Mühazirə "İnformatiKA" elmi VƏ onun vəZİFƏLƏRİ Giriş 1



Yüklə 5,92 Kb.
Pdf görüntüsü
səhifə25/55
tarix11.04.2018
ölçüsü5,92 Kb.
#37103
növüMühazirə
1   ...   21   22   23   24   25   26   27   28   ...   55

 
 
2005-ci  ilin  may  ayında  YUNESKO-nun  mənzil  qərargahında  üçüncü  tematik 
görüşdə  aşağıdakı  marginal  qruplararın  İKT-dən  istifadəsinin  təmin  olunmasına  diqqət 
yetirildi: 

 
Kənd əhalisi 

 
Kasıb şəhər əhalisi 

 
Qaçqınlar 

 
Gözdən əlillər 

 
QİÇS-ə yoluxanlar 
2005-ci  ilin  mayında  YUNESKO  Sankt-Peterburqda  keçirilən  4-cü  tematik 
konfrasda aşağıdakı məsələlərə baxıldı: 

 
Mədəniyyətlərarası əlaqələr və şəbəkə mübadiləsi 

 
Köhnə və yeni biliklərin müasir təqdimetmə vasitələri  

 
Yaradıcılığın inkişafının yeni üsulları 

 
Bütün dünyada mədəni kontentlərə və xidmətlərə yeni çıxış vasitələri 
YUNESKO-nun  2005-ci  ildə  hazırladığı  “Biliklər  cəmiyyətinə  doğru”  adlı 
hesabatda biliklər cəmiyyəti modelinin 3 əsas “dayağı” göstərilir: 

 
Mövcud  bərabərsizlik  növlərinin  aradan  qaldırılması  üçün  biliklərin  daha 
ədalətlə qiymətləndirilməsi 

 
Biliklərə  çıxış  problemlərinin  həllində  bütün  maraqlı  tərəflərin  daha  geniş 
şəkildə iştirakının təmin edilməsi 

 
Biliklər və innovasiya sahəsində siyasi fəaliyyətin daha uğurlu inteqrasiyası 
İnformasiya  cəmiyyəti  quruculuğunun  milli  xüsusiyyətləri.  Ayrı-ayrı  ölkələrdə 
İnformasiya  cəmiyyəti  quruculuğu  öz  milli  xüsusiyyətləri  ilə  bir-birindən  fərqlənir. 
Bunları ümumi şəkildə dörd qrupa bölmək olar: 

 
İnformasiya  cəmiyyəti  quruculuğu  ilə  əlaqədar  dövlətin  makroiqtisadi 
siyasətinin xüsusiyyətləri 

 
İnformasiya cəmiyyəti quruculuğunun ideoloji xüsusiyyətləri 

 
İnformasiya  cəmiyyəti  quruculuğu  proseslərini  təmin  edən  qanunvericiliyin 
xüsusiyyətləri 

 
İnformasiya  cəmiyyəti  quruculuğuna  təsir  edən  milli  mədəniyyətin  və 
mentalitetin xüsusiyyətləri 
 
5. Azərbaycanda informasiya cəmiyyəti quruculuğu  
 
Ölkəmizdə informasiya cəmiyyəti quruculuğunun həyata keçirilməsində Azərbaycan 
Respublikasının  İnkişafı  naminə  İnformasiya  və  Kommunikasiya  Texnologiyaları 
üzrə  Milli  Strategiya  (2003-2012)  mühüm  rol  oynamışdır.  Milli  Strategiyanın  əsas 
məqsədi  informasiya  və  kommunikasiya  texnologiyalarından  geniş  istifadə  etməklə 
ölkənin  demokratik  inkişafına  kömək  etmək  və  informasiya  cəmiyyətinə  keçidi  təmin 
etməkdən ibarət idi.  
Milli Strategiyanın həyata keçirilməsini təmin etmək məqsədi ilə iki mərhələli dövlət 
proqramı həyata keçirilmişdir: 
1.
 
"Azərbaycan  Respublikasında  rabitə  və  informasiya  texnologiyalarının 
inkişafı  üzrə  2005-2008-ci  illər  üçün  Dövlət  Proqramı”  (“Elektron 
Azərbaycan”)  
KitabYurdu.az 
50
 


 
 
2.
 
"Azərbaycan  Respublikasında  rabitə  və  informasiya  texnologiyalarının 
inkişafı  üzrə  2010-2012-ci  illər  üçün  Dövlət  Proqramı”  (“Elektron 
Azərbaycan”)  
Azərbaycan  Respublikasının  İnkişafı  naminə  İnformasiya  və  Kommunikasiya 
Texnologiyaları  üzrə  Milli  Strategiyanın  müddəti  bitməsi  ilə  ölkəmizdə  informasiya 
cəmiyyəti  quruculuğunun  birinci  mərhələsi  başa  çatmışdır.  2013-cü  ildən  etibarən 
ölkəmizdə  informasiya  cəmiyyəti  quruculuğunun  ikinci  mərhələsi  başlanmışdır.  Bu 
mərhələ  “Azərbaycan  2020:  Gələcəyə  baxış”  İnkişaf  Konsepsiyasında  öz  əksini 
tapmıpşdır.  2013-2020-ci  illəri  əhatə  edən  bu  Konsepsiyada  Azərbaycanda  informasiya 
cəmiyyəti  quruculuğu  prosesinin  növbəti  8  il  üçün  məqsədləri,  istiqamətləri,  vəzifələri 
müəyyən edilir. Bunlar aşağıdakılardır:  

 
İnformasiya cəmiyyətinə keçidin təmin edilməsi 

 
İnnovasiya yönümlü və biliyə əsaslanan iqtisadiyyatın qurulması 

 
Dövlət  və  yerli  özünüidarəetmə  orqanlarında  İKT-nin  tətbiqinin  və  elektron 
xidmətlərin genişləndirilməsi 

 
İnformasiya təhlükəsizliyi sahəsində fəaliyyətin genişləndirilməsi 

 
Cəmiyyətin informasiya məhsul və xidmətlərinə tələbatının dolğun ödənilməsi 

 
Rəqabətqabiliyyətli və ixrac yönümlü İKT potensialının gücləndirilməsi 

 
Yüksəkixtisaslı mütəxəssislərin və elmi kadrların hazırlanması 
Bu  Konsepsiyada  informasiya  cəmiyyəti  quruculuğu  ilə  bağlı  nəzərdə  tutulan 
müddəaların  həyata  keçirilməsi  üçün  Azərbaycan  Respublikasında  informasiya 
cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya qəbul edilmişdir. 
Milli Strategiyanın əsas məqsədi aşağıdakılardan ibarətdir: 

 
ölkədə informasiya cəmiyyətinin bərqərar olması 

 
onun  yaratdığı  imkanlardan  vətəndaş-ların,  cəmiyyətin,  dövlətin  inkişafı  üçün 
səmərəli istifadə edilməsi 

 
ölkənin davamlı və dayanıqlı inkişafı 

 
İKT-nin dövlət idarəçiliyində hərtərəfli tətbiqi 

 
İKT-nin sosial-iqtisadi və mədəni sahələrin inkişafına təkan verən iqtisadi sektor 
kimi inkişaf etdirilməsi 
Milli Strategiyanın əsas fəaliyyət istiqamətləri isə bunlardır: 

 
İKT  infrastrukturu  və  xidmətləri  (yerləşdiyi  ərazidən  asılı  olmayaraq,  bütün 
əhalini  və  təşkilatları  birləşdirən  yüksəksürətli  dayanıqlı,  təhlükəsiz  genişzolaqlı 
şəbəkənin qurulması; kənd yaşayış məntəqələri də daxil olmaqla, ölkə ərazisində 
genişzolaqlı,  ucuz  və  keyfiyyətli  İnternet  xidmətlərinin  göstərilməsi;
 
əhalinin 
rəqəmli TV yayımı ilə tam əhatə olunması) 

 
yüksək  texnologiyalar  sektorunun  inkişafı  (rəqabətqabiliyyətli  İKT  məhsul  və 
xidmətlərinin,  elmtutumlu  texnologiyaların  və  yüksək  texnoloji  məhsulların 
istehsalının  stimullaşdırılması;  kosmik  sənaye,  biotexnologiya,  elektronika,  yeni 
informasiya  texnologiyaları,  nano  və  nüvə  texnologiyalarının  inkişaf  etdirilməsi; 
xüsusi  vergi  və  gömrük  rejimlərinin  tətbiq  olunması;  İnternet  iqtisadiyyatının,  o 
cümlədən  elektron  ticarətin  inkişaf  etdirilməsi;
 
informasiya  cəmiyyətinin 
inkişafına  yönəldilmiş  fundamental  və  tətbiqi  elmi  tədqiqatların  aparılmasının 
genişləndirilməsi) 

 
yüksək  texnologiyaların  inkişafı  üzrə  elmi-texniki  potensialın  gücləndirilməsi 
(kosmik,  bio,  nano  texnologiyalar,  kibertəhlükəsizlik,  elektronika  və  yüksək 
KitabYurdu.az 
51
 


Yüklə 5,92 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə