxımdan öyrənmiş olurlar.  

Səhifə  103.  “Koroğlu”  dastanından  “Keçəl  Həmzənin  Qıratı  aparması” 

qolunun  dərslikdə  təqdim  olunmuş  versiyası  Koroğluya  sevgi  deyil,  nifrət  yaradır. 

Burada, Koroğlunun dəyirmançının ölümünə səbəb olması, Toqatlı Mahmud paşanın 

sarayında  aşpazı  öldürməsi,  dəyirmana  dən  üyütməyə  gəlmiş  kəndlinin  öküzünü 

kəsib yeməsi verilmişdir. Həmin qolun başqa bir qolla əvəzlənməsi tövsiyə edilir. 

Səhifə  105.  Buradakı  “Qərb  (Türküstan)”  ifadəsi  doğru  deyil.  Türküstan 

şərqdir.  



Səhifə  118.  Təbrizdə  “Azərbaycan”  qəzetinin  buraxıldığı  və  bir  neçə  il 

müxtəlif adlarla nəşr olunduğu göstərilir, lakin onun hansı dildə olduğu qeyd edilmir. 

Bu  isə  mətbuatın  tarixinin  dəqiqləşdirilməsini  qaranlıqlaşdırır,  yaxud  şagird  üçün 

dolaşıqlıq yaradır. 



Səhifə  131.  Q.Zakirin  “Durnalar”  şeirinin  ictimai  məzmunlu  əsər  kimi  təhlil  

edilməsi  doğrudur.  Lakin  şeirdəki  “canan”,  “dilbər”  sözlərini  müstəqim  mənada 

izah etmək yanlışdır. Həmin sözlər “yurd”“vətən” anlamında işlənilmişdir. 

Səhifə 141. M.F.Axundzadənin “Hekayəti xırs quldurbasan” pyesi dram kimi 

təqdim olunmuşdur. Bu məsələ mübahisəlidir. 




 

Səhifə  142.  M.F.Axundovun  “Hekayəti-vəziri-xani-Lənkəran”  əsərinin 

adından  göründüyü  kimi,  baş  qəhrəman  vəzirdir,  amma  əsərin  təhlilində  yalnız  xan 

diqqət önünə çəkilir. 



Səhifə  147.  Burada  “...müsyö  Jordan  Parisdə  inqilab,  çevriliş  xəbərini 

eşitdikdə  dərhal  özunü  ölkəsinə,  doğma  paytaxtına  yetirmək  istəyir  ki,bu  da 

onun  vətəni  üçün  narahat  oldugunu  göstərir”  fikri  qeyd  edilmişdir.  Əsərdə  isə 

belə deyil. O, kral üçün narahat olur və Parisə deyil, Londona tələsir.  



Səhifə  152.  Burada  Yusif  Şahın  islahatlarından  danışarkən  deyilir:  “...köhnə 

ərəb  əlifbasının  təkmilləşdirilməsı  fikrini  irəli  sürür...”  Əsərdə    isə  belə  fikir 

yoxdur. 


Səhifə  154.  “Gəzdiyi  yerlərdə  dini-sxolastik  elmlərin  öyrənilməsinə  çoxlu 

vaxt  sərf  edən  şair  vətənə  qayıtdıqdan  sonra  bu  elmlərin  faydasızlığını  başa 

düşür” fikirləri müasir dövrümüz üçün məqbul hesab edilə bilməz. 

Səhifə  152.  “Mifik  təfəkkür  real  hadisələrlə  əlaqələndirilmiş”  ifadəsi 

elmi-akademik  səviyyədə  anlaşıla  bilər,  orta  məktəb  şagirdi  üçün  başadüşülən  deyil 

və dərslikdə də bu barədə heç bir əlavə qeyd verilməmişdir. 

Səhifə 155. Burada qeyd olunur ki, “Seyid Əzim 1879-cu ildə ...vəzifəsindən 

azad edildi. Tiflisə şikayətə  gedib, günahsız oldugunu sübuta yetirir və yenidən 

öz  vətəninə  qayıdır.  Seyid  Əzimin  öz  vəzifəsinə  qayıtdığını  görən  əleyhdarları  

onu  ruhdan  salmaq  uçün  şəxsi  məktəbini  bağlatdırırlar.  Ancaq  bu  onun 

iradəsini sındıra bilmir.  “Rəbiul-ətfal” dərsliyini 1878-ci ildə tamamlayır”. Fikir 

tarixi baxımından ziddiyyətlidir.    

 

2. Dil və yazı üslubu baxımından 

 

Dərslik  dil  və  üslub  baxımından  ənənəvi  dərsliklərə  verilən  tələblərə  əsasən, 

uyğundur, dili aydın, üslubu anlaşıqlı və sadədir. Bununla yanaşı, şagirdlərin yaş və 

bilik  səviyyəsi,  qavrama  xüsusiyyətləri  nəzərə  alınaraq,  müəyyən  sadələşdirmələr 

aparmağa ehtiyac vardır. Çünki  bir sıra materialların dili, təqdimi akademizmin təsiri 

ilə onun şagirdlər tərəfindən mənimsənilməsini çətinləşdirir. 

Sözlərin seçilməsində, fikirlərin ifadəsində müəyyən qüsurlar müşahidə edilir. 

Səhifə  3.  “Elmi  idrak  –  alimlərə,  sənət  idrakı,  bədii  idrak  –  sənətkarlara 

məxsus olsa da, alimi, əsasən, mütəxəssislər, sənətkarı isə, demək olar ki, hamı 



 

başa düşür” tipli cümlələrə dərslikdə yer verilməsi məqbul sayılmır. Belə cümlələr 

fikrin şagirdlər tərəfindən asan qavranılmasına imkan vermir. 

Səhifə  10.  1-ci  şeir  parçasının  3-cü  sətrində  “taxlmız”  deyil,  “Taxılımız” 

yazılmalıdır. 



Səhifə 30. Burada “panbıq” deyil, “pambıq” olmalıdır. 

Səhifə 43. “Nizami öz ana dilini dərindən bilməklə yanaşı, o dövrün elm dili 

olan  ərəb  dilini  və  şeir  dili  olan  fars  (dəri)  dilini  də  mükəmməl  öyrənmişdi” 

cümləsində “öz” sözü artıqdır.  



Səhifə  44.  “O  ədəbi  ənənəsinə  uyğun  olaraq,  şair  öz  poemalarını...” 

cümləsində “öz” sözü artıqdır. 



 Səhifə  45. “Poemada  orjinal  üslub işlədən  Nizami  əsərin  qəhramanlarının 

ölümünü təsvir etdikdən sonra öz ölümünü də təsvir etmişdir”. Fikrin bu şəkildə 

ifadəsi qeyri-məntiqidir. 



Səhifə 47, 64, 65 və s.  “insanın vəhşi ehtiras və instinktlərindən çəkinmək”, 

“heyvani  ehtiraslardan  uzaq  olmaq”  ifadələrinin  dərslikdə  işlədilməsi 

məqsədəuyğun deyil. 



Səhifə 48. Burada “Hadisələrin təsviri prosesində Nizami iki əxlaq növünü 

–  İran  və  türk  əxlaqının  əsas  prinsiplərini  qarşılaşdırır”  fikri  qeyd  edilmişdir. 

“Əxlaq növü” kimi anlayış  mövcud deyil. “İki əxlaqı” daha doğru olar.  

Səhifə  55,  60,  91.  Burada  “Antipatiya”,  “unikal”,  “analogiya”  sözlərinin 

şagirdlərin yaxşı bildikləri, dilimizdə geniş işlənilən qarşılıqlarından istifadə edilməsi 

məqsədəuyğundur. 

Səhifə  59.  “Nizami  çapında  bitkin,  monumental  əsər  və  obrazların  ərsəyə 

gəlməsini  bir  tərəfdən  də  ictimai-mədəni  həyatda  baş  vermiş  əsaslı 

dəyişikliklərlə  izah  etmək  olar”  cümləsindəki  “çapında”  sözü  fikrin  şagirdlər 

tərəfindən başa düşülməsinə imkan vermir. 



Səhifə  66.  “Məlum  olur  ki,  aşiqin  yanmasının  real  tələbi  var  imiş”  

ifadəsində    “real”  sözü  yerinə  düşmür.    Buna  bənzər  başqa  sözün  işlənilməsi 

məqsədəuyğun olar. 

Səhifə  77.  “Bu  dəfə  Aşiq....ağlaması  haqda  lirik  informasiya  verir...” 

ifadəsində “lirik informasiya” sözlərinin işlədilməsi məqsədəuyğun deyil. 



Səhifə 83. Fikir bir səhifədə iki dəfə təkrar olunub: “Ancaq Osmanlı dovlətinin 

bürokratik  sistemi  bu  təqaüdü  almağa  şairə  imkan  verməmiş,  bununla  bağlı 


 

olaraq  öz  qəzəb  və  nifrətini  “Şikayətnamə”əsəri  ilə  ifadə  etməyə  məcbur 



olmuşdur”. 

“...Osmanlı dovləti tərəfindən kəsilmiş 9 axca  təqaüdü ala bilməyən Füzuli 

bu bürokratizmə özünün məşhur “Şikayətnamə”... əsərində acı-acı gülmüşdür”. 

 Səhifə  84-85.  “...Füzuli  öz  sənətini  maksimum  yüksəkliyə  qaldırmağa  və 

təkcə  öz  müasir  deyil,  həm  də  sonrakı  oxucu  nəsillərinin  estetik  zövqünü 

oxşamağa, onları düşündürməyə nail olmuşdur” cümləsi üslubca qüsurludur. 

Səhifə  87.  “Fars  dilində  “Səhhət  və  Mərəz”,  “Rindü  və  Zahid”...kimi 

görkəmli  əsərləri  məlumdur”.  Bədii  əsər  haqqında  “görkəmli”  yazmaq 

məqsədəuyğun deyil. 



Səhifə  90.  1-ci  abzasda  “Qeyri-adi  yolla  doğulmuş  övladda  qeyri-adi 

olmalıdır” ifadəsi çaşqınlıq yaradır. 

Səhifə 91. “Ərə gedən qızın ağlamağı cəmiyyət tərəfindən təbii qəbul edilir 

və Leyli də bundan istifadə edərək, Məcnunun eşqindən duyduğu nalə və fəryadı 

başqa bir bəhanə altında təqdim edə bilir” sözləri anlaşılmır. 

Səhifə  69.  “Nəsimi  qəzəllərini  hansı  tematik  qruplara  bölmək  olar?”. 

Ədəbiyyatşünaslığımızda “tematik qrup”, “tematik” ifadələri işlədilmir. 



Səhifə  105.  Burada  “XVI  əsrin  sonu-XVIII  əsrin  əvvələrində”  ifadəsi 

yanlışdır. 



Səhifə  109.  Burada  3-cü  abzasda  “əgər”  sözü  səhv  olaraq  sətirdən  sətrə 

keçirilib. 



Səhifə  112.  2-ci  abzasda  “tərəkəmə  qadınlarının  zövqsüz  geyim  keçimi, 

mədəniyyətdən kənarda qalması” ifadələrinin işlədilməsi məqsədəuyğun deyil. 

 

3. Dizayn və bədii tərtibat baxımından 

 

Dərsliyin  bədii  tərtibatı  və  dizaynı  ənənəvi  dərsliklərə  uyğun  olaraq 



qənaətbəxşdir. 

Sual  və  tapşırıqlar,  bölmələrin,  əsərlərin  adları,  söz  sənətkarlarının  həyatı  və 

yaradıcılığı,  mövzulardakı  yarımbaşlıqlar  fərqləndirilmiş  şəkildə  verilmişdir.  Lakin 

dərslikdə  illüstrativ  materiallardan,  cədvəllərdən,  rəsmlərdən  istifadə  olunmamışdır. 

Belə  cədvəl  və  sxemlərin,  rəsmlərin  verilməsi  əyanilik  baxımından 

məqsədəuyğundur. 




 

Mövzuların daxilində təqdim olunan əsərlərin adlarının kursivlə verilməsi təklif 



edilir. 

 

4. Tapşırıqların elmi-metodiki uyğunluğu baxımından  



 

Dərsliyə  mövzularla  bağlı  sual  və  tapşırıqların  daxil  edilməsi  müsbət  haldır. 

Lakin  dərslikdəki    sual  və  tapşırıqlar  yalnız  məzmunla  bağlı  bilik  və  bacarıqların 

formalaşdırılmasına  xidmət  edir.  Onların  demək  olar  ki,  əksəriyyəti  yaddaşın 

yoxlanılması  üçün  nəzərdə  tutulmuşdur.  Şagirdləri  araşdırmaya,  axtarışlara 

istiqamətləndirən tapşırıqlara yer verilməmişdir. 

Olduqca  sadə,  hafizəyə  əsaslanan    sual  və  tapşırıqların  yaradıcı,  düşündürücü, 

mühakimə,  şifahi  və  yazılı  təqdimatlarla  bağlı  sual  və  tapşırıqlarla  əvəz  edilməsi 

məqsədəuyğundur. 

Səhifə  22.  “Azərbaycan  şifahi  xalq  ədəbiyyatı”  materialından  sonra  təklif 

olunan sual və tapşırıqlar yenicə öyrənilənlərin təkrarını tələb edir: 

1. Azərbaycan  şifahi xalq ədəbiyyatının hansı növləri var? 

2. Nəğmələrin hansı növləri vardır? 

3. Epik növün janrları hansıdır? və s. 

Yalnız faktları sadalamağı tələb edən suallar sıxlıq təşkil edir: 



Səhifə 84. 1) Füzuli neçənci ildə doğulmuşdur və hansı boya mənsubdur?  

2) Füzuli şairlikdən başqa, nə işlə məşğul olmuşdur? 

3) Füzulinin əsas əsərlərini sayın. 

Səhifə 87. 1) Füzuli hansı dillərdə divan yaratmışdir? 

Səhifə 98. 1) Yeni dövr Azərbaycan  ədəbiyyatının inkişaf mərhələləri hansıdır? 

2) Bu mərhələdə xalq  ədəbiyyatının yüksəlişi hansı əsərlərdə özünü göstərir? 

3) Füzuli məktəbinin nümayəndələri kimlər idi? 

Səhifə 107. 1) Koroğlunun dəliləri kimlərdir? 

Səhifə 110. 1) M.P.Vaqif nə zaman, harada, hansı ailədə anadan olmuşdur? 

Səhifə  124.  1)  Əsərin  birinci  yarısında  yaşayıb-yaratmış  hansı  sənətkarları 

tanıyırsınız? 

2)  Azərbaycanda  ilk teatr  tamaşaları  nə  vaxt  göstərilmişdir?  Onun təşkilatçıları 

kimlər idi? 

3) Nəcəf bəy Vəzirov kimdir? Onun hansı əsərlərini tanıyırsınız? 

Səhifə 127. 1) Qasım bəy Zakir harada doğulmuşdur? O, nəsilcə kimlərdən idi? 



10 

 

Dərslikdəki  bütün  mövzularda  (səh.136,  140,  145  və  s.)  bu  qəbildən  suallara 



geniş yer verilmişdir. 

 

Nəticə 

 

1. Dərslik qüvvədə olan tədris proqramının tələbləri əsasında yazılmışdır. 

2. Mövzular elmi baxımdan əsaslı, sistemli, məzmunca dolğun işlənilmişdir. 

3. Tərcümeyi-hal materiallarında artıq məqamlar nəzərə çarpır.  

4.  Dərslikdə  lüğətin  verilməsinə  ciddi  ehtiyac  var.  Təqdim  olunan  bəzi  şeir 

parçalarında ərəb-fars sözlərinin izah olunması vacibdir.   

5.  Bir  çox  mövzuların  izahı  zamanı  cümlələrin  şagirdlərin  yaş  və  bilik 

səviyyəsinə uyğun olaraq redaktə edilməsinə ehtiyac var. 



Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə