Mühazirə və ona verilən tələblər Praktik məşğələ və ona verilən tələblər Tələbələrin müstəqil işi və elmi yaradıcılığı



Yüklə 87,56 Kb.
səhifə5/38
tarix08.06.2023
ölçüsü87,56 Kb.
#116048
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   38
DOC-20230526-WA0029.

Mühazirəyə verilən tələblər. Yaxşı mühazirə necə olmalıdır? O, hansı tələblərə cavab verməlidir? Mühazirənin səmərəli olması üçün ona müəyyən pedaqoji tələblər verilir. Belə tələblər çoxdur. Onları bir neçə qrupda birləşdirmək olar:
1.Mühazirənin məzmununa verilən tələblər: mühazirə tədris proqramına uyğun olmalıdır; elmin müasir səviyyəsini əks etdirməli, mövzu elmi cəhətdən düzgün şərh edilməli; mühazirədə təlimin prinsipləri gözlənilməlidir (sistematiklik, nəzəriyyə və təcrübənin vəhdəti, şüurluluq və fəallıq, əyanilik, müvafiqlik və s)
2. Mühazirəçinin nitqinə verilən tələblər: mühazirəçinin nitqi aydın, sadə, yığcam, ədəbi dil normalarına uyğun, anlaşıqlı, canlı olmalıdır; nitqin tempi orta (adi danışıq tempində), tonu dəyişkən olmalıdır (danışığın məzmununa uyğun olaraq ton dəyişməlidir); nitq texnikasından (diksiya, intonasiya, məntiqi vurğu, pauza və s.), mimika və jestlərdən düzgün istifadə etməlidir. Mühazirəçinin nitq üslubu müxtəlif üslubların elementlərini (elmi-kütləvi, publisistik, bədii-obrazlı) özündə birləşdirən elmi üslubda olmalıdır.
3. Mühazirənin estetik, mənəvi-psixoloji mühitinə verilən tələblər: mühazirədə yüksək mənəvi-psixoloji iqlim hökm sürməlidir (xeyirxahlıq, humanizm, qarşılıqlı inam, anlaşma, mədənilik, əməkdaşlıq); mühazirədə estetik mühit, müsbət emosional fon yaradılmalıdır (yüksək əhval-ruhiyyə, gümrahlıq, yaradıcı mühit, gözəllik mühiti, yüksək münasibət, nitq, davranış və geyim gözəlliyi); müəllim yumor hissinə malik olmalı, mülayimlik və ciddiliyi uzlaşdırmağı bacarmalıdır.
4.Mühazirədə tələbələrin fəaliyyətinə verilən tələblər: mühazirə prosesində tələbələrin fəallığı təmin olunmalı, bu məqsədlə müxtəlif priyomlardan istifadə edilməlidir: problem vəziyyət yaratmaq, tələbələri problemlərin həlli ilə bağlı mülahizələr yürütməyə, diskussiya və dialoq ünsürlərinə, qeydlər götürməyə sövq etmək; diqqəti cəlb etmək məqsədi ilə mövzu ilə bağlı maraqlı faktlar, həyati misallar gətirmək və s. Mühazirəyə verilən bütün bu və ya digər tələblərə cavab vermək üçün müəllim mühazirəyə ciddi hazırlaşmalı, mühazirənin təşkilati tərəfinə, quruluşuna da ciddi fikir verməlidir.

Yüklə 87,56 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə