Mühazirə konspekti


Mühazirə -7. Ağız boşluğunda qalvanizasiya və dərman



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə11/20
tarix14.07.2023
ölçüsü0,89 Mb.
#119584
növüMühazirə
1   ...   7   8   9   10   11   12   13   14   ...   20
biotibbi muhazire

Mühazirə -7. Ağız boşluğunda qalvanizasiya və dərman 
elektrofarezi aparan cihaz 
 
POTOK-1 cihazını öyrənərkən qeyd etmişdik ki, istifadə edilən dərman 
məhlulunun tərkibindən asılı olaraq (məhlulda olan ionların yükünə müvafiq) 
elektrodların polyarlığı seçilir. Orqanizmdə bəzi yerlər vardır ki, orada elektrofarez 
aparmaq məqsədilə POTOK-1-dən istifadə edilə bilər. Lakin elektrodların polyarlığının 
seçilməsi müəyyən problemlərlə əlaqədar olduğundan, burada istifadə edilən cihazda 
polyarlığı dəyişən bilən qurğunun olmasını tələb edir. Belə bir cihazın sxemi aşağıdakı 
şəkildə verilmişdir: 
Şəkil 1. PATOK 1 cihazının struktur sxemi 
Şəkildən göründüyü kimi cihaz alçaldıcı transformatordan, düzləndiricidən, 
elektrodların polyarlığını indiqasiya edən 2 lampadan, cərəyana nəzarət çıxış dövrəsinə 
qoşulmuş milliampermtrdən ibarətdir. Alşaldıcı transformatorun 2 II tərəf dolağı var. 
Biri elektrodların polyarlığını indiqasiya edən dövrəni, digəri isə işçi cərəyanın 
alınmasını işçi dövrəni qidalandırır.
İşçi dövrədə diodlar üzərində qurulmuş düzləndirici körpü, ondan sonra 
hamarlayıcı süzgəclər və çıxışda potensiometr yerləşdirilir. Potensiometrin sürüngəci ilə 
körpü sxeminin digər qütbü çıxış dövrəsini təşkil edir. Elektrodların polyarlığını idarə 
edən xüsusi idarə edən xüsusi açar, eyni zamanda elektrodların polyarlığını indiqasiya 
edən dövrələri də komutasiya edir. Cihazın markası ГР-2-dir. Çıxış cərəyanı 5mA-ə 
qədərdir. 50Hs, 250V şəbəkədən qidalanır və 15Vt güc tələb edir. 


26 
3.
 
Dörd vannalı qalvanizasiya aparatı 
 
Dörd vannalı qalvanizasiya qurğularında elektrofarez prosesi aparmaq üçün 
müalicə edən şəxs bütün ətraflarının müxtəlif vannalara daxil edir, özü də oturaq 
vəziyyətdə olur. İstifadə ediləcək dərman preparatları daxil edilir, elektrod vəzifəsini isə 
vannalar bərkidilmiş metal elektrodlar oynayır. Bu zaman istifadə edilən elektrodlar 
müstəvi elektrodlardır. Qurğuda POTOK-1aparatından istifadə edilir. Potok-1-in çıxışı 
vanna elektrodları ilə xüsusi kamutasiya qurğusu vasitəsilə əlaqədardır. Bu kamutasiya 
qurğusunun vəzifəsi elektrodlara verilən potensialların polyarlığını dəyişməkdir. 
Prosesin getməsi üçün kifayətdir ki, bu elektrodun polyarlığı digərlərindən fərqlənsin. 
Qeyd etmək lazımdır ki, bu dörd vannalı qalvanizasiya qurğusunda dərmanın təsiri 
məhz elektrik cərəyanının köməyilə gücləndirilir( bu o deməkdir ki, həmin qurğu 
vasitəsilə müalicə cərəyansız da aparıla bilər). 
Şəkil 1. 4 vannalı qalvanizasiya üçün PATOK-1 aparatı 



27 

Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə