Mühazirə "İnformatiKA" elmi VƏ onun vəZİFƏLƏRİ Giriş 1



Yüklə 5,92 Kb.
Pdf görüntüsü
səhifə24/55
tarix11.04.2018
ölçüsü5,92 Kb.
#37103
növüMühazirə
1   ...   20   21   22   23   24   25   26   27   ...   55

 
 

 
2003-cü ildə Cenevrədə  

 
2005-ci ildə Tunisdə 
Cenevrə Sammitində “Prinsiplər Bəyannaməsi” və “Fəaliyyət Planı” adlı iki sənəd 
qəbul edildi. 
“Prinsiplər  Bəyannaməsi”  ümumi  və  konsolidasiya  xarakteri  daşıyır,  müxtəlif 
konseptual  təsəvvürlərin  və  müxtəlif  ölkələrin  siyasi  səylərinin  ümumi  istiqamətini 
müəyyənləşdirir.  İnformasiya  cəmiyyəti  haqqında  fəlsəfi,  sosial,  siyasi,  kulturoloji  və 
texnoloji təsəvvürlərin məcmusunu əks etdirir. 
“Prinsiplər  Bəyannaməsi”ndə  informasiya  cəmiyyəti  quruculuğunun  aşağıdakı 
prinsipləri bəyan edilir: 

 
İnformasiya-kommunikasiya  texnologiyalarının  (İKT)  tətbiqi  və  inkişafı  ilə 
bağlı dövlət hakimiyyət orqanlarının və maraqlı tərəflərin rolu 

 
İnformasiya-kommunikasiya  infrastrukturu  hamı  üçün  açıq  olan  informasiya 
cəmiyyətinin qurulması üçün əsas şərtdir 

 
İnformasiya və biliklərə çıxış imkanı 

 
İnsan potensialının (kadr bazasının) yetişdirilməsi 

 
Əlverişli mühitin yaradılması 

 
Mədəni müxtəliflik, mədəni özünəməxsusluq 

 
Dil müxtəlifliyi və yerli kontent 

 
Kütləvi informasiya vasitələri 

 
İnformasiya cəmiyyətinin etik aspektləri 

 
Beynəlxalq və regional əməkdaşlıq 
“Fəaliyyət Planı”nda “Prinsiplər Bəyannaməsində göstərilən ümumi konsepsiya və 
rəhbər prinsiplərin həyata keçirilməsi üçün konkret fəaliyyət istiqamətlər göstərilir.  
Tunis Sammitində Cenevrə Sammitində qəbul edilmiş “Prinsiplər Bəyannaməsi” və 
“Fəaliyyət Planı” bir daha dəstəkləndi. Sammitin yekununda iki sənəd əqbul edildi: 
1.
 
“Tunis Öhdəliyi” (siyasi bəyanat) 
2.
 
“İnformasiya Cəmiyyəti üçün Tunis Proqramı” 
“Tunis Öhdəliyi”ndə: 

 
Cenevrə  Sammitində  qəbul  edilmiş  “Prinsiplər  Bəyannaməsi”  və  “Fəaliyyət 
Planı” bir daha dəstəkləndi 

 
İnformasiya  cəmiyyəti  quruculuğunun  insanların  maraqlarına,  BMT 
Nizamnaməsinin  prinsiplərinə,  Ümumdünya  İnsan  Hüquqları  Bəyannaməsinə 
əsasən həyata keçirilməsi bəyan edildi 

 
Söz və informasiya azadlığının, ideya və biliklərin informasiya cəmiyyəti üçün 
mühüm əhəmiyyət daşıdığı təsdiq edildi 

 
Cenevrə  Sammitinin  qərarlarının  yerinə  yetirilməsi  üçün  hakimiyyət,  biznes, 
vətəndaş  cəmiyyəti  sektorlarının  və  beynəlxalq  təşkilatların  bir  araya 
gəlməsinin vacibliynə dair çağırış edildi. 

 
Müəssisələrdə informasiya-kommunikasiya texnologiyalarının (İKT) tətbiqinin 
iqtisadi inkişaf üçün əsas rol oynadığı qeyd edildi 

 
 İKT-nin  tətbiqi  nəticəsində  yaranana  təhlükələrə  qarşı  effektli  mübarizə 
aparmağın zəruriliyi vurğulandı 

 
İnformasiya  cəmiyyətinin  inkişaf  səviyyəsini  öyrənmək,  rəqəmsal  fərqliliyi 
aradan  qaldırmaq  üçün  müvafiq  monitorinq  və  qiymətləndirmənin  həyata 
keçirilməsinə dair öhdəlik götürüldü 
KitabYurdu.az 
48
 


 
 

 
Dövlətlərə  İKT-nin  potensialından  istifadə  edərək,  informasiya  cəmiyyətinə 
dair qanunvericilik üzrə informasiya sistemi yaratmaq çağırışları edildi 

 
Marginal qrupların xüsusi tələbatlarına ilk növbədə diqqət yetirməyin zəruriliyi 
göstərildi 
“İnformasiya Cəmiyyəti üçün Tunis Proqramı”nın müddəaları: 

 
Cenevrə Sammitində bəyan edilmiş prinsiplərdən fəaliyyətə keçmək 

 
Cenevrə  “Fəaliyyət  Planı”  üzrə  hansı  işlərin  görüldüyü,  hansı  işlərin 
görülmədiyini müəyyənləşdirmək 

 
“Rəqəmsal  fərqliliyin”  aradan  qaldırılması  üçün  maliyyə  mexanizmlərini 
müəyyənəlşdirmək 

 
İnternetdən istifadənin idarə edilməsi məsələlərinə diqqəti artırmaq 
İnformasiya cəmiyyəti quruculuğu sahəsində mühüm beynəlxalq təşəbbüslərdən biri 
də 22 iyul 2000-ci il tarixində Yaponiyanın Okinava şəhərində “Böyük səkkizlik” ölkələri 
tərəfindən imzalanan “Qlobal informasiya cəmiyyətinə dair Okinava Xartiyası”dır. 
“Böyük  səkkizlik”  –  ABŞ,  Kanada,  Böyük  Britaniya,  Almaniya,  Fransa,  İtaliya, 
Rusiya  və  Yaponiyanın  iştirak  etdiyi  beynəlxalq  klubdur.  Bu  ölkələrin  başçıları  aktual 
beynəlxalq problemləri  müzakirə  etmək üçün  bir araya  gəlirlər.  Onların qərarları hüquqi 
qüvvəyə malik deyil, tövsiyə xarakteri daşıyır. 
Okinava Xartiyasında müəyyən edilən əsas inkişaf istiqamətləri bunlardır: 

 
İnnovasiya sahəsində rəqabətin stimullaşdırılması 

 
İqtisadi və maliyyə stabilliyinin qorunması 

 
Qlobal şəbəkələrin optimaallaşdırılması 

 
Qlobal şəbəkənin bütövlüyünə xələl gətirən əməllərlə mübarizə 

 
Rəqəmsal fərqliliyin aradan qaldırılması 

 
İqtisadiyyatın 
müxtəlif 
sahələrində 
informasiya 
texnologiyaaları 
mütəxəssislərinə dair artan tələbatın ödənilməsi üçün tədbirlərin görülməsi 

 
Hakimiyyətin bütün vətəndaşlar üçün əlyetərliliyinin təmin edilməsi 
İnformasiya cəmiyyəti quruculuğu ilə bağlı YUNESKO tərəfindən də bir sıra mühüm 
konfranslar keçirilmiş və müvafiq prinsiplər müəyyən edilmişdir.  
2005-ci ilin fevral ayında YUNESKO-nun Parisdə keçirilən 2 günlük beynəlxalq 
konfransında informasiya  cəmiyyətinin  əsasını təşkil  edən  İnternetin  fəaliyyəti  ilə  bağlı 
bunlar qərara alındı: 

 
İnternetdə  fəaliyyət  göstərən  KİV  ənənəvi  KİV  qədər  azadlıqlara  malik 
olmalıdır 

 
İnternet  insan  hüquqlarına  əsaslanır  və  bütün  dövlətlər  kiberməkanda  həmin 
hüquqların qorunması və reallaşdırılmasına təminat verməlidir 

 
İnternet-kommersiya fəaliyyətinin hüquqi əsasları müəyyənləşdirilməlidir 

 
İnsan hüquqlarına xələl gətirmədən spamlarla mübarizə aparılmalıdır 
2005-ci  ilin  mayında  Malinin  paytaxtı  Bamakoda  YUNESKO  və  Afrika  Dillər 
Akademiyasının birgə təşkilatçılığı keçirilən konfransda qərara alındı: 

 
İnternetdə “qlobal” dillərlə yanaşı, az yayılmış dillərdən istifadə edilməlidir ki, 
kibermühitdə milli cəmiyyətlər də lazımınca təmsil olunsunlar 

 
Yerli kontentlər yerli dilləri, bilikləri və təhsili inkişaf etdirir 

 
Yerli  dillərdən  istifadə  rəqəmsal  bərabərsizliyin  aradan  qaldırılmasına  xidmət 
edir 
KitabYurdu.az 
49
 


Yüklə 5,92 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə